Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1743/2022 14.10.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər “X13, Haspitality and Manegment” MMC-nin direktoru Cavabdeh1, Cavabdeh2 və “X13, Hospitality and Managment” MMC-yə qarşı mülki iş üzrə (Açar sözlər: torpaq sahəsinə mülkiyyət hüququnun həyata keçirilməsində yaranmış maneələrin aradan qaldırılması, tikililərin, qurğuların sökülməsi və torpaq sahəsindən çıxarılma) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Quliyev Telman Osman oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Gülnarə Fikrət qızı və Məmmədova Lətifə Məhyəddin qızından ibarət tərkibdə, Mürsəlova Heyran Mehman qızının katibliyi, iddiaçı X2 nümayəndəsi və vəkilləri Vəkil3 və Vəkil1, cavabdeh “X13, Haspitality and Manegment” MMC-nin nümyəndəsi və vəkilli Vəkil2 iştirakı ilə Quba Rayon Məhkəməsinin 18 may 2022-ci il tarixli, 2(027)-82/2022 nömrəli qətnaməsindən iddiaçı X6 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı X6 cavabdehlər “X13, Haspitality and Manegment” MMC-nin direktoru Cavabdeh1, Cavabdeh2 və “X13, Haspitality and Manegment” MMC-nə qarşı iddia ərizəsi ilə Quba Rayon Məhkəməsinə müraciət edib, hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2021 tarixli, ********** qeydiyyat, **********94 nömrəli Çıxarışa əsasən Quba rayonu, İİ Nügədi kəndində yerləşən 1,0001 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsi üzərində mülkiyyət hüququmu həyata keçirilməsinə (sahiblik, istifadə və sərəncam verilməsi) tikinti və digər işlərinin aparılması zamanı cavabdehlər tərəfindən yaradılmış maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı X6 Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin dəyişdirilməsi ilə əlaqədar məhkəməyə müraciət edib, hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2021 tarixli, ********** qeydiyyat, **********94 nömrəli Çıxarışa əsasən Quba rayonu İİ Nügədi kəndində yerləşən 1,0001 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsi üzərində mülkiyyət hüququnu həyata keçirilməsinə (sahiblik, |istifadə və sərəncam verilməsi) tikinti və digər işlərinin aparılması zamanı cavabdehlər Cavabdeh3-nin direktoru Cavabdeh1 və "X13, Hospilaty and Manegment” MMC tərəfindən yaradılmış maneələrin aradan qaldırılması, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2021 tarixli, ********** qeydiyyat, **********94 nömrəli Çıxarışa əsasən Quba rayonu İİ Nügədi kəndində yerləşən 1,0001 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsi üzərində cavabdehlər tərəfindən tikilmiş tikililərin və quraşdırılan qurğuların cavabdehlərin vəsaiti hesabına sökülməsi, cavabdehlərin zəbt edilmiş torpaq sahəsindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2021 tarixli, ********** qeydiyyat, **********94 nömrəli Çıxarışa əsasən Quba rayonu, İİ Nügədi kəndində yerləşən 1,0001 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə X6 və uşaqları X3, X4 və X7 məxsusdur. Torpaq sahəsi onlara Quba rayonunda Aqrar islahat gedən zaman verilmişdir. Ona və ailə üzvlərinə məxsus torpaq sahəsi Quba rayonu İİ Nügədi kəndində “Bulaqdərə” su anbarının yaxınlığında yerləşir. “Bulaqdərə” su anbarının kənarları yuyulduğu üçün onun torpaq sahəsi hazırda su anbarının yanından keçir, ona və ailə üzvlərinə məxsus torpaq sahəsindən sonra digər şəxslərin torpaq sahələri yerləşir. Su anbarının kənarlarını su yuduğu üçün, həmin torpaq sahələrinə gedən yol da yuyulub, buna baxmayaraq öz torpaq sahəsindən digər mülkiyyətçilər üçün yol açıb. “Bulaqdərə” su anbarının digər kənarlarını “X13, Hospitality and Managment” MMC almış və həmin əraziləri hasarlamışdır. Bundan sonra “X13, Hospitality and Managment” MMC-nin direktoru və başqa şəxslər torpaq sahələrini onlara satmağını bildirmişlər. O isə bu torpaq sahəsinin özünün də istifadə edəcəyi üçün satmayacağını bildirib. Bundan sonra “X13, Hospitality and Managment” MMC torpaq sahəsini satmaq üçün müxtəlif bəhanələrlə onlara məxsus torpaq sahəsinə müdaxilə etməyə başlamışdır. Belə ki, ilk dəfə guya “X13, Hospitality and Managment” MMC-yə məxsus torpaq sahəsinin sərhədləri düşüb deyə ona və ailə üzvlərinə məxsus torpaq sahəsinin ortasından hasar çəkmiş, bu məsələdən xəbər tutduqdan sonra o, müxtəlif orqanlara müraciət edib. Nəticədə yerində ölçmə işləri apardıqdan sonra məlum olub ki, "X13, Hospitality and Managment” MMC-yə məxsus torpaq sahəsi kənarda yerləşir, lakin ona məxsus torpaq sahəsində hasar çəkmişlər. Bu ölçmə işlərindən sonra məsələ aydınlaşdıqdan sonra gecə ilə mişar daşından yarımçıq hasarı söküb aparmışlar. Bundan sonra yenə də müxtəlif bəhanələrlə onlara torpaq sahəsini satmağa məcbur edirlər. Belə ki, torpaq sahəsinin “X13, Hospitality and Managment” MMC-nin təsirindən qorumaq üçün hasarlamaq qərarına gəlib. Bu məqsədlə Bakı şəhərində ustalarla danışaraq torpaq sahəsinə dəmir darvaza qoymaq istəyib. 03 may 2021-ci il tarixində Bakı şəhərində ustalar gələrək dəmir darvazanı gətiriblər. Darvazanı qoymaq istəyərkən “X13, Hospitality and Managmenfi’ MMC-nin direktoru Cavabdeh1, oranın nəzarətçisi Cavabdeh2 mülkiyyət hüququ ilə ona məxsus torpaq sahəsinə darvaza qoyulmasına imkan verməmişlər. Nəticədə Bakı şəhərindən gələn usta geri qayıtmağa məcbur olmuş, darvazanı qoymasa belə iş üçün danışdığı pulu almışdır. Beləliklə Quba rayonu İİ Nügədi kəndində yerləşən “Bulaqdərə” su anbarının əksər hissəsini zəbt etmiş, hazırda da ona və ailə üzvlərinə məxsus torpaq sahəsini almaq istəyən “X13, Hospitality and Managmenfi’ MMC-nin torpaq sahəsinə mülkiyyət hüququnu həyata keçirən zaman hər cür maneələrə rast gəlir. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı yazılı etiraz daxil olmamışdır. İş materiallarında olan hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2021 tarixli, ********** qeydiyyat və **********94 nömrəli Çıxarışa əsasən Quba rayonu İİ Nügədi kəndində yerləşən 1,0001 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsi İddiaçı və ailə üzvlərinin mülkiyyətinə verilmişdir. Daşınmaz Əmlakın Dövlət Reystr Xidmətinin “Torpaq sahəsinin planı və ölçüsü” sənədindən görünür ki, həmin sahənin hüquq sahibi İddiaçıdır. xx.xx.2020-ci il tarixli 164/144 saylı icarə müqaviləsinin surətindən görünür ki, Azərbaycan Meliorasiya və X14 Səhmdar Cəmiyyətinin Quba Suvarma Sistemləri İdarəsinin balansında olan, Quba rayonu, İİ Nügədi səndi ərazisində yerləşən “Bulaqdərə su anbarı”na məxsus 14,86 ha torpaq sahəsi Azərbaycan Meliorasiya və X14 Səhmdar Cəmiyyətinin razılığı və Əmlak Məsələləri Dövlət Xidməti ilə birgə "X13, Hospitality and Management" MMC-yə icarəyə verilmuşdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 10/5283 saylı ekspert rəyinə əsasən Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2021 qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********94 qeydiyyat nömrəli Çıxarışa əsasən X5 və ailə üzvlərinə məxsus Quba rayonu İİ Nügədi kəndində yerləşən 1.0001 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin istifadə vəziyyəti ilə DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş çıxarış arasında təqribən 65-75 metr fərq mövcuddur. X1 faktiki istifadə etdiyi torpaq sahəsinin 0.1839 ha hissəsi **********94 qeydiyyat nömrəli çıxarışın hüdudları daxilindədir. DƏDRX hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2021 qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********94 qeydiyyat nömrəli Çıxarışa əsasən X5 və ailə üzvlərin kəndində yerləşən 1.0001 ha kənd təsərrüfa 2020-ci il tarixli torpaq sahəsinin iarəyə veril Club Tourism, Hospitality and Manage rayonu İİ Nügədi kəndində yerləşən 148600 kv torpaq sahəsi üstüstə düşmür. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2021 qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********94 qeydiyyat nömrəli Çıxarışa əsasən X5 və ailə üzvlərinə məxsus Quba rayonu İİ Nügədi ondində yerləşən 1.0001 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi cavabdehlər X13, Hospitality and Management” MMC-nin direktoru Cavabdeh1, Cavabdeh2 və “X13 Hospitality and Management” MMC tərəfindən zəbt edilməmişdir. Quba Rayon Məhkəməsinin 18 may 2022-ci il tarixli, 2(027)-82/2022 nömrəli qətnaməsi ilə (hakim İlqar Məmmədov) İddiaçı cavabdehlər “X13, Haspitality and Manegment” MMC-nin direktoru Cavabdeh1, Cavabdeh2 və “X13, Hospitality and Managment” MMC-yə qarşı torpaq sahəsinə mülkiyyət hüququnun həyata keçirilməsində yaranmış maneələrin aradan qaldırılması, tikililərin, qurğuların sökülməsi və torpaq sahəsindən çıxarılma tələbinə dair iddiası təmin edilməmişdir. Birinci instansiya məhkəməsi iddia ərizəsini təmin etməkdən imtina etdikdə iş materiallarında olan sübutlara istinadən müəyyən etmişdir ki, ki, sübuetmə yükü baxımından iddiaçı X5 Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2021 tarixli, ********** qeydiyyat, **********94 nömrəli Çıxarışa əsasən Quba rayonu İİ Nügədi kəndində yerləşən 1,0001 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsi üzərində mülkiyyət hüququnu həyata keçirilməsinə (sahiblik, |istifadə və sərəncam verilməsi) tikinti və digər işlərinin aparılması zamanı cavabdehlər Cavabdeh3nin direktoru Cavabdeh1 və "X13, Hospilaty and Manegment” MMC tərəfindən yaradılmış maneələrin aradan qaldırılması, həmin torpaq sahəsi üzərində cavabdehlər tərəfindən tikilmiş tikililərin və quraşdırılan qurğuların cavabdehlərin vəsaiti hesabına sökülməsi və cavabdehlərin zəbt edilmiş torpaq sahəsindən çıxarılmasını tələb etsə də, istinad etdiyi halları təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir, həmçinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin rəyindən də görünür ki, X5 və ailə üzvlərinə məxsus Quba rayonu İİ Nügədi ondində yerləşən 1.0001 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi cavabdehlər X13, Hospitality and Management” MMCnin direktoru Cavabdeh1, Cavabdeh2 və “X13 Hospitality and Management” MMC tərəfindən zəbt edilməmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsi, Mülki Məcəllənin 152.1-ci maddəsi və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.4-cü maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayəti verərək Quba Rayon Məhkəməsinin 18 may 2022-ci il tarixli, 2(027)-82/2022 nömrəli qətnaməsinin ləğv edilib, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Şikayətin dəlilləri: Birinci instansiya məhkəməsi tərəfindən iş üzrə ekspertiza keçirilmiş və ekspertiza rəyini aldıqdan sonra iddia tələbini rədd etmişdir. Halbuki məhkəmə tərəfindən ekspertiza rəyi elan olunmalı, tərəflər ekseprtiza rəyi ilə tanış olmalı, tərəflərə əlavə, təkrar məhkəmə ekspertizası təyin edilməsi barədə müvafiq vaxt verilməli, məhkəmə iclasında iştirak etməyən tərəflər məhkəmə iclasdında iştirak etməsi üçün məhkəmə iclası təxirə salınmalı idi. Halbuki iddia tələbində qeyd etdiyi hallar, yəni cavabdehin mülkiyyət hüququ ilə ona məxsus torpaq sahəsinə mülkiyyət hüququnun həyata keçirilməsinə maneələr kifayət qədər idi. Məhkəmə tərəfindən ekspertiza zamanı iddia tələbinə aid olmayan hallar müəyyən edilmiş, məhkəmə iddia tələbindən kənara çıxaraq digər hallara qiymət vermişdir. Halbuki hələ “X13, Hospitality and Management” MMC yaranmamışdan əvvəl həmin torpaq sahəsini mərhum əri Səlahəddin Xəlfəyev alqı-satqı qaydasında almış, torpaq sahəsində tikinti işlərinin aparılması üçün Quba Rayon İcra Hakimiyyətindən müvafiq icazələr alınmış, torpaq sahəsinə mülkiyət hüququnu həyata keçirmiş, həmin torpaq sahəsinə Dövlət reyestrindən çıxarış almışdır. Məhz “X13, Hospitality and Management” MMC yaranan vaxtdan əvvəlcə mərhum ərinə, daha sonra isə ona və uşaqlarına məxsus torpaq sahəsinə göz dikilmiş, qanunsuz yollarla həmin torpaq sahəsi əllərindən alınmağa cəhd edilir. Halbuki məhkəmə tərəfindən ekspertiza təyin olunan zaman müqayisəli tədiqat üçün Dövlət Aktı da tədqiqatın bir hissəsi olmalı idi. Çünki dəfələrlə 5 saylı Xaçmaz Ərazi İdarəsindən gələn mütəxəssislər faktiki isitfadə etdiyi torpaq sahəsinin dövlət reyestrindən verilmiş çıxarışda göstərilən torpaq sahəsinin koordinantları ilə üst-üstə düşməsini qeyd etmişlər. Məhkəmə iş üzrə qətnamə qəbul edərkən iddiaçı kimi onun iddia tələbini dəqiqləşdirmək, iddia ilə bağlı əlavə sübutlar təqdim etmək, vəsatət vermək, etiraz etmək və s. hüquqları pozulmuşdur. b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri Cavabdeh tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Apellyasiya icraatı iştirakçılarının izahatları İddiaçı X2 nümayəndəsi və vəkili Vəkil3 apellyasiya şikayətini müdafiə edib, təmin olunmasını xahiş etdi. Cavabdeh “X13, Haspitality and Manegment” MMC-nin nümyəndəsi və vəkilli Vəkil2 apellyasiya şikayətinə etiraz edib, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada Cavabdeh2 məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə kollegiyası qeyd olunan cavabdehin iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Mülki Məcəllə Maddə 152.1. Mülkiyyət hüququ-subyektin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Maddə 152.5. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Maddə 164.1 Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. Maddə 164.2. Sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Sahiblikdən məhrumetmə faktik sahib və ya onun hüquq sələfi barəsində səhv addım olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə iddia istisna edilir. Torpaq Məcəlləsi Maddə 67. Torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Maddə 68. Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Maddə 111. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanması üçün əsasdır. Apellyasiya baxışının hədləri Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işin faktiki hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə əsaslanaraq hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Apellyasiya şikayətinin dəlillərində göstərilən xüsasatlara birinci instansiya məhkəməsi tərəfindən tam qiymət verilmişdir. Göründüyü kimi, birinci instansiyası məhkəməsi işin müəyyən edilmiş hallarına uyğun olaraq mübahisəyə maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Çünki tətbiq edilən maddi hüquq normalarının dispozitiv şərtləri işin müəyyən edilmiş hallarına uyğun olaraq iddia düzgün olaraq qismən təmin edilmişdir. Birinci instansiyası məhkəməsi sübutları Mülki Prosessual Məcəllənin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmişdir. Bu baxımdan, birinci instansiyası məhkəməsinin qətnaməsinin maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilməsi barədə şikayətin dəlilləri əsassızdır. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, apellyasiya şikayəti əsassız olub, başqa sübutlarla öz təsdiqini tapmadığına görə təmin olunmamalı və birinci instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392-393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı X6 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Quba Rayon Məhkəməsinin 18 may 2022-ci il tarixli, 2(027)-82/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlansın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-1743/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1743/2022
14.10.2022 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver