Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1728/2020 08.09.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), X10 və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, iddiaçılar İddiaçı4, İddiaçı5, iddiaçıların vəkili və nümayəndəsi X3, cavabdeh “xxxxxxxxxxxx” ASC-nin vəkili X6 iştirakı ilə, iddiaçılar İddiaçı1, İddiaçı3. X2, İddiaçı4 və İddiaçı5 cavabdeh “xxxxxxxxxxxx” ASC-yə qarşı “pul” tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 2(012)-801/2019 saylı, xx xxxxx 2019-cu il tarixli qətnaməsindən iddiaçılar İddiaçı1, İddiaçı3. X5, İddiaçı4 və İddiaçı5 tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında apelyasiya qaydasında baxaraq, MÜƏYYƏN ET Dİ: Abşeron Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim E.Məmmədov, iş № 2(012)-801/19) iddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2, İddiaçı4 və İddiaçı5 cavabdeh “xxxxxxxxxxxx” X7rşı pul tələbinə dair iddiası rədd edilmişdir. Həmin qətnamədən iddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2, İddiaçı4 və İddiaçı5 apelyasiya şikayəti vermişlər. Sumqayıt Apelyasiya Məhkəməsi mülki kollegiyasının mülki kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər T.Məmmədov-sədrlik edən və məruzəçi, F.Məmmədov və A.Abbasov, iş № 2(105)-3405/19) apelyasiya şikayəti təmin edilməyərək Abşeron Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçılar kassasiya şikayəti verərək Sumqayıt Apelyasiya Məhkəməsi mülki kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv olunmasını və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Həmin qətnamədən iddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2, İddiaçı4 və İddiaçı5 kassasiya şikayəti vermişdirlər. Azərbaycan Respublikası Ali Məhkəməsi mülki kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(102)1647/2020 saylı qərarı ilə kassasiya şikayəti təmin edilmiş, Sumqayıt Apelyasiya Məhkəməsi mülki kollegiyasının iş üzrə xx xxxxxxx 2019-cu il tarixli, 2(105)-3405/19 saylı qətnaməsi ləğv olunmuş və iş apelyasiya qaydasında yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. İŞİN HALLARİ: İddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2, İddiaçı4 və İddiaçı5 “xxxxxxxxxxxx” X7rşı iddia ərzəsi ilə məhkəməyə müraciət edərək cavabdeh “xxxxxxxxxxxx” açıq səhmdar cəmiyyətindən gördükləri təmir-tikinti işlərinə görə cavabdeh tərəfindən onlara ödənilməmiş 276352 manat əsas pul məbləğinin, onlara verilməli olan əsas pul məbləğini qanunsuz və əsassız özündə saxlayıb faydalandığına görə cavabdehdən qətnamənin çıxarıldığı gün üçün bank faizinin uçot dərəcəsini əsas götürməklə faiz borcunun və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq onlara ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN İZAHATİ: İddiaçı1 apelyasiya şikayətini müdafiə edirək göstərdi ki, qətnamə birtərəfli, qeyri-obyektiv, Azərbaycan Respublikası MPM-nin 8, 9, 10, 14, 88, 385, 386, 387, 388, 390-cı maddələrinin tələblərinin pozulması ilə qəbul edilmişdir. Belə ki, qətnamənin nəticə hissəsində İddiaçı5 iddia tələbinə dair, ümumiyyətlə, məhkəmə tərəfindən heç bir hüquqi qiymət verilməmişdir. Onlar “xxxxxxxxxxxx” açıq səhmdar cəmiyyətinin rəhbərləri olan X9 və qardaşı X4 birbaşa tapşırıqları əsasında 2016-cı ilin may ayından başlayaraq 2017-ci ilin may ayına qədər bir il ərzində “xxxxxxxxxxxx” açıq səhmdar cəmiyyətində tikilən istehsalat binalarının və inzibati binanın ətraf tikinti işlərinin həyata keçirilməsi, bu məqsədlə ayaqaltıların icarəyə götürülməsi, qurulması və sökülməsi, hörgü görülməsi, yük maşınlarının boşaldılması, müəssisənin yerdöşəmə, aqlay işlərinin görülməsi, beton işlərinin, plastik qapı-pəncərələrin quraşdırılması, dam örtüklərinin vurulması, santexnik işlərinin görülməsi, su və kanalizasiya xəttlərinin çəkilməsi, mərmər, perilla, kafel qırağı alüminium kantların vurulması, moykaların mərmərlə işlənməsi, qırmızı profnastillə ümumi dam örtüyünün vurulması və müəssisənin fəaliyyətə başlanması üçün bütün lazımi işləri özləri gətirdikləri digər usta və fəhlələrlə birlikdə həyata keçirmişlər. İşlədikləri işin müqabilində ödənilməli olan pul məbləği Akif Rəhimovun göstərişi əsasında Rəna adlı mühasib tərəfindən qəbzə imza etdirilməklə onlara ödənilirdi. Pullarını ilk olaraq 4-cü mikrorayonda yerləşən “xxxxxxxxxxxx” açıq səhmdar cəmiyyətinin ofislərində, görülmüş işlərin az bir qisminin pulunu isə sonradan “xxxxxxxxxxxx” açıq səhmdar cəmiyyətinin inzibati binasında qəbzə imza etməklə almışlar. Onlara verilən məbləğlərdən qarşılıqlı razılaşma əsasında material almış, yükün daşınması pulunu ödəmiş, bir qismini də usta və fəhlələrə əmək haqqı kimi ödəyiblər. Özü və özü ilə gətirdiyi 163 fəhlə ilə birlikdə “xxxxxxxxxxxx” açıq səhmdar cəmiyyətinin faktiki rəhbərliyini həyata keçirən Akif Rəhimovla aralarında olan razılaşma əsasında 2016-cı ilin yayından 2017-ci ilin may ayına qədər “xxxxxxxxxxxx” açıq səhmdar cəmiyyətinin inzibati və digər binalarının fasad hissəsində aqlay daşlarının vurulması, ayaqaltılarının qurulması və sökülməsi, həyətə tamet daşlarının döşənməsi, besedkalara beton döşənməsi, fasadın suvaqlarının vurulması, hörgü işlərinin görülməsini tam həyata keçirmiş, işləri ondan zavodun faktiki rəhbərliyini həyata keçirən Akif Rəhimovun göstərişi əsasında köməkçisi Abbas adlı şəxs təhvil almışdır. “xxxxxxxxxxxx” açıq səhmdar cəmiyyətinin gördüyü işlərə görə 120352 manat, İddiaçı3 cəmiyyətin inzibati və digər binalarının bütün dam örtüyünün özü və gətirdiyi fəhlələrlə birlikdə vurulmasına görə 21500 manat, İddiaçı2 cəmiyyətin inzibati və digər binalarının mal sexində, yeməkxanada, hamam və ayaqyolu sisteminin quraşdırılmasında gördüyü müxtəlif işlərə görə 14000 manat, İddiaçı4 2016cı ilin dekabrından 2017-ci ilin may ayına qədər cəmiyyətin inzibati və digər binalarının köhnə qapı-pəncərəsinin özü və gətirdiyi 20 nəfərdən ibarət usta və fəhlələrlə birlikdə dəyişdirilib yenilənməsinə, həyətə şəbəkə, reklam lövhələrinin düzəldilib quraşdırılmasına, alüminiumdan kafel qıraqlarına kantlar vurulmasına və başqa işlərə görə 54000 manat, İddiaçı5 özü və gətirdiyi 25 nəfərdən ibarət usta və fəhlələrlə birlikdə pilləkən, döşəmə, qapı-pəncərələrin kənarlarının kalon və qıraqlarının mərmərlə üzlənməsinə, pilləkənlərə məhəccərlərin vurulmasına, sexlerdə kalon və stelaj qıraqlarına alüminium künclük vurulması işlərinə görə 67000 manat borclu qalmışdır. “xxxxxxxxxxxx” açıq səhmdar cəmiyyətinin faktiki rəhbərliyini həyata keçirən Akif Rəhimov gördükləri işlərlə əlaqədar tapşırıq müqaviləsi və əmək müqaviləsi bağlayacağına söz versə də, lakin vədinə əməl etməmiş, süründürməçilik edərək müqavilə bağlamaqdan yayınmış, əsl niyyəti onları aldadıb işlədərək pullarını ödəməmək olmuşdur. Özü “xxxxxxxxxxx” MMC-nin direktorudur və VÖEN-ə sahibdir. Qeyd olunanlara əsasən apelyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddiamızın təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında İddiaçı3 apelyasiya şikayətini müdafiə edərək digər iddiaçının izahatını təsdiq etdiyini, Fiziki şəxs olduğunu, sahibkarlıq fəaliyyəti ilə məşğul olduğunu, adına VÖEN olduğunu bildirərərk apelyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddiamızırətəmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iddiaçı X5 apelyasiya şikayətini müdafiə edərək digər iddiaçının izahatını təsdiq etdiyini bildirərərk apelyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddiamızırətəmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında İddiaçı4 apelyasiya şikayətini müdafiə edərək digər iddiaçının izahatını təsdiq etdiyini, Fiziki şəxs olduğunu, sahibkarlıq fəaliyyəti ilə məşğul olduğunu, adına VÖEN olduğunu bildirərərk apelyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddiamızırətəmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında İddiaçı5 apelyasiya şikayətini müdafiə edərək digər iddiaçının izahatını təsdiq etdiyini bildirərərk apelyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddiamızırətəmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iddiaçınin nümayəndəsi və vəkili X8 apelyasiya şikayətinin dəlillərini müdafiə onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddiamızın təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında cavabdeh “xxxxxxxxxxxx” ASC-nin vəkili X11 apelyasiya şikayətinin dəlillərinə etiraz edərək iş üzrə məhkəmə qətnaməsinin dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanılmasını xahiş etdi HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən edildi ki, iddiaçılar İddiaçı1, İddiaçı3. X5, İddiaçı4 və İddiaçı5 hüquqi şəxs olan “xxxxxxxxxxxx” AASC-nə qarşı pul tələbinə dair Abşeron Rayon Məhkəməsinə müraciət etmiş və birinci instansiya məhkəməsi tərəfdən işə mahiyyəti üzrə baxılaraq iddia tələbi təmin edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iş materaillarından görünür ki, iddiaçı X14 fiziki şəxs kimi vergi orqanlarında qeydiyyatdan keçmiş və adına ********* saylı VÖEN verilmişdir. İş materiallarından müəyyən edilir ki, İddiaçı4 fiziki şəxs kimi vergi orqanlarında qeydiyyatdan keçmiş və adına ********** saylı VÖEN verilmişdir. İş materaillarından görünür ki, İddiaçı1 “xxxxxxxxxxx” MMC-nin direktorudur və MMC-nə ********** saylı VÖEN verilmişdir. .İş materiallarından müəyyən edilir ki, iddiaçılar sahibkarlıq fəaliyyəti ilə məşğul məşğul olurlar və adlarına müvafiq VÖEN-lər mövcuddur. Azərbaycan Respublikası MPM-nin 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Hazırki halda iş materiallarından görünür ki, iddiaçılar sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxsdir, eləcə də cavabdeh “xxxxxxxxxxxx” ASC hüquqi şəxsdir. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Azərbaycan Respublikası MPM-in 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Həmin Məcəllənin 26.2-ci maddəsinə əsasən kommersiya məhkəmələri bu Məcəllənin 40- 5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. Həmin Məcəllənin 31.1-ci madddəsinə görə aidiyyət qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 32.4-cü maddəsinə görə aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Həmin Məcəllənin 44.2.2-ci maddəsinə əsasən iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa, məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Həmin Məcəllənin 2.1-ci maddəsinə əsasən mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Bu Məcəllədə kommersiya mübahisələri dedikdə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələr başa düşülür. Həmin Məcəllənin 17.1-ci maddəsinə əsasən mülki işlər və kommersiya mübahisələri üzrə ədalət mühakiməsinin qanunla müəyyən olunmuş qaydada həmin məhkəmənin tərkibinə seçilmiş hakimlər həyata keçirirlər. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. “Sahibkarlıq fəaliyyəti ilə əlaqədar işlərə baxılarkən məhkəmələr tərəfindən qanunvericiliyin tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli, 3 saylı qərarının 1-ci bəndində göstərilir ki, aidiyyət qaydalarını pozmaqla işi öz icraatına qəbul etmiş məhkəmə Azərbaycan Respublikası MPM-nin 44.2.2-ci maddəsinə əsasən işi qərardadla qısa müddət ərzində aid olduğu məhkəməyə göndərməlidir. Yuxarı instansiya məhkəmələri məhkəmələr tərəfindən aidiyyət qaydaları pozulmaqla icraata qəbul edilmiş işlər üzrə məhkəmə qərarlarını ləğv etdikdə, işi aid olduğu məhkəməyə göndərməlidirlər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 2(012)-801/2019 saylı, xx xxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilməli, iş aidiyyatı üzrə Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 31.1, 263-264, 357, 398, 400 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARAALİR: Apelyasiya şikayəti qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 2(012)-801/2019 saylı, xx xxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilsin. İddiaçılar İddiaçı1, İddiaçı3. X2, İddiaçı4 və İddiaçı5 cavabdeh “xxxxxxxxxxxx” ASC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi mahiyyəti üzrə baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Lətifə Məmmədova Hakimlər: Gülnarə Tağızadə Telman Quliyev
Məhkəmə qərarları › İş №2(105)-1728/2020
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1728/2020
08.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver