Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1736/2021 07.05.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Gülnarə Fikrət qızı və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Ağamirova Nigar Kamran qızının katibliyi ilə, İddiaçı ASC BOKT-un Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilərək açıq hərracda satılması, habelə satışdan əldə edilən vəsait hesabına borcun ödənilməsinin təmin edilməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 2(012)-1811/2021 saylı, 09 fevral 2021-ci il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı QSC BOKT iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh əsas borc üzrə 5997,24 ABŞ dolları məbləğində kredit borcunun, həmçinin ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun İddiaçı QSC-nin xeyrinə ödənilməsi, tutmanın Cavabdeh mülkiyyətində olan **-BG-*** dövlət qeydiyyat nişanlı, “SSANG YONG KORANDO” markalı (buraxılış ili 2014, Ban-KPTA0B18SEP179775, rəngi-AĞ UNİVERSAL) avtomobilinə yönəldərək açıq hərracda satılması və satışdan əldə edilən vəsaitin İddiaçı QSC-nin hesabına ödənilməsi, satışdan əldə olunan vəsaitin borc məbləğindən artıq qalan hissəsinin Cavabdeh qaytarılması, satışdan əldə olunan vəsait borcun ödənilməsinə kifayət etmədikdə isə əksik qalan borc məbləğinin Cavabdeh tutulub İddiaçı QSC-nin hesabına ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı QSC BOKT həmçinin iddianın təmin tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmədə işə mahiyyəti üzrə baxılıb qutaranadək ipoteka predmeti kimi Cavabdeh mülkiyyətində olan **-BG-*** dövlət qeydiyyat nişanlı “SSANG YONG KORANDO” markalı (buraxılış ili 2014, Ban-KPTA0B18SEP179775, rəngiAĞ UNİVERSAL) avtomobilin üzərinə həbs qoyulması, avtomobilin DYP-nin cərimə meydançasında saxlanılması, habelə avtomobildən istifadə edilməsinin cavabdehə və üçüncü şəxslərə qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə bununla əsaslandırılmışdır ki, 26.02.2015-ci il tarixli, 01 S saylı kredit müqaviləsinin təminatı olaraq Cavabdeh mülkiyyətində olan **-BG-*** dövlət qeydiyyat nişanlı, “SSANG YONG KORANDO” markalı minik avtomobili (buraxılış ili 2014, Ban- KPTA0B18SEP179775, rəngiAĞ UNİVERSAL) ipoteka müqaviləsi ilə yüklü edilmişdir. Cavabdeh öz öhdəliklərini icra etməkdə maraqlı olmadığı üçün gələcəkdə qətnamənin məcburi icrasını təmin etmək məqsədilə cavabdehə məxsus həmin əmlak üzərinə həbs qoyulması zəruridir. Ona görə ki, avtomobil daşınar əşya olduğundan onun çevik olaraq gizlədilməsi, hissə-hissə edilərək satılması, ölkədən kənara sürülməsi, toqquşma nəticəsində yararsız vəziyyətə düşməsi, qeyri-qanuni yolla özgəninkiləşdirilməsi imkanları mövcuddur. Bu imkanın qarşısı alınmayacağı təqdirdə gələcəkdə qətnamənin icrası qeyri-mümkün və ya çətin ola bilər. Ona görə də ərizə təmin edilməlidir. Abşeron Rayon Məhkəməsinin 2(012)-1811/2021 saylı, 09 fevral 2021-ci il tarixli qərardadı ilə qeyd olunan ərizə təmin edilmişdir (hakim E.Məmmədov). Bu qərardadla razı olmayan Cavabdeh ondan şikayət verərək, Abşeron Rayon Məhkəməsinin 2(012)-1811/2021 saylı, 09 fevral 2021-ci il tarixli qərardadının qismən ləğv edilməsini, iddianın təmini tədbiri barədə ərizənin avtomobilin cərimə meydançasında yerləşdirilməsi və onun istismarının qadağan olunması hissələrində rədd olunmasını xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 2(012)-1811/2021 saylı, 31 mart 2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ : İş üzrə Cavabdeh şikayətini onunla əsaslandırmışdır ki, qeyd olunan qərardad mübahisələndirilən avtomobilin cərimə meydançasında yerləşdirilməsi və onun istismarının qadağan olunması hissələrində qanunsuzdur. Belə ki, o, həmin avtomobillə taksi fəaliyyəti göstərir və əldə etdiyi gəlirlə həm bankın borcunu ödəyir, həm də ailəsini dolandırır. O, 15 mart 2021-ci ildə banka borcundan 2000 manat ödəniş etmiş və bankla razılığa gəlmişdir. İndiyə kimi ödəniş etməməsinin səbəbi pandemiya şəraitində fəaliyyət göstərə bilməməsi olmuşdur. Bu avtomobilin cərimə meydançasında yerləşdirilməsi və istismarına qadağa qoyulması ilə onun banka olan borcunun ödənilməsi və ailəsini dolandırması mümkünsüz olacaqdır. Buna görə də qərardad göstərilən hissələrdə ləğv edilməli, ərizə isə həmin hissələrdə təmin olunmamalıdır. İş üzrə tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, onlar heç bir üzürlü səbəb göstərmədən məhkəmə kollegiyasının iclasında iştirak etməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə kollegiyası işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İş materiallarına əlavə edilmiş nəqliyyat vasitəsinin AC 379302 saylı qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, **-BG-*** dövlət qeydiyyat nişanlı “SSANG YONG KORANDO” markalı (buraxılış ili 2014, Ban-KPTA0B18SEP179775, rəngiAĞ UNİVERSAL) avtomobilin sahibi Cavabdehdur. Yenə işdə olan 26 fevral 2015-ci il tarixli ipoteka müqaviləsindən görünür ki, Cavabdeh ilə “xxxx” ASC arasında imzalanmış eyni tarixli kredit müqaviləsinin təminatı kimi **-BG-*** dövlət qeydiyyat nişanlı “SSANG YONG KORANDO” markalı avtomobili bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. M Ə H K Ə M Ə N İ N H Ü Q U Q İ M Ö V Q E Y İ: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Mübahisəli avtomobil üzərinə həbsin qoyulması hissəsində qərardaddan şikayət verilmədiyindən hazırkı mərhələdə bu hissədə qərardad apelyasiya baxışının predmeti hesab edilmir. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 2(012)-1811/2021 saylı, 09 fevral 2021-ci il tarixli qərardadı qeyd edilən avtomobilin cərimə meydançasında yerləşdirilməsi və onun istismarının cavabdehə, habelə digər şəxslərə qadağan olunması hissələrində ləğv edilməli, ərizə bu hissələrdə təmin olunmamalıdır. İşdən görünür ki, Cavabdeh ilə “xxxx” ASC (hazırda tələb hüququ İddiaçı QSC BOKTa məxsusdur) arasında 26.02.2015-ci il tarixli, 01 S saylı kredit müqaviləsi bağlanmış və Cavabdeh bank tərəfindən illik 14 % tətbiq edilməklə 36 ay müddətinə 14700 manat kredit verilmişdir. Bu kredit öhdəliklərinin təminatı kimi onlar arasında eyni tarixli ipoteka müqaviləsi bağlanmış və cavabdehə məxsus **-BG-*** dövlət qeydiyyat nişanlı “SSANG YONG KORANDO” markalı avtomobili bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. Hazırda İddiaçı QSC BOKT iddianın təmin tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh mülkiyyətində olan **-BG-*** dövlət qeydiyyat nişanlı “SSANG YONG KORANDO” markalı avtomobilin üzərinə həbs qoyulması, avtomobilin DYP-nin cərimə meydançasında saxlanılması, habelə avtomobildən istifadə edilməsinin cavabdehə və üçüncü şəxslərə qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmiş, məhkəmə isə bu ərizəni tamamilə təmin etmişdir. Məhkəmə kollegiyası mübahisə ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. AR MPM-nin 157-ci maddəsinə görə hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Qeyd olunan hüquq normasının mənasına görə iddianın təmin tədbiri qəbul ediləcək qətnamənin icrasını çətinləşdirəcək və ya mümkünsüz edəcək halların aradan qaldırılmasıdaha dəqiq desək-qətnamənin icrasını təmin etmək məqsədilə tətbiq edilir. Qanunverici məhkəməyə, hələ yekun qərar qəbul etmədən çıxarılacaq məhkəmə qərarının icrasının mümkünlüyünü realizə etmək üçün belə bir hüquq vermişdir və belə bir hüququnun həyata keçirilməsi işdə iştirak edən şəxslərin ərizəsi əsasında prosesin istənilən mərhələsində yol verilir. İstənilən mərhələ dedikdə, iddia ərizəsinin icraata qəbul olunmasından iş üzrə qəbul ediləcək yekun qərar çıxarılanadək dövr başa düşülməlidir. AR MPM-nin 158.1-158.1.3-cü maddələrinə görə iddianı təmin etmək üçün aşağıdakı tədbirlər görülə bilər: cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoymaq; müəyyən hərəkətləri etməyi cavabdehə qadağan etmək; mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan etmək. Bu normaların tələblərinə görə işdə iştirak edən maraqlı şəxsin ərizəsi əsasında daşınmaz və daşınar əmlakla bağlı cavabdeh va digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoyulması, onların özgəninkiləşdirilməsi və əmlakla bağlı digər hərəkətlərin görülməsinin cavabdehə və başqa şəxslərə qadağan edilməsi kimi iddianı təmin etmək barədə tədbirlər görülə bilər. Qeyd olunduğu kimi, mübahisəli avtomobil cavabdehin mülkiyyətində olsa da, kredit öhdəliklərinin təminatı kimi o, bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir, yəni kredit öhdəlikləri tam yerinə yetirilənə kimi bu avtomobil özgəninkiləçdirilə bilməz. Bununla belə, birinci instansiya məhkəməsi iddianın təmini tədbiri kimi həmin avtomobilin üzərinə həbs qoysa da, qərardad bu hissədə mübahisələndirilməmişdir. Digər tərəfdən cavabdehin mülkiyyətində olan avtomobilin istismarına qadağa qoyulması və onun istifadəsiz halda cərimə meydançasında yerləçdirilməsi məhkəmə kollegiyasının qənaətinə görə onun mülkiyyət hüququna müdaxilə kimi qiymətləndirilməlidir, bu isə qanunla qadağandır. Belə ki, AR Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə görə mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Digər tərəfdən həmin qadağaların tətbiq edilməməsi hazırkı mübahisə üzrə çıxarılacaq qətnamənin gələcəkdə icra edilməsinə maneçilik törətməsinə səbəb deyildir. Belə ki, tərəflər arasında imzalanmış ipoteka müqaviləsinin 5-ci bəndi ipoteka qoyanın hüquq və vəzifələrindən bəhs edir və müqavilədə ipoteka predmetinin məhv olması, itirilməsi, zədələnməsi və istifadəsi ilə bağlı maddələr mövcuddur (5.1.1, 5.1.6 və 5.2.4 və s.). Bu maddələr isə iddianın təmini tədbiri barədə İddiaçı QSC BOKT-un ərizəsində göstərdiyi dəlillərlə uyğunlaşmır. Halbuki, daha öncə istinad olunan normanın tələbinə görə qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Məhkəmə kollegiyası işin faktiki hallarına və işdəki mötəbər sübutlara əsaslanaraq hesab edir ki, hazırki iddianı təmin tədbiri barədə ərizə göstərilən hissələrdə əsaslandırılmamışdır və ərizədə göstərilən həmin tədbirlərə (avtomobilin istismarına qadağa, cərimə meydançasında yerləşdirmə) heç bir zərurət yoxdur. Azərbaycan Respublikası MPM-in 398.0. və 398.0.3-cü maddələrinə görə apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının iddianın təmini tədbiri barədə ərizəsini göstərilən hissələrdə təmin etməklə düzgün nəticəyə gəlməmişdir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 395-396, 398 və 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA A L D İ: Şikayət təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 2(012)-1811/2021 saylı, 09 fevral 2021-ci il tarixli qərardadı **-BG-*** dövlət qeydiyyat nişanlı “SSANG YONG KORANDO” markalı (buraxılış ili 2014, Ban-KPTA0B18SEP179775, rəngiAĞ UNİVERSAL) avtomobilin cərimə meydançasında yerləşdirilməsi və onun istismarının cavabdehə, habelə digər şəxslərə qadağan olunması hissələrində ləğv edilsin. İddianın təmini tədbiri barədə İddiaçı QSC BOKT-un ərizəsi bu hissələrdə təmin olunmasın. Abşeron Rayon Məhkəməsinin 2(012)-1811/2021 saylı, 09 fevral 2021-ci il tarixli qərardadı qalan hissədə, yəni Cavabdeh mülkiyyətində olan **-BG-*** dövlət qeydiyyat nişanlı “SSANG YONG KORANDO” markalı (buraxılış ili 2014, Ban-KPTA0B18SEP179775, rəngiAĞ UNİVERSAL) avtomobilin üzərinə həbs qoyulması hissəsində dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz. Sədrlik edən: Şəmsəddin Abasov Hakimlər: Gülnarə Tağızadə Telman Məmmədov
Məhkəmə qərarları › İş №2(105)-1736/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1736/2021
07.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver