Məhkəmə qərarları › İş №2(105)-1722/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1722/2025

06.01.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1722/2025 06.01.2026 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər Məmmədov Fuad Əli oğlu və X1 ibarət tərkibdə, Rəhimova Ülkər Cabbar qızının katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin 2(027)-223/2025 nömrəli, 04 sentyabr 2025-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Quba Rayon Məhkəməsinin 04 sentyabr 2025-ci il tarixli qətnaməsi ilə (hakim N.Xəlilova) iddianın qismən təmin edilməsi, Cavabdeh yol-nəqliyyat hadisəsi nəticəsində vurulmuş ziyanın əvəzi olaraq 263 manat və dövlət rüsumu kimi ödənilmiş 38 manat alınaraq İddiaçı verilməsi, iş üzrə keçirilmiş ekspertizanın xərci 50 manat Cavabdeh alınaraq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsi, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı iddia ərizəsi ilə Quba Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh yolnəqliyyat hadisəsi nəticəsində ona vurulmuş 1743 manat təşkil edən zərərin əvəzinin və dövlət rüsumu kimi ödədiyi 38 manat vəsaitin ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin Xaçmaz RQİ və TBŞ verdiyi BD 251793 nömrəli xx.xx.2002-ci il tarixli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən «VAZ- 2121» minik markalı **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobil ona məxsusdur. xx.xx.2024-cü il tarixdə saat 17 radələrində Quba-Qonaqkənd yolunun Amsar kəndi ərazisində «Mandarin» marketin qarşısından keçən hissəsində Cavabdeh Təvvəkkül oğlu «Mersedec Benz C 280» markalı **-LG-*** dövlət qeydiyyat nişanlı avtomobili idadə edərkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanunun 42.1-ci maddəsinin tələblərini pozaraq ötmə əməliyyatı apararkən əks istiqamətdə hərəkət zolağına çıxaraq yolun sağ kənarında dayanmış X3 aid «VAZ -2107» markalı 40 BF-127 dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsi ilə daha sonra X6 məxsus VAZ-2121» markalı **-RD-*** dövlət qeydiyyat nişanlı avtomobillə, həmçinin həmin yerdə yolun kənarında saxladığı ona məxsus «VAZ-2121» markalı **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sağ tərəfi ilə toqquşmuş, nəticədə X2 yüngül dərəcəli bədən xəsarəti almasına, qeyd olunan avtomobillər zədələnərək sahiblərinə və ona məxsus «VAZ-2121» markalı **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobil zədələnərək ziyan dəymişdir. Həmin fakt Quba RPŞ-də «törədilmiş və ya hazırlanmış cinayətlər barədə qeydiyyat kitabında» 2501 nömrə ilə qeydə alınaraq araşdırmanın aparılması təhqiqat bölməsinin təhqiqatçısı polis baş leytenantı X4 həvalə edilmiş, tərəfindən hadisə yerinə, avtomobillərə baxış keçirmiş, hadisə ilə bağlı onun, qeyd olunan avtomobillərin sürücülərinin - X7, X9 və hadisənin səbəbkarı sürücü Cavabdeh Təvvəkkül oğlunun izahatları alınaraq araşdırma materialına əlavə etmişdir. xx.xx.2024-cü il tarixdə təhqiqatçısı Sənan Həsənov tərəfindən toplanmış material üzrə Cavabdeh Təvvəkkül oğlunun barəsində cinayət işi başlanması rədd edilmiş və Cavabdeh Təvvəkkül oğlunun hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzəzrdə tutumuş xətanın tərkibi olduğundan barəsində Quba RPŞ-nin X15 bölməsində inzibati tədbir görülməsi məqsədi ilə qərər qəbul edilmiş, həmin qərar Quba RPŞ-nin X15 bölməsinə göndərilmiş və həminin qərar rəsmi qaydada ona təqdim edilmişdir. xx.xx.2024-cü il tarixdə saat 17 radələrində «Mersedec Benz C 280 MİNİK» markalı **-LG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən xx.xx.2003-cü il təvəllüdlü Quba rayonu Amsar kənd sakini Cavabdeh Təvvəkkül oğlu tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzəzrdə tutumuş xəta törədildiyindən Quba RPŞ DYPB-nin polis mayoru X8 tərəfindən İXP ******* nömrəli xx.xx.2024-cü il tarixli İnzibati xəta haqqında protokol və İnzibati xəta haqqında işin Quba Rayon Məhkəməsinə aidiyyati üzrə göndərilməsi barədə GP25932491 nömrəli qərar qəbul edilmişdir, həmin protokol və qərarı ona təqdim edilmişdir. Yolnəqliyyat hadisəsi ilə bağlı toplanmış material isə Quba RPŞ-nin arxivində saxlanılır, belə ki, hadisəsi ilə bağlı sürücülərin izahatları, hadisə yerinə, avtomobillərə baxış protokolları, sxemi, fotoşəkilləri və avtomobillərə dəymiş ziyan aktlarının əsilləri və digər zəruri sənədlər həmin materiala əlavə edilmişdir. Belə ki, Yol-nəqliyyat hadisəsindən sonra «VAZ-2121» minik markalı **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobilinə dəymiş maddi ziyanin hesablanması üçün sorğusu əsasında "Qığılcım” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən avtomobilinə ilkin baxış keçirilərək sıradan çıxmış və yararsız hala düşmüş ehtiyyat hissələnin alış qiymətləri və təmir işlərinə çəkiləcək xərclərin- 1 ədəd arxa sol stop butov- 25 manat, 1 ədəd arxa sol bufer qulağı -10 manat 1 ədəd arxa qanadüstü stop- 10 manat, 1 ədəd arxa bufer bağlanan sol qol- 14 manat, arxa yük yerinin iç üzlükləri -30 manat, 1 ədəd arxa bufer bağlanan qolun rezini -4 manat, dəmirçi işinə aid avtomaşının təmir olunması və alınmış ehtiyyat hissələrinin avtomaşının üzərinə quraşdırılmasına görə xidmət haqqı-400 manat, rəngsaz işi avtomaşının rənglənməsi alınmış materialı ilə birlikdə xidmət haqqı-356 manat,cəmi avtomobilinə dəymiş ziyan 843 manat təşkil etməsini təsdiq edərək xx.xx.2024-cü il tarixli 2100 nömrəli ziyan aktı tərtib edilərək ona təqdim edilmişdir. Hadisə baş verdiyi gündən hal-hazıra kimi hadisəni törədən Cavabdeh Təvvəkkül oğlu ona vurulmuş maddi ziyanı ödəmədiyindən avtomobilimi təmir etdirə bilməmiş, baş vermiş hadisə nəticəsində ona məxsus «VAZ-2121» markalı **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobil zədələnərək 843 manat məbləğində ziyan dəymiş, həmçinin avtomobilsiz qalmağı ilə əlaqədar hər gün yaşadığı 2-ci Nügədi kəndindən Quba şəhərinə işə gedib qayıtmaq üçün gündəlik 20 manat pul xərcləməyə məcbur olmuş, hal-hazıra kimi, yəni xx.xx.2024-cü il tarixə kimi 900 manat məbləğində pul xərcləmiş, ümumilikdə ona vurulmuş maddi ziyan 1743 manat təşkil edir. Cavabdeh Təvvəkkül oğlu ilə yol-nəqliyyat hadisəsi ilə bağlı ilə ona vurulmuş ziyanın könüllü surətdə ödənilməsi ilə bağlı söhbətlər aparılmış, ona tərəfindən istifadəsində olan mobil telefonuna mesaj göndərilmiş, lakin bu günə kimi müxtəlif bəhanələr gətirərək tərəfindən vurulmuş maddi ziyanı ödəməkdən boyun qaçırır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı Quba Rayon Məhkəməsinin 04 sentyabr 2025-ci il tarixli qətnaməsindən apellyasiya şikayət verərək, qətnamənin ləğv olunması, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Quba Rayon məhkəməsi qeyd olunan qətnaməni qəbul edərkən zərərin əvəzinin ödənilməsinə Mülki Məcəllənin 21-ci maddəsinə düzgün əsaslanmamışdır. Hadisədən sonra cavabdehin hərəkətsizliyi nəticəsində 45 gün müddətində avtomobilsiz qalaraq 3-cü qrup əlil olduğuna görə yaşadığı 2-ci Nügədi kəndindən Quba şəhərində yerləşən Quba rayon poliklinikasına taksi sifariş edib iş yerinə gedib işdən qayıtmaq üçün hər gün 20 manat, avtomobili təmir olunana kimi 45 gün ərzində, ümumilikdə 900 manat pul xərcləməyə məcbur olmağı nəzərə alınmamışdır. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, məhkəmə ilkin iddia tələbi ilə əlaqədar maddi hüquq normaları düzgün tətbiq etməyib və maddi ziyanın ödənilməsi öhdəliyinə dair qanunvericiliyin müddəalarını nəzərə almamışdır. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında dindirilən İddiaçı apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən iddiaçının nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə cavabdehə məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmiş, nümayəndəsi Nümayəndə1 məhkəmə kollegiyasına ərizə ünvanlayaraq məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2. maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdıraraq, məruzəçini və işdə iştirak edən şəxslərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia tələbinin qismən təmin edilməsini mülki hüquq pozuntusunun (delikt) cavabdeh tərəfindən törədilməsi və sonuncunun təqsirli və hüquqazidd əməli nəticəsində iddiaçıya maddi zərər yetirilməsi ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin nəticəsindən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etsə də, şikayətin məzmununa əsasən qətnaməni iddianın təmin edilməyən hissəsində mübahisələndirmişdir. Konstitusiya Məhkəməsinin Plenumu məhkəmə aktlarının qanuniliyinin və əsaslılığının yoxlanılmasının hədləri ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyasında demokratik dövlətin təbiətini və mahiyyətini əks etdirən, insan və vətəndaş hüquq və azadlıqlarının təminatını nəzərdə tutan prinsiplər təsbit edilmişdir. Mülki proses iştirakçılarının əsas hüquqları Konstitusiyada təsbit edilmiş prinsiplərə əsaslanmaqla, bütün mülki mühakimə icraatının, o cümlədən apellyasiya icraatı üçün həlledici əhəmiyyət kəsb edən, həmçinin bu hüquqların səmərəli həyata keçirilməsini təmin edən mülki mühakimə icraatının əsas prinsiplərində öz əksini tapmışdır. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında göstərilən prinsiplərin mahiyyətini açıqlayaraq, bu prinsiplər baxımından apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərinə dair öz mövqeyini ifadə etmişdir (Konstitusiya Məhkəməsinin xx.xx.2013-cü il tarixli qərarı). “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 20 may 2011-ci il tarixli qərarında müəyyən edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə idddiaçının mübahisələndirdiyi hissədə baxılaraq hüquqi qiymət verilməlidir. Cavabdeh 30 avqust 2024-cü il tarixdə, saat təxminən 17 radələrində özünə məxsus Mersedes Benz 280 markalı **-LG-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Quba Qonaqkənd yolunda hərəkətdə olarkən yol-nəqliyyat hadisəsinin baş verməsi və nəticədə İddiaçı maddi zərər vurulması işin mübahisəsiz halıdır. Mövcud iş üzrə mübahisələndirilən hissədə iddia tələbi maddi zərərin ödənilməsi barədədir. İddia tələbinin qanuni əsasını isə Mülki Məcəllənin 1096.1., 1097.1, 1108.1-ci maddələri təşkil edir. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (Mülki Məcəllənin 1096.1. və 1096.2. maddələri). Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur (Mülki Məcəllənin 1108.1. maddəsi). Məhkəmə kollegiyası qeyd edir ki, mülki hüquq məsuliyyətinin yaranması üçün əməlin baş verməsi, əməlin hüquqa zidd olması və əməli törədən şəxsin təqsirli olması vacibdir. Bu üç əlamət bir-biri ilə bağlı olduğundan və birinin mövcudluğunun olmaması mülki hüquq məsuliyyətini istisna etdiyindən hər üç əlamətin mövcud olması mülki hüquqi məsuliyyəti daşıyan şəxsdən tələb hüququ hüquqi müəyyənlik prinsipi baxımından da əhəmiyyətlidir. Çünki maddi hüquq normasının dispozisiyasında birbaşa və aydın ifadə olunmuşdur ki, delikt törətmiş şəxsin mülki hüquqi məsuliyyətinin yaranması və buna görə də məsuliyyət daşıması, əməlin hüquqa zidd olması, həmin əmələ görə təqsirin olması ilə şərtləndirilmiş və mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin əvəzinin zərərvuran tərəfindən tam həcmdə ödənilməli olması göstərilmişdir. İşdən görünür ki, Cavabdeh 30 avqust 2024-cü il tarixdə, saat təxminən 17 radələrində özünə məxsus Mersedes Benz 280 markalı **-LG-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Quba Qonaqkənd yolunda hərəkətdə olarkən həmin yolun Amsar kəndi ərazisindən keçən hissəsində əks istiqamətdə hərəkət zolağına çıxmış və həmin yolda idarəetməni itirmiş və Vaz-2121 markalı **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş və nəticədə İddiaçı maddi zərər vurmuşdur. İş materiallarında olan məhkəmə ekspertizasının 05 may 2025-ci il tarixli, 9/999 saylı rəyinə əsasən nəzəri hesablama yolu ilə, ekspertiza tədqiqatına təqdim edilmiş iş materialında olan "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli ziyan aktına əsasən 1987- ci il buraxılışlı “VAZ-2121” markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 263 manat müəyyən edilmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi dəymiş zərərin məbləği ilə bağlı düzgün nəticəyə gəlmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə mübahisələndirilən hissədə işin həqiqi hallarına uyğun olmaqla, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirir və eləcə də qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə qəbul edilmişdir. Azərbaycan Respublikası MPM-nin 385.2. maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli və iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 402.1. maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, hazırkı iş üzrə iddia tələbi 5000 manatdan az olduğundan, qanunvericiliyin yuxarıda qeyd olunan tələbi baxımından bu iş üzrə məhkəmə aktından kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏTETDİ İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Quba Rayon Məhkəməsinin 04 sentyabr 2025-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar