Məhkəmə qərarları › İş №2(105)-1735/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1735/2025

17.06.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № 2(105)-1735/2025 17.06.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Cavabdeh (üçüncü şəxs qismində Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ASC cəlb olunmaqla) qarşı kredit müqaviləsi üzrə borcun qaytarılması tələbinə dair mülki iş üzrə (Açar sözlər: kredit müqaviləsi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X1 (sədrlik edən və məruzəçi), Mahmudov Ayaz Akif oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Məmmədli Rəşad Mehman oğlunun katibliyi ilə İddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun qaytarılması tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi İşin halları 1.İddiaçı İddiaçı ASC ilə cavabdeh Cavabdeh arasında bağlanmış ##.##.2024-cü il tarixli, ***nkSUM/** saylı kredit müqaviləsindən görünür ki, bank ##.##.2028-ci il tarixinədək illik 25 faiz ödəmək şərtilə 12823 manat məbləğində krediti borcalanın mülkiyyətinə verməyi, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə banka qaytarmağı öhdəsinə götürmüşdür. 2.##.##.2024-cü il tarixli, ***nkSUM/** saylı kredit müqaviləsinə * saylı Əlavədən görünür ki, ödənişlərin icra edilməsi müddəti ##.##.2024-cü il tarixdən ##.##.2028-ci il tarixədək müəyyənləşdirilmişdir. 3.##.##.2025-ci il tarixli bildirişdən görünür ki, iddiaçı İddiaçı ASC tərəfindən cavabdehə müqavilə üzrə yaranmış borcun 3 iş günü müddətində ödənilməklə aralarında bağlanmış kredit müqaviləsinin 3 iş günü müddətində ləğv olunması təklif olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. 4.İddiaçı İddiaçı ASC tərəfindən tərtib edilmiş ## ### 2025-ci il tarixli maliyyə arayışında qeyd olunmuşdur ki, Cavabdeh ***nkSUM/** saylı kredit müqaviləsi üzrə 12823 manat əsas borc, 1791,65 manat faiz borcu, 114,06 manat cərimə olmaqla, cəmi 14728,71 manat borcu vardır. Birinci instansiya məhkəməsində icraat 5.İddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdeh Cavabdeh qarşı iddia qaldıraraq cavabdeh Cavabdeh iddiaçı İddiaçı ASC-nin xeyrinə 12823 manat əsas, 1791,65 manat faiz, 114,06 manat cərimə, 0 manat komisyon haqqı borcu olmaqla, cəmi 14728,71 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 134,19 manat məbləğində vəsaitin tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. 6.İddia onunla əsaslandırılmışdır ki, iddiaçı «xxxx» KB ASC ilə cavabdeh arasında bağlanmış ##.##.2024-cü il tarixli kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 45 ay müddətinə illik 25% ödəmək şərtilə 12823 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci maddəsinə görə bu müqaviləyə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olumuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilənin bu şərtini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə # ### 2025-ci il tarixinə «xxxx» KB ASC-yə 12823 manat əsas, 1791,65 manat faiz, 114,06 manat cərimə, 0 manat komisyon haqqı borcu olmaqla, cəmi 14728,71 manat borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmiş və kreditor “xxxx” KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. 7.Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)****/**** nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh 12823 manat əsas borc, 1105,02 manat faiz, 50 manat cərimə borcu olmaqla, cəmi 13978 (on üç min doqquz yüz yetmiş səkkiz) manat, 02 (iki) qəpik məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun 131 (yüz otuz bir) manat, 93 (doxsan üç) qəpik hissəsi tutularaq İddiaçı ASC-yə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir (Hakim Vəfa Şirəliyeva) 8.Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1, 442, 443.1, 448.1, 462.1, 467, 739, 743.1 və 743.2-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” ## #### 2023-cü il tarixli Qərarına istinad etməklə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri 9.Cavabdeh Cavabdeh apellyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin *(***)-****/**** saylı ##.##.2025-ci il tarixli qətnaməsini ləğv edərək iddianın rədd edilməsi barədə yeni qətnamə qət edilməsini xahiş etmişdir. 10.Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin sözügedən qətnaməsi ilə onun AR MPM-nin 8, 14, 47.2, 76, 77, 79, 85, 88, AR Ailə Məcəlləsinin 58, 59, 60, 61, 63, AR Konstitusiyasının 43-cü maddələrində nəzərdə tutulan maddi və prosessual hüquqları pozulmuşdur. Məhkəmə işi düzgün araşdırmamış, işin hallarını düzgün qiymətləndirməmişdir. Məhkəmə işə baxarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmədiyi üçün qətnaməni qanunsuz və əsassız hesab edir. Ona görə də apellyasiya şikayəti vermək qərarına gəlmişdir. 11.Nəzərə çatdırır ki, işin faktiki halları qətnamədə düzgün şəkildə şərh edilməmişdir. Qeyd edir ki, iddiaçı bankla onun arasında ilkin müqavilə 2023-cü il tarixdə imzalanmış, həmin müqavilə nəticəsində ona bank tərəfindən 12000 AZN məbləğində nağd kredit və 500 manat dəyərində UCard adlanan kredit kartı verilmişdir. Bir neçə ay aylıq ödənişlərini həyata keçirsə də, baş verən maddi sıxıntılar nəticəsində aylıq ödənişini ödəyə bilməmişdir. Bu barədə dəfələrlə banka gedərək ona güzəşt edilməsini, aylıq ödənişlərin aşağı endirilməsini xahiş etsə də, nəticəsiz olmuşdur. 12.Sumqayıt Şəhər Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsi ##.##.2025-ci il tarixdə rəsmi şəkildə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə ona məxsus olan şəxsi kabinetinə yerləşdirilmişdir. Belə ki, qanunvericiliyin tələblərinə uyğun olaraq, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Göründüyü kimi, qətnamədən şikayət vermək üçün nəzərdə tutulan müddət ##.##.2025-ci il tarixdə bitir. Noyabrın 2-si bazar gününə, yəni qeyri-iş gününə təsadüf etdiyindən sözügedən prosessual müddət onun tərəfindən ötürülmüşdür. AR MPM-nin:129.2. Müddətin son günü qeyri-iş gününə düşərsə, ondan sonrakı iş günü müddətin qurtarma günü hesab olunur. 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Hesab edir ki, məhkəmə bunu üzrlü hal kimi hesab edərək qətnamədən şikayət vermək üçün nəzərdə tutulan prosessual müddəti bərpa edə bilər. 13.Ona görə də xahiş edir ki, Sumqayıt Şəhər Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsindən şikayət vermək üçün nəzərdə tutulan prosessual müddəti bir gün ötürdüyünü üzrlü hal hesab edərək, işi baxılması üçün apellyasiya məhkəməsinə göndərilməlidir. 14.Məhkəmə iddia ərizəsinə əsaslanmaqla qətnamə qəbul etmişdir. Onun iştirakı olmadan ona aid olmayan müqavilə məhkəmə tərəfindən mübahisələndirilmişdir. Hesab edir ki, məhkəmə imzanın həqiqiliyini, ona aid olub-olmamasını təyin etmək üçün ekspertiza təyin etməli, işin mahiyyəti obyektiv şəkildə araşdırılmalıdır. Hesab edir ki, faiz və cərimələr də bank tərəfindən şişirdilmiş məbləğdir. Qeyd edir ki, hal-hazırda azyaşlı 11 aylıq övladı var, özü analıq məzuniyyətindədir. Övladının maddi tələbatlarını ödəməkdə sıxıntıları var. Belə ki, məhkəmə qətnaməsi onun iştirakı olmadan çıxarılmışdır. Belə ki, keçirilmiş məhkəmə iclası ilə bağlı lazımi qaydada xəbərdar edilməmiş, məhkəmə bildirişləri ona rəsmi şəkildə göndərilməmişdir. Qeyd olunan prosessual hüquq normasından da göründüyü kimi, hüquqları pozulmuşdur. İş lazımi qaydada araşdırılmamış və çəkişmə prinsipi pozulmuşdur. Belə ki, o, kredit götürdüyü vaxtdan bir neçə ay mütəmadi olaraq ödəniş etmiş, lakin sonradan maddi vəziyyətində sıxıntılar olduğu üçün ödəniş edə bilməmişdir. Həmçinin iddia ərizəsində iddianın mahiyyəti düzgün qeyd edilməmişdir. İddiaçı bankla onun arasında ilkin müqavilə 2023-cü il tarixdə imzalanmış, həmin müqavilə nəticəsində ona bank tərəfindən 12000 AZN məbləğində nağd kredit və 500 manat dəyərində UCard adlanan kredit kartı verilmişdir. Bir neçə ay aylıq ödənişlərini həyata keçirsə də, baş verən maddi sıxıntılar nəticəsində aylıq ödənişini ödəyə bilməmişdir. Bu barədə dəfələrlə banka gedərək ona güzəşt edilməsini, aylıq ödənişlərin aşağı endirilməsini xahiş etsə də, nəticəsiz olmuşdur. Daha sonradan o, ailə qurmuş, hamiləlik zamanı daima həkim nəzarəti və müayinəsində olduğu üçün ödənişləri heç bir halda edə bilməmişdir. Lakin hamiləliyinin 7-ci ayında bankın problem şöbəsindən ona zəng gələrək təcili banka dəvət etmişlər. Bankın əməkdaşı ilə şifahi söhbət zamanı ona güzəşt olunduğunu, bununla bağlı ərizə yazaraq banka müraciət etməyi təklif etmiş və 400 manat məbləğində pulu ödəmək lazım olduğunu bildirmişdir. Lakin iddia ərizəsində onun 2024-cü ilin oktyabr ayında kredit götürdüyü qeyd edilmişdir. Halbuki 2024-cü il tarixdə o, banka kreditlə bağlı müraciət etməmiş, heç bir kredit mütəxəssisi ilə görüşməmişdir. Sözügedən müqavilə də onun tərəfindən imzalanmamışdır. Odur ki, iddianı əsassız hesab edir, çünki iddianın predmeti olan müqavilə səhvdir. Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri 15.Apellyasiya şikayətinə qarşı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində iştirak edən Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Açıq Səhmdar Cəmiyyəti etiraz verərək birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. 16.Etirazı belə əsaslandırmışdır ki, iddiaçı “xxxx” KB ASC-nin cavabdeh Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair e-*(***)-****/**** nömrəli mülki iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti aşağıda qeyd olunanlara görə əsassızdır. Nəzərə çatdırır ki, iddianın aid olduğu ***nkSUM/** nömrəli kredit müqaviləsi üzrə tələb hüquqları ##.##.2022-ci il tarixli 02/22 UB №li müqaviləyə ##.##.2025-ci il tarixli, ** saylı Əlavə əsasında “xxxx” KB ASC-dən Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ASC-yə (VÖEN **********) keçmişdir. Həmin tarixdən də bu borc üzrə ödənişlər Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ASC-yə yönəldilir. Cavabdeh apellyasiya şikayətində mübahisə predmeti olan kredit müqaviləsinin ona aid olmadığını, onun tərəfindən imzalanmadığını bildirmişdir. Bununla bağlı qeyd edir ki, qoşmada təqdim etdiyi kredit müqaviləsi və ona aid digər sənədlərdən də görünür ki, mübahisə predmeti olan ***nkSUM/** nömrəli, ##.##.2024cü il tarixli kredit müqaviləsi restrukturizasiya müqaviləsidir. Belə ki, kredit müqaviləsinin məqsədli təyinatı ##.##.2023-cü il tarixli, ****sSUMb/** nömrəli və ##.##.2023-cü il tarixli, *****nkSUMb/** nömrəli kredit müqavilələrinin bağlanılması olmuşdur. Bunu həmçinin qoşmada təqdim olunan hesabdan çıxarışda da görmək mümkündür. Bununla yanaşı, cavabdeh özü də şikayətində maddi vəziyyətinin pisləşməsi səbəbindən borcunu ödəyə bilmədiyini bildirmişdir. Burdan da görünür ki, borclu kredit müqaviləsinin mövcudluğunu özü də təsdiq edir. Qoşmada təqdim olunan “xxxx” KB ASC-yə aid məlumat sistemindən götürülmüş borclu ilə Bank arasında aparılan danışıq qeydlərindən də görünür ki, borclu kredit müqaviləsini inkar etmir və ona borcunu ödəməsi ilə bağlı xeyli xəbərdarlıq edilmiş, borclu isə müxtəlif səbəblər gətirmişdir. Cavabdehin maddi vəziyyətinin çətinləşməsi səbəbindən borcunu ödəyə bilməməsi ilə bağlı qeyd edir ki, bu məsələ apellyasiya icraatında deyil, icra icraatında həll edilməlidir. Belə ki, AR “İcra haqqında” Qanunun 15-ci maddəsinə əsasən, tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Cavabdeh şikayətində həmçinin faiz və cərimə borcunun şişirdildiyini, habelə ***nkSUM/** nömrəli kredit müqaviləsi üzrə ödənişlər edildiyini, lakin nəzərə alınmadığını bildirmişdir. Qoşmada təqdim olunan hesabdan çıxarışa əsasən, kredit verildiyi tarixdən etibarən borclu tərəfindən ##.##.2024-cü il tarixində cəmi 1 dəfə 0.15 manat olmaqla ödəniş edilmişdir. Həmçinin Sumqayıt şəhər Məhkəməsində mülki işə baxılarkən faiz və cəriməyə münasibət bildirilmiş və məbləğlər azaldılmışdır. Kredit verilən tarixdən heç bir ödəniş edilmdəyini və məhkəmə tərəfindən faiz və cərimənin azaldıldığını nəzərə alaraq, mövcud faiz və cərimənin ağlabatan olduğu aydın olunur. Apellyasiya icraatı iştirakçılarının izahatları 17.Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi 18.Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 19.Maddə 739. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 20.Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 21.Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 22.Maddə 448.1 və 448.2. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 23.Maddə 449.4. Özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 24.Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 25.Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 26.Maddə 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 27.Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 28.Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 29.Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 30.Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. 31.Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının hədləri 32.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 33.“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 34.Apellyasiya şikayətindən görünür ki, cavabdeh Cavabdeh apellyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin *(***)-****/**** saylı ##.##.2025-ci il tarixli qətnaməsini ləğv edərək iddianın rədd edilməsi barədə yeni qətnamə qət edilməsini xahiş etmişdir. 35.Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin edilən hissədə yoxlanılmalıdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 36.Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. 37.Məhkəmə kollegiyası hesab edir ki, məhkəmə iddia tələbinin qismən təmin etməklə düzgün hüquqi nəticəyə gəlmişdir. 38.Məhkəmə kollegiyası apellyasiya şikayətin dəlillərini nəzərə alaraq, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qərardadı ilə iş üzrə məhkəmə-xətşünaslıq ekspertizası təyin etmiş və iş üzrə icraat müvafiq ekspert rəyi məhkəməyə daxil olanadək dayandırılmışdır. 39.Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin ##.##.2026-cı il tarixli məhkəmə eksperizasının aparılmasından imtina edilməsi barədə məlumatında qeyd edilmişdir ki, Sumqayıt Apellyasiya Məhkəməsində baxılan *(***)-****/**** nömrəli mülki iş üzrə ## ###### 2026-cı il tarixdə təyin edilmiş məhkəmə-xətşünaslıq ekspertizasının aparılması və rəy verilməsi üçün zəruri olan “xxxx” KB ASC ilə Cavabdeh arasında bağlanmış ***nkSUM nömrəli ##.##.2024-cü il tarixli kredit müqaviləsinin əslinin, Cavabdeh 3-5 sənəddə sərbəst imza, 5-7 vərəqdə isə eksperimental xətt (Cavabdeh sözləri yazdırılmaqla) və imza nümunələrini təqdim edilməsi barədə ## #### 2026-cı il tarixdə ekspert vəsatəti verilmişdir. ##.##.2026-cı il tarixdə kredit müqaviləsinin əsli təqdim edilsə də xətt və imza nümunələri təqdim edilməmişdir. Ekspert vəsatəti tam olaraq təmin edilmədiyindən “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunun 12-ci maddəsinə əsasən həmin ekspertizanın təyin edilməsi barədə qərardad icrasız saxlanılaraq məhkəmə ekspertizasının aparılmasından imtina edilir. 40.Belə ki, məhkəmə araşdırmaları ilə müəyyən edilmişdir ki, iddiaçı bank 25%-lə cavabdehə kreditə verdiyi pul vəsaitinin ödənilməsini tələb edir. Ödənilməli olan əsas borca münasibətdə faiz məbləği tərəflərin razılaşması ilə müqavilə əsasında müəyyənləşdirilmişdir. ## ### 2025-ci il tarixli maliyyə arayışında cavabdehin 1791,65 manat faiz borcunun olduğu göstərilmişdir. Lakin iddiaçı tərəfindən cavabdehə göndərilmiş ## ###### 2025-ci il tarixli bildirişdə cavabdehdən 1105,02 manat məbləğində faiz borcunun ödənilməsi tələb edilmişdir. 41.Kollegiya apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 42.Cavabdeh apellyasiya şikayətinin dəlillərində “keçirilmiş məhkəmə iclası ilə bağlı lazımi qaydada xəbərdar edilməməsini, məhkəmə bildirişlərinin ona rəsmi şəkildə göndərilmədiyini” göstərsə də, iş materiallarından görünür ki, məhkəmə iclasları barədə bildirişlər cavabdehə məxsus olan elektron kabinetinə yerləşdirilmiş, SMS vasitəsi ilə məlumat göndərilmişdir. 43.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. 44.Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları qanunvericilikdə nəzərdə tutulmuş əsaslarla sübut edə bilmişdir. Cavabdeh isə apellyasiya şikayətinin dəlillərini sübuta yetirə bilməmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan cavabdeh öz xeyrinə olan hər hansı əsaslı, mötəbər sübut təqdim edə bilməmişdir. 45.Kollegiya yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərindən çıxış edərək, bildirir ki, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin faktiki hallarına uyğun olmaqla, eyni zamanda ədalətli və qanuni mövqedir. 46.Bu baxımdan, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlilləri formal mülahizələr kimi qiymətləndirərək hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. 47.Beləliklə də, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, hazırkı iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. 48.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392-393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar