Məhkəmə qərarları › İş №2(105)-1720/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1720/2021

14.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1720/2021 14.07.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Abasov Şəmsəddin Rizalı oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Ağayeva Elnarə Nəriman qızının katibliyi, iddiaçının nümayəndəsi X1, Cavabdeh1 iştirakı ilə, İddiaçı AccessBank” QSC-nin cavabdehlər Cavabdeh1, X4 və Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair ilk, Cavabdeh3 İddiaçı QSC-yə qarşı zaminlik müqaviləsinə xitam verilməsinə dair qarşılıqlı iddiasına dair mülki iş üzrə Abşeron rayon məhkəməsinin 21 noyabr 2019-cu il tarixli, 2(012)-1064/2019 saylı qətnaməsindən İddiaçı QSC tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ Abşeron rayon məhkəməsinin 21 noyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakim H.Y.Əhmədov) İddiaçı QSC-nin Cavabdeh1, X5 və Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair ilk iddia qismən təmin edilməsi, Cavabdeh1 10.06.2014-cü il tarixli, 01R000013680 saylı Kredit Razılaşması üzrə 13167,34 (on üç min yüz altmış yeddi dollar otuz dörd sent) ABŞ dolları məbləğində əsas borc, 5761,32 (beş min yeddi yüz iyirmi altmış bir dollar otuz iki sent) ABŞ dolları məbləğində faiz borcu və 2000 (iki min) ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 20928,66 (iyirmi min doqquz yüz iyirmi səkkiz dollar altmış altı sent) ABŞ dolları məbləğində pul, qətnamənin icra ediləcəyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi ABŞ dollarının Azərbaycan manatına məzənnə nisbətində manatla hesablanaraq alınıb ˝knaBsseccA˝ QSC-yə verilməsi, iddia tələbinin təmin olunmuş hissəsinə münasib olaraq iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərinin 89,55 (səksən doqquz manat əlli beş qəpik) manat cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, 60,45 (altmış manat qırx beş qəpik) manat isə iddiaçıya aid edilməsi, dövlət rüsumunun dəyərinin 17,91 (on yeddi manat doxsan bir qəpik) manat cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, 12,09 (on iki manat doqquz qəpik) manat isə iddiaçıya aid edilməsi, ilk iddia qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddianın təmin edilməsi, ˝knaBsseccA˝ QSC və Cavabdeh3 arasında bağlanmış 12.01.2011-ci il tarixli, 01S000003742 saylı zaminlik müqaviləsinə xitam verilməsi qət edilmişdir. İddiaçı QSC qətnamədən apellyasiya şikayəti vermişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12 avqust 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər T.Quliyev (sədrlik edən və məruzəçi), G.Tağızadə və L.Məmmədova) iddiaçıın apellyasiya şikayəti təmin edilməməsi, qətnamə apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 24 fevral 2021-ci il tarixli qərarı ilə (sədrlik edən məruzəçi hakim G.Quliyev, hakimlər İ.Xələfov və Z.Əliyev) kassasiya şikayətinin qismən təmin edilməsi, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12 avqust 2020-ci il tarixli qətnaməsinin X4 aid hissədə ləğv edilməsi və iş həmin hissədə yenidən baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi, qətnamə qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İŞİN HALLARİ İddiaçı QSC hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1, X5 və Cavabdeh3 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 01R000013680 saylı kredit razılaşması üzrə 13167.34 ABŞ dolları məbləğində kredit borcu, 7862.81 ABŞ dolları məbləğində faiz borcu və 12979.72 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, ümumilikdə 34009.87 ABŞ dolları məbləğində borcun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 ˝knaBsseccA˝ QSC-ilə bağladığı 29.06.2009-cu il tarixli, 01L000001898 saylı kredit xətti müqaviləsinə əsasən 120 (yüz iyirmi) ay müddətinə 50.000 (əlli min) ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq kredit razılaşması ilə müəyyən olunur. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 İddiaçı QSC-ilə bağladığı 10.06.2014-cü il tarixli, 01R000013680 saylı kredit razılaşması əsasında 24 ay müddətinə, aylıq faiz dərəcəsi 2.1667% olmaqla, ödəniş planı üzrə hissəhissə qaytarmaq şərti ilə 30.000 (otuz min) ABŞ dolları məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları 10.04.2015-ci il tarixli, 01R000013680S saylı, 12.10.2015-ci il tarixli, 01R000013680SA saylı və 25.02.2016-cı il tarixli, 01R000013680SB saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh1 kredit razılaşmasının 1.2ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri 15.12.2016-cı il tarixdən etibarən banka qaytarmamışdır. Cavabdeh1 kredit borcundan 16832.66 ABŞ dolları ödəniş etmiş, onun 13167.34 ABŞ dolları məbləğində kredit borcu qalmışdır. Kredit müqaviləsinin 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1-ci bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Cavabdeh1 kredit və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri ˝knaBsseccA˝ QSC-yə qaytarmadığı üçün 05.12.2018-ci il tarixə hesablanmış faiz borcu 7862.81 ABŞ dolları, cərimə borcu 12979.72 ABŞ dolları təşkil edir. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh2 və Cavabdeh3 zaminlik müqavilələrinə əsasən ˝knaBsseccA˝ QSC qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Onlar, zaminlik müqaviləsinin 1.1-ci bəndinə əsasən yuxarıda göstərilən kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün kreditor qarşısında borclu Cavabdeh1 ilə birgə məsuliyyət daşıyırlar. Cavabdeh3 qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı QSC ilə onun arasında bağlanmış 12.01.2011-ci il tarixli zaminlik müqaviləsinə xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir Qarşılıqlı iddia tələbini onunla əsaslandırmışdır ki, ˝knaBsseccA˝ QSC və Cavabdeh1 arasına bağlanmış 29.06.2009-cu il tarixli, 01L000001898 saylı kredit xətti müqaviləsinə əsasən sonuncuya 120 (yüz iyirmi) ay müddətinə 50.000 (əlli min) ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq kredit razılaşması ilə müəyyən olunur. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 İddiaçı QSC-ilə bağladığı 10.06.2014-cü il tarixli, 01R000013680 saylı kredit razılaşması əsasında 24 ay müddətinə, aylıq faiz dərəcəsi 2.1667% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 30.000 (otuz min) ABŞ dolları məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları 10.04.2015-ci il tarixli, 01R000013680S saylı, 12.10.2015-ci il tarixli, 01R000013680SA saylı və 25.02.2016-cı il tarixli, 01R000013680SB saylı sazişlə razılaşmaya əsasən krdit razılaşmasının şərtləri dəyişdirilmişdir. Kredit razılaşmaları bağlanmasından onun məlumatı olmamış, bu kredit razılaşmalarına dəyişiklik edilməsi onun məsuliyyətinin artmasına və digər əlverişsiz nəticələrə səbəb olmuşdur. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı QSC Abşeron rayon məhkəməsinin 21 noyabr 2019-cu il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ilkin iddia tələbinin təmin edilməyən, yəni cavabdehlər X5 və Cavabdeh3 aid, həmçinin qarşılıqlı iddia tələbinin təmin edilmiş hissələrində ləğv edilməsi, ilk iddia tələbinin tam təmin olunması və qarşılıqlı iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Abşeron rayon məhkəməsi 21 noyabr 2019-cu il tarixli qətnaməni qəbul edərkən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə zaminlərə münasibətdə bankın tələbinin təmin edilməməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477-ci maddəsi və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” qərarı ilə əsaslandırılaraq, qeyd edilir ki: İddiaçı QSC və Cavabdeh3 arasında bağlanmış 12.01.2011-ci il tarixli, 01S000003742 saylı, Cavabdeh2 arasında bağlanmış 26.11.2013-cü il tarixli, 01S000009823 saylı zaminlik müqavilələrinin preambulasında göstərilir ki, bu müqavilə İddiaçı QSC və Cavabdeh1 arasında bağlanmış 29.06.2009-cu il tarixli, 01L000001898 saylı kredit xətti müqaviləsi və bu kredit xətti müqaviləsinin ayrılmaz tərkib hissəsi olan kredit razılaşması üzrə borclunun öhdəliklərinin icrasını təmin etmək məqsədilə bağlanmışdır. Göründüyü kimi, kredit xətti zaminlik müqaviləsindən əvvəl bağlanmış və zaminlər kredit xətti müqaviləsinə zamin dayanarkən onun şərtlərini görmüşdür. Həmin şərtlər isə sadəcə olaraq bankın 120 ay müddətinə Cavabdeh1 50.000 ABŞ dolları kredit vermək öhdəliyini öz üzərinə götürməsi qeyd edilmiş, lakin bunu hansı faiz dərəci ilə verəcəyi, kredit müqaviləsinin özünün hansı müddətə bağlanacağı öz əksini tapmamışdır. Bundan əlavə birinci instansiya məhkəməsi göstərmişdir ki, bankla Cavabdeh1 arasında bağlanmış kredit razılaşması müqaviləsi 10.0.2014-cü il tarixində bağlanmış həmin müqavilənin 1.1-ci bəndinə əsasən bank məbləği 30.000 ABŞ dolları olan krediti aylıq faizdərəcəsi 2,1667 faiz olmaqla 24 ay müddətinə kredit alana verir. Həmin müqavilənin 2.4-cü bəndinə əsasən faktiki illik faiz dərəcəsinə bu kredit ilə bağlı bütün aidiyyatı xərclər daxildir və faiz dərəcəsi 27,08% təşkil edir. Göründüyü kimi, kredit xətti müqaviləsində veriləcək kreditin illik faiz dərəcəsi müəyyən edilmiş, həmin kerditin illik faiz dərəcəsi borclu Cavabdeh1 və bank arasında bağlanmış 10.06.2014-cü il tarixli Kredit razılaşması müqaviləsində öz əksini tapmışdır. Lakin sözügedən kredit razılaşması müqaviləsi barədə zaminlər Cavabdeh3 və Cavabdeh2 məlumatlandırılmamış, onların həmin kredit razılaşması müqaviləsi barədə razılığı alınmamışdır. Məhkəmənin mövgeyi ilə razılaşmayaraq qeyd etmişdir ki, zaminlərə münasibətdə iddia tələbini təmin etməməklə məhkəmə mühüm əhəmiyyətli faktları nəzərə almamış və bununla da yalnış nəticəyə gəlmişdir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən iddiaçının nümayəndəsi X3 apellyasiya şikayətini müdafiə edərək, şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən Cavabdeh1 apellyasiya şikayətini qəbul etməyərək, şikayətinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə digər cavabdehlərə məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmiş, iştirak etməmələrinin səbəbləri barədə məhkəmə kollegiyasına heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası Mülki Prossual Məcəllənin 376.2. maddəsinə əsasən digər cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdırıb, məruzəçini və işdə iştirak edən şəxslərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Abşeron rayon məhkəməsinin 21 noyabr 2019cu il tarixli qətnaməsi qismən ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi ilkin iddia tələbinin qismən təmin edilməsini Cavabdeh1 müqavilə üzrə öhdəliyi lazımınca icra etməməsi, zaminlərə qarşı iddia tələbinin təmin edilməməsini sazişlər barədə onların razılığının alınmaması, qarşılıqlı iddia tələbinin təmin edilməsini isə əsaslı olması ilə əsaslandırmışdır. Bu nəticəni apellyasiya instansiya məhkəməsi qüvvədə saxlamış, apellyasiya instansiya məhkəməsinin gəldiyi nəticədən narazı qalan iddiaçı qətnamədən kassasiya şikayəti vermişlər. İşə kassasiya qaydasında baxan kassasiya instansiya məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq hesab etmişdir ki, apellyasiya instansiyası məhkəməsi zamin Cavabdeh3 illik faiz dərəcəsi ilə bağlı razılığı alınmadığından onun məsuliyyətinin artması, bunun da zaminliyin xitamına əsas olması barədə düzgün nəticəyə gəlsə də, digər zamin Cavabdeh2 kreditin faiz dərəcəsi ilə razılığını təsdiqləyən yuxarıda qeyd edilən sənədə (ödəniş planı) və bununla bağlı iddiaçının mübahisənin həlli üçün əhəmiyyət kəsb edən dəlilinə ümumiyyətlə hüquqi qiymət verməməklə, Cavabdeh2 aid hissədə iş üzrə gəldiyi nəticə qanunvericiliyin tələblərinə və iş üzrə müəyyən edilmiş həqiqi hallara uyğun olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, kassasiya instansiya məhkəməsi qərarında şərh edilən məcburi göstərişin tam, hərtərəfli və obyektiv araşdırılmaqla birinci instansiya məhkəmənin qəbul etdiyi qətnamənin qanuniliyi və əsaslılığı məsələsinə apellyasiya şikayətinin dəlilləri nəzərə alınmaqla hüquqi qiymət verilməlidir. Göründüyü kimi hazırkı apellyasiya baxışının predmetini ilkin iddianın zamin Cavabdeh2 münasibətdə rədd edilməsi hissəsində qətnamənin yoxlanılması təşkil edir. İşin mübahisələndirilməyən halları ondan ibarətdir ki, iddiaçı bank ilə borclu arasında 29.06.2009-cu il tarixli kredit xətti müqaviləsi bağlanmış, bundan sonra borclunun öhdəliklərinin təminatı kimi 12 yanvar 2011-ci il tarixdə Cavabdeh3, 26.11.2013-cü il tarixdə isə Vədud Qasımovla zaminlik müqaviləsi bağlanılmışdır. Bundan sonra bank borcluya açdığı kredit xətti müqaviləsi əsasında 10.06.2014-cü il tarixli kredit razılaşması üzrə 24 ay müddətinə, aylıq faiz dərəcəsi 2.1667% olmaqla, 30.000 ABŞ dolları məbləğində kredit vermişdir. İşin digər halı ondan ibarətdir ki, zamin Cavabdeh2 borclunun öhdəlikləri üzrə məsuliyyəti üzərinə götürdükləri kredit xətti müqaviləsində kreditin illik faiz dərəcəsinə dair şərtlər öz əksini tapmamışdır. Halbuki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair˝ 31.05.2018-ci il tarixli Qərarında qeyd edilir ki, ˝... Zaminliyə xitam verilməsi halları Mülki Məcəllənin 477-ci maddəsində göstərilmişdir. Belə ki, həmin Məcəllənin 477.0.1-ci maddəsində qeyd edilmişdir ki, zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda zaminliyə xitam verilir. Zaminin məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə gətirib çıxaran dəyişikliklər dedikdə, zaminin müqavilə bağlayarkən həmin müqavilə üzrə öhdəsinə götürdüyündən daha artıq öhdəliyinin yaranması nəzərdə tutulur. Göründüyü kimi, həmin maddə istənilən dəyişikliyə görə zaminliyin xitamını nəzərdə tutmur. Bu normaya əsasən, zaminliyin xitamı üçün təmin edilmiş öhdəliyə edilən dəyişiklik zaminin məsuliyyətini artırmalı və ya onun üçün başqa əlverişsiz nəticələrə səbəb olmalıdır... Zaminin razılığı alınmadan bağlanmış kredit müqavilələrində nəzərdə tutulmuş öhdəliyin konkret həcmi kredit xətti müqaviləsi ilə müəyyən edilmiş ümumi məbləğ və müddət həddində olmalıdır. Kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilmədikdə bağlanmış kredit müqavilələrində faiz dərəcəsi barədə zaminin razılığı alınmalıdır. Belə razılığın olmaması zaminin məsuliyyətinin artması kimi qiymətləndirilməlidir...˝ Konstitusiya Məhkəməsinin göstərilən Qərarında ifadə edilmiş hüquqi mövqeyə görə, zaminin məsuliyyətinin yaranması onun müqavilənin bütün şərtləri, yəni kreditin məbləği, müddəti və faizləri ilə barədə şərtləri ilə tanış olaraq və bundan sonra həmin şərtlərlə razılaşması ilə şərtlənir. İşdən görünür ki, zamin Vədud Qasımov kreditin müddəti və məbləği ilə bərabər, faiz dərəcəsi ilə bağlı şərtlərlə razılaşdığını yazılı qaydada ifadə etmişdir. (6-cı səhifə) Mülki Məcəllənin 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır (Mülki Məcəllənin 472.1 və 472.2-ci maddələri). Bu baxımından məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin zamin Vədud Qasımova aid hissədə iddianı rədd etməklə düzgün nəticəyə gəlməmişdir. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). Azərbaycan Respublikası MPM-nin 384.0.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halların araşdırılmaması, birinci instansiya məhhkəməsi tərəfindən müəyyən edilmiş işin əhəmiyyətli olan hallarının sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrin işin faktiki hallarına uyğun gəlməməsi, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. (Azərbaycan Respublikası MPM-nin 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4 maddələri). Beləliklə məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, Abşeron rayon məhkəməsinin 21 noyabr 2019-cu il tarixli qətnaməsi qismən ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ İddiaçı QSC-nin apellyasiya şikayəti qismən təmin edilsin. Abşeron rayon məhkəməsinin 21 noyabr 2019-cu il tarixli qətnaməsi qismən ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. Cavabdehlər Cavabdeh1 və X2 müştərək qaydada 10.06.2014-cü il tarixli, 01R000013680 saylı Kredit Razılaşması üzrə 13167 (on üç min yüz altmış yeddi) ABŞ dolları 34 (otuz dörd) sent məbləğində əsas borc, 5761 (beş min yeddi yüz iyirmi altmış bir) ABŞ dolları 32 (otuz iki) sent məbləğində faiz borcu və 2000 (iki min) ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 20928 (iyirmi min doqquz yüz iyirmi səkkiz) ABŞ dolları 66 (altmış altı) sent məbləğində pul, qətnamənin icra ediləcəyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi ABŞ dollarının Azərbaycan manatına məzənnə nisbətində manatla hesablanaraq alınıb ˝knaBsseccA˝ QSC-yə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar