Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1702/2024 19.11.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X1 və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Rəhimova Ülkər Cabbar qızının katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi "xxxx" MMC-nin Cavabdeh qarşı kredit borcunun, kredit üzrə yığılmış faizlərin və dəbbə pulunun tutulması tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 11 avqust 2015-ci il tarixli, 2(060)-7562/2015 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ Sumqayıt Şəhər Məhkəməsinin 11 avqust 2015-ci il tarixli qətnaməsi ilə (hakim C.Məmmədov) iddianın təmin edilməsi, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 3466,50 manat məbləğində əsas borc, 2461,94 manat faiz borcu, 200 manat cərimə, cəmi 7,927,99 manat pul məbləğinin və məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutulması qət edilmişdir. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. Sumqayıt Şəhər Məhkəməsinin 24 oktyabr 2024-cü il tarixli məktubuna əsasən, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi "xxxx" MMC-nin tərəfindən Sumqayıt Şəhər Məhkəməsinin 23 sentyabr 2024-cü il tarixli qərardadından verilmiş şikayətin mümkünlüyü məsələsinə baxılması ilə əlaqədar mülki işin Sumqayıt Şəhər Məhkəməsinə qaytarılması xahiş edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi "xxxx" MMC-nin tərəfindən tərəfindən daxil olmuş şikayətə baxılması üçün mülki iş Sumqayıt Şəhər Məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.6. maddəsinə əsasən apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi "xxxx" MMC-nin tərəfindən Sumqayıt Şəhər Məhkəməsinin 23 sentyabr 2024cü il tarixli qərardadından verilmiş şikayətə baxılması üçün mülki işin icraata qəbul edilməsinə dair Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 oktyabr 2024-cü il tarixli qərardadı ləğv edilməli, mülki iş apellyasiya icraatından çıxarılaraq, Sumqayıt Şəhər Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 269, 365, 384.0.6-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDİ Apellyasiya şikayətinin icraata götürülməsinə dair Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 oktyabr 2024-cü il tarixli qərardadı ləğv edilsin. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti apellyasiya baxışından çıxarılaraq, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi "xxxx" MMC-nin tərəfindən Sumqayıt Şəhər Məhkəməsinin 23 sentyabr 2024-cü il tarixli qərardadından verilmiş şikayətə baxılması üçün mülki iş Sumqayıt Şəhər Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-1702/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1702/2024
19.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver