Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1692/2023 24.08.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər X4 və X1 ibarət tərkibdə, İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsinin ləğv edilməsi və həmin müqaviləyə əsasən yaranmış borcun tutulması” tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 08 iyun 2023-cü il tarixli, e-2(012)-3398/2022 nömrəli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı “kredit müqaviləsinin ləğv edilməsi və həmin müqaviləyə əsasən yaranmış borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2021-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi və 17500 manat əsas borc, 3537,25 manat faiz borcu, 51,5 manat cərimə borcu olmaqla, cəmi 21088,75 manat borcun və ödənilmiş 154 manat dövlət rüsumunun əvəzinin Cavabdeh İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(012)-3398/2022 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2021-ci il tarixli kredit müqaviləsi ləğv edilmiş və Cavabdeh 17500 manat əsas borc, 2994,33 manat faiz borcu, 0,67 manat cərimə borcu olmaqla, cəmi 20495 manat məbləğində kredit borcu və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 154 manat dövlət rüsumuna görə pul vəsaitinin İddiaçı ASC-nin xeyrinə tutulması qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir (hakim Məlahət Abbasova). Cavabdeh Əmirov X3 Rayon Məhkəməsinin 10 noyabr 2022-ci il tarixli, e-2(012)- 3398/2022 nömrəli qətnaməsindən apellyasiya şikayəti vermiş və Abşeron Rayon Məhkəməsinin 31 mart 2023-cü il tarixli, e-2(012)-3398/2022 nömrəli qərardadı ilə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti geri qaytarılmışdır (hakim Məlahət Abbasova). Cavabdeh qərardaddan şikayət verərək, Abşeron Rayon Məhkəməsinin e-2(012)- 3398/2022 nömrəli 31 mart 2023-cü il tarixli qərardadının ləğv edilməsi və 29 mart 2023cü il tarixdə Abşeron Rayon Məhkəməsinin 10 noyabr 2022-ci il tarixli, e-2(012)-3398/2022 nömrəli qətnaməsindən verilmiş apellyasiya şikayətinin baxılması üçün aidiyyəti üzrə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin e-2(012)-3398/2022 nömrəli xx.xx.2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, Cavabdeh tərəfindən verilmiş şikayət iş materialları ilə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir (hakim Məlahət Abbasova). Sumqayıt Apellyasiya Məhkəməsinin 16 may 2023-cü il tarixli, 2(105)-1136/2023 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş, Abşeron Rayon Məhkəməsinin 31 mart 2023-cü il tarixli e-2(012)-3398/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh qətnamədən apellyasiya şikayəti və müddətin bərpası barədə ərizə ilə məhkəməyə müraciət edərək, Abşeron Rayon Məhkəməsinin 10 noyabr 2022-ci il tarixli, e-2(012)-3398/2022 nömrəli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa edilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin e-2(012)-3398/2022 nömrəli 08 iyun 2023-cü il tarixli qərardadı ilə ərizə təmin edilməmiş, apellyasiya şikayəti vermə müddətinin bərpasından imtina edilmiş, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti geri qaytarılmışdır. Cavabdeh qərardaddan şikayət verərək, Abşeron Rayon Məhkəməsinin 2(012)- 3398/2022 nömrəli xx.xx.2023-cü il tarixli qərardadının ləğv edilməsi, qətnamədən apellyasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş müddətin ötürülməsi səbəbinin üzrlü hesab edilməsi, buraxılmış müddətin bərpa edilməsi və apellyasiya şikayətinin baxılması üçün aidiyyəti üzrə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 25 iyun 2023-cü il tarixli, e-2(012)-3398/2022 nömrəli qərardadı ilə Cavabdeh tərəfindən verilmiş şikayət geri qaytarılmışdır (hakim Məlahət Abbasova). Hazırda cavabdeh Əmirov X3 Rayon Məhkəməsinin e-2(012)- 3398/2022 nömrəli xx.xx.2023-cü il tarixli qərardadından şikayət verərək, onun ləğv edilməsini, qətnamədən apellyasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş müddətin ötürülməsi səbəbinin üzrlü hesab edilməsi, buraxılmış müddətin bərpa edilməsi və qətnamədən verilmiş apellyasiya şikayətinin baxılması üçün aidiyyəti üzrə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi barədə müvafiq məhkəmə aktının qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Abşeron Rayon Məhkəməsinin 2(012)- 3398/2022 nömrəli, xx.xx.2023-cü tarixli qərardadında qeyd edilmişdir ki, apellyasiya şikayəti qətnamə çıxarılandan 5 ay sonra verildiyi üçün apellyasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş müddətin bərpasına dair ərizə təmin edilməməlidir. Hesab edir ki, müddətin buraxılması üzürsüz səbəbdən olumuşdur. Lakin hakim qeyd olunan qərardadda bu müddətin hansı səbəblərdən buraxılmasını göstərməmişdir. Bu müddət onun işlə əlaqəli olan qərardadlardan verilmiş şikayətlərə sərf olunduğu üçün hesab edir ki, hakim bu müddəti üzürlü saymalı idi. Belə ki, həm Abşeron Rayon Məhkəməsinin 2(012)- 3398/2022 saylı, xx.xx.2023-cü il tarixli qərardadında, həm Abşeron rayon Məhkəməsin 2(012)-3398/2022 saylı, xx.xx.2023-cü il tarixli qərardadında, həm də Abşeron Rayon Məhkəməsinin 2(012)-3398/2022 saylı xx.xx.2023-cü il tarixli qərardadında hakim tərəfindən onun bu qərardadlardan şikayət vermək hüququnun olması qeyd olunmuşdur. Bu hüquqdan istifadə edərək o, həmin qərardadlardan apellyasiya şikayətləri vermişdir. Bu şikayətlərə baxılmasına isə ümumilikdə 5 ay vaxt sərf olunmuşdur. Bu halları isə Abşeron rayon Məhkəməsinin hakimi tərəfindən Abşeron Rayon Məhkəməsinin 2(012)-3398/2022 saylı xx.xx.2023-cü il tarixli qərardadında qeyd olunmadan ümumi sözlərdən istifadə edilərək heç bir əsaslandırma aparmadan onun apellyasiya şikayəti vermək üçün nəzərdə tutulmuş müddətin bərpasına dair ərizəsini təmin etməmişdir. Abşeron Rayon Məhkəməsinin 26 iyul 2023-cü il tarixli, e-2(012)-3398/2022 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və şikayətin iş materialları ilə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır (hakim Məlahət Abbasova). Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən şikayət mümkün sayılaraq yazılı icraata qəbul edilmişdir. Məhkəmə kollegiyası şikayəti və iş materiallarını nəzərdən keçirib hesab edir ki, şikayət təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin e-2(012)-3398/2022 nömrəli 08 iyun 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 134.1.5-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin, apellyasiya və kassasiya məhkəmələrinin aktlarını məhkəmə işdə iştirak edən şəxslərə rəsmi qaydada verməlidir. Həmin Məcəllənin 135.1-ci maddəsinə əsasən bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər. Həmin Məcəllənin 135.2-ci maddəsinə əsaən məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər. Həmin Məcəllənin 135.3-cü maddəsinə əsasən məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir. Həmin Məcəllənin 135.4-cü maddəsinə əsasən məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər bunu məhkəmə sənədlərini aldıqları tarixdən sonra gələn gündən gec olmayaraq yerinə yetirməli və məhkəmə sənədlərinin çatdırılması barədə bir gün müddətində məhkəməyə xəbər verməlidirlər. Həmin Məcəllənin 135.6-cı maddəsinə əsasən “elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Həmin Məcəllənin 135.5-cü maddəsinə əsasən bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Həmin Məcəllənin 360-cı maddəsinin tələbinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Məhkəmə kollegiyasında aparılmış araşdırma zamanı iş materialları ilə müəyyən edilir ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(012)-3398/2022 nömrəli qətnaməsi cavabdehin “elektron məhkəmə” informasiya sistemində yaradılan “elektron kabinet”inə xx.xx.2022-ci il tarixdə yerləşdirilmiş, cavabdeh qətnamədən apellyasiya şikayəti ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət etmiş, Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(012)-3398/2022 nömrəli qərardadı ilə cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu Sumqayıt Apellyasiya Məhkəməsinin hesabına ödənilməli olduğu halda, Bakı Apellyasiya Məhkəməsinin hesabına ödənildiyindən verilmiş apellyasiya şikayəti geri qaytarılmış, həmin qərardaddan cavabdeh şikayət vermiş, Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(012)-3398/2022 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin 16 may 2023-cü il tarixli, 2(105)-1136/2023 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş, Abşeron Rayon Məhkəməsinin 31 mart 2023-cü il tarixli e-2(012)-3398/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmış, daha sonra cavabdeh qətnamədən apellyasiya şikayəti ilə xx.xx.2023-cü il tarixdə yenidən məhkəməyə müraciət etmiş, Abşeron Rayon Məhkəməsinin 31 mart 2023-cü il tarixli, e-2(012)-3398/2022 nömrəli qərardadı ilə cavabdeh tərəfindən apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verildiyindən apellyasiya şikayəti geri qaytarılmış, həmin qərardaddan cavabdeh şikayət vermiş, Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(012)-3398/2022 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin 16 may 2023-cü il tarixli, 2(105)-1136/2023 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş, Abşeron Rayon Məhkəməsinin 31 mart 2023-cü il tarixli, e-2(012)-3398/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmış, daha sonra cavabdeh xx.xx.2023-cü il tarixdə qətnamədən apellyasiya şikayəti və müddətin bərpası barədə ərizə ilə məhkəməyə müraciət etmiş, Abşeron Rayon Məhkəməsinin e-2(012)-3398/2022 nömrəli 08 iyun 2023-cü il tarixli qərardadı ilə müddətin bərpası barədə ərizə təmin edilməmiş və apellyasiya şikayəti geri qaytarılmışdır. Göründüyü kimi Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(012)- 3398/2022 nömrəli qətnaməsi cavabdehin “elektron məhkəmə” informasiya sistemində yaradılan “elektron kabinet”inə xx.xx.2022-ci il tarixdə yerləşdirilmiş, cavabdeh qətnamədən apellyasiya şikayəti ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət etmiş, Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(012)-3398/2022 nömrəli qərardadı ilə cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu Sumqayıt Apellyasiya Məhkəməsinin hesabına ödənilməli olduğu halda, Bakı Apellyasiya Məhkəməsinin hesabına ödənildiyindən verilmiş apellyasiya şikayəti geri qaytarılmış, daha sonra apellyasiya şikayəti müddət ötürülməklə xx.xx.2023-cü il tarixdə verilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh tərəfindən qətnamədən apellyasiya şikayətinin davam edən məhkəmə prosesləri səbəbindən qanunvericiliklə müəyyən edilmiş müddətdə vaxtında yerinə yetirilə bilməməsi dəlili əsassızdır,çünki qeyd olunan dəlil qərardadlardan verilmiş əsassız şikayətlərlə bağlıdır və buna görə həmin dəlil birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarında göstərilmişdir ki, ...qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın. Beləliklə, cavabdeh tərəf qətnamədən apellyasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş müddətin buraxılmasının üzürlü səbəblərlə bağlı olmasını təsdiq edə bilmədiyindən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə vəsatətin rədd edilməsi barədə qərardadı əsaslı olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, şikayətin dəlilləri əsassızdır və həmin dəlillər birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi üçün əsas ola bilməz. Buna görə də şikayət təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırki iş buraxılmış prosessual müddətin bərpası barədə ərizənin rədd edilməsi barədə qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Azərbaycan Respublikası MPM-nin 398-ci maddəsinə əsasən аpellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək, qərardaddan verilmiş şikayətdən imtina olunduqda, apellyasiya icraatına xitam vermək. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 395-396, 397.2, 398, 400 və 402.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 08 iyun 2023-cü il tarixli, e-2(012)-3398/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlansın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-1692/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1692/2023
24.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver