Məhkəmə qərarları › İş №2(105)-1706/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1706/2021

02.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1706/2021 02.06.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə katibi X2, iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsi X1, cavabdeh Əlı̇ yev İ̇lqar Məzahı̇ r oğlunun iştirakı ilə Sumqayıt Şəhər Məhkəməsinin 30 sentyabr 2020-ci il tarixli, 2(060)-3458/2020 saylı qətnaməsindən cavabdeh İ.M.Əlı̇ yevin verdiyi apelyasiya şikayəti üzrə işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Sumqayıt Şəhər Məhkəməsinin 30 sentyabr 2020-ci il tarixli, 2(060)-3458/2020 saylı qətnaməsi ilə (hakim A.M.Süleymanova) iddiaçı "İddiaçı" Açıq Səhmdar Cəmı̇ yyətı̇ nin (Ləğv prosesindədir) cavabdehlər Əlı̇ yev İ̇lqar Məzahı̇ r oğlu və İsmayilov Rüfət Tofı̇ q oğluna qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair iddia qismən təmin edilib, Cavabdeh1 461,41 ABŞ dolları əsas borc, kredit müqaviləsi üzrə öhdəliklərinin icra müddətinin bitdiyi 02.04.2017-ci il tarixinə 266.96 ABŞ dolları faiz borcu, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5 faiz hesablanmış 63.90 ABŞ dolları faiz borcu, müqavilə üzrə borcun gecikdirildiyinə görə hesablanmış 50 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 842,27 (səkkiz yüz qırx iki dollar, iyirmi yeddi sent) ABŞ dolları (ödəniş gününə manata məzənnə ilə) və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 18,60 manat ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdeh İ.M.Əlı̇ yev apelyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin 30.09.2020-ci il tarixli, 2(060)-3458/2020 saylı qətnaməsinin ləğv edilib, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun ödənilməsi“ tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 vəCavabdeh2 müştərək qaydada əsas borc 461,41 ABŞ dolları, kredit müqaviləsi üzrə öhdəliklərinin icra müddətinin bitdiyi 02.04.2017-ci il tarixinə 266,96 ABŞ dolları faiz borcu, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5 faiz hesablanmış faiz borcu 63,90 ABŞ dolları, müqavilə üzrə borcun gecikdirildiyinə görə hesablanmış cərimə borcu 559,22 ABŞ dolları, cəmi 1351,49 ABŞ dolları və 30 manat dövlət rüsumunun tutulub iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ V Ə PROSES İŞTİRAKÇİLARİNİN İZAHAT İ: Cavabdeh İ.M.Əlı̇ yev verdiyi apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Sumqayıt Şəhər Məhkəməsi 30 sentyabr 2020-ci il tarixli qətnaməni qəbul edərkən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdeh İ.M.Əlı̇ yev apelyasiya şikayətindən imtina edərək, iş üzrə apelyasiya icraatına xitam verilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsi E.H.Məmmədov apelyasiya şikayətindən imtina barədə ərizənin qəbul edilib, apelyasiya icraatına xitam verilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada cavabdeh İsmayilov Rüfət Tofı̇ q oğluna məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən cavabdeh R.T.İsmayilovun iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Cavabdeh İ.M.Əlı̇ yev 02 iyun 2020-ci il tarixli ərizə ilə məhkəmə kollegiyasına müraciət edərək, apelyasiya şikayətindən imtina edib, iş üzrə apelyasiya icraatına xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 369.2-ci maddəsinə əsasən apelyasiya şikayəti verən şəxs apelyasiya instansiyası məhkəməsində qərar qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Həmin Məcəllənin 369.4-cü maddəsinə əsasən apelyasiya şikayətindən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla şikayətdən imtina etmiş şəxslərə münasibətdə apelyasiya icraatına xitam verir. İş materiallarından göründüyü kimi cavabdeh İ.M.Əlı̇ yevin apelyasiya şikayətindən imtina etməsi qanuna zidd deyildir, digər şəxslərin maraqlarına toxunmur, bu səbəbdən də, onun apelyasiya şikayətindən imtinası qəbul edilməli və iş üzrə apelyasiya icraatına xitam verilməlidir. Azərbaycan Respublikası MPM-nin 402-ci maddəsinə əsasən hazırkı iş üzrə qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 365, 369, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA A L D İ: Cavabdeh İ.M.Əlı̇ yevin apelyasiya şikayətindən imtinası qəbul edilsin. İddiaçı "İddiaçı" Açıq Səhmdar Cəmı̇ yyətı̇ nin (Ləğv prosesindədir) cavabdehlər Əlı̇ yev İ̇lqar Məzahı̇ r oğlu və İsmayilov Rüfət Tofı̇ q oğluna qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 30 sentyabr 2020-ci il tarixli, 2(060)- 3458/2020 saylı qətnaməsindən cavabdeh İ.M.Əlı̇ yevin verdiyi apelyasiya şikayəti üzrə apelyasiya icraatına xitam verilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar