Məhkəmə qərarları › İş №2(105)-1694/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1694/2021

28.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1694/2021 28.04.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə katibi X1, iddiaçı Ləğv prosesində olan "İddiaçı" Açıq Səhmdar Cəmı̇ yyətı̇ nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X2 iştirakı ilə Sumqayıt Şəhər Məhkəməsinin 03 mart 2021-ci il tarixli, 2(060)-38/2021 saylı qərardadından iddiaçı Ləğv prosesində olan "İddiaçı" Açıq Səhmdar Cəmı̇ yyətı̇ nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi S.Y.Muradzadənin verdiyi şikayət üzrə işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Sumqayıt Şəhər Məhkəməsinin 03 mart 2021-ci il tarixli, 2(060)-38/2021 saylı qərardadı ilə (hakim A.M.Süleymanova) iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh Rafaeloviçə qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi” tələbinə dair mülki iş üzrə icraata xitam verilmiş və iddiaçıya kreditorun mənafelərinin təmin edilməsi məqsədi ilə miras qoyanın hüquqi varislərini müəyyən etməklə ona qarşı tələb hüququ ilə məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. İddiaçı Ləğv prosesində olan "İddiaçı" Açıq Səhmdar Cəmı̇ yyətı̇ nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi S.Y.Muradzadə şikayəti verib, Sumqayıt Şəhər Məhkəməsinin 03 mart 2021-ci il tarixli, 2(060)-38/2021 saylı qərardadının ləğv edilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 08 aprel 2021-ci il tarixli, 2(060)-38/2021 saylı qərardadı ilə şikayət təmin edilməyərək, işlə birlikdə baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilmişdir. İŞİN HALLARİ: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Rafaeloviçdən 31 iyul 2019-cu il tarixə hesablanmış 998,62 manat əsas borc, 86,57 manat faiz borcu, 369,74 manat cərimə borcu, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5 faiz hesablanmış 1504,86 manat borcun və tərəflərindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutulub ləğv prosesində olan ləğv prosesində olan İddiaçı ASC-nin hesabına ödənilməsi barədə qatnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ V Ə PROSES İŞTİRAKÇİLARİNİN İZAHAT İ: İddiaçı Ləğv prosesində olan "İddiaçı" Açıq Səhmdar Cəmı̇ yyətı̇ nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi S.Y.Muradzadə verdiyi şikayəti onunla əsaslandırmışdır ki, Sumqayıt Şəhər Məhkəməsi 03 mart 2021-ci il tarixli qərardadı qəbul edərkən Azərbaycan Respublikası MPM-nin maddələrinin tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, bank tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət edildikdə borclunun vəfat etməsi barədə heç bir məlumatı olmamışdır. Bundan əlavə qanunverciliyin tələbinə əsasən cavabdehin vəfat etməsini müəyyənləşdirmək vəzifəsinin iddiaçının üzərinə qoyulmamışdır. Cavabdeh vəfat etsə də, iddia tələbi üzrə icraata xitam verilməməlidir. Azərbaycan Repsublikası MPM-nin 254.1.4cü maddəsinə əsasən Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət, inzibati xəta və ya inzibati mübahisə üzrə məhkəmə icraatı qaydasında başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa, iş üzrə icraat dayandırılmalıdır. Ona görə də, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kolegiyasının iclasında iddiaçının nümayəndəsi X.K.Əliyev şikayəti müdafiə edib, təmin olunmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia ərizəsi üzrə mülki işin icraatına xitam verilməsi barədə nəticəyə gəldikdə hesab etmişdir ki, “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemində məhkəmənin elektron sorğusu ilə əldə edilmiş məlumatdan görünür ki, Cavabdeh Rafaeloviç 22 iyul 2017-ci il tarixdə ölmüşdür. Cavabdehin adına vərəsəlik işi açılmamışdır, eləcə də vergi ödəyicisi olmamış, adına nəqliyyat vasitəsi, daşınmaz əmlak qeydə alınmamışdır. Cavabdehin hüquqi varislərini müəyyən etməklə ona qarşı iddia tələbi ilə məhkəməyə müraciət oluna bilər. Azərbaycan Respublikası MPM-nin 58.1-ci maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətində və ya qətnamə ilə müəyyən edilən hüquq münasibətində tərəflərdən biri sıradan çıxdıqda (şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə, borc köçürüldükdə və maddi hüquq münasibətlərində şəxslərin dəyişməsinin digər hallarında) məhkəmə həmin tərəfi onun hüquq varisi ilə əvəz etməyə yol verir. Həmin Məcəllənin 254.1.1-ci maddəsinə əsasən işdə tərəf olan şəxs öldükdə və ya hüquqi şəxs yenidən təşkil edildikdə, barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə və ya işdə tərəf olan hüquqi şəxsin ləğv edilməsinə yol verərsə hakim aşağıdakı hallarda iş üzrə icraatı dayandırmalıdır. Azərbaycan Respublikası MPM-nin 58-ci maddəsinin tələbindən çıxış edərək məhkəmə hesab edir ki, həmin hüquq norması məhkəmənin icraatında olmayan mübahisə edilən hüquq münasibətində tərəflərdən birinin sıradan çıxdığı halda həmin tərəfi hüquq varisi ilə əvəz etməyə digər tərəfə hüquqi imkan verir. Həmin Məcəllənin 254-cü maddəsinin məzmunundan da bəlli olur ki, işdə tərəf olan şəxsin sıradan çıxması imperativ olaraq göstərilmişdir. Mülki prosessual qanunvericilikdə “iş” anlayışı ərizənin məhkəmənin icraata qəbul edilməsindən sonra yaranır. Yəni ki, məhkəmənin icraata qəbul edilmiş iddia ərizəsi üzrə mülki iş başlanmış olur və bu halda işdə tərəflərdən birinin sıradan çıxaması nəticəsində və mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verirsə məhkəmə icraatı dayandırmaq vəzifəsini daşıyır. Araşdırılan işin faktiki hallarından göründüyü kimi borclu iddia ərizəsi məhkəmənin icraatına qəbul edilənədək ölmüşdür. İddiaçı faktiki olaraq hüquq qabiliyəti xətm olmuş şəxsə qarşı iddia qaldırmışdır. Bu baxımdan məhkəmə hesab edir ki, işə hazırkı halda məhkəmədə baxıla bilməz. Mülki qanunvericilik də göstərilmişdir ki, fiziki şəxsin mülki hüquq qabiliyyəti insanın mülki hüquqlara malik olmaq və mülki hüquq vəzifələri daşımaq qabiliyyətidir. Fiziki şəxsin hüquq qabiliyyəti onun doğulduğu an əmələ gəlir və ölümü ilə xətm edilir. Qanunun tələbindən aydın olduğu kimi şəxsin ölümü ilə mülki hüquq vəzifələri daşımaq qabiliyyəti itirilmiş olur. Bu halda şəxsin mülki hüquq vəzifələrinin hüquqi varisliyi qaydasında ötürülməsini mülki qanunvericilik tanımışdır. Konstitusiya Məhkəməsinin Plenum Qərarında göstərilən hüquqi mövqeyə görə məhkəmə həmçinin izah edir ki, sübutetmə yükünün iddiaçının üzərində olmasından irəli gələrək kreditoru öz hüquq və qanuni mənafelərinin müdafiəsi üçün miras qoyanın hüquqi varisini müəyyən etməklə ona qarşı iddia ilə məhkəməyə müraciət etmək hüququ vardır. Mirasın formal və qeyri-formal üsulla qəbul edilməsindən asılı olmayaraq, mirası qəbul etmiş vərəsələr hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar. Bu isə onu göstərir ki, miras qoyanın kreditoru mənafelərinin təmin edilməsi məqsədi ilə tələb hüququnu mirası faktiki qəbul etmiş vərəsələrə qarşı da irəli sürə bilər. Azərbaycan Respublikası MPM-in 261.0.1-ci maddəsinə əsasən işə məhkəmədə baxılmalı deyildirsə iş üzrə icraata xitam verilməlidir. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara əsasən iddiaçının şikayətində göstərdiyi dəlilləri əsassız hesab edir. Azərbaycan Respublikası MPM-nin 398.0.1-ci maddəsinə görə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək apelyasiya instansiya məhkəməsinin səlahiyyətidir. Azərbaycan Repsublikası MPM-nin 402-ci maddəsinin tələbinə əsasən hazırkı iş üzrə qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 365, 398- 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: İddiaçı Ləğv prosesində olan "İddiaçı" Açıq Səhmdar Cəmı̇ yyətı̇ nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi S.Y.Muradzadənin verdiyi şikayət təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 03 mart 2021-ci il tarixli, 2(060)-38/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayəti verilə bilməz. Sədrlik edən: Telman Quliyev Hakimlər: Gülnarə Tağızadə Lətifə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar