Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1703/2021 17.11.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə katibi X4, iddiaçı Ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmı̇ yyətinin nümayəndəsi X6, cavabdeh Şı̇ rı̇ nzadə Elburus Şı̇ rı̇ n oğlunun iştirakı ilə Qubadlı Rayon Məhkəməsinin 28.01.2021-ci il tarixli, 2(028)-1/2021 saylı qətnaməsindən cavabdeh E.Ş.Şı̇ rı̇ nzadənin verdiyi apellyasiya şikayəti üzrə işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Qubadlı Rayon Məhkəməsinin 28.01.2021-ci il tarixli, 2(028)-1/2021 saylı qətnaməsi ilə (hakim V.Y.Ruvinov) iddiaçı Ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmı̇ yyətinin cavabdehlər Qədı̇ mov Elşad Səfər oğlu, "Sədərək" fı̇ rması və Şı̇ rı̇ nzadə Elburus Şı̇ rı̇ n oğluna qarşı kreditin, kredit faizləri və cərimənin ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi tələbinə dair iddiası təmin edilib, X5, Cavabdeh2 və Cavabdeh3 firmasından 21.04.2014-cü il tarixli, 292 saylı kredit müqaviləsinə əsasən 25.01.2017-ci il tarixinə odənilməmiş 109000 (bir yüz doqquz min) manat məbləğində əsas borc, 20712,53 ( iyirmi min yeddi yüz on iki manat, 53 qəpik) manat məbləğində faiz borcu, ümumilikdə 129712,53 (bir yüz iyirmi doqquz min yeddi yüz on iki manat, 53 qəpik) manat məbləğində kredit borcu və 30 manat dövlət rüsumunun Ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulması, tutma ipoteka ilə yüklü edilmiş Cavabdeh2 məxsus Sədərək ticarət mərkəzində yerləşən 3-cü sıra, 5-ci korpus, 104 kv.m-dən ibarət olan 118/120 saylı ticarət obyektinə yönəldilməsi, bu obyektin açıq hərracda satılması, əldə edilmiş pul vəsaiti hesabına X3 "xxxx" ASC-yə olan borcunun ödənilməsi, ipoteka predmeti olan Sədərək Ticarət Mərkəzində yerləşən 3-cü sıra, 5-ci korpus, 104 kv.m-dən ibarət olan 118/120 saylı ticarət obyektinin 250000 (iki yüz əlli min) manat məbləğində qiymətləndirilməsi qət edilmişdir. Cavabdeh E.Ş.Şı̇ rı̇ nzadə apellyasiya şikayəti verərək Qubadlı Rayon Məhkəməsinin 28.01.2021-ci il tarixli 2(028)-1/2021 saylı qətnaməsinin qismən ləğv edilməsini və iddia ərizəsinin qismən təmin edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı Ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmı̇ yyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tələbini onunla əsaslandırmışdır ki, 21.04.2014-cü il tarixdə X1 ilə bağlanmış kredit müqaviləsinə əsasən cavabdehə biznes inkişafı məqsədi ilə 36 ay müddətinə illik 20 % olmaqla 109000 (bir yüz doqquz min) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə X3 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh3 firması ilə zaminlik müqaviləsi və Cavabdeh2 ilə ipoteka müqaviləsi bağlanaraq Cavabdeh2 məxsus Sədərək Ticarət Mərkəzində yerləşən 3-ci sıra, 5-ci korpus, 104 kv.m-dən ibarət olan 118/120 saylı ticarət obyekti banka ipotekaya qoyulmuşdur. Kredit müqaviləsinin şərtlərini X5 pozur və öz öhdəliklərini icra etməkdən boyun qaçırır. Bunun nəticəsində cavabdehin 25.01.2017-ci il tarixinə odənilməmiş 109000 (bir yüz doqquz min) manat məbləğində əsas borc, 20712,53 ( iyirmi min yeddi yüz on iki,53) manat məbləğində faiz borcu, ümumilikdə isə 129712,53 (bir yüz iyirmi doqquz min yeddi yüz on iki,53) manat məbləğində borcu vardır. Cavabdehlərə borcunun müəyyənləşdirilmiş qaydada ödənilməsi barədə dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq, öz öhdəliklərini yerinə yetirmirlər. Ona görə də, cavabdehlər X5, Cavabdeh2 və Cavabdeh3 firmasından 21.04.2014cü il tarixli, 292 saylı kredit müqaviləsinə əsasən 25.01.2017-ci il tarixinə odənilməmiş 109000 (bir yüz doqquz min) manat məbləğində əsas borc, 20712,53 ( iyirmi min yeddi yüz on iki,53) manat məbləğində faiz borcu, ümumilikdə isə 129712,53 (bir yüz iyirmi doqquz min yeddi yüz on iki,53) manat məbləğində kredit borcunun və 30 manat dövlət rüsumunu Ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş Cavabdeh2 məxsus Sədərək ticarət mərkəzində yerləşən 3-cü sıra, 5-ci korpus, 104 kv.m-dən ibarət olan 118/120 saylı ticarət obyektinə yönəldilməsi, bu obyektin açıq hərracda satılması, əldə edilmiş pul vəsaiti hesabına X3 Ləğv prosesində olan İddiaçı ASC-yə olan borcunun ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN İZAHAT İ: Cavabdeh E.Ş.Şı̇ rı̇ nzadə verdiyi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Qubadlı Rayon Məhkəməsi 28.01.2021-ci il tarixli qətnaməni qəbul edərkən Azəbaycan Respublikası Mülki Məcəllənin 421, 422, 422.2.1 - 422.2.4, 422.3, 422.4, 423-cü maddələrinin və prosessual hüquq normalarının tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsinin qismən ləğv edilib, iddia ərizəsinin qismən təmin olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdeh E.Ş.Şı̇ rı̇ nzadə apellyasiya şikayətini müdafiə edib, təmin olunmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iddiaçı Ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmı̇ yyətinin nümayəndəsi X6 apellyasiya şikayətinə etiraz edib, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri cavabdehlər Qədı̇ mov Elşad Səfər oğlu və "Sədərək" fı̇ rmasına məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən cavabdehlər Qədı̇ mov Elşad Səfər oğlu və "Sədərək" fı̇ rmasının nümayəndəsinin iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, lakin aşağıda göstərilənlərə əsasən birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmı̇ yyəti və X5 arsında bağlanmış 21.04.2014-cü il tarixli, 292 saylı kredit müqaviləsinə əsasən cavabdehə biznes inkişafı məqsədi ilə 36 ay müddətinə, illik 20 faiz olmaqla 109000 (bir yüz doqquz min) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə X3 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh3 firması ilə zaminlik müqaviləsi və Cavabdeh2 ilə ipoteka müqaviləsi bağlanaraq Cavabdeh2 məxsus Sədərək ticarət mərkəzində yerləşən 3-ci sıra, 5-ci korpus, 104 kv.m-dən ibarət olan 118/120 saylı ticarət obyekti banka ipotekaya qoyulmuşdur. Tərəflərin razılığı ilə ipoteka predmeti olan Sədərək Ticarət Mərkəzində yerləşən 3-ci sıra, 5-ci korpus, 104 kv.m-dən ibarət olan 118/120 saylı ticarət obyekti 130000 (bir yüz otuz min) manat məbləğində qiymətləndirilmişdir. 27.02.2017-ci il tarixdə Ləğv prosesində olan İddiaçı ASC tərəfindən tərtib edilmiş maliyyə arayışndan görünür ki, borclu X3 21.04.2014-cü il tarixli 292 №-li kredit müqaviləsinə əsasən 25.01.2017-ci il tarixə kredit öhdəliy üzrə 109000 manat məbləğində əsas borc, 20712,53 manat məbləğində faiz borcu, cəmi 129712,53 manat məbləğində borcu var. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 28.03.2019-cu il tarixli, 7689 saylı rəyindən görünür ki, rəyin təhqiqat hissəsində göstərilənlərə əsasən X3 21.04.2014-cü il tarixli, 292 saylı kredit müqaviləsi üzrə 25.01.2017-ci il tarixə banka olan borcu 129712,53 (bir yüz iyirmi doqquz min yeddi yüz on iki, 53) manat məbləğində müəyyən edilir, o cümlədən əsas borc üzrə 109000 (bir yüz doqquz min) manat, faiz borcu üzrə 20712,53 (iyirmi min yeddi yüz on iki, 53) manat məbləğində müəyyən edilmişdir. "xxxx" MMC-nin 29.11.2019-cu il tarixli, 160/E saylı rəyindən görünür ki, Cavabdeh3 Ticarət Mərkəzində yerləşən, 3-cü sıra, 5-ci korpus ünvanda yerləşən Cavabdeh2 məxsus olan 5-ci sahəsi 104 kv.m-dən ibarət olan 118/120 saylı ticarət obyektinin hazırda bazar qiyməti 250000 (iki yüz əlli min) manat müəyyən olunur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 23 iyul 2021-ci il tarixli, 9/3879 saylı məhkəmə mühasibatlıq ekspertizasının rəyinə əsasən “Borcalan” X5 tərəfindən İddiaçı ASC-dən alınmış kredit vəsaiti üzrə 21 aprel 2017-ci il tarixə banka ödəməli olan borcu ümumilikdə 144.488,56 manat müəyyən edilir, həmin məbləğin 109.000 manat hissəsi əsas borc və 34.488,56 manat hissəsi faiz borcu olaraq müəyyən olunur. “PATRON-L MMC”-nin 19 oktyabr 2021-ci il tarixli, PL-G-080 saylı qiymətləndirmə hesabatından görünür ki, Cavabdeh3 Ticarət Mərkəzində yerləşən 3-ci sıra, 5-ci korpus, 104 kv.m-dən ibarət olan 118/120 saylı ticarət obyektinin hazırki vəziyyətdə real bazar qiyməti 245.000,000 (iki yüz qırx beş min) manat və likvid dəyəri 230.000,000 (iki yüz otuz min) manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər ücün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri ücün kreditor qarşısında məsuliyyət daşıyır. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: öhdəliyin onun icrası ücün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar ücün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə görə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) ücün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Şirı̇ nzadə Elburus Şı̇ rı̇ n oğlunun iddiaçı bank qarşısında öhdəliyi yaranmışdır və o, bu öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Onun iddiaçıya kredit müqaviləsi üzrə öhdəlikləri yerinə yetirmədiyinə görə 21.04.2014-cü il tarixli, 292 saylı kredit müqaviləsi üzrə 109000 (bir yüz doqquz min) manat məbləğində əsas borc və 20712,53 ( iyirmi min yeddi yüz on iki manat, 53 qəpik) manat məbləğində faiz borcu, ümumilikdə 129712,53 (bir yüz iyirmi doqquz min yeddi yüz on iki manat, 53 qəpik) manat məbləğində kredit borcunun olması müəyyən edilmişdir. Bu borc işdə olan obyektiv sübutlarla, maliyyə arayışı, hesabdan çıxarış və ekspert rəyləri ilə öz təsdiqini tapır. Faiz borca qiymət verərək məhkəmə kollegiyası rəylərin və iddiaçının tələbinin müqayisəli təhlil edib nəzərə alır ki, ekspertlərin müəyyən etdiyi faiz məbləğləri iddiaçının tələb etdiyi məbləğdən yüksək olduğu üçün və iddiaçı qətnamədən apellyasiya şikayəti vermədiyi, başqa sözlə qətnaməni mübahisələndirmədiyi üçün faiz borc dəyişdirilmədən iddiaçının tələb etdiyi məbləğdə, yəni 20712,53 ( iyirmi min yeddi yüz on iki manat, 53 qəpik) manat məbləğində müəyyən edilməlidir. Əks təqdirdə ekspertin rəyi ilə faiz borc hissəsində razılaşan məhkəmə kollegiyası iddia tələbindən kənara çıxmış olar. Bu isə məhkəmə kollegiyasının qənaətinə görə Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinin tələblərinə zidd olardı. İddia ərizəsi üzrə tələb edilən borc məbləğinin ipoteka predmeti olan Cavabdeh3 Ticarət Mərkəzində yerləşən 3-ci sıra, 5-ci korpus, 104 kv.m-dən ibarət olan 118/120 saylı ticarət obyektə yönəldilməsi barədə nəticəyə hüquqi münasibət bildirən birinci instansiya məhkəməsi gəldiyi nəticənin hüquqi əsaslarını Azərbaycan Respublikası Mülki Məcəlləsinin öhdəliklərə dair ipoteka predmeti olan əmlakın Bank qarşısında öhdəliklərin icrası kimi qəbul edərək həmin münasibətlərin tənzimlənməsini əsaslandıran halları “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33 və 39.3-cü maddələrinin tələbləri ilə əsaslandırmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 296.1-ci maddəsinə əsasən girov saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Belə razılaşma ilə hüquqları pozulmuş şəxsin iddiası üzrə məhkəmə həmin razılaşmanı etibarsız saya bilər. Bu cür razılaşma olmadıqda girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1-ci maddəsinə əsasən əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.1-ci maddəsinə əsasən əgər borclu icranı təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipotekasaxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanunun 34.1-ci maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması əsasdır. Həmin Qanunun 39.1-ci maddəsinə əsasən ipoteka saxlayan ipoteka müqaviləsi üzrə tələbinin ödənilməsi üçün iddia ilə məhkəməyə müraciət edə bilər. İddia tələbindən görünür ki, bank iddia ərizəsi ilə məhkəməyə müraciət etdikdə krdit müqaviləsi üzrə ödənilmədən qalmış borcun ipoteka predmeti olan Cavabdeh3 Ticarət Mərkəzində yerləşən 3-ci sıra, 5-ci korpus, 104 kv.m-dən ibarət olan 118/120 saylı ticarət obyektinin satışından əldə edilmiş vəsait hesabına ödənilməsini təmin edilməsini xahiş etdikdə qeyri-yaşayış sahəsinin ilkin satış qiymətinin müəyyən edilməsini xahiş edilməmişdir. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 39.3, 39.3.3-cü maddələrinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Qanunun məzmunundan göründüyü kimi ipoteka predmetinin qiymətləndirilməsi mübahisəyə məhkəmədə baxılan vaxta münasibətdə müəyyən edilməlidir. «İpoteka haqqında» Qanunun 39.3.3-cü maddəsində «ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında» ifadəsi mübahisəyə baxılan anda razılaşmanın olmasını nəzərdə tutur. Məhkəmə ipoteka qoyanla ipoteka saxlayanın ilkin satış qiyməti barədə razılığının olub-olmamasını araşdırır, əgər belə bir qiymətləndirici vasitəsi ilə ilkin satış qiymətini müəyyən edir. Bu hal ona görə nəzərdə tutulmuşdur ki, ipoteka müqaviləsinin bağlanmasında keçən müddət ərzində ipoteka predmetinin qiymətində dəyişikliklər baş verə bilər. Həmin Qanunun 39.3.3-cü maddəsinin məzmunundan göründüyü kimi razılaşma məhkəmədə işə baxılan zaman olmalıdır. İpoteka müqaviləsi bağlanan zaman müqavilədə göstərilən qiymət 39.3.3-cü maddədə göstərilən razılaşma əsasında müəyyən edilmiş qiyməti əhatə etmir. Tərəflərin razılığına əsasən bağlanmış bütün ipoteka müqaviləsində ipotekanın ilkin satış qiyməti 130.000 manat məbləğində olması göstərilir. Lakin, həmin qiymət ipotekaya tutma yönəldilən zaman müəyyən edilməli olan qiyməti əvəz etmir. Əgər belə olmuş olardısa Qanunun 39.3.3-cü maddəsinin qəbuluna zərurət olmazdı, qanunverici qətnamədə ipoteka müqaviləsində göstərilmiş qiymətin ilkin satış qiyməti kimi göstərilməsini nəzərdə tutardı. İş materiallarından göründüyü kimi birinci instansiya məhkəməsi iş üzrə tərəflər arasında yaranmış mübahisə üzrə obyektiv nəticəyə gəlinməsini təmin etmək üçün ipoteka prdmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi üçün məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilmiş və müvafiq rəyin alınması təmin edilmişdir. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən ilkin satış qiyməti - bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. İpoteka predmetinin ilkin satış qiyməti "xxxx" Məhdud Məsuliyətli Cəmiyyətinin mənzilin qiymətləndirici rəyində 250.000 (iki yüz əlli min) manat və “Patron-L” Məhdud Məsuliyətli Cəmiyyətinin mənzilin qiymətləndirici rəyində qeyri-yaşayış sahəsinin 245.000 manat, likvid dəyəri 230.000 (iki yüz otuz min) manat məbləğində müəyyən edilmişdir. Məhkəmə kollegiyası işin faktiki hallarına qiymət verərək hesab edir ki, ipoteka predmeti olan əmlakın likvid dəyəri qeyd olunan məbləğdə müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 384.0.3-cü maddəsinə görə məhkəmə qətnaməsi apellyasiya qaydasında dəyişdirilə bilər. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi – «ipoteka predmeti olan Sədərək Ticarət Mərkəzində yerləşən 3-cü sıra, 5-ci korpus, 104 kv.m-dən ibarət olan 118/120 saylı ticarət obyekti 250.000 (iki yüz əlli min) manat məbləğində qiymətləndirilsin» hissəsində dəyişdirilib, «ipoteka predmeti olan Cavabdeh2 məxsus Sədərək Ticarət Mərkəzində yerləşən 3-cü sıra, 5-ci korpus, 104 kv.m-dən ibarət olan 118/120 saylı ticarət obyektinin likvid dəyəri 230.000 (iki yüz otuz min) manat məbləğində müəyyən edilməli və qətnamə qalan hissədə dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Birinci instansiya məhkəməsi tərəfindən məhkəmə mühasibatlıq ekspertizası təyin edilərək Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 28.03.2019-cu il tarixli, 7689 saylı rəyin veriməsi üçün nəzərdə tutulmuş 145 (yüz qırx beş) manat müvafiq Dövlət büdcəsinin vəsaiti hesabına tutulmamışdır. Eyni zamanda məhkəmə kollegiyası tərəfindən Cavabdeh1 vəsatəti əsasında məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 23 iyul 2021-ci il tarixli, 9/3879 saylı rəyi alınmışdır ki, həmin ekspertiza tədqiqatının dəyəri də 145 (yüz qırx beş) manatdır. Məhkəmə kollegiyası hesab edir ki, ekspertiza tədqiqatına xərclənmiş ümumilikdə 290 (iki yüz doxsan) manat məbləğində vəsait iddia ərizəsi təmin edildiyi üçün və apellyasiya şikayəti təmin edilmədiyi üçün cavabdeh Şı̇ rı̇ nzadə Elburus Şı̇ rı̇ n oğlundan alınıb AZ.MEM, VÖEN **********, X2, KOD 210005 VÖEN ********** müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22 hesabına keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.3, 392-393, 402, 403 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh E.Ş.Şı̇ rı̇ nzadənin verdiyi apellyasiya şikayəti təmin edilməsin. Qubadlı Rayon Məhkəməsinin 28.01.2021-ci il tarixli, 2(028)-1/2021 saylı qətnaməsi - «ipoteka predmeti olan Sədərək Ticarət Mərkəzində yerləşən 3-cü sıra, 5-ci korpus, 104 kv.mdən ibarət olan 118/120 saylı ticarət obyekti 250.000 (iki yüz əlli min) manat məbləğində qiymətləndirilsin» hissəsində dəyişdirilsin və «ipoteka predmeti olan Cavabdeh2 məxsus Sədərək Ticarət Mərkəzində yerləşən 3-cü sıra, 5-ci korpus, 104 kv.m-dən ibarət olan 118/120 saylı ticarət obyektinin likvid dəyəri 230.000 (iki yüz otuz min) manat məbləğində müəyyən edilsin. Qətnamə – «X5, Cavabdeh2 və Cavabdeh3 firmasından 21.04.2014-cü il tarixli, 292 saylı kredit müqaviləsinə əsasən 25.01.2017-ci il tarixinə odənilməmiş 109000 (bir yüz doqquz min) manat məbləğində əsas borc, 20712,53 ( iyirmi min yeddi yüz on iki manat 53 qəpik) manat məbləğində faiz borcu, ümumilikdə isə 129712,53 (bir yüz iyirmi doqquz min yeddi yüz on iki manat 53 qəpik) manat məbləğində kredit borcu və 30 manat dövlət rüsumu Ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulsun, tutma ipoteka ilə yüklü edilmiş Cavabdeh2 məxsus Sədərək Ticarət Mərkəzində yerləşən 3-cü sıra, 5-ci korpus, 104 kv.mdən ibarət olan 118/120 saylı ticarət obyektinə yönəldilsin, bu obyekt açıq hərracda satılsın, əldə edilmiş pul vəsaiti hesabına X3 İddiaçı ASC-yə olan borcu ödənilsin» hissəsində dəyişdirilmədən saxlansın. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan ümumilikdə 290 (iki yüz doxsan) manat məbləğində vəsait cavabdeh Şı̇ rı̇ nzadə Elburus Şı̇ rı̇ n oğlundan alınıb AZ.MEM, VÖEN **********, X2, KOD 210005 VÖEN ********** müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22 hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-1703/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1703/2021
17.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver