Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1733/2024 24.12.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X1 və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Rəhimova Ülkər Cabbar qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin e-2(067)-1701/2024 nömrəli, 13 avqust 2024-cü il tarixli qiyabi qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Xaçmaz Rayon Məhkəməsinin 13 avqust 2024-cü il tarixli qiyabi qətnaməsi ilə (hakim V.Qasımova) iddianın təmin edilməsi, Cavabdeh 2200 manat məbləğində pul və ödənilmiş 42 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Cavabdeh qiyabi qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı məhkəmədə iddia qaldıraraq, Cavabdeh vurulmuş ziyana görə 2200 (iki min iki yüz) manat, dövlət rüsumu olaraq ödənilmiş 42 (qırx iki) manat olmaqla, cəmi 2242 (iki min iki yüz qırx iki) manat pul vəsaitini və eləcə də pul vəsaitini qanunsuz saxlamağa görə qətnamənin çıxarıldığı günə uyğun bank uçot dərəcəsi ilə faizin müştərək qaydada tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia həcminin azaldılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən vurulmuş ziyana görə 2200 manat pul və dövlət rüsumu olaraq ödənilmiş 42 manat, cəmi 2242 manat pulun alınaraq ona verilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixində təxminən saat 02:23 radələrində ona məxsus “Nissan Sunny” markalı **-KG-*** dövlət qeydiyyat nişanlı avtomobili Nizami rayonu İmadəddin Nəsimi küçəsi ilə hərəkətdə olan zaman sağdan Qara Qarayev prospekti ile yaxınlaşmaqda olan Cavabdeh ”Dodge Durango” markalı **- OZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə ona məxsus avtomobili vurmaqla yol nəqliyyat hadisəsi törətmişdir. Bakı şəhəri Nizami RPİ TŞ-nın baş təhqiqatçısı mayor Tufan Şükürovun HK1-242 saylı materiala əsasən 05 iyun 2023-cü il tarixində qərar vermişdir. Həmin qərara əsasən hər iki tərəf qəzada təqsirkar görülmüşdür. Qərara əsasən Cavabdeh İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməsinə dair xx.xx.2023-cü il tarixli İXP5464043 nömrəli protokol haqqında qərar çıxarılmışdır. Bununla da hadisənin törədilməsində Cavabdeh da günahkar olması öz təsdiqini tapmışdır. Hadisə nəticəsində ona məxsus “Nissan Sunny” markalı **-KG-*** dövlət qeydiyyat nişanlı avtomobilə 4400 manat məbləğində ziyan vurulmuş, dəymiş ziyan "xxxx" MMC tərəfindən verilən xx.xx.2024-cü tarixli qüsur aktı ilə də öz təsdiqini tapır. Cavabdeh qəzanın baş verdiyi gündə avtomobilinin icbari sığorta müqaviləsi olmadığından ona dəyən ziyanın yarısını- 2200 manatı əldə edə bilmir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Beləliklə, cavabdeh tərəfindən ona məxsus pul vəsaiti xx.xx.2023-cü ildən saxlanılır, belə olan halda cavabdehdən 2200 (iki min iki yüz) manat məbləğin tutulması barədə qətnamə çıxarıldığı gün üçün bank uçot dərəcəsinə uyğun faizlər tutulmalıdır. Həmçinin cavabdeh tərəfindən ona vurulan ziyanın ödənilməməsi səbəbi ilə iddia ərizəsi ilə ödənilmiş və həmin məbləğdə ona geri ödənilməlidir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh Xaçmaz Rayon Məhkəməsinin 13 avqust 2024-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, məhkəmə avtomobilin əzik vəziyyətdəki qiymətini müəyyənləşdirməmiş, bazar qiyməti müəyyən edilmədən qüsur aktında göstərilmiş şişirdilmiş qiymətlər əsasında, habelə səbəbli əlaqəni müəyyən etmədən qətnamə qəbul edilmişdir. Nəzərə alınmalıdır ki, iş materiallarına əlavə edilmiş inzibati xəta protokollarından bəlli olur ki, baş vermiş qəzada hər iki tərəf təqsirkardır. Yəni burada təkcə cavabdehin deyil, iddiaçının özünün də baş vermiş yol nəqliyyat hadisəsində təqsiri mövcuddur. Bu konteksdə dəyərləndirmə aparılmalı olduğu halda məhkəmə qeyd edilən hissəyə ümumiyyətlə qiymət verməmiş və yalnız cavabdehin təqsirini tanımışdır. Digər tərəfdən nəzərə alınmalıdır ki, iddiaçı hazırki iş üzrə onun nəqliyyat vasitəsinə vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı təmir-bərpa işlərinin görülməsi və çəkilmiş xərclərlə bağlı müvafiq sübutları təqdim edə biləmişdir. İş materiallarından bəlli olur ki, yol nəqliyyat hadisəsi xx.xx.2023-cü il tarixində olsa da, nəqliyyat vasitəsinə vurulmuş zərərin müəyyən edilməsi ilə bağlı qüsur aktı xx.xx.2024-cü il tarixində - yəni təxminən 10 ay sonra tərtib edilmişdir. Hadisənin baş verməsindən 10 ay sonra qüsur aktının hansı əsaslar fonunda tərtib edilməsi qeyri-müəyyəndir. Qeyd edilməlidir ki, birinci instansiya məhkəmə tərəfindən hazırki iş üzrə məhkəmə qətnaməsi qəbul edilən qiymətləndirilmiş qüsur aktının avtomobilin qəzadan sonrakı vəziyyəti ilə əlaqədar olub-olmamasını araşdırmamış, həmin qüsur aktında ancaq şişirdilmiş bazar qiymətlərinə əsasən təmir xərci ilə ehtiyat hissələrinin qiymətlərinə görə qətnamə qəbul edilmişdir. Eyni zamanda qüsur aktı tərtib edilən zaman yararsız hesab edilən avtomobilin üstündən çıxarılan hissələr nəzərə alınmamışdır ki, onlar da iddiaçıda qalmışdır. Qüsur aktını tərtib etmiş qiymətləndirici tərəfindən zərər müəyyən edilərkən iddiaçıya məxsus nəqliyyat vasitəsinin dəyişməli hissələrinin dəyəri yeni deyil, işlənmiş hissələrin qiymətlərinə müvafiq hesablanmalı idi. Lakin məhkəmə bu halları müəyyən etməmiş, mülki qanunvericiliyin göstərilən normasının tələblərini pozmuşdur. Hazırki iş üzrə sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan birinci instansiya məhkəməsi tərəfindən işdəki sübutlar tam araşdırılmamış, onlara mülki prosessual normalara əsasən düzgün hüquqi qiymət verilməməklə iddia tələbinin təmin olunması qənaətinə gəlinmişdir. İddiaçı ümumilikdə vurulmuş zərərlə bağlı hansı həcmdə xərclər çəkdiyini təsdiq edən hər-hansı ödəniş qəbzini və ya dəyişdirilmiş detallara dair rəsmi sübutları əlavə edə bilməmişdir. Yol nəqliyyat hadisəsi baş verdikdən sonra avtomobilin çəkilmiş fotoşəkillərindən bəlli olur ki, avtomobilin yalnız sağ arxa hissəsində əziklər var ki, həmin əziklərin aradan qaldırılması üçün çəkiləcək xərclərin əvəzi heç bir halda 4400 manat məbləğində müəyyən edilə bilməz. Nəzərə alınmalıdır ki, zərər vurulmuş nəqliyyat vasitəsi 2006-cı il istehsal tarixlidir və həmin istehsal tarixli nəqliyyat vasitələrinin detalları hazırda bazarda mövcud olan qiymətlərə uyğun olaraq tələb edilən məbləğdə deyildir. Qüsur aktında dəmirçi, rəngsaz və.s haqları da göstərilmişdir. Əgər iddiaçının iddia etdiyi kimi ziyan dəymiş hissələr yenisi ilə əvəz edilmişdirsə, onda dəmirçi və rəngsaz, çilingər nəyə lazım idi. Hesab edir ki, yeni ehtiyat hissələri qoyulmamışdır. Qüsur aktı ziddiyyətlidir. Həqiqətin müəyyən edilməsi üçün hazırki iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilməli, dəymiş ziyanın məbləğinin müəyyən edilməsi üçün nəqliyyat vasitəsi ekspertə təqdim edilməli, ekspert tərəfindən vurulmuş zərərin həcminin müəyyən edilməsi zamanı nəqliyyat vasitəsinin ili, eyni zamanda normal aşınması, davamında hansı hissələrin dəyişdirilməsi, dəyişdirilən hissələrin qalıq dəyərinin hansı həcmdə olması müəyyən edilməlidir. Yalnız bundan sonra iddiaçının vurulmuş zərəri tələb etmək hüququ yarana bilər ki, birinci instansiya məhkəməsi tərəfindən qeyd edilən hallar müəyyən edilməmişdir. Hazırki iş üzrə vurulmuş zərərin əvəzinin müəyyən edilməsi məqsədi ilə məhkəmə tərəfindən məhkəməəmtəəşünaslıq ekspertizası təyin edilməli olduğu halda birinci instansiya məhkəməsi tərəfindən hər-hansı ekspertiza təyin edilməmiş, iş materiallarındaki qüsur aktına istinad edilməklə iddia tələbi təmin edilmişdir. Halbuki qüsur aktı mötəbər sənəd hesab edilməməklə bərabər nəqliyyat vasitəsinin həqiqətən də həmin servisdə təmir olunduğunu əks etdirməməkdir. Bir çox hallarda istər dəyişilməli olan detalların dəyəri, istərsə də görüləcək işlərin həqiqi dəyərinin hansı həcmdə olması xüsusi bilik tələb etdiyindən hazırki iş üzrə birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi təmin edilməzdən əvvəl məhkəmə-əmtəəşünaslıq ekspertizası keçirilməli idi və buna uyğun olaraq ekspert tərəfindən verilmiş rəyin həqiqliyi qiymətləndirilməklə mülki işə hüquqi qiymət verilməli idi. Ekspertizanın keçirilməsi onunla əlaqədardır ki, iş üzrə ekspert tərəfindən nəqliyyat vasitələrinin dəyişilməli hissələrinin dəyəri müəyyən edilməklə bərabər, həmin hissələrin təyinatı üzrə istifadəyə yararlı olub-olmaması, yararlı olmadığı halda həmin hissələrin normal aşınma halları nəzərə alınmaqla dəyişdirilməsi halında hansı məbləğdə olması müəyyən edilməli idi. Belə ki, ekspert rəyində nəqliyyat vasitəsinə dəymiş ziyan müəyyən edilən zaman həmin nəqliyyat vasitəsinin təmir-bərpa xərcinin hansı məbləğ həcmində olması müəyyən edilməklə ödənilmiş icbari sığorta məbləği çıxılmaqla digər qalıq hissəsi cavabdehdən tələb ediləcəkdi və həmin hissədə əsaslı hesab edilə bilərdi. Nəzərə alınmalıdır ki, iddiaçı tərəfindən edilmiş qüsur aktında avtomaşına dəymiş ziyan məbləği ilkin baxış həyata keçirilməklə müəyyən olunduğu üçün, həmin məbləğ avtomaşın tam saz vəziyyətə gətirildikdən sonra həm azala, həm də çoxala bilər. Lakin hazırda avtomaşının tam saz vəziyyətə gətirilməsi və bunun üçün qüsur aktında müəyyən olunan məbləğdən daha çox pul lazım olması ilə bağlı iddiaçının iddiasının tam təmin olunması hesab edir ki, əsaslı olmamışdır. Vurulmuş real ziyanın aradan qaldırılması üçün sığorta təşkilatı tərəfindən 2200 manat məbləğində pul vəsaiti ödənilsə də, iş materiallarına əlavə edilmiş nöqsan aktında həmin məbləğ 1900 manat olaraq müəyyən edilmişdir. Nəticə etibarı ilə vurulmuş real zərərin hansı məbləğ həcmində olması konkret olaraq müəyyən edilməməkdədir və bu halın müəyyən edilməsi üçün məhkəmə öz təşəbbüsü ilə xüsusi bilik tələb edən sahə üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası keçirilməli idi. Hazırki iş üzrə birinci instansiya məhkəməsi iş üzrə faktiki hallara müəyyən etsə, həmin halların müəyyən edilməsi zamanı baş vermiş yol nəqliyyat hadisəsi üzrə tərəflərin hansı həcmdə təqsirli olub-olmamasını aydınlaşdırmadan yalnız cavabdehin təqsirli olması qənaətinə gəlmişdir. Halbuki iş materiallarına əlavə edilmiş qərardadan da bəlli olur ki, xx.xx.2023-cü il tarixində baş vermiş hadisədə hər iki tərəf təqsirlidir. Digər tərəfdən məhkəmə tərəfindən iş üzrə dəyərləndirmə aparılan zaman cavabdehin hərəkətləri ilə baş vermiş hadisə üzrə hansı həcmdə səbəbli əlaqənin olmasını aydınlaşdırmamış, həmin hallar üzrə cavabdehin təqsirliliyinin istisna edilib-edilməməsinə hüquqi qiymət verməmişdir. Bundan başqa iş materiallarına əlavə edilmiş nöqsan aktının 1900 manat olmasına baxmayaraq, iddiaçıya hansı səbəbdən 2200 manat məbləğində sığorta ödənişinin edilməsini, ümumiyyətlə həmin sığorta ödənişinin edilib-edilməməsini araşdırmamış, davamında iddiaçının həmin nəqliyyat vasitəsini təmir etdirib-etdirməməsini, təmir etdirmişdirsə hansı həcmdə xərclərdə iştirakını, bu xərclərdə iştirakına dair rəsmi ödəniş qəbzlərinin olub-olmamasını, qüsur aktında göstərilənlərin mütləq qaydada hadisə baş verən zaman əzilmiş hissələrlə bağlı olub-olmamasını, avtomobilin təmir xərclərinin istehsal ili və normal aşınma halları ilə uyğunluq təşkil edib-etməməsini araşdırmamışdır. Hazırki iş üzrə birinci instansiya məhkəməsi tərəfindən sübut qismində "xxxx" MMC tərəfindən tərtib edilmiş qüsur aktının hadisə baş verdikdən dərhal sonra yoxsa hadisənin baş verməsindən 10 ay keçdikdən sonra tərtib edilib-edilməməsini, bunun hansı səbəbdən olmasını, eyni zamanda həmin vergi ödəyicisinin aktiv fəaliyyət göstərib-göstərməməsini sübut edə bilməmişdir. Halbuki www.taxes.gov.az veb portalından yoxlama aparılan zaman müəyyən edilir ki, qeyd edilən servis şirkəti vergi ödəyicisi kimi passiv vergi ödəyicisidir və bir neçə dəfə vergi qanunvericiliyinin pozulması səbəbindən məsuliyyətə cəlb edilmişdir. Belə olan təqdirdə birinci instansiya məhkəməsi tərəfindən qiymətləndirmə aparılan zaman verilmiş qüsur aktının həqiqi olub-olmaması sübut edilə bilməmiş, eyni zamanda sığorta ödənişinin həqiqətən də hansı məbləğdə olması ilə bağlı aidiyyəti üzrə sığorta şirkətinə sorğu ünvanlanmamış, davamında iş materiallarında müəyyən edilmiş 1900 manat məbləğindəki nöqsan aktı ilə xx.xx.2024-cü il tarixli qüsur aktında müəyyən edilmiş məbləğlərin hansı səbəbdən fərqli olması sübut edilməmişdir. Hazırki iş üzrə birinci instansiya məhkəməsi tərəfindən iddiaçının nəqliyyat vasitəsinə ziyan vurulması qənaətinə gəlsə də, həmin zərər məbləği ilə bağlı tərtib edilmiş qüsur aktının doğru olub-olmamasını aydınlaşdırmamış, xüsusi bilik tələb edən hallarla bağlı müvafiq qaydada məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin etməli olduğu halda bunu təyin etməmişdir ki, bu mövcud vəziyyətdə vurulmuş zərərin müəyyən edilməsində uyğunsuzluq təşkil edir. Digər tərəfdən birinci instansiya məhkəməsi iddiaçıya zərər vurulması halına istinad etsə də, həmin zərər məbləğinin həqiqətən qeyd edilən həcmdə olmasını müəyyən edə biləməmiş, iddiaçının çəkdiyi xərclərin əvəzinin qüsur aktında müəyyən edilmiş məbləğlə eynilik təşkil etməsini aydınlaşdıra bilməmiş, ümumilikdə nəqliyyat vasitəsinin hansı hissələrinin dəyişdirildiyini, nəqliyyat vasitəsinə iddiaçının hansı məbləğdə xərc çəkildiyini, icbari sığorta məbləğinin ödənilməməsini, həqiqətən də nəqliyyat vasitəsinin qüsur aktını tərtib etmiş "xxxx" MMCdə təmir edilib-edilməməsini ayırt etməmişdir ki, bütün bu hallar işin nəticələri ilə uyğunsuzluq təşkil edir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən cavabdehin nümayəndəsi Vəkil apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən İddiaçı apellyasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. İş materiallarını araşdırıb, məruzəçini və işdə iştirak edən şəxslərin izahatını dinləyib, eləcə də apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddianın rədd edilməsinə dair iş üzrə yeni qətnamə qəbul edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia tələbini təmin edərkən gəldiyi nəticəni cavabdeh tərəfindən iddiaçıya maddi ziyan vurulması və cavabdehin buna gətirib çıxaran əməldə təqsiri, habelə dəymiş zərərin məbləğinin 2200 manat həddində olması iş materialları ilə təsdiq olunması ilə əsaslandırmışdır. Cavabdeh bu nəticə ilə razılaşmayaraq qətnaməni mübahisələndirərək onun ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri nəzərə alınmaqla iddia tələbi üzrə hüquqi dəyərləndirmə aparmaqla, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. xx.xx.2023-cü il tarixində saat 02:23 radələrində İddiaçı idarə etdiyi "Nissan Sunny” markalı **-KG-*** dövlət qeydiyyat nişanlı və Cavabdeh idarə etdiyi "Dodge Durango” markalı **-OZ-*** dövlət qeydiyyat nişanlı avtomaşınların iştirakı ilə Nizami rayonu Q.Qarayev prospekti ilə Nəsimi küçəsinin kəsişməsində yol nəqliyyat hadisəsinin baş verməsi və nəticədə hər iki tərəfin təqsirli olması işin mübahisəsiz halıdır. Baxılan iş üzrə iddia tələbi maddi ziyanın ödənilməsi barədədir. İddia tələbinin qanuni əsasını isə Mülki Məcəllənin 1096.1., 1097.1, 1108.3-cü maddələri təşkil edir. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (Mülki Məcəllənin 1096.1. və 1096.2. maddələri). Yüksək təhlükə mənbələrinin sahibləri bu mənbələrin qarşılıqlı təsiri (nəqliyyat vasitələrinin toqquşması və i.a.) nəticəsində üçüncü şəxslərə dəymiş zərər üçün bu Məcəllənin 1108.1-ci maddəsində nəzərdə tutulan əsaslar üzrə birgə məsuliyyət daşıyırlar. Yüksək təhlükə mənbələrinin qarşılıqlı təsiri nəticəsində onların sahiblərinə dəymiş zərərin əvəzi ümumi əsaslarla ödənilir (Mülki Məcəllənin 1108.3. maddəsi). Məhkəmə kollegiyası qeyd edir ki, mülki hüquq məsuliyyətinin yaranması üçün əməlin baş verməsi, əməlin hüquqa zidd olması və əməli törədən şəxsin təqsirli olması vacibdir. Bu üç əlamət bir-biri ilə bağlı olduğundan və birinin mövcudluğunun olmaması mülki hüquq məsuliyyətini istisna etdiyindən hər üç əlamətin mövcud olması mülki hüquqi məsuliyyəti daşıyan şəxsdən tələb hüququ hüquqi müəyyənlik prinsipi baxımından da əhəmiyyətlidir. Çünki maddi hüquq normasının dispozisiyasında birbaşa və aydın ifadə olunmuşdur ki, delikt törətmiş şəxsin mülki hüquqi məsuliyyətinin yaranması və buna görə də məsuliyyət daşıması, əməlin hüquqa zidd olması, həmin əmələ görə təqsirin olması ilə şərtləndirilmiş və mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin əvəzinin zərərvuran tərəfindən tam həcmdə ödənilməli olması göstərilmişdir. İşdən görünür ki, qeyd olunan avtomobillərin toqquşması nəticəsində hər iki tərəf inzibati məsuliyyətə cəlb olunmuş olsa da, lakin onların mülki hüquq məsuliyyətinin yaranması üçün bir sıra əsasların mövcudluğu tələb olunur. Bunun üçün də onun təqsirinin dərəcəsi müəyyən edilməlidir. Lakin hazırkı işdə bu hal müəyyən edilməmişdir. Əksinə hər iki tərəf eyni inzibati məsuliyyətə cəlb edilmişlər. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə hər iki tərəf yol nəqliyyat hadisəsinin törədilməsində inzibati məsuliyyətə cəlb edilsə də, təqsirinin dərəcəsi müəyyən olunmadığından, iddiaçının hazırkı iş üzrə zərərin əvəzinin ödənilməsini zərər vuran digər şəxsdən tələb etməkdə haqlı olmadığından, iddia tələbini təmin etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlməmişdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Xaçmaz Rayon Məhkəməsinin 13 avqust 2024-cü il tarixli qiyabi qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası MPM-nin 384.0.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halların araşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin əhəmiyyətli olan hallarının sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrin işin faktiki hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır (Azərbaycan Respublikası MPM-nin 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4 maddələri). Azərbaycan Respublikası MPM-nin 402.1. maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, hazırkı iş üzrə iddia tələbi 5000 manatdan az olduğundan, qanunvericiliyin yuxarıda qeyd olunan tələbi baxımından bu iş üzrə məhkəmə aktından kassasiya şikayəti verilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4, 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏTETDİ Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Xaçmaz Rayon Məhkəməsinin 13 avqust 2024-cü il tarixli qiyabi qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı maddi ziyanın ödənilməsinə dair iddia tələbi rədd edilsin. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-1733/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1733/2024
24.12.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver