Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1696/2021 28.04.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər Abasov Şəmsəddin Rizalı oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Dadaşova Aynur Asif qızının katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Mühacib qızına oğluna qarşı mənzilə istifadə hüququnun tanınması tələbinə dair mülki iş üzrə Sumqayıt şəhər məhkəməsinin 07 aprel 2021-ci il tarixli, 2(060)-3892/2021 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Sumqayıt şəhər məhkəməsinin 07 aprel 2021-ci il tarixli qərardadı ilə (hakim E.Hüseynov) İddiaçı tərəfindən iddianı təmin etmə tədbiri barədə verilmiş ərizənin rədd edilməsi qərara alınmışdır. İddiaçı qərardaddan şikayət vermişdir. Sumqayıt şəhər məhkəməsinin 12 aprel 2021-ci il tarixli qərardadı ilə şikayətin təmin edilməməsi, şikayətin baxılması üçün mülki işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İŞİN HALLARİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Mühacib qızına oğluna qarşı mənzilə istifadə hüququnun tanınması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəməyə iddianı təmin etmə tədbiri barədə ərizə təqdim edərək, məhkəmə baxışı qurtaranadək mübahisəli mənzil olan Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 23a/8-də yerləşən 40 saylı mənzilin üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ İddiaçı Sumqayıt şəhər məhkəməsinin 07 aprel 2021-ci il tarixli qərardadından şikayət verərək, qərardadın ləğv olunması, iddianın təmin tədbiri barədə ərizənin təmin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qərardad əsassız və qanunsuzdur. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında dindirilən iddiaçının nümayəndəsi X2 apellyasiya şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə cavabdehlərə məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmiş, iştirak etməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2 və 397.2. maddələrinə əsasən cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdırıb, məruzəçini və iddiaçının nümayəndəsinin izahatını dinləyib, şikayətin dəlillərini araşdıraraq məhkəmə kollegiyası hesab edir ki, şikayəti qismən təmin edilməli və Sumqayıt şəhər məhkəməsinin 07 aprel 2021-ci il tarixli və onunla bağlı 12 aprel 2021-ci il tarixli qərardadları ləğv edilməli, ərizə təmin edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində, apellyasiya üçün müəyyən olunmuş qaydada baxır. Həmin Məcəllənin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən aslı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İşdən görünüdüyü kimi, iddiaçı iddia tələbi ilə məhkəməyə müraciət edərkən eyni zamanda iddianın təmin tədbiri kimi məhkəmə baxışı qurtaranadək Sumqayıt şəhəri, 9cu mikrorayon, ev 23a/8-də yerləşən 40 saylı mənzilin üzərinə həbs qoyulması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddianın təmini barədə ərizənin təmin edilməməsini iddia ilə bağlı ilkin zəruri sübutların, ərizədə cavabdeh kimi qoyulmuş şəxslərə qarşı yönəldilmiş tələblərin ilkin əsaslandırılması və bununla bağlı iddianın uğurluluğuna dəlalət edən ilkin dəlillərin təqdim edilməməsi ilə əsaslandırmışdır. Hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. İddianı təmin etmək üçün müəyyən hərəkətləri etmək cavabdehə qadağan etmək, mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan etmək üçün tədbirlər görə bilər. (Mülki Prosessual Məcəllənin 157.1., 157.2., 158.1.2., 158.1.3 maddəsi). Qanunun mənasından göründüyü kimi məhkəmə iddianın təmin tədbiri kimi müəyyən hərəkətləri etməyi cavabdehə və başqa şəxslərə qadağan etmək barədə tədbirlər görə bilər. Cavabdehlərə müəyyən hərəkətləri etməyin qadağan olunması mövcud vəziyyəti, mübahisənin mahiyyəti üzrə həll olunana qədər saxlamaq məqsədi dayışır. Bu ona görə zəruri və vacibdir ki, iddiaçının pozulması ehtimal edilən hüquqlarının davamlılığının qarşısı müvəqqəti də olsa alınsın. İşdən göründüyü kimi hazırkı iddia tələbi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Mühacib qızına oğluna qarşı mənzilə istifadə hüququnun tanınması təşkil edir. Bu mənada məhkəmə kolegiyası ərizənin təmin edilməməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və qeyd edir ki, iddia tələbi üzrə gəlinəcək nəticənin real icrasının təmin edilməsindən ötrü mübahisə obyektinin qoruyub saxlanılması zərurəti yarandığından iddia tələbinə mahiyyəti üzrə baxılana qədər yaşayış evi üzərinə həbsin qoyulması məqsədəuyğun hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.3. maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməli, Sumqayıt şəhər məhkəməsinin 07 aprel 2021-ci il tarixli qərardadı və onunla bağlı 12 aprel 2021ci il tarixli qərardadları ləğv edilməli, ərizə təmin edilməli, Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 23a/8-də yerləşən 40 saylı mənzil üzərinə həbs qoyulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 157-158, 263-264 maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ İddiaçı şikayəti qismən təmin edilsin. Sumqayıt şəhər məhkəməsinin 07 aprel 2021-ci il tarixli və onunla bağlı 12 aprel 2021-ci il tarixli qərardadları ləğv edilsin. Ərizə təmin edilsin. Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 23a/8-də yerləşən 40 saylı mənzilin üzərinə mübahisə həll olunanadək həbs qoyulsun. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Səyyad Qafari Hakimlər Şəmsəddin Abasov Telman Məmmədov
Məhkəmə qərarları › İş №2(105)-1696/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1696/2021
28.04.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver