Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1699/2020 11.09.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), X5 və X3 ibarət tərkibdə, Məhkəmə iclas katibi Abbaslı Nahid Nəsrəddin oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı pulun qaytarılması tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 2(012)-294/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Abşeron Rayon Məhkəməsinin 2(012)-294/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, Cavabdeh 8000 (səkkiz min) manat pul və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzinin alınıb İddiaçı verilməsi qət edilmişdir. (hakim C.Səfiyeva) Qətnamədən Cavabdeh apelyasiya şikayəti verərək Abşeron Rayon Məhkəməsinin 2(012)-294/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv, iddianın rədd edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı Cavabdeh qarşı pulun qaytarılması tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək Cavabdeh 8000 (səkkiz min) manat pulun və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılması xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh İddiaçı tanışı olmaqla sonuncudan 6000 manat, daha sonra 2000 manat borc pul almışdır. İddiaçı Cavabdeh verdiyi borcun qaytarılmasını istədikdə sonuncu müxtəlif bəhanələrlə pulu qaytarmamışdır. Cavabdeh İddiaçı borclu olduğu 8000 (səkkiz min) manat pulu qaytarmadığından sonuncu Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinə müraciət etmişdir. Polis idarəsində araşdırma aparıldıqdan sonra cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edərək məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir.Buna görə də iddia təmin olunmalıdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ Nİ Z A H A T L A R İ və S Ü B U T L A R İ : Cavabdeh apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə qanunsuz və əsassızdır. Belə ki, məhkəmə işin faktiki hallarını yanlış qiymətləndirmişdir. O, 2018-ci ilin iyun ayında 2000 manat pulu iddiaçıdan borc almış, bir aydan sonra o, faizini tələb etməyə başlamış, 3 aydan sonra 2000 manatı qaytarmışdır. Lakin faiz borclarını ona ödəmədiyini iddia edərək 6000 manat borclu qaldığına dair qəbzə imza etməsini tələb etmiş, ona hədə qorxu gəlmişdir. Bundan sonra ona 4000 manat pul ödəsə də, imzaladığı qəbzi ona qaytarmamışdır. Məhkəmə isə bunları nəzərə almamışdır. Ona görə də apelyasiya şikayəti təmin olunmalıdır. Apelyasiya baxışı zamanı Cavabdeh vəkili X6 apelyasiya şikayətini müdafiə edərək əlavə etdi ki, Cavabdeh iddiaçıdan sələmə 2000 manat borc almışdır. O pul da faizi ilə birlikdə artıqlaması ilə ödənilmişdir. İddiaçının sübut kimi təqdim etdiyi qəbzi Cavabdeh təzyiq altında yazmışdır. Həmin qəbz sübut kimi qəbul edilə bilməz. Apelyasiya baxışı zamanı məhkəmə iclasında İddiaçı apelyasiya şikayətini qəbul etməyərək təmin edilməməsini xahiş etdi. Apelyasiya baxışı zamanı iclasın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə cavabdeh heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclaslarına təkrar olaraq gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə kollegiyası işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İşdə olan Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin xx xxxx 2019-cu il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarından görünür ki, Cavabdeh izahatnda 2018-ci ilin may-iyun aylarında İddiaçı 2000 manat borc aldığını, 3 aydan sonra faizləri ilə birlikdə həmin pulu qaytardığını, lakin 2-3 ay sonra Məlahət ona faizləri az qaytardığını buna görə də, 6000 manat verməli olduğunu bildirdiyindən əlacsız qalıb 6000 manatı ona qaytaracağı barədə qəbz yazıb vermişdir. Bundan sonra həmin pulu hissə-hissə Məlahətə qaytarmışdır. İşdə olan Cavabdeh tərəfindən xx.xx.2018-ci il tarixli sadə formada yazılmış qəbzdən görünür ki, Cavabdeh İddiaçı 6000 manat aldığını pulu 3 ay ərzində qaytaracağını qeyd etmişdir. M Ə H K Ə M Ə N İ N H Ü Q U Q İ M Ö V Q E Y İ: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçinin məruzəsini dinləyib, apelyasiya şikayətinin dəlillərini araşdırıb, işdə iştirak edən şəxsin izahatını dinləyib, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən, apelyasiya şikayətiqismən təmin edilməli,Abşeron Rayon Məhkəməsinin 2(012)-294/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul olunmalı, iddia qismən 6000 manat hissəsində təmin edilməli, 2000 manat hissəsində rədd edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında borc münasibətləri yaranmışdır. İddiaçı bildirir ki, 2000 manat və 6000 manat, cəmi 8000 manat pulu cavabdehə borc vermişdir. Cavabdeh bildirir ki, 2000 manat faizlə borc almış və faizlər əlavə edilməklə qaytarmışdır. 6000 manat pul borcuna dair qəbzi iddiaçının təzyiqləri altında məcburiyyət qarşısında qalıb yazmışdır. Mübahisə ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. AR MPM-in 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İddiaçı iddiasına sübut kimi iki sənəd əlavə etmişdir: cavabdeh tərəfindən yazılmış xx.xx.2018-ci il tarixli qəbz və Bakı şəhəri Nərimanov RPİ-nin İŞ-nin 22.6.2019-cu il tarixli, cinayət işinin başlanılmasının rədd olunması haqqında qərarı. Qeyd olunan iki sübutun iddiaçının və cavabdehin izahatları ilə müqayisəli təhlili iddianın tam təmini üçün əsas vermir. İddiaçının özü tərəfindən işə əlavə edilmiş Bakı şəhəri Nərimanov RPİ-nin İŞ-nin 22.6.2019-cu il tarixli, cinayət işinin başlanılmasının rədd olunması haqqında qərarda olan izahatında o, bildirir ki, xx.xx.2017-ci ildə cavabdehə öz evində 6000 manat vermiş, bundan 5-6 keçdikdən sonra yenə 2000 manat vermişdir. Nəzərə alsaq ki, dekabr 2017-ci ildən sonra 5-6 ay müddəti, bu təxminən may-iyun aylarına təsadüf edir. Belə olan halda Cavabdeh tərəfindən xx.xx.2018-ci ildə 6000 manat borc məbləğinə dair qəbz yazılarkən niyə 2000 manat borcun orada göstərilməməsi sual doğurur. Bununla bağlı məhkəmə kollegiyası həmin hala aydınlıq gətirmək istəsə də iddiaçı bunu əsaslandıra bilməmişdir. Belə olan halda məhkəmə kollegiyası yalnız cavabdehin işdə olan yazılı etirafını əks etdirən qəbzi sübut kimi qəbul edir və hesab edir ki, iddia yalnız həmin məbləğdə təmin oluna bilər. İddia tələbi 2000 manat hissədə əsaslı şübhələrdən azad dyildir. İddiaşı sübut etmə yükü üzərinə düşməsinə baxmayaraq, 2000 manat hissəsində iddiasını sübut edə bilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. X10 Məhkəməsi "X1rşı” qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir (bax, Makhmudov v. Russia, No. 35082/04, xx xxxx 2007-ci il, § 68). Eyni zamanda "Qavazov Bolqarıstana qarşı" iş üzrə xx xxxx 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir (bax, Gavazov v. Bulgaria, No. 54659/00, xx xxxx 2008-ci il, § 93). Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsipləri, habelə mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından görünür ki, hazırki halda cavabdehin iddiaçıdan 6000 manat pul alması təsdiq olunsa da, 2000 manat məbləğində iddianın təsdiqi üçün heç bir mötəbər sübut təqdim edilməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1 -ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Məhkəmə kollegiyası hesab edir ki, hazırda cavabdehin iddiaçıya borcu 6000 manatdır və onun həmin məbləğdə iddiaçı qarşısında öhdəliyi yaranmışdır və o, bu öhdəliyin icrası üçün cavabdehdir. Hazırki halda məhkəmə kollegiyası hesab edir ki, cavabdeh apelyasiya şikayətinin əsaslarına dair dəlillərini qismən sübut edə bilmişdir. Bu baxımdan, məhkəmə kollegiyası cavabdehin apelyasiya şikayətində göstərdiyi dəlilləri qiymətləndirirərək hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsasdır. Azərbaycan Respublikası MPM-nin 385.1.1-ci maddəsinəəsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunmasıüçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər. Məhkəmə kollegiyası həmçinin hesab edir ki,Azərbaycan Respublikası MPM-nin 119cu maddəsinə əsasən,apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş 15 manat dövlət rüsumunun 10 manatı cavabdehin özünə aid edilməli, 5 manatı iddiaçıdan tutularaq cavabdehə verilməli, iddianın verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun 10 manatı iddiaçının özünə aid edilməli, 20 manatı cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Apelyasiya şikayəti qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 2(012)-294/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia qismən təmin edilsin. Cavabdeh 6000 (altı min) manat pul alınıb İddiaçı verilsin. İddia 2000 manat pul tələbinə dair hissədə təmin edilməsin. İddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 20 (iyirmi) manat hissəsinin əvəzi Cavabdeh alınıb İddiaçı verilsin. Apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş 15 manat dövlət rüsumunun 10 manatı cavabdehin özünə aid edilsin, 5 manatı İddiaçı tutularaq Cavabdeh verilsin. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: ŞəmsəddinAbasov Hakimlər: Gülnarə Tağızadə Telman Məmmədov
Məhkəmə qərarları › İş №2(105)-1699/2020
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1699/2020
11.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver