Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1727/2021 17.05.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X5 Tağızadənin sədrliyi və məruzəsi, X3 Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Elnarə Nəriman qızı Ağayevanın katibliyi, İddiaçının nümayəndəsi: X1 iştirakı ilə, İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit borcun qaytarılması tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 21 yanvar 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin 21 yanvar 2020-ci il tarixli qətnaməsi ilə (hakim A.M.Süleymanova) iddianın qismən təmin edilməsi, Cavabdeh 16.04.2015-ci il tarixli, İKM 09 saylı kredit müqaviləsi üzrə 789,41 ABŞ dolları (ödəniş gününə manata məzənnə ilə) əsas borc, 14.11.2014-cü il tarixli, İKM 07 saylı kredit müqaviləsi üzrə isə 8800 ABŞ dolları (ödəniş gününə manata məzənnə ilə) əsas borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 18,60 manatın iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətininnin xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmiş. İ Ş İ N H A L L A R İ: İddiaçı ləğv prosesində olan İddiaçı açıq səhmdar cəmiyyəti iddia ilə məhkəməyə müraciət edərək Cavabdeh 16.04.2015-ci il tarixli, İKM 09 saylı kredit müqaviləsi üzrə əsas borc 789,41 ABŞ dolları, kredit müqaviləsi üzrə öhdəliklərin icra müddətinin bitdiyi 16.10.2016-cı il tarixinə faiz borcu 18,14 ABŞ dolları, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5% hesablanmış faiz borcu 115,72 ABŞ dolları, müqavilə üzrə borcun gecikdirildiyinə görə hesablanmış cərimə borcu 479,28 ABŞ dolları, cəmi isə 1402,55 ABŞ dolları, 14.11.2014-cü il tarixli, İKM 07 saylı kredit müqaviləsi üzrə əsas borc 8800 ABŞ dolları, kredit müqaviləsi üzrə öhdəliklərin icra müddətinin bitdiyi 16.11.2019-cu il tarixinə faiz borcu 743,85 ABŞ dolları, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5% hesablanmış faiz borcu 1242 ABŞ dolları, müqavilə üzrə borcun gecikdirildiyinə görə hesablanmış cərimə borcu 4484,07 ABŞ dolları, cəmi isə 15269,92 ABŞ dolları borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulub cəmiyyətin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və tələblərini onunla əsaslandırmışdır ki, 16.04.2015-ci il tarixli, İKM 09 saylı istehlak kredit müqaviləsinə əsasən cəmiyyətin “Sumqayıt” filialı tərəfindən Cavabdeh 18 ay müddətinə illik 17% ödəmək şərti ilə 2600 ABŞ dolları məbləğində və 14.11.2014-cü il tarixli, İKM 07 saylı kredit müqaviləsinə əsasən 12 ay müddətinə illik 17% ödəmək şərti ilə 8800 ABŞ dolları kredit verilmişdir. 14.11.2014-cü il tarixli, İKM 07 saylı kredit müqaviləsinə 16.11.2015-ci il tarixli, 01 saylı əlavəyə əsasən kredit müqaviləsinin müddəti 16.11.2016-cı il tarixinədək uzadılmışdır. Lakin cavabdeh 16.04.2015-ci il tarixli, İKM 09 saylı və 14.11.2014-cü il tarixli, İKM 07 saylı istehlak kredit müqavilələri üzrə öz üzərinə düşən öhdəlikləri vaxtlı-vaxtında yerinə yetirməmiş, ona edilən xəbərdarlıqlara baxmayaraq borcunu gecikdirmiş, ödəniş etməmiş və beləliklə də, müqavilənin şərtlərini pozmuşdur. Hazırda Cavabdeh 16.04.2015-ci il tarixli, İKM 09 saylı kredit üzrə banka olan əsas borcu 789,41 ABŞ dolları, kredit müqaviləsi üzrə öhdəliklərin icra müddətinin bitdiyi 16.10.2016-cı il tarixinə faiz borcu 18,14 ABŞ dolları, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5% hesablanmış faiz borcu 115,72 ABŞ dolları, müqavilə üzrə borcun gecikdirildiyinə görə hesablanmış cərimə borcu 479,28 ABŞ dolları, cəmi isə 1402,55 ABŞ dolları təşkil edir. Cavabdeh 14.11.2014cü il tarixli, İKM 07 saylı kredit üzrə banka olan əsas borcu 8800 ABŞ dolları, kredit müqaviləsi üzrə öhdəliklərin icra müddətinin bitdiyi 16.11.2019-cu il tarixinə faiz borcu 743,85 ABŞ dolları, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5% hesablanmış faiz borcu 1242 ABŞ dolları, müqavilə üzrə borcun gecikdirildiyinə görə hesablanmış cərimə borcu 4484,07 ABŞ dolları, cəmi isə 15269,92 ABŞ dolları təşkil edir. Cəmiyyət tərəfindən cavabdehə borcun ödənilməsi barədə dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq, bu günədək borcun ödənilməsi üçün heç bir tədbir görülməmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 24 dekabr 2019-cu il tarixli, 8901/2019 saylı qərardadı ilə iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair mülki iş üzrə cavabdeh tərəfindən verilmiş borc tələbinə dair qarşılıqlı iddia ərizəsinin qəbulundan imtina edilmiş, qarşılıqlı iddia ərizəsi və əlavə edilmiş sənədlərin cavabdehə rəsmi qaydada verilməsi qərara alınmışdır. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: İddiaçının nümayəndəsi F.Əliyev apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmədə işə baxılarkən maddi və prosessual hüquq normalarının tələbləri kobud surətdə pozulmuş, tətbiq edilməli olmayan hüquq normaları tətbiq edilmiş, işin hallarına və cəmiyyətin təqdim etdiyi sübutlara obyektiv hüquqi qiymət verilməmiş, işə cəmiyyətə münasibətdə birtərəfli, qərəzli, qeyri-obyektiv baxılmış, əsassız və qanuna zidd qətnamə çıxarılmışdır. Qətnamə faiz, cərimə və gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği hissəsinə münasibətdə qanunsuz və əsassız olduğuna görə ləğv edilməlidir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28.02.2019-cu il tarixli Fərmanının 10-cu bəndində göstərilir ki, Əmanətlərin Sığortalanması Fonduna və ləğvedici funksiyalarının həvalə olunduğu digər şəxslərə tövsiyə edilsin ki, ləğvetmə prosesində olan banklarda fiziki şəxslərin vaxtı keçmiş əsas kredit borclarının restrukturizasiyasını təmin edən tədbirlər görsünlər. Həmin Fərmanın tələblərinin yerinə yetirilməsi məqsədilə restrukturizasiyanın başlanması ilə bağlı 27.05.2019-cu il tarixdə Əmanətlərin Sığortalanması Fondunun rəsmi internet səhifəsində elan verilərək Fondun ləğvetməsində olan banklarda vaxtı keçmiş kredit borclarının restrukturizasiyası üçün vətəndaşların ərizələrinin qəbul olunduğu və bunun üçün ləğv prosesində olan “xxxx” ASC-nin ünvan 1 ünvanında yerləşən “Əməliyyat İdarəsi” filialına müraciət etmələri bildirilmişdir. Həmçinin cavabdehə restrukturizasiyasının aparılması məqsədi ilə təklif göndərilmiş və fərmanın icrası ilə bağlı cəmiyyət tərəfindən müvafiq tədbirlər görülmüşdür. Lakin göndərilmiş təkliflərə baxmayaraq cavabdeh kredit borcunun restrukturizasiyası üçün müraciət etməmiş və təklif olunan restrukturizasiya məbləğini qəbul etmir. Həmçinin, fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmaş faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi qaydasına əsasən fiziki şəxslərin kredit borclarının restrukturizasiyası məqsədilə yeni güzəştli kredit müqaviləsinin bağlanması ilə bağlı müraciətlərinin qəbulu 2019-cu illin dekabrın 31-də başa çatır. İş materiallarından müəyyən olunur ki, kifayət qədər sübutlar cəmiyyət tərəfindən təqdim olunmuşdur. Faiz, cərimə və gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləğinin olması barədə iş materiallarında tərəflər arasında bağlanmış müqavilənin əsli, cavabdehin hesabından çıxarış, ödəniş cədvəli, maliyyə arayışı və digər sənədlər məhkəməyə təqdim edilmişdir. Qanunvericiliyin tələblərinə əsasən öhdəliyin icrası zamanı əgər öhdəlik icra edən borcun ödənilməsi üçün yetərli olmayan öhdəliyin icrası əvvəlcə xərclərin hesabına, sonra faizlərin hesabına və nəhayət, əsas borcun hesabına daxil edilir. Lakin birinci instansiya məhkəməsi qanunun bu müddəasına əməl etməmişdir. Qeyd edilmiş əsaslar açıq-aşkar göründüyü halda, məhkəmə qanunsuz qətnamə qəbul etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 21 yanvar 2020-ci il tarixli qətnaməsini qismən ləğv edərək, iş üzrə iddia tələbinin tam təmin edilməsinə dair yeni qətnamə çıxarılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. İddiaçının nümayəndəsi E.H.Məmmədov apellyasiya şikayətini müdafiə etdi, ona oxşar izahat verdi və apellyasiya şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. İş üzrə cavabdeh Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə kollegiyası işdə iştirak edən tərəfin nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara görə apellyasiya şikayəti təmin edilməməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddianı qismən təmin edərkən, tərəflər arasında kredit müqaviləsinin olmasına, cavabdeh tərəfindən müqavilənin şərtlərinin pozulmasına istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına uyğundur. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının nümayəndəsi F.Əliyevin apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən, maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan İddiaçıaçıq səhmdar cəmiyyətinin “Sumqayıt” filialı ilə Cavabdeh arasında bağlanmış 14 noyabr 2014-cü il tarixli, İKM 07 saylı istehlak kredit müqaviləsindən görünür ki, Cavabdeh illik 17 faizlə 12 ay müddətinə 8800 ABŞ dolları kredit verilmişdir. İşdə olan İddiaçı Açıq səhmdar cəmiyyətinin “Sumqayıt” filialı ilə Cavabdeh arasında bağlanmış 16 aprel 2015-ci il tarixli, İKM 09 saylı istehlak kredit müqaviləsindən görünür ki, Cavabdeh illik 17 faizlə 18 ay müddətinə 2600 ABŞ dolları kredit verilmişdir. İşə əlavə olan İddiaçı açıq səhmdar cəmiyyətinin “Sumqayıt” filialı ilə Cavabdeh arasında bağlanmış 07 saylı kredit müqaviləsinə 16 noyabr 2015-ci il tarixli, 1 saylı əlavədən görünür ki, bank ilə borcalan arasında bağlanmış 14 noyabr 2014-cü il tarixli, İKM 07 saylı kredit müqaviləsinə əsasən imzalanma tarixinə qalan 8800 ABŞ dolları həcmində kredit borcu kredit müqaviləsində nəzərdə tutulmuş digər şərtlər qüvvədə qalmaqla müddəti 16.11.2016-cı il tarixə kimi uzadılmışdır. İşdə olan ləğv prosesində olan İddiaçı açıq səhmdar cəmiyyətinin 03 oktyabr 2019-cu il tarixli arayışından görünür ki, 14 noyabr 2014-cü il tarixli, İKM 07 saylı istehlak kredit müqaviləsi üzrə Cavabdehin 01 oktyabr 2019-cu il tarixə əsas borcu 8800 ABŞ dolları, kredit müqaviləsi üzrə öhdəliklərin icra müddətinin bitdiyi 16 noyabr 2016-cı il tarixə faiz borcu 743,85 ABŞ dolları, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5% hesablanmış faiz borcu 1242 ABŞ dolları, müqavilə üzrə borc gecikdirildiyinə görə hesablanmış cərimə borcu 4484,07 ABŞ dolları, cəmi 15269,92 ABŞ dolları təşkil edir. İş materiallarında olan ləğv prosesində olan İddiaçı açıq səhmdar cəmiyyətinin 23 sentyabr 2019-cu il tarixli arayışından görünür ki, 16 aprel 2015-ci il tarixli, İKM 09 saylı istehlak kredit müqaviləsi üzrə Cavabdeh 18 sentyabr 2019-cu il tarixə əsas borcu 789,41 ABŞ dolları, kredit müqaviləsi üzrə öhdəliklərin icra müddətinin bitdiyi 16 oktyabr 2016-cı il tarixə faiz borcu 18,14 ABŞ dolları, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5% hesablanmış faiz borcu 115,72 ABŞ dolları, müqavilə üzrə borc gecikdirildiyinə görə hesablanmış cərimə borcu 479,28 ABŞ dolları, cəmi 1402,55 ABŞ dolları təşkil edir. İşə əlavə olan ləğv prosesində olan İddiaçı açıq səhmdar cəmiyyətinin Cavabdeh ünvanlanmış 01 avqust 2018-ci il tarixli xəbərdarlıqdan görünür ki, kredit müqaviləsi üzrə borcun ödənilməsi barədə xəbərdar edilmişdir. Məhkəmə işin faktiki hallarına Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 445, 448.1, 739-cu maddəsinin tələblərinə əsasən qiymət verərək hesab edir ki, iddiaçının iddia tələbi əsaslıdır. Borclu iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliyi icra etmədiyi üçün cavabdehdir və mülki məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Prezidenti tərəfindən, fiziki şəxslərin problemli kreditlərin həlli ilə bağlı əlavə tədbirlər görülməsinə dair 28 fevral 2019-cu il tarixli Fərman verilmişdir, həmin Fərmanın 5.1-ci bəndində, Fərman qüvvəyə mindiyi tarixə fiziki şəxslərin xarici valyutada əsas məbləği 10000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17.000 (on yeddi min) manatadək olan kreditlər üzrə vxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə, Azərbaycan Respublikası Maliyyə X2 müraciəti əsasında, banklara 682.000.000 (altı yüz səksən iki milyon) manat məbləğinədək dövlət zəmanəti ilə təmin edilmiş güzəştli kredit verilməsi, eləcə də, bu Fərmanın 5.1-ci bəndində nəzərdə tutulan tədbirlər nəticəsində bankların valyuta mövqeyinin pisləşməsinin qarşısını almaq məqsədilə ayrılmış kreditin hesabına banklara, onların müraciəti əsasında 215.000.000 (iki yüz on beş milyon) ABŞ dolları dəyənirədək xarici valyutada ifadə olunmuş, illik faiz dərəcəsi 0.5 faiz olmaqla qiymətli kagızları verilməsi qərara alınmışdır. Fərmanın təsir dəirəsinə (8.6-cı bəndi) fiziki şəxslərə 2012-ci il yanvarın 1-dən bu Fərman qüvvəyə mindiyi dünədək bağlanmış kredit müqaviləsi üzrə məbləgin və (və ya) faiz borclarının ödənilməsi 360 gündən çox gecikdirilmiş borclar aid edilmişdir. Göründüyü kimi araşdırılan mübahisə üzrə kredit müqaviləsi Fərmanın təsiri altına düşür. Lakin cavabdeh borcun restrukturizasiyası ilə bağlı müraciət etməkdən imtina etmişdir. Qeyd olunan xüsusatı nəzərə alaraq məhkəmə iddiaçının hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməsini əsaslı hesab edir. Lakin iddia tələbinin tam həcmdə təmin olunması barədə iddiaçının apellyasiya şikayətində gətirdiyi dəlili məhkəmə kollegiyası əsassız hesab edir. Belə ki, qeyd olunan Fərmanın 6.2-ci bəndində fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacagı nəzərə alınaraq, bankların bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər görməsi banklara tövsiyyə edilmişdir. Həmin Fərmanın 8.9-cu bəndinə əsasən faizlərin silinməsi dedikdə vaxtı keçmiş kredit borcları üzrə hesablanmış faizlərin və dəbbə pulunun (cərimə, penya) silinməsi nəzərdə tutulur. Məhkəmə kollegiyası hesab edir ki, araşdırılan mübahisə üzrə borc Fərmanın təsiri altına düşməklə, həmin kredit öhdəliyi üzrə tələb olunan faizlər və cərimə borcu silinmişdir, bu baxımdan iddiaçının qeyd olunan hissədə tələbi təmin oluna bilməməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni düzgün hesab edir. Fərmanın 16-17-ci bəndlərində qeyd olunan maddi hüquq normalarının hazırki hala tətbiqi müzakirə olunmalıdır. Ona görə ki, Fərmanın tələblərinə uyğun olaraq dövlət öhdəliyin bir hissəsini ödəməyi öz üzərinə götürmüş və icra etmişdir. Cavabdeh güzəşt olunan borcun dövlət tərəfindən ödənilməsinə etiraz etməmişdir. Cavabdehin etirazı yeni müqavilə bağlanması ilə əlaqədar olmuşdur ki, etirazını da özünün mövqeyinə uygun (qərarın 13-cü bəndi) əsaslandırmışdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Məhkəmə qətnaməsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24.11.2005-c il tarixli qərarı”na əsasən Qətnamədə alınması və yaxud ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə, alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də iş üzrə ödənilmiş dövlət rüsumu cavabdehdən tutularaq iddiaçının xeyrinə keçirilməlidir. Beləliklə, məhkəmə kollegiyası tərəfin apellyasiya şikayətində göstərilən digər dəlilləri də araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyinəzərindən qanuni və əsaslı olduğundan və işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır, apellyasiya şikayəti isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT E T D İ: İddiaçının nümayəndəsi X6 apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin bu iş üzrə 21 yanvar 2020-ci il tarixli 2(060)- 264/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülnarə Tağızadə Hakimlər Lətifə Məmmədova Telman Quliyev
Məhkəmə qərarları › İş №2(105)-1727/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1727/2021
17.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver