Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-170/2022 25.10.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, ilk iddia üzrə İddiaçı, onun nümayəndə və vəkili Vəkil2, Cavabdeh1, Cavabdeh2 nümayəndə və vəkili Vəkil3 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı hasarın bir hissəsinin bərpa olunmasına və bir hissəsinin tikilməsinə maneçilik törədən hərəkətlərin qadağan olunması tələbinə dair ilk, iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı qanunsuz tikilinin sökülməsi barədə qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə Şamaxı Rayon Məhkəməsinin 07 iyun 2021-ci il tarixli, 2(074)- 256/2021 saylı qətnaməsindən ilk iddia üzrə Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq MÜƏYYƏNETDİ: Şamaxı Rayon Məhkəməsinin 12 aprel 2021-ci il tarixli, 2(074)-256/2021 saylı qətnaməsi ilə ilkin iddia tələbinin təmin edilməsi, ilkin iddia üzrə cavabdehlərin torpaq sahəsinə daxil olmadan İddiaçı hesabına onun evi ilə ilkin iddia üzrə cavabdehin evi arasında 8 metr uzunluğunda 1.8 metr hündürlüyündə yeni hasarın tikilməsinə və əvvəl mövcud olmuş 2.3 metr uzunluğunda 2 metr hündürlüyündə hasarın bərpa edilməsinə maneçilik törədən hərəkətlərin ilkin iddia üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qadağan edilməsi, qarşılıqlı iddia tələbinin təmin edilməməsi qət edilmişdir (hakim Natiq İsmayılov). Qətnamədən ilk iddia üzrə Cavabdeh1 apellyasiya şikayəti verərək qətnamənin tam ləğv edilməsi, ilk iddia tələbinin rədd edilməsi, qarşılıqlı iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İŞİNHALLARİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “hasarın bir hissəsinin bərpa olunmasına və bir hissəsinin tikilməsinə maneçilik törədən hərəkətlərin qadağan olunması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 2,30 metr uzunluğunda əvvəlki hasarın bərpa edilməsinə və cavabdehlərlə aralarında 8 metr uzunluğunda yeni hasar çəkilməsinə maneçilik törədən hərəkətləri etməyi cavabdehlərə qadağan edilməsinə dair qətnamə qət edilməsini xahiş etmişdir. İddiaçı “iddianın dəqiqləşməsinə dair” ərizə ilə məhkəməyə müraciət edərək iddia ərizəsində göstərdiyi əvvəlki hasarın hündürlüyünün təxminən 1.8-2 metr olduğunu, tikiləcək olan yeni hasarın isə yenə 1.8-2 metr olacağını bildirmiş, məhkəmədə göstərdiyi hündürlükdə əvvəlki hasarın bərpa edilməsi və göstərdiyi hündürlükdə yeni hasarın öz vəsaiti hesabına tikilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh1 cavabdeh İddiaçı qarşı “qanunsuz tikilinin sökülməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin evinin arxa tərəfində ona aid olmayan onun divarının yaxınlığındakı zəbt etdiyi sahədə qanunsuz və əsassız olaraq inşa etdiyi tikilinin (hinin) onun öz hesabına sökülməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. A P E L L Y A S İ Y A Ş İ K A Y Ə T İ N İ N D Ə L İ L L Ə R İ və PROSESİŞTİRAKÇİLARİNİNİZAHATLARİ: Məhkəmə kollegiyasının iclasında ilk iddia üzrə Cavabdeh1 apellyasiya şikayətini müdafiə edib göstərdi ki, Şamaxı Rayon Məhkəməsi məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlar əsasında mülki işin ədalətli həllinə imkan verə biləcək əsas hallara tələb olunan hüquqi qiymət verməmiş və nəticədə mahiyyətcə və qəbul olunma qaydası ilə zidd olan qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Mübahisələndirilən qətnamədə qeyd olunur ki, ilkin iddia üzrə İddiaçı məhkəmədə göstərmişdir ki, əvvəl aralarında təxminən 1.8-2 m hündürlüyündə hasar olmuş, 2020-ci ilin yayında onun evi zəlzələdən ziyan çəkdiyi üçün sökülmüş, Fövqəladə Hallar Nazirliyi tərəfindən ona yeni ev tikilmiş və bu evin divarı 1.5 m həyətə tərəf çəkilmişdir. Tikinti zamanı isə traktorun rahat işləməsi üçün aralarında olan 2.3 metrlik hasar sökülmüşdür, lakin o, sökülmüş hasarın tikintisinə etiraz etdiyi üçün o məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Qeyd olunmalıdır ki, İddiaçı göstərdiyi bu xüsusatlar həqiqəti əks etdirmir və yalan üzərində qurulmuşdur. Belə ki, əvvəllər hər iki evin arasında hasar olmamış və evlərin çöl divarları arasında təxminən 1.5 m enində boş sahə qalmışdır. Zəlzələdən sonra evi yararsız vəziyyətə düşdüyü üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən yeni ev tikilərkən evlərin çöl divarları arasında olan məsafə üzrə yeni normalar tətbiq olunduğu üçün ona tikilən ev 1.5 m həyətə içəri çəkilərək tikilmişdir. Beləliklə də İddiaçı yalan yazır ki, guya evlərinin arasında əvvəldən hasar olmuşdur. Halbuki hər iki evin xarici divarları təxminən 3-3.5 m məsafə qalmışdır və bu sahədə guya əvvəllər hasarın olması məntiqsizdir. Birinci instansiyada məhkəmə baxışı zamanı təqdim etdiyi həmin yerin fotoşəkillərindən də görünür ki, ona tikilən yeni evin çöl divarı təxminən 1.5 m içəri çəkilmişdir və əvvəlki evin fundamentini təxminən 60 sm hündürlükdə kubiklə qaldırmışdır. Çünki Səhrabın evi hündürlükdə, onun evi isə təxminən 60 sm aşağıda yerləşir və köhnə evin fundamenti üzərində təxminən 60 sm hündürlükdə kubiklə qaldırmaqda məqsəd odur ki, yuxarıdan yağış sularının evə axmasının qarşısını ala bilsin. İddiaçı isə əvvəlki evin fundamenti üstündə hasar çəkmək istəyir. Halbuki bu ərazi onun torpaq sahəsinə aiddir. Məhkəmə baxışı zamanı təklif elədiyi kimi, texniki ekspertiza keçirilsəydi, sorğular verilsəydi, İddiaçı hasar tikmək istədiyi ərazinin onun torpaq sahəsinin koordinantları daxilində olması müəyyən olunacaqdı. Lakin məhkəmə bu faktı araşdırmadan qanunsuz olaraq İddiaçı iddiasını təmin etmişdir. Bundan əlavə evin otağının pəncərəsi həmin hissəyə açılır. Əgər orada 2 m hündürlükdə hasar çəkilərsə və faktiki olaraq evinin yerləşdiyi sahədən hasarın hündürlüyü 2.6 m olmuş olur. Halbuki evinin xarici divarının hündürlüyü 3.4 m təşkil edir. Göründüyü kimi tikinti normaları pozulmuş olur və otağa pəncərdən işıq düşmür. Həmçinin qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69.1-ci maddəsində göstərilmişdir ki, binaların xarici divarlarının önündə ara məsafələri nəzərdə tutulmalıdır. Həmin Məcəllənin 69.4 və 69.5-ci maddələrində göstərilmişdir ki, ara məsafəsi divarın hündürlüyünə əsasən müəyyən edilib və ara məsafəsi divar hündürlüyünün 0.6 hissəsini, bu Məcəllənin 80-ci maddəsinə əsasən yaşayış evlərinin tikintisi barəsində məlumatlandırma icraatı tədqiq edilən, yəni mərtəbələrin sayı 3-dən, hündürlüyü 12 m-dən çox olmayan yaşayış evlərinə münasibətdə isə divar hündürlüyünün 0.3 hissəsini təşkil etməlidir. Onun evinin hündürlüyünün 3.6 m olması nəzərə alınaraq ara məsafəsi 1.08 sm olmalıdır. Qonşunun da evinin hündürlüyü təxminən 3-4 m olması nəzərə alındıqda ara məsafəsi 1-1.2 m təşkil edir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2014-cü il 11 mart tarixli, 72 saylı qərarı ilə təsdiq edilmiş "Ara məsafəsi ilə bağlı müfəssəl Qaydaların" 5-ci bəndində göstərilmişdir ki, ara məsafəsi hər bir ayrılmış torpaq sahəsinin öz sərhədləri çərçivəsində olmalıdır. Həmçinin həmin Qaydaların 6-cı bəndində göstərilmişdir ki, ara məsafələri birbirinin üzərinə düşə bilməz. Beləliklə də hər iki evin arasında tikinti normalarına əsasən 2.2-5 m ara məsafəsi qalmalıdır. Faktiki isə evlərin arasındakı məsafə 3.45 m təşkil edir. Belə olduğu halda iki evin arasında hasar çəkilə bilməz. Qeyd etdiklərinə əsasən apellyasiya şikayətistnin təmin edilməsini, Şamaxı Rayon Məhkəməsinin 07 iyun 2021-ci il tarixli, 2(074)-256/2021 saylı qətnaməsinin ləğv edilməsini, ilkin iddia tələbinin rədd edilməsi və qarşılıqlı iddia tələbinin təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında iştirak edərkən ilk iddia üzrə Cavabdeh1 nümayəndə və vəkili Vəkil1 apellyasiya şikayətini müdafiə edərək müvəkkilinin izahatını təsdiq etdiyini, apellyasiya şikayətinin təmin edilməsini, Şamaxı Rayon Məhkəməsinin 07 iyun 2021-ci il tarixli, 2(074)-256/2021 saylı qətnaməsinin ləğv edilməsini, ilkin iddia tələbinin rədd edilməsi və qarşılıqlı iddia tələbinin təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında ilk iddia üzrə Cavabdeh2 nümayəndə və vəkili Vəkil3 apellyasiya şikayətini müdafiə edərək göstərdi ki, mübahisəli ərazidən hər iki qonşu illərlə birlikdə istifadə ediblər. Habelə iddiaçının həmin əraziyə heç bir hüququ yoxdur. Bu səbəbdən apellyasiya şikayətinin təmin edilməsini, Şamaxı Rayon Məhkəməsinin 07 iyun 2021-ci il tarixli, 2(074)-256/2021 saylı qətnaməsinin ləğv edilməsini, ilkin iddia tələbinin rədd edilməsi və qarşılıqlı iddia tələbinin təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında ilk iddia üzrə İddiaçı apellyasiya şikayətinə etiraz edib göstərdi ki, iddiaçının evi mərkəzi xəstəxananın həyətində yerləşir. 1984-cü ildən orada yaşayır. Oraya gələndə cavabdehlər qonşuluqda yaşayırdılar. Həyəti cavabdehin evinin arxasında yerləşir, evin arxa divarı cavabdehlə onun həyətini bir-birindən ayırır. Cavabdehlərin həyətyanı torpağı evinin aşağı hissəsindədir. Cavabdehin evi sökülənə kimi onun evi ilə cavabdehin evinin arasında 2,30 metr məsafə var idi. Həmin yer onun həyətinə aid olduğundan oranın hasarını vaxtilə öz vəsaiti hesabına tikmişdir. 2020-ci ilin yayında cavabdehlərin evi zəlzələdən ziyan çəkmiş ev kimi sökülmüş, traktor rahat işləmədiyinə görə FHN-nin işçiləri ondan 2,30 metrlik hasarı sökməyi xahiş etmişlər. Traktor rahat işlədikdən sonra iş qurtaran kimi hasarı bərpa edəcəklərini bildirmişlər. Buna razı olmuş, hasar sökülmüş, evin yeri 1,5 metr həyətə tərəf çəkilmişdir. Cavabdeh üçün ikimərtəbəli ev tikilmiş, evin tikintisi qurtardıqdan sonra cavabdehlər hasarın bərpası zamanı ustalara maneə yaratmış, hətta Cavabdeh2 ustaları hədələyərək hasarın bərpa ediləcəyi təqdirdə özünü yandıracağını bildirmişdir. Bu səbəbdən də hasarını bərpa etdirə bilməmişdir. Nəticədə xəstəxananın həyətində olan küçə itləri gecə-gündüz həyətində gəzirlər. Evin 1,50 metr geri çəkilməsi nəticəsində cavabdehlərlə evinin arası açıq qalmış, bu da yersiz söz-söhbətlərə səbəb olmuşdur. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməməsini, Şamaxı Rayon Məhkəməsinin 07 iyun 2021-ci il tarixli, 2(074)-256/2021 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. HÜQUQİMƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti qismən təmin edilməli, Şamaxı Rayon Məhkəməsinin 07 iyun 2021-ci il tarixli, 2(074)-256/2021 nömrəli qətnaməsi qismən, ilkin iddia tələbinin təmin edilməsinə dair hissədə ləğv edilməli, ilkin iddia tələbi həmin hissədə də təmin edilməməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Azərbaycan Sovet Sosialist Respublikasının 4701 inventar işi nömrəli qeydiyyat vəsiqəsinin surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən iki otaqlı, 86,9 kvadrat ümumi sahəsi, 54,8 kvadrat yaşayış sahəsi olan ev İddiaçı adına qeydə alınmışdır. İş materiallarında olan fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportunun surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən iki otaqlı, 86,9 kvadrat metr ümumi sahəsi, 54,8 kvadrat metr yaşayış sahəsi olan fərdi yaşayış evinin sahibi İddiaçıdur. İş materiallarında olan Azərbaycan Sovet Sosialist Respublikasının 4701 inventar işi nömrəli qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Şamaxı rayonu, Qədirli küçəsi, ev 61 ünvanında yerləşən iki otaqlı, 117,3 kvadrat metr ümumi sahəsi, 45 kvadrat metr yaşayış sahəsi olan ev Cavabdeh1 adına qeydə alınmışdır. İş materiallarında olan fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportunun surətindən görünür ki, Şamaxı rayonu, Qədirli küçəsi, ev 61 ünvanında yerləşən iki otaqlı, 117,3 kvadrat metr ümumi sahəsi, 45 kvadrat metr yaşayış sahəsi olan fərdi yaşayış evinin sahibi Cavabdeh1dur. Müəyyən edilmişdir ki, tərəflər Şamaxı şəhəri, Qədirli küçəsində yaşamaqla qonşudurlar. İlkin iddia üzrə cavabdehin evinin divarı əvvəllər ilkin iddia üzrə iddiaçının həyəti ilə onun evini bir birindən ayırmışdır. Lakin zəlzələdən sonra ilkin iddia üzrə cavabdehin evi öz həyətinə tərəf çəkilmiş və onlar arasında hazırda heç bir hasar yoxdur. Tərəflərin evləri arasında əvvəllər hasar mövcud olmuş, lakin ilkin iddia üzrə cavabdehin evi yenidən tikilən zaman texnikanın rahat hərəkəti üçün sökülmüş və hazırda ilkin iddia üzrə cavabdeh həmin hasarın bərpa edilməsinə etiraz edir. İlkin iddia üzrə iddiaçı həyətində ev quşları saxlamaq üçün hin tikmiş və hazırda orada ev quşları saxlayır. Məhkəmə hesab etmişdir ki, ilkin iddia üzrə İddiaçı əvvəllər mövcud olmuş və uçurulmuş hasarın bərpa edilməsinə və onun həyətyanı torpaq sahəsi ilə cavabdehin evini ayıracaq yeni hasarın tikilməsinə dair tələbi əsaslıdır. Eyni zamanda əvvəlki hasarın bərpa edilməsi və yeni hasarın tikilməsi ilkin iddia üzrə cavabdehin ona məxsus evdən istifadə hüquqlarını pozmur. Buna görə də cavabdehin torpaq sahəsinə daxil olmadan öz hesabına onun evi ilə ilkin iddia üzrə cavabdehin evi arasında 8 metr uzunluğunda 1.8 metr hündürlüyündə yeni hasarın tikilməsinə və əvvəl mövcud olmuş 2.3 metr uzunluğunda 2 metr hündürlüyündə hasarın bərpa edilməsinə maneçilik törədən hərəkətlər ilkin iddia üzrə cavabdehlərə qadağan edilməlidir. Məhkəmə ilkin iddianı təmin edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.5,157.4, 176.1, 176.2, 176.3-cü maddələrinə istinad etmişdir. Məhkəmə qarşılıqlı iddia ilə bağlı qeyd etmişdir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 158.1.2-ci maddəsinə əsasən əmlakdan istifadə hüququ mülkiyyət hüququ ilə yanaşı əmlak hüquqları sayılır və 158.4-cü maddəyə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Həmin Məcəllənin 170.1-ci maddəsinə əsasən ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. Həmin Məcəllənin 171.1-ci maddəsinə əsasən torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisi, əgər öz sahəsindən istifadə etməkdə ona maneçilik yaranmırsa və ya hüququ əhəmiyyətsiz dərəcədə pozulursa, qonşu sahədən qazın, buxarın, qoxunun, hisin, tüstünün, səs-küyün, istiliyin, titrəyişlərin və ya digər oxşar amillərin öz sahəsinə təsirini qadağan edə bilməz. Həmin Məcəllənin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.3-cü maddəsinə əsasən özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Qeyd edilənlərə əsasən məhkəmə hesab etmişdir ki, tərəflər qonşu olduqlarından qarşılıqlı iddia üzrə iddiaçının isə qanunvericiliklə qonşu təsirinə dözmək vəzifəsi müəyyən edildiyindən qarşılıqlı iddia üzrə cavabdehin öz həyətində hin tikib orada ev quşları saxlaması, yəni hindən adi qaydada istifadə etməsi qarşılıqlı iddia üzrə iddiaçının öz sahəsindən istifadə etməsinə heç bir maneçilik yaratmır və hinin İddiaçı torpaq sahəsində yerləşməsi qarşılıqlı iddia üzrə iddiaçının hüquqlarını və qanunla qorunan mənafelərini pozmur. Belə ki, tərəflərin izahatlarından aydın olur ki, İddiaçı artıq bir neçə ildir öz həyətində hin tikərək ev quşlarını saxlayır. Əgər bu qarşılıqlı iddia üzrə iddiaçının hüquqlarını əhəmiyyətli dərəcədə pozmuş olsaydı onun bununla bağlı məhkəmədə iddia qaldırmaq imkanı olmuşdur. Halbuki iş materiallarından və qarşılıqlı iddia ərizəsindən görünür ki, ilkin iddia üzrə iddiaçı məhkəməyə müraciət etdikdən sonra o, qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qarşılıqlı iddianın təmin edilməməsinə dair gəlmiş olduğu nəticə ilə razılaşsa da ilkin iddianın təmin edilməsinə dair gəlmiş olduğu nəticə ilə razılaşmır. Belə ki, iş üzrə keçirilmiş 29 sentyabr 2022-ci il tarixli, 10/4305 saylı ekspertiza rəyindən görünür ki, İddiaçı və Cavabdeh1 məxsus yaşayış evlərinin yerləşdiyi və faktiki istifadə etdikləri torpaq sahələrinin döngə nöqtələrinin koordinatları müəyyən edildi. Texniki inventarlaşdırma bürosu tərəfindən verilmiş, 04/1372 nömrəli, xx.xx.1994-cü il tarixli qeydiyyat vəsiqəsinə əsasən İddiaçı məxsus fərdi yaşayış evinin ətrafında olan torpaq sahəsi 477 m2 qeyd olunduğu halda faktiki istifadəsində olan torpaq sahəsi 524 m2 təşkil edir. Cavabdeh1 məxsus fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi Texniki inventarlaşdırma bürosu tərəfindən verilmiş, 04/1370 nömrəli, xx.xx.1994-cü il tarixli qeydiyyat vəsiqəsinə və xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən, 600 m2 təşkil edir. İddiaçı faktiki istifadəsində olan torpaq sahəsinin onun mülkiyyətində olmasını təşdiq edən sənəd mülki iş materiallarında mövcud olmadığı və ekspert tədqiqatına təqdim edilmədiyi üçün İddiaçı tikdiyi toyuq hininin (faktiki anbar kimi istifadə olunur) və inşa etmək istədiyi hasarın ona məxsus torpaq sahəsinin sərhədləri daxilində yerləşib-yerləşmədiyini müəyyən etmək mümkün deyil. Baxış zamanı toyuq hini olaraq iddia olunan tikilinin faktiki vəziyyətdə anbar kimi istifadə olunduğu və Cavabdeh1 məxsus fərdi yaşayış evinin pəncərələrindən 6.8 metr və 11.2 metr məsafədə inşa edildiyi müəyyən olundu. Dövlət Şəhərsalma Norma və Qaydaları" AzDTN 2.6-1-in 4.20. bəndinə əsasən mal-qara və quşlar saxlanılan tikililərin inşasına aşağıdakı hallarda icazə verilir: yaşayış otaqlarının pəncərələrindən mal-qara və quşlar saxlanılan tikililərədək olan məsafə, bir və ya iki tikili olarsa - 15 metrdən, 8-dək tikili olarsa - 25 metrdən, 30-dək tikili olarsa - 50 metrdən, 30-dan çox tikili olarsa 100 metrdən az olmamalıdır. Yuxanda qeyd olunanları nəzərə alaraq gələcəkdə toyuq hini olaraq istifadə olunacağı təqdirdə, mübahisəli tikilinin Dövlət Şəhərsalma Norma və Qaydaları’’ AzDTN 2.6-1-in 4.20. bəndinin tələbinə uyğun olmayacağı müəyyən olunur. İddiaçı və Cavabdeh1 məxsus fərdi yaşayış evlərinin arasındakı məsafə faktiki olaraq ön hissədə 3,5 metr, arxa hissədə isə 4,5 metr təşkil edir. Lakin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 mart 2014-cü İl tarixli, 72 nömrəli qərarı ilə təsdiq olunmuş “Ara məsafəsi ilə bağlı müfəssəl Qaydalar”ında fərdi yaşayış evləri arasındakı ara məsafəsi deyil, tikililər ilə tikililərin inşa olunduğu torpaq sahəsinin sərhəddinə qədər olan məsafə nəzərdə tutulur. Cavabdeh1 məxsus fərdi yaşayış evinin hündürlüyünün (mübahisəli ərazi istiqamətində) 3.6 metr, fərdi yaşayış evinin xarici divarı ilə həmin evin inşa olunduğu torpaq sahəsinin (sənəd üzrə mülkiyyətə verilmiş) sərhəddinə qədər ən yaxın məsafənin 1.97 metr (norma 1.08 metr) olduğunu nəzərə alaraq, tikili ilə tikilinin inşa olunduğu torpaq sahəsinin sərhəddinə qədər olan məsafənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 mart 2014-cü il tarixli, 72 nömrəli qərarı ilə təsdiq olunmuş “Ara məsafəsi ilə bağlı müfəssəl Qaydalar”ın 7-ci və 9-cu bəndlərinin tələblərinə uyğun olduğu müəyyən olundu. İddiaçı faktiki istifadəsində olan torpaq sahəsinin sənəd üzrə dəqiq sərhədlərini müəyyən etmək mümkün olmadığı üçün ona məxsus fərdi yaşayış evinin inşası zamanı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 mart 2014-cü il tarixli, 72 nömrəli qərarı ilə təsdiq olunmuş “Ara məsafəsi ilə bağlı müfəssəl Qaydalar’’ın 7-ci və 9-cu bəndlərinin tələblərinə uyğunluğunu təsdiq etmək mümkün deyil. Cavabdeh1 evinin həyətyanı sahəsinin İddiaçı həyətyanı sahəsi ilə müqayisədə aşağıda yerləşdiyini, habelə 2-ci sualda əhatə olunmuş məsələlər nəzərə alınaraq, gələcəkdə mübahisəli yerdə hasarın inşa olunması Cavabdeh1 məxsus yaşayış evinin pəncərəsinə təbii işığın və havanın daxil olmasına məhdudiyyət yaradacaqdır. İddiaçı faktiki istifadəsində olan torpaq sahəsinin sənəd üzrə dəqiq sərhədlərini müəyyən etmək mümkün olmadığından onun tərəfindən iddia olunan yerdə hasarın tikilməsi tikinti norma və qaydalarına uyğun hesab oluna bilməz. İddiaçı ilə cavabdehə məxsus evlər arasında mişar daşından mövcud olan hörgünün Cavabdeh1 məxsus olan və sökülmüş evin bünövrəsində olan divarın qalığı olub-olmaması, sökülmüş evin ilkin layihə sənədləri təqdim edildikdən sonra dəqiqliklə müəyyən oluna bilər. Həmçini qeyd olunur ki, baxış zamanı iddiaçı və cavabdeh, iddiaçı ilə cavabdehə məxsus evlər arasında mövcud olan mişar daşından olan hörgünün Cavabdeh1 məxsus olan və sökülmüş evin bünövrəsində olan divarın qalığı olduğunu bildirmişlər. 13 saylı Şamaxı Ərazi İdarəsinin mütəxəssis rəyinə əsasən ilk iddia üzrə İddiaçı naturada istifadə etdiyi, toyuq hini tikdiyi və hasar çəkmək istədiyi torpaq sahəsinin Şamaxı Rayon X1 Hüquqi Şəxsə ayrılmış torpaq sahəsi ilə üst-üstə düşmədiyi, lakin həmin torpaq sahəsinə gediş-gəliş yolunun Şamaxı rayon X1 Hüquqi Şəxsə aid torpaq sahəsindən keçdiyi müəyyən olundu. Qeyd edilənlərə əsasə məhkəmə kollegiyası hesab edir ki, iddiaçının iddiası təmin edilə bilməz. Belə ki, Cavabdeh1 evinin həyətyanı sahəsinin İddiaçı həyətyanı sahəsi ilə müqayisədə aşağıda yerləşdiyi nəzər alınmaqla iddiaçının iddia etdiyi kimi mübahisəli yerdə hasarın inşa olunması Cavabdeh1 məxsus yaşayış evinin pəncərəsinə təbii işığın və havanın daxil olmasına məhdudiyyət yaradacaqdır ki, bu da qanunvericiliyin tələblərinə ziddir. Bundan başqa İddiaçı faktiki istifadəsində olan torpaq sahəsinin sənəd üzrə dəqiq sərhədlərini müəyyən etmək mümkün olmadığından onun tərəfindən iddia olunan yerdə hasarın tikilməsi tikinti norma və qaydalarına uyğun hesab oluna bilməz. Ekspertiza keçirilən zaman iddiaçı və cavabdeh, iddiaçı ilə cavabdehə məxsus evlər arasında mövcud olan mişar daşından olan hörgünün Cavabdeh1 məxsus olan və sökülmüş evin bünövrəsində olan divarın qalığı olduğunu bildirmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 170.1-ci maddəsinə əsasən ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. Həmin Məcəllənin 171.1-ci maddəsinə əsasən torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisi, əgər öz sahəsindən istifadə etməkdə ona maneçilik yaranmırsa və ya hüququ əhəmiyyətsiz dərəcədə pozulursa, qonşu sahədən qazın, buxarın, qoxunun, hisin, tüstünün, səs-küyün, istiliyin, titrəyişlərin və ya digər oxşar amillərin öz sahəsinə təsirini qadağan edə bilməz. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69.1-ci maddəsinin tələlərinə əsasən binaların xarici divarlarının önündə ara məsafələri nəzərdə tutulmalıdır. Həmin Məcəllənin 69.4 və 69.5-ci maddələrinə əsasən ara məsafəsi divarın hündürlüyünə əsasən müəyyən edilir. Divarla yerin üst səthinin kəsişmə nöqtəsindən divarın sonuna qədər olan şaquli məsafə divarın hündürlüyünü, binanın xarici divarının səthindən həmin binanın yerləşdiyi torpaq sahəsinin sərhədinə qədər olan məsafə isə ara məsafəsni təşkil edir, ara məsafəsi divar hündürlüyünün 0.6 hissəsini, bu Məcəllənin 80-ci maddəsinə əsasən yaşayış evlərinin tikintisi barəsində məlumatlandırma icraatı tədqiq edilən, yəni mərtəbələrin sayı 3-dən, hündürlüyü 12 m-dən çox olmayan yaşayış evlərinə münasibətdə isə divar hündürlüyünün 0.3 hissəsini təşkil etməlidir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2014-cü il 11 mart tarixli, 72 saylı qərarı ilə təsdiq edilmiş "Ara məsafəsi ilə bağlı müfəssəl Qaydaların" 5-ci bəndində göstərilmişdir ki, ara məsafəsi hər bir ayrılmış torpaq sahəsinin öz sərhədləri çərçivəsində olmalıdır. Həmçinin həmin Qaydaların 6-cı bəndində göstərilmişdir ki, ara məsafələri birbirinin üzərinə düşə bilməz. Beləliklə də hər iki evin arasında tikinti normalarına əsasən 2.2-5 m ara məsafəsi qalmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti ilkin iddia tələbinin təmin edilmiş hissəsinin ləğv edilməsinə dair hissədə əsaslı olduğu üçün təmin edilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin qarşılıqlı iddia tələbinin təmin edlməsinə dair dəlilini əsassız hesab edir. Belə ki, apellyant iddiaçının qanunsuz və əsassız olaraq inşa etdiyi tikilini, yəni hinin sökülməsini xahiş etmişdir. Habuki iş materialları ilə, o cümlədən ekspertiza rəyi ilə iddiaçının həyətində toyuq hini inşa etməsi təkzib olunur. Belə ki, iddiaçı həyətində toyuq saxlamadığını, həmin tikilidən əşyaların saxlanılması üçün istifadə etdiyini bildirdi. Ekspertiza rəyidə də qeyd edilmişdir ki, cavabdehin sökülməsini tələb etdiyi tikilidən faktiki anbar kimi istifadə olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Mülki Prosessual Məcəlləsinin 385.1.1 və 385.1.3-cü maddələrinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Qeyd olunanlara əsasən, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Şamaxı Rayon Məhkəməsinin 07 iyun 2021-ci il tarixli, 2(074)- 256/2021 nömrəli qətnaməsi qismən, ilkin iddia tələbinin təmin edilməsinə dair hissədə ləğv edilməli, ilkin iddia tələbi təmin edilməməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasə və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏTETDİ: İlk iddia üzrə Cavabdeh1 apellyasiya şikayəti qismən təmin edilsin. Şamaxı Rayon Məhkəməsinin 07 iyun 2021-ci il tarixli, 2(074)-256/2021 nömrəli qətnaməsi qismən, ilkin iddia tələbinin təmin edilməsinə dair hissədə ləğv edilsin. İlkin iddia tələbi təmin edilməsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Ekspertizanın dəyəri olaraq 250 (50+200) manat pulun 125 manatı İddiaçı, 125 manatı Cavabdeh1 tutularaq dövlət büdcəsinə aşağıdakı: Az.MEM, VÖİN **********, AZ34CTRE********************, Dövlət Xəzinədarlıq agentliyi, kod 210005, VÖEN **********, m/h AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 hesaba köçürülsün. Qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-170/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-170/2022
25.10.2022 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver