Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1704/2021 22.06.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi ilə, iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh, X32, X30, X20, “xxxx” MMC, X16, X24, X33, X37, X25, X34, X11, X9, X26, X17 və X2 qarşı borc tələbi və ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-57/2021 saylı, 12 fevral 2021-ci il tarixli qətnaməsindən iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-57/2021 saylı, 12 fevral 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, cavabdehlər Cavabdeh, X32, X30, X20 və “xxxx” MMC-dən müştərək qaydada 11.12.2015-ci il tarixli kredit müqaviləsi üzrə 16575 (on altı min beş yüz yetmiş beş) manat 45 (qırx beş) qəpik əsas borc, 3921 (üç min doqquz yüz iyirmi bir) manat 68 (altmış səkkiz) qəpik faiz borcu və 446 (dörd yüz qırx altı) manat 45 (qırx beş) qəpik cərimə borcu, cəmi 20943 (iyirmi min doqquz yüz qırx üç) manat 58 (əlli səkkiz) qəpik məbləğində borcun, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat rüsumun və 30 manat ödənilmiş dövlət rüsumunun ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulması, tələbin X21 mülkiyyətində olan Sumqayıt şəhəri, 5-ci mikrorayonda yerləşən 3/57 nömrəli evin 29 nömrəli mənzilə yönəldilməsi, həmin mənzilin ilkin satış qiymətinin 73000 (yetmiş üç min) manat 05 (beş) qəpik müəyyən edilməklə açıq hərracdan satılması və mənzilin satışından əldə olunmuş məbləğin cəmi 20943 (iyirmi min doqquz yüz qırx üç) manat 58 (əlli səkkiz) qəpik məbləğində borcun, ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat dövlət rüsumunun ipoteka predmetinin hərracdan satışından əldə olunan vəsait hesabına ləğv prosesində olan İddiaçı ASC-yə ödənilsin və qalan vəsait isə cavabdeh X27 qaytarılması, X21 mülkiyyətində olan Sumqayıt şəhəri, 5-ci mikrorayon, ev 3/57 ünvanında yerləşən 29 saylı mənzilinə tutma yönəldildikdə və o satıldıqdan 1 ay sonra X21, X6, X12, X22, X28, X13, X23, X4, X3, X14, X7 və X1 Sumqayıt şəhəri, 5-ci mikrorayon, ev 3/57 ünvanında yerləşən 29 saylı mənzilə istifadə hüquqları itirilmiş hesab edilməklə, X21 və digərlərinin həmin mənzildən çıxarılması və həmin mənzilin boşaldılaraq ləğv prosesində olan İddiaçı ASC-yə təhvil verilməsi, aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq 200 (iki yüz) manat məbləğində pulun cavabdehlər Cavabdeh, X32, X30, X20 və “xxxx” MMCdən müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ 34CTRE********************) köçürülməsi qət edilmişdir (hakim R.N.Qoşqarlı). Qətnamədən iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti apelyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-57/2021 saylı, 12 fevral 2021-ci il tarixli qətnaməsi ilə əsas və cərimə borcunun təmin edilməyən hissəsində ləğv edilərək, iddia tələbinin tam təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İ Ş İ N H A L LA R İ: İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh, X18, X15, X8 və “xxxx” MMCdən ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə 11.12.2015-ci il tarixli kredit müqaviləsi üzrə 17842 manat əsas borc, 3921,68 manat faiz borcu və 4464,57 manat cərimə borcu, müqavilənin bitdiyi tarixdən 19.07.2019-cu il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 295,12 manat borc olmaqla, cəmi 26523,37 manat məbləğində borcun, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat rüsumun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması, tutmanın X27 məxsus olan Sumqayıt şəhəri, 5-ci mikrorayon, ev 3/57 ünvanında yerləşən 29 saylı mənzilin hərracdan satışından əldə olunan vəsait hesabına ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, X21 mülkiyyətində olan Sumqayıt şəhəri, 5-ci mikrorayon, ev 3/57 ünvanında yerləşən 29 saylı mənzilinə tutma yönəldildikdə və o satıldıqdan 1 ay sonra X21, X6, X12, X22, X28, X13, X23, X4, X3, X14, X7 və X1 Sumqayıt şəhəri, 5-ci mikrorayon, ev 3/57 ünvanında yerləşən 29 saylı mənzilə istifadə hüquqlarının itirilmiş hesab edilməsi, X21 və digərlərinin həmin mənzildən çıxarılmaları, həmin mənzilin boşaldılması və ləğv prosesində olan İddiaçı ASCyə təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti apelyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-57/2021 saylı, 12 fevral 2021-ci il tarixli qətnaməsi ilə əsas və cərimə borcunun təmin edilməyən hissəsində ləğv edilərək, iddia tələbinin tam təmin olunmasına dair qətnamə qəbul edilməsini xahtiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə əsas və cərimə borcunun qismən təmin edilməsi hissəsində əsassız olduğundan ləğv edilməli və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Belə ki, məhkəmə qətnamə qəbul edərkən ekspertiza rəyinə istinad etmiş və eləcə də qeyd etmişdir ki, kredit müqaviləsi üzrə hesablanmış 4464.57 manat məbləğində cərimə pulu isə tənasübsüz yüksəkdir. Bununla əlaqədar qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 103.1-ci maddəsində qeyd edilmişdir ki, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Həmin Məcəllənin 102.2-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər. Beləliklə, məhkəmə iddia ərizəsinə əlavə olunmuş maliyyə arayışını deyil, ekspert rəyini əsas götürməklə bankın mənafeyinə zərər vurmuşdur. Həmçinin, cərimə borcunun azaldılmasına münasibətdə bildirilir ki, cavabdehdən 446,45 manat məbləğində dəbbə pulunun tutulmasını iddiaçı öz maraqlarına və eyni zamanda, əsas və faiz borcuna və tərəflər arasında mövcud olan 11.12.2015-ci il tarixli kredit müqaviləsinin şərtlərinə uyğun hesab etmir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər xxxxsı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 462.1 -ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 462.3-cü maddəsinə görə müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Sadalananlardan göründüyü kimi cərimə borcunun məbləği və ödənilməsi qanunvericiliyin tələbinə uyğun olaraq tərəflər arasında bağlanmış müqavilə ilə müəyyən olunmuş, əsas və faiz borcuna uyğun olmuş və tənasübsüz surətdə yüksək olmamışdır. Lakin məhkəmə iddiaçının bu hüququnu əsassız yerə təmin etməyərək, onun mənafeyini pozmuşdur. Qeyd edilənlərə əsasən apelyasiya şikayətinin təmin edilməsini, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-57/2021 saylı, 12 fevral 2021-ci il tarixli qətnaməsi ilə əsas və cərimə borcunun təmin edilməyən hissəsində ləğv edilərək, Fondun iddia tələbinin tam təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş edir. P R O S E S S U A L M Ə S Ə L Ə L Ə R: İş üzrə tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsinin, cavabdehlər Cavabdeh, X32, X30, X20, “xxxx” MMC-nin nümayəndəsi, X16, X24, X33, X37, X25, X34, X11, X9, X26, X17 və X5 məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə heç bir məlumat verilməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iş üzrə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı apelyasiya şikayətində qətnamənin qismən, əsas və cərimə borcunun təmin edilməyən hissəsində ləğv edilərək iddianın tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, qətnamə əsas və cərimə borcuna dair hissədə mübahisələndirmişdir. Bu səbəbdən məhkəmə kollegiyası qətnaməni mübahisələndirilən hissədə müzakirə edir. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, apelyasiya şikayətinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan 11 dekabr 2015-ci il tarixli, BK 464-4/2015AZN saylı baş kredit müqaviləsindən görünür ki, İddiaçı ASC-nin Sumqayıt filialı tərəfindən Cavabdeh illik faiz dərəcəsi 36 faiz olmaqla 84 ay müddətinə 150000 manat məbləğində kredit verilmişdir. Müqavilənin 2.5-ci bəndinə görə gecikdirilən borc məbləğinə cərimə kimi illik 36 % dərəcəsi ilə faiz hesablanır və “Borcalan” tərəfindən “Kreditor”a ödənilir. İş materiallarında olan İddiaçı ASC-nin “Sumqayıt” filialı ilə “xxxx-2015” MMC, X32, X30 və X20 zaminlik müqavilələri bağlanmışdır. İddiaçı ASC ilə X32 arasında 11 dekabr 2015-ci il tarixdə bağlanmış ipoteka müqaviləsindən görünür ki, İddiaçı ASC ilə Cavabdeh arasında 11.12.2015-ci il tarixdə bağlanmış 464-4/2015AZN №li kredit müqaviləsinin təminatı kimi X32 özünə məxsus olan Sumqayıt şəhəri, 5-ci mikrorayon, 3/57 saylı binada yerləşən 29 saylı mənzili ipotekaya qoymuşdur. İpoteka müqaviləsinin 3.2-ci bəndinə əsasən Real Prays MMC tərəfindən 07.12.2015-ci il tarixində tərtib edilmiş DB 1201 saylı əmlakın qiymətləndirmə aktına əsasən Daşınmaz əmlak 81.000 manat dəyərində qiymətləndirilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* saylı çıxarışın surətindən görünür ki, X27 məxsus Sumqayıt şəhəri, 5-ci mikrorayon, ev 3/57 ünvanında yerləşən 29 saylı mənzil İddiaçı ASC-də 11.12.2015-ci ildən 36 ay müddətinədək ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan X10, X34, X4 notarial qaydada təsdiq edilmiş 08.12.2015-ci il tarixli ərizələrinin surətlərindən görünür ki, X21 mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən mənzili İddiaçı ASC-nin istənilən filialında İpoteka qoyulmasına heç bir etirazları yoxdur, mənzilin ipotekaya qoyulmasına razıdırlar. qanunvericiliyin tələblərinə müvafiq ipoteka predmetinə ödəniş yönəldikdə heç bir məhkəmə qətnaməsi tələb etmədən və məhkəməyə müraciət etmədən qeyri-şərtsiz tərk edəcəklər. İş materiallarında olan X25, X17, X5, X16, X38, X14 11.12.2015-ci il tarixli ərizələrinin surətlərindən görünür ki, qeydiyyatda olduqları Sumqayıt şəhəri, 5-ci mikrorayon, ev 3/57, ünvanında yerləşən 29 saylı mənzilin İddiaçı ASC-yə kreditin təminatı üçün ipoteka qoyulmasına razılıq verirlər və qanunvericiliyin tələblərinə müvafiq ipoteka predmetinə ödəniş yönəldikdə heç bir məhkəmə qətnaməsi tələb etmədən və məhkəməyə müraciət etmədən qeyri-şərtsiz tərk edəcəklər. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 07.09.2020-ci il tarixli 9/2157 saylı ekspert rəyindən müəyyən edilir ki, 26 noyabr 2019-cu il tarixinə Cavabdeh İddiaçı ASC-yə 16575,45 manat əsas və 4111,63 manat faiz borcu ödənilməmiş qalmışdır. İş materiallarında olan “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin 28.12.2020-ci il tarixli mənzilin qiymətləndirilməsi barədə hesabatın”dan görünür ki, X27 məxsus olan, ünvan 1 ünvanında yerləşən 4 otaqlı mənzilin 28.12.2020-ci il tarixə olan bazar dəyəri 86000 (səksən altı) manat, likvid dəyəri 73000 (yetmiş üç min) manat təşkil edir. İş materiallarında olan 24.07.2019-cu il tarixli maliyyə arayışından görünür ki, ləğv prosesində olan İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 11.12.2015-ci il tarixli ******* saylı kredit müqaviləsi üzrə 19.07.2019-cu il tarixə yaranmış borc 17842 manat əsas borc, 3921,68 manat faiz borcu və 4464,57 manat cərimə borcu, müqavilənin bitdiyi tarixdən 19.07.2019-cu il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 295,12 manat borc olmaqla, cəmi 26523,37 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Müəyyən edilmişdir ki, iddiaçı kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyi icra etmiş, yəni Baş kredit müqaviləsi üzrə müqavilədə nəzərdə tutulan pul vəsaitini Cavabdeh vermiş, kredit və hesablanmış faizlər hər ay ödənilməli olduğu halda Cavabdeh kredit müqaviləsi üzrə banka olan əsas borc üzrə 17842 manat, faiz borcu üzrə 3921,68 manat, cərimə borcu üzrə 4464,57 manat məbləğində borcu ödənilməmiş qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Həmin Məcəllənin 279-cu maddəsinə əsasən əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktiki təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanılması və salamatlığı üçün girov saxlayanın zəruri xərçləri və tutma xərcləri daxildir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34.1.1-ci maddəsinə görə əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka predmetinə tutmanın yönəldilməsi ücün əsasdır. Həmin Qanunun 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Tərəflər arasında bağlanmış BK-464-4/2015AZN saylı 11.12.2015-ci il tarixli ipoteka müqaviləsindən görünür ki, ipoteka ilə yüklü edilmiş Sumqayıt şəhəri, 5-ci mikrorayonda yerləşən 71,2 kv.m ümumi, 55.9 kv.m yaşayış sahəsindən ibarət 4 otaqlı 3/57 saylı evin 29 saylı mənzili 81.000 manat məbləğində məbləğində qiymətləndirilmiş, ipoteka saxlayan və ipoteka qoyan bu müqaviləni imzalamışlar. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.3-cü maddəsinə görə ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. İş materiallarından görünür ki, cavabdehlər belə bir öhdəlik götürmüşlər. Həmin Qanunun 59.4-cü maddəsinə əsasən Bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. Qeyd edilənlərə əsasən məhkəmə haqlı olaraq hesab etmişdir ki, iddia qismən təmin edilməlidir Müəyyən edilmişdir ki, apelyant apelyasiya şikayətində qətnamənin əsas və cərimə borcuna dair hissəsini mübahisələndirərək iddianın tam təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti əsassız olduğu üçün təmin edilməməlidir. Belə ki, iş materiallarından görünür ki, iddiaçı cavabdehlərdən tərəflər arasında bağlanmış müvafiq kredit müqaviləsinə əsasən əsas borca görə 17.842 manat pulun tutulmasını xahiş etmişdir. İş üzrə keçirilmiş verilmiş 07.09.2020-ci il tarixli 9/2157 saylı ekspert rəyindən müəyyən edilir ki, 26 noyabr 2019-cu il tarixinə Cavabdeh İddiaçı ASC-yə 16575,45 manat əsas borcu vardır. Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Qanunvericiliyin tələblərinə görə ekspertiza rəyi iş üzrə sübutlardan biri hesab olunur. İddiaçı apelyasiya şikayətində ekspertiza rəyinin sübut kimi qəbul edilməməsini qeyd etsə də bunu əsaslandıra bilməmiş, buna dair hər xxxxsı bir mötəbər sübut təqdim etməmişdir. Bundan başqa apelyasiya şikayətində məhkəmə tərəfindən cərimə borcunun azaldılmasının qanunsuz olduğu və bunun iddiaçının mənafeyinə zidd olduğu qeyd olunmuşdur. Məhkəmə kollegiyası apelyasiya şikayətinin bu dəlili ilə də razılaşmır. Belə ki, iş məhkəmə kollegiyası hesab edir ki, kredit müqaviləsi üzrə hesablanmış 4464,57 manat məbləğində cərimə pulu tənasübsüz surətdə yüksəkdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsində qeyd olunmuşdur ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə haqlı olaraq əlavə olaraq tətbiq edilən dəbbə pulunun cavabdehlərin vəziyyətini daha daağırlaşdırdığını nəzərə alaraq hesab etmişdir ki, 4464,57 manat məbləğində dəbbə pulu (penya) tənasübsüz surətdə yüksəkdir, odur ki, dəbbə pulu (penya) azaldılaraq 446,45 manat müəyyən edilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin əsas və cərimə borcuna dair gəlmiş olduğu nəticə ilə razılaşır . Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. Belə ki, mülki məhkəmə icraatının vəzifələrini təsbit edən Azərbaycan Respublikası MPM-nin 2-ci maddəsində müəyyən olunmuşdur ki, mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Qanunvericilik fiziki və hüquqi şəxslərin hər xxxxsı bir mənafe və maraqlarının müdafiəsini deyil, yalnız qanundan və digər normativ-hüquqi aktlardan irəli gələn, yəni qanunla qorunan mənafe və maraqlarını müdafiəsini nəzərdə tutub. Qeyd edilməlidir ki, məhkəmə mübahisəni həll edərkən iddiaçının subyektiv hüquqa malik olmasını müəyyən etdikdə həmin hüququn müdafiəsini təmin edir. Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərini əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin maddə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi «Brumaresku Rumıniyaya qarşı» iş üzrə 28 oktyabr 1999-cu il tarixli qərarında göstərmişdir ki, hüququn aliliyinin əsas aspektlərindən biri olan hüquqi müəyyənlik prinsipi digərləri ilə yanaşı tələb edir ki, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə qəbul olunan yekun qərar şübhə doğurmamalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı qətnamənin qismən ləğv edilməsini xahiş etsə də bunu əsaslandıra bilməmiş, buna dair hər xxxxsı bir sübut təqdim edə bilməmişdir. Belə olan halda məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticələrlə razılaşaraq hesab edir ki, qətnamə mübahisələndirilən hissədə qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, apelyasiya şikayəti isə təmin olunmamalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392-393 və 404-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-57/2021 saylı, 12 fevral 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayəti təmin olunmasın. Qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-1704/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1704/2021
22.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver