Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1702/2021 15.07.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X8 Tağızadənin sədrliyi və məruzəsi, X1 və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Rəsul Yasər oğlu Məmmədovun katibliyi, İddiaçının nümayəndələri: X6, X11 və X9, Cavabdeh: Cavabdeh1, Cavabdeh B.Ə.Gülməmədovun nümayəndəsi: X4, Cavabdeh B.Ə.Gülməmədovun nümayəndəsi və vəkili: X5, Cavabdeh2 nümayəndəsi və vəkili: Vəkil iştirakları ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı əsas borc və hesablanmış faiz borcunun qaytarılması tələbinə dair mülki iş üzrə Qubadlı Rayon Məhkəməsinin 05 fevral 2021-ci il tarixli qətnaməsindən cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Qubadlı Rayon Məhkəməsinin 05 fevral 2021-ci il tarixli qətnaməsi ilə (hakim V.Y.Ruvinov) iddianın təmin edilməsi, Cavabdeh1 və Cavabdeh2 BOKT İddiaçı QSC-nin xeyrinə 21.11.2014-cü il tarixli kredit müqaviləsi üzrə ödənilməmiş 1956,15 manat məbləğində əsas kredit borcu, 8,09 manat məbləğində faiz borcu, cəmi 1964,24 manat, həmçinin Cavabdeh1 10.04.2015-ci il tarixli kredit müqaviləsi üzrə ödənilməmiş 11387,59 manat məbləğində əsas kredit borcu, 3545,86 manat məbləğində faiz borcu, cəmi 14933,59 manat, 30.01.2015-ci il tarixli kredit müqaviləsi üzrə ödənilməmiş 3663,21 manat məbləğində əsas kredit borcu, 265,53 manat məbləğində faiz borcu, cəmi 3928,74 manat və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması qət edilmişdir. İ Ş İ N H A L L A R İ: BOKT İddiaçı QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 BOKTİddiaçı QSC-nin xeyrinə 21.11.2014-cü il tarixli kredit müqaviləsi üzrə ödənilməmiş 1956,15 manat məbləğində əsas kredit borcu, 8,09 manat məbləğində faiz borcu, cəmi 1964,24 manat, həmçinin Cavabdeh1 10.04.2015-ci il tarixli kredit müqaviləsi üzrə ödənilməmiş 11387,59 manat məbləğində əsas kredit borcu, 3545,86 manat məbləğində faiz borcu, cəmi 14933,59 manat, 30.01.2015-ci il tarixli kredit müqaviləsi üzrə ödənilməmiş 3663,21 manat məbləğində əsas kredit borcu, 265,53 manat məbləğində faiz borcu, cəmi 3928,74 manat və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, «xxxx» ASC-nin dövlətə məxsus səhmlərinin özəlləşdirməyə hazırlanması ilə bağlı sağlamlaşdırma tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194-cü maddəsinə uyğun olaraq «xxxx» ASC ilə İddiaçı QSC arasında bağlanmış, Tələb hüququnun güzəşt edilməsinə dair 11.08.2015ci il tarixli müqaviləyə görə «xxxx» ASC-nin problemli aktivlərinin tələb hüququ İddiaçı QSC-yə keçmişdir. İddiaçı QSC-nin Nizamnaməsinə edilmiş 12.10.2015-ci il tarixli dəyişiklikdəki 2.5-ci maddəsinə əsasən Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanında nəzərdə tutulmuş aktivlərin idarə edilməsi kredit təşkilatının tabeliyində yaradılmış hüquqi şəxs statuslu qurum (“X10 Edilməsi Agentliyi” MMC) vasitəsi ilə həyata keçirilir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2017-ci il 10 fevral tarixli, 101S saylı Sərəncamının icrası ilə əlaqədar İddiaçı QSC tərəfindən «xxxx» ASC-dən problemli aktivlərin satın alınması ilə bağl borclu Cavabdeh1 dair sənədlər S-FK-1486 saylı, 14.05.2018-ci il tarixli təhviltəslim aktına əsasən İddiaçı QSC-yə verilmişdir. «xxxx» ASC ilə Cavabdeh1 arasında 21.11.2014-cü il tarixli kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən cavabdehə illik 22 % olmaqla 36 ay müddətinə 5200 manat məbləğində kredit verilmişdir. «xxxx» ASC ilə Cavabdeh1 arasında 10.04.2015-ci il tarixli kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən cavabdehə illik 23% olmaqla 60 ay müddətinə 15000 manat məbləğində kredit verilmişdir. «xxxx» ASC ilə Cavabdeh1 arasında 30.01.2015-ci il tarixli kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən cavabdehə illik 22% olmaqla 36 ay müddətinə 5209 manat məbləğində kredit verilmişdir. Cavabdeh1 21.11.2014-cü il tarixli kredit müqavilə üzrə öhdəliyinin icrasının təmin edilməsi üçün Cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanılmışdır. Hazırda Cavabdeh1 ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınır və beləliklə kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. Bank tərəfindən dəfələrlə xəbərdarliq olunmasına və bildirişin göndərilməsinə baxmayaraq cavabdeh borcun qaytarılmasını təmin etməmişdir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdeh2 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş və işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət edir. Məhkəmə işə onun iştirakı olmadan baxmışdır və bununla da onun konstitusion məhkəmə təminat hüququnu kobud surətdə pozmuşdur. İş materiallarında olan iddiaçı tərəfindən təqdim edilmiş maliyyə arayışından və hesabdan çıxarış məlumatlarından isə görünür ki, borcalan Cavabdeh1 sonuncu dəfə 18 dekabr 2016-cı il tarixdə ödəniş etmiş, həmin tarixdən sonra iddia verilən günə qədər ödəniş etməmişdir. İddiaçı tərəfindən əsas öhdəliyin icrası vaxtının çatdıgı 18 dekabr 2016-cı il tarixdən müqavilənin icrası ilə bağlı bir il müddətində zamin ona qarşı heç bir tələb irəli sürülməmişdir. Qubadlı Rayon Məhkəməsinin 05 fevral 2021-ci il tarixli 2(028)-31/2021 saylı qətnaməsinin ləğv edilməsi və iddia ərizəsinin ona aid hissədə təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Cavabdeh1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, 01 avqust 2013-cü ildə kimi xxxx ASC-də tapşırıq müqaviləsi əsasında satış mütəxəssisi vəzifəsinə qəbul olunmuşdur. 2015-ci ilin sentyabr ayının 01-də tapşırıq müqaviləsinin müddəti bitdiyinə görə işdən azad olunmuşdur. Orada işlədiyi müddətdə xxxx ASC-i ilə onun arasında 21 noyabr 2014-cü il tarixli Təminatı Kredit Müqaviləsi bağlanmışdır. Bu müqavilənin təminatı olaraq zaminlik müqaviləsi bağlanmış, bir yerdə işlədiyi Cavabdeh2 zamin olmuşdur. Həmin kredit müqaviləsinə görə 5200 manat pul kassa məxaric orderinə əsasən ona verilmişdir. İşlədiyi müddətdə kredit mütəmadi olaraq ödənilirdi. İşdən çıxandan sonra isə həmin krediti zamin ödəməli olduğu üçün kreditin sonrakı ödəmələri ilə maraqlanmamışdır. Lakin məhkəmənin qətnaməsini alandan sonra bilmişdir ki, müqavilə üzrə zamin olan Cavabdeh2 həmin pulu ödəməmişdir. Hesabdan çıxarışın özündən də görünür ki, ona kredit olaraq yazılan və ona verilməyən kreditləri başqa şəxslərin hesablarına keçiriblər. Ona verilməsi kimi qeyd olunan kreditləri onun tanımadıgı şəxslərin hesabına keçirməklə sərf etmişlər. Məhkəmə işə onun iştirakı olmadan baxmışdır. İşdə kassa məxaric orderi yoxdur. Qubadlı Rayon Məhkəməsinin 05 fevral 2021-ci il tarixli 2(028)-31/2021 saylı qətnaməsinin ləğv edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Cavabdeh1, nümayəndələri G.M.Əsgərov və Ə.H.Mehtiyev apellyasiya şikayətinin dəlillərini müdafiə etdilər, eyni məzmunlu izahat verdilər, təmin olunmasını, Cavabdeh2 apellyasiya şikayətinin dəlillərini qəbul etdillər və təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdilər. Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin dəlillərini müdafiə etdi, eyni məzmunlu izahat verdi, təmin olunmasını, Cavabdeh1 apellyasiya şikayətinin dəlillərini qəbul etdi və təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. İddiaçının nümayəndəsi S.A.Kələşova, A.R.Əliyev və G.Z.Babayeva apellyasiya şikayətinin dəlillərini qəbul etmədilər, iddia ərizəsinə uyğun izahat verdilər və qətnamənin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdilər. Məhkəmə kollegiyası məruzəçi hakimi, tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara görə Cavabdeh2 apellyasiya şikayəti təmin edilməlidir, həmin hissədə qətnamə ləğv edilməlidir, digər Cavabdeh1 apellyasiya şikayəti təmin edilməməlidir, onun hissəsində qətnamə dəyişdirilmədən saxlanılmalıdır. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddianı təmin edərkən, tərəflər arasında kredit, zamin müqaviləsinin olmasına və cavabdehlər tərəfindən müqavilənin şərtlərinin pozulmasına istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi zamin Cavabdeh2 hissəsində qanuni və əsaslı olmamaqla, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına uyğun deyildir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan, məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh2 və Cavabdeh1 apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən, maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. Belə ki, iş materiallarından görünür ki, «xxxx» ASC ilə Cavabdeh1 arasında 21.11.2014-cü il tarixli kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən cavabdehə illik 22% olmaqla 36 ay müddətinə 5200 manat məbləğində kredit verilmişdir. Cavabdeh1 21.11.2014-cü il tarixli kredit müqaviləsi üzrə öhdəliyinin icrasının təmin edilməsi üçün Cavabdeh2 ilə zaminlik müqavilələri bağlanılmışdır. «xxxx» ASC ilə Cavabdeh1 arasında 10.04.2015-ci il tarixli kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən cavabdehə illik 23% olmaqla 60 ay müddətinə 15000 manat məbləğində kredit verilmişdir. İşdə olan «xxxx» ASC ilə Cavabdeh1 arasında 30.01.2015-ci il tarixli kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən cavabdehə illik 22% olmaqla 36 ay müddətinə 5209 manat məbləğində kredit verilmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2017-ci il 10 fevral tarixli, 101S saylı Sərəncamının icrası ilə əlaqədar İddiaçı QSC tərəfindən «xxxx» ASC-dən problemli aktivlərin satın alınması ilə bağl borclu Cavabdeh1 dair sənədlər S-FK-1486 saylı, 14.05.2018-ci il tarixli təhvil-təslim aktına əsasən İddiaçı QSC-yə verilmişdir. İş materiallarında olan və BOKTİddiaçı QSC tərəfindən tərtib edilmiş 06.11.2020-ci il tarixli, 5906 saylı arayışdan görünür ki, «xxxx» ASC tərəfindən İddiaçı QSC-yə 14.05.2018-ci il tarixdə ötürülən məbləğ 22569,66 manat (18750,18 manat əsas borc və 3819,48 manat faiz borcu). Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanının icrası ilə əlaqədar əsas borcun azaldılmasına yönəldilmiş kompensasiya məbləği 1743,09 manat. Cavabdeh1 06.11.2020-ci il tarixə İddiaçı QSC-yə olan borcu 20826,57 manat (17007,09 manat əsas borc və 3819,48 manat faiz borcu). İşdə olan 21.11.2014-cü il tarixli kredit müqaviləsi üzrə ödənilməmiş 1956,15 manat məbləğində əsas kredit borcu, 8,09 manat məbləğində faiz borcu, cəmi 1964,24 manat borcu var. 10.04.2015-ci il tarixli kredit müqaviləsi üzrə ödənilməmiş 11387,59 manat məbləğində əsas kredit borcu, 3545,86 manat məbləğində faiz borcu, cəmi 14933,59 manat borcu var. 30.01.2015-ci il tarixli kredit müqaviləsi üzrə ödənilməmiş 3663,21 manat məbləğində əsas kredit borcu, 265,53 manat məbləğində faiz borcu, cəmi 3928,74 manat borcu var. İş materiallarından görünür ki, BOKT İddiaçı QSC kredit alana bildiriş göndərmişdir. Azərbaycan Respublikası MM-in 739-cu maddəsinə müvafiq olaraq, borc müqaviləsinə görə iştirakçılardan biri(borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəkilində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası MM-in 385.1-ci maddəsinə müvafiq olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası MM-in 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası MM-in 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikası MM-in 445-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası MM-in 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Azərbaycan Respublikası MM-in 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə gədər tutulur. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarına şərh olunmasına dair» Azərbaycan Respublikası Konstitusiya məhkəməsi Plenumunun 09 iyul 2009-cu il tarixli qərarında göstərilir ki, məsələ məhkəmə qaydasında həll edildiyi halda tərəflər, yəni kreditorla borclu arasında müqavilə münasibətləri davam edir və borcun, faizin və maliyyə sanksiyasının tutulmasına dair məhkəmə qərarının çıxarılması bu münasibətlərə xitam verilməsinə səbəb olmur. Azərbaycan Respublikası MPM-in 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə kollegiyası Cavabdeh1 və Cavabdeh2 işə onların iştirakı olmadan baxılması barədə gətirdiyi dəlili qəbul etmir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, cavabdehlərin yaşadıgı ünvana məhkəmə bildirişlərin göndərilmişdir, lakin tərəflər evdə olmadıgı üçün bildirişlər geri qaytarılmışdır. Bundan sonra tərəflər mobil telefon vasitəsi ilə məhkəmənin yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmışlar (i.v.93-94). Azərbaycan Respublikası MM-in 472-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Məhkəmə kollegiyası iclası zamanı müəyyən edilmişdir ki, tərəflər arasında 21 noyabr 2014-cü il tarixdə 36 ay müddətinə 49-21.11.2014-SM12 saylı müqavilə bağlanmışdır. Həmin müqavilənin müddəti 21 noyabr 2017-ci il tarixdə bitir. İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatı məhkəmə iddia ərizəsi ilə 16 noyabr 2020-ci il tarixdə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 367-ci maddəsinin tələbləri baxımından nəzərə alınmalıdır ki, müddət hüquqi anlayış kimi həmişə özündə konkretliyi ehtiva edir və zaminlik müqaviləsi, həmçinin, verilmə müddətinin göstərilməsi ilə müəyyənləşdirilə bilər. Bilavasitə qanundan irəli gəldiyi, eləcə də bankın zaminə qarşı tələbinin yaranmasının mühüm şərtlərindən biri kimi çıxış etdiyi üçün qanunla müəyyən edilmiş müddətlər ərzində keditor tərəfindən zaminə qarşı tələb irəli sürülmədikdə zaminlik müqaviləsinə xitam verilmiş hesab edilir. Bundan başqa zaminliyə müddətin keçməsi əsası ilə xitam verilməsinin mümkünlüyünü təsbit edən Mülki Məcəllənin 477.0.4-cü maddəsi iddia müddəti deyildir. Buna görə də, onun tətbiqi üçün tərəfin ərizə verməsi və ya müstəqil olaraq belə tələblə çıxış etməsi tələb olunmur. Cavabdeh1 iş üzrə 10 aprel 2015-ci il tarixli 10.04.2015-SM-12 saylı müqavilə üzrə və 30 yanvar 2015-ci il tarixli SM12 saylı müqavilə üzrə işdə pulun götürülməsinin işdə qəbzin olmaması barədə dəlilə gəldikdə həmin dəlili qəbul etmir. Belə ki, məhkəmə kollegiyası və iş materialları ilə müəyyən edilir ki, Cavabdeh1 bank işçisi kimi həmin müqavilələr üzrə üzrə 11.387,59 manat pul 10 aprel 2015-ci il tarixdə və 30 yanvar 2015-ci il tarixdə 5209 manat pul vəsaiti şəxsi hesabına oturulmuş və həmin gün öz hesabdan həmin pulları çıxartmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Beləliklə, məhkəmə kollegiyası cavabdehlərin apellyasiya şikayətində göstərilən digər dəlilləri də araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi Cavabdeh2 hissəsində faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olmadığından və işdə, iş üzrə məhkəmə qətnaməsinin həmin hissədə apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olduğundan, iş üzrə məhkəmə qətnaməsi həmin hissədə ləğv edilməlidir, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392, 393 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT E T D İ: Cavabdeh1 apellyasiya şikayəti təmin edilməsin, Cavabdeh2 apellyasiya şikayəti təmin edilsin. Qubadlı Rayon Məhkəməsinin bu iş üzrə 05 fevral 2021-ci il tarixli 2(028)-31/2021 saylı qətnaməsi Cavabdeh2 hissəsində ləğv edilsin. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı əsas borc və hesablanmış faiz borcunun qaytarılması tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh1 BOKT İddiaçı QSC-nin xeyrinə 21.11.2014-cü il tarixli kredit müqaviləsi üzrə ödənilməmiş 1956,15 manat məbləğində əsas kredit borcu, 8,09 manat məbləğində faiz borcu, cəmi 1964,24 manat, həmçinin, Cavabdeh1 10.04.2015-ci il tarixli kredit müqaviləsi üzrə ödənilməmiş 11387,59 manat məbləğində əsas kredit borcu, 3545,86 manat məbləğində faiz borcu, cəmi 14933,59 manat, 30.01.2015-ci il tarixli kredit müqaviləsi üzrə ödənilməmiş 3663,21 manat məbləğində əsas kredit borcu, 265,53 manat məbləğində faiz borcu, cəmi 3928,74 manat və 30 manat ödənilmiş dövlət rüsumu tutulsun. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının Cavabdeh2 əsas borc və hesablanmış faiz borcunun qaytarılması tələbinə dair iddia tələbi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-1702/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1702/2021
15.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver