Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-175/2020 25.08.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), X7 və X3 ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, Cavabdeh nümayəndəsi və vəkili X6 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “kredit borcu, borcun ipoteka predmetinə yönəldilməsi və xərclərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin 2(067)-658/2019 saylı, xx xxxx 2019-cu il tarixli qətnaməsindən Cavabdeh və İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Xaçmaz Rayon Məhkəməsinin 2(067)-658/2019 saylı, xx xxxx 2019-cu il tarixli qətnaməsi iddia qismən təmin edilmiş,Cavabdeh xx.xx.2017-ci il tarixli kredit müqaviləsi üzrə 50000 manat məbləğində əsas borc, 29000 manat məbləğində faiz borcu, 30 manat məbləğində dövlət rüsumu və ipoteka predmetinə tutmanın yönəldilməsi üçün ödənilmiş 31 manat məbləğində dövlət rüsumunun İddiaçı xeyrinə tutulması, kredit borcunun cavabdehə məxsus ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən 0.049 ha torpaq sahəsi və həmin həmin torpaq sahəsi üzərində yerləşən sahəsi 318.4 kv.m olan fərdi yaşayış evinə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 100.000 manat müəyyən edilməsi, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi və torpaq sahəsinin açıq hərracdan satılması, satışdan əldə edilən pul vəsaitinin İddiaçı ödənilməsi, satışdan əldə edilmiş pul vəsaitinin əsas borcun və faizlərin ödənilməsinə kifayət etmədikdə qalan borcun Cavabdeh tutularaq İddiaçı ödənilməsi, ipoteka qoyulmuş yaşayış evi və torpaq sahəsinə tutma yönəldilib satıldıqdan sonra ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evində yaşayan Cavabdeh Adgözəl qızının və evin ipoteka ilə yüklü edilməsinə razılıq vermiş ailə üzvlərinin həmin evdən istifadə hüquqlarına xitam verilməklə, 1 ay ərzində evdən və evin yerləşdiyi torpaq sahəsindən çıxarılmaları, iddianın qalan hissəsi təmin edilməməsi qət edilmişdir (hakim İlkin Xəlilov) Qətnamədən Cavabdeh apelyasiya şikayəti verərək Xaçmaz Rayon Məhkəməsinin 2(067)-658/2019 saylı, xx xxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi, cavadbeh tərəfindən ödənilmiş 27000 manatın əsas borcdan çıxılması, eləcə də faiz məbləğini AR MM-nin tələblərinə əsasən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qətnamədən İddiaçı apelyasiya şikayəti verərək qətnamənin qismən, iddianın 29000 manat faiz borcunun tutulması hissəsində dəyişdirilməsi və cavavabdehdən 39000 manat faiz borcunun tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh xx.xx.2017-ci il tarixli kredit müqaviləsi üzrə 50000 manat əsas, 60000 manat məbləğində faiz borcu, 30 manat ödənilmiş dövlət rüsumunun və ipoteka predmetinə tutmanın yönəldilməsi üçün ödənilmiş 31 manat məbləğində dövlət rüsumunun tutulması, tutmanın cavabdehə məxsus ipoteka predmeti olan ünvan 2 ünvanında yerləşən 0.049 ha torpaq sahəsinə yönəldilməsi, həmin torpaq sahəsinin açıq hərracdan satılması, satışından əldə edilən pul vəsaitinin İddiaçı ödənilməsi, satışından əldə edilmiş pul vəsaiti əsas və faizlərin ödənilməsinə kifayət etmədikdə qalan borcun cavabdeh yaşayanlar Cavabdeh tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Cavabdeh apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, həyat yoldaşı Nümayəndə bağçılıq təsərrüfatı yaratmaq üçün təcili pul lazım idi. Həmin bağçılıq təsərrüfatının yaradılması üçün əvvəlcədən xeyli işlər görülmüşdü. Odur ki, həmin işlərin yarımçıq qoyulması kifayət qədər ziyana səbəb ola bilərdi. Həyat yoldaşı yaratmaq istədiyi təsərrüfatı Tural adlı bir şəxslə birlikdə yaradırdı. Vəziyyət çətinləşəndə Tural ona məsləhət görüb ki, onun Badamdar qəsəbəsindəki maşın bazarında “Nazlifan” maşınlarının satışı ilə məşğul olan bir tanışı var, ondan faizlə pul götürmək olar. Nümayəndə Turalla birlikdə onun dediyi Əhməd Rəhimovun yanına gediblər və həmin adam əvvəlcə 3 faizə, sonra isə 5 faizə daşınmaz əmlaka dair ipoteka müqaviləsi bağlamaq şərti ilə 50000 manat borc verməyə razılaşıb. Rəhimov Əhməd razılaşdıqları məbləği də götürərək xx.xx.2017-ci il tarixdə Xaçmaz rayonuna gələrək Xaçmaz rayon 1 saylı Notariat kontorunda görüşüblər. Sonra isə onu notariat kontoruna gətiriblər. Çünki ipotekaya qoyulan daşınmaz əmlak – Xaçmaz şəhəri, Əliağa Şıxlisnki küçəsi, 24 saylı ev və onun yerləşdiyi 0,049 ha torpaq sahəsi onun mülkiyyətində idi. İddiaçı orada bilmişdir ki, Rəhimov Əhməd 50 000 manat məbləği illik 10 faizlə iddiaçı ilə İddiaçı Əlibaba oğlu arasında bağlanan ipoteka müqaviləsinə əsasən verəcəkdir. Nümayəndə 10 faizlə razılaşmaq istəməmişdir, çünki dediyinə görə razılaşmada son olaraq 5 faiz nəzərdə tutulmuşdur. Lakin Əhmədin təkidi ilə axırda 10 faizə razılaşmışdır. Müqaviləni oxumaq imkanı olmamışdır. Çünki orada olanda artıq sənədlər hazır idi və yalnız sənədlərə imza edərək oranı tərk etmişdir. Ş.Dadaşov köçürmə yolu ilə Rəhimov Əhmədə 17000 manat, nağd qaydada isə 9000 manat borc ödəmişdir. Köçürmə yolu ilə ödənilən məbləğlər Əhmədin Şövlətə verdiyi Kərimova Könül Rövşən qızının hesabına köçürülmüşdür. Nağd qaydada verilən məbləğ isə birbaşa Əhmədin özünə verilmişdir. Müqavilə bağlanan zaman Əhməd demişdir ki, İddiaçılə yalnız müqavilə bağlanacaq, onun pulların verilibalınmasıyla əlaqəsi yoxdur. İş adamı olduğu üçün öz adın dan müqavilə bağlamaq istəmir. Nümayəndə əmlakın dəyərini Rəhimov Əhmədlə aralarında 100000 manata razılaşdıqlarını bildirmişdir. Əmlak Lizinq müqaviləsi əsasında ipoteka müqaviləsində qeyd olunan məbləğdən daha çox məbləğə alınmışdır. X13 Şövlətin işində yaranan problemlərdən istifadə edərək kredit müqaviləsi adı altında sadəcə ağır şərtlərlə sələm vermişdir. Belə olan halda borc kredit müqaviləsindən söhbət gedə bilməz . Hətta iddiaçı iddia tələbinə dair hissədə əsas borc olaraq 50000 manat, faiz borcu olaraq 60000 manatın cavabdehdən tutularaq iddiaçıya ödənilməsini xahiş etmişdir. Yəni faiz borcu əsas borcdan daha çoxdur. Məhkəmə baxışı zamanı isə iddiaçının nümayəndəsi və vəkili İbrahimov Taleh 21000 manat məbləğin iddiaçı tərəfindən alınmasını təsdiq edir. Bütün bunlarla yanaşı iş məhkəmənin icraatında olduğu müddətdə iddiaçının qohumuna 12000 manat ödəniş olunmuşdur. Qətnamə çıxarılarkən bunun nəzərə alınmasını xahiş edir. Qeyd olunanlara əsasən apelyasiya şikayətinin təmin edilməsini, Xaçmaz Rayon Məhkəməsinin 2(067)-658/2019 saylı, xx xxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini və cavabdeh tərəfindən ödənilən 27000 manatın əsas borcdan çıxılmasını eləcə də faiz məbləğinin Mülki Məcəllənin tələblərinə uyğun olaraq tutulmasına dair qətnamə qəbul edilməsini xahiş edir. İddiaçı apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, xx.xx.2017-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə verilən 50000 manat əsas borcdan və 60000 manat faiz borcundan cavabdeh ancaq 21000 manat ödəniş etmişdir. Lakin qalan 50000 manat məbləğində əsas borc və qalıq 39000 manat faiz borcu bugünədək ödənilməmişdir. Lakin məhkəmə əsassız olaraq faiz məbləğini azaltmış, cəmi 29000 manat faiz borcu tutmuşdur. Hesab edir ki, məhkəmə faiz məbləğinin 39000 manat məbləğində tutulması barədə qətnamə qəbul etməli, faiz borcu tam şəkildə tutulmalıdır. Odur ki, qətnamənin qismən, iddianın 29000 manat faiz borcunun tutulması hissəsində dəyişdirilməsi və cavabdehdən 39000 manat faiz borcunun tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. P R O S E S İ Ş T İ R A K Ç İ L A R İ N İ N İ Z A H A T L A R İ: Məhkəmə kollegiyasının iclasında Cavabdeh nümayəndəsi və vəkili X8 apelyasiya şikayətinin dəlillərini müdafiə edib, iddiaçının apelyasiya şikayətinə etiraz edərək apelyasiya şikayətinin təmin edilməsini, Xaçmaz Rayon Məhkəməsinin 2(067)-658/2019 saylı, xx xxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini və cavabdeh tərəfindən ödənilən 27000 manat və 12000 manatın əsas borcdan çıxılmasını eləcə də faiz məbləğinin Mülki Məcəllənin tələblərinə uyğun olaraq tutulmasına dair qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında iştirak edərkən İddiaçı vəkili və nümayəndəsi X9 cavabdehin apelyasiya şikayətinə etiraz, təmsil etdiyi şəxsin apelyasiya şikayətini müdafiə edərək göstərdi ki, xx.xx.2017-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə verilən 50000 manat əsas borcdan və 60000 manat faiz borcundan cavabdeh ancaq 21000 manat ödəniş etmişdir. Lakin qalan 50000 manat məbləğində əsas borc və qalıq 39000 manat faiz borcu bugünədək ödənilməmişdir. Məhkəmə əsassız olaraq faiz məbləğini azaltmış, cəmi 29000 manat faiz borcu tutmuşdur. Hesab edir ki, məhkəmə faiz məbləğinin 39000 manat məbləğində tutulması barədə qətnamə qəbul etməli, faiz borcu tam şəkildə tutulmalıdır. Odur ki, cavabdehin apelyasiya şikayətinin təmin edilməməsi, təmsil etdiyi şəxsin apelyasiya şikayətinin təmin edilərək qətnamənin qismən, iddianın 29000 manat faiz borcunun tutulması hissəsində dəyişdirilməsi və cavabdehdən 39000 manat faiz borcunun tutulmasına dair qətnamə qəbul edilməsini xahiş edir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh və iddiaçının apelyasiya şikayətindən görünür ki, cavabdeh apelyasiya şikayətində ödənilmiş 27000 manatın əsas borcdan tutulması, eləcə də faiz borcunun AR MM-nin tələblərinə əsasən tutulması, iddiaçı isə qətnamənin 29000 manat faiz borcunun tutulması hissəsində dəyişdirilərək 39000 manat faiz borcunun tutulmasını xahiş etmişdir. Göründüyü kimi, tərəflər qətnamənin əsas və faiz borcu hissəsində mübahisələndirmişlər. Bu səbəbdən məhkəmə kollegiyası qətnaməni mübahisələndirilən hissədə müzakirə edir. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, cavabdehin nümayəndəsinin izahatını dinləyərək, apelyasiya şikayətlərinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayətləri təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan xx.xx.2017-ci il tarixli kredit müqaviləsinin surətindən görünür ki, İddiaçı tərəfindən Cavabdeh aylıq faiz dərəcəsi 10 % olmaqla, 10 ay müddətinə, xx.xx.2018-ci il tarixədək qaytarmaq şərtilə ilə 50000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan RX seriyalı ******* saylı Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dölət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışdan müəyyən olunur ki, ünvan 4 ünvanında yerləşən torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinin ipotekaya qoyulması barəsində müvafiq qeydiyyat aparılmışdır. İş materiallarında olan xx.xx.2017-ci il tarixli ipoteka müqaviləsindən görünür ki, Cavabdeh məxsus ünvan 4 ünvanında yerləşən torpaq sahəsi və həmin həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi xx.xx.2017-ci il tarixli kredit müqaviləsinin öhdəliklərinin icrasının təmini kimi girov qoyulmuşdur. İş materiallarında olan bildirişdən görünür ki, cavabdeh X1 borcunu ödəməsi barədə öhdəliyini icra etməsi, əks təqdirdə qanunla müəyyən edilmiş qaydada borcun tutulmasının ipoteka predmetinə yönəldilməsi barədə rəsmi xəbərdarlıq edilmişdir. İş materiallarında olan AZ-İ seriyalı 329099 saylı nikah haqqında şəhadətnamədən müəyyən olunur ki, Nümayəndə ilə Cavabdeh xx.xx.2007ci il tarixdə rəsmi nikah qeyd etdirməklə ailə həyatı qurmuşdur. İş materiallarında olan İddiaçı tərəfindən Cavabdeh qarşı pretenziyadan müəyyən olunur ki, xx.xx.2017-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirərək 50000 manat məbləğində əsas borcu və borca hesablanmış faizləri 3 gün müddətində ödəməsi, əks halda əsas borcun və faizlərin, əldən çıxmış faydanın bank uçot dərəcəsinin və dəbbə pulunun ödənilməsi, tutmanın ipoteka predmetinə yönəldilməsi tələbi ilə məhkəməyə müraciət ediləcəyi barədə iddiaçı tərəfindən cavabdehə xəbərdarlıq edilmişdir. Birinci instansiya məhkəməsinin iclasında iştirak etmiş İddiaçı nümayəndəsi və vəkili X10 cavabdehin iddiaçıya faiz borcundan 21.000 manat məbləğində pul ödədiyini bildirmişdir və cavabdeh tərəf işin bu halını qəbul etmişdir. İş materiallarında olan xx.xx.2018-ci il tarixli ödəniş qəbzindən müəyyən olunur ki, məhkəmədə iddia qaldırılması üçün İddiaçı tərəfindən dövlət nəfinə 30 manat məbləğində pul ödənilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin qismən təmin edilməsinə dair nəticəyə gələrkən haqlı olmuşdur. Belə ki, cavabdehin iddiaçıdan 50000 manat borc pul alması iş materiallarında olan müqavilə ilə sübuta yetirilir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, iddia tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. Məhkəmə qətnaməsinin əsaslılığı və qanuniliyi baxımından bu institut xüsusi əhəmiyyət kəsb edir. Mülki mühakimə icraatında da sübutetmə yükü bir qayda olaraq, inkar edənin deyil, iddia edənin üzərinə düşür. X14 Məhkəməsinin «X2rşı” xx xxxx 2007-ci il tarixli qərarında Məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, injumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir. Qeyd olunanlara əsasən, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı öz tələbini tərəflər arasında bağlanmış kredit müqaviləsi ilə sübuta yetirmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 135.1-ci maddəsinə əsasən pullar və qiymətli kağızlar da əşyadır. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740-cı maddəsinə əsasən borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməmişdirsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Bundan başqa, iddiaçının istinad etdiyi borc müqaviləsi hazırda qüvvədədir. Bundan əlavə iddiaçıdan 50000 manat borcun alınması cavabdeh tərəfindən də təsdiq edilir. Eyni zamanda iş materiaları ilə müəyyən edilir ki, tərəflər arasında bağlanmış xx.xx.2017-ci il tarixli kredit müqaviləsi xx.xx.2017-ci il tarixədək 10 ay müddətinə bağlanmışdır. Müqavilənin şərtinə görə kreditin aylıq faiz dərəcəsi 10% müəyyən edilmişdir. Belə olan halda, 50000 manat əsas borca aylıq 10% olmaqla 5000 manat faiz borcu hesablanmalı, ümumi olaraq faiz borcu 50000 manat müəyyən edilməlidir. İş materiallarından görünür ki, iddiaçının nümayəndəsi cavabdeh tərəfindən 21000 manat faiz borcunun ödənilməsini göstərmişdir. Belə olan halda 10 ay üçün nəzərdə tutulan 50000 manat faiz borcundan 21000 manat hissəsi ödənilmiş, 29000 manat hissəsi isə ödənilməmiş qalmışdır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi gəldiyi nəticədə haqlı olmuşdur. Cavabdeh tərəf şikayətində 17000 manat köçürmə yolu ilə, 9000 manat nağd şəkildə ödəniş etməsini bildirsə də, buna dair hər hansı sübutu təqdim etməmiş, lakin iddiaçı tərəf cavabdeh tərəfindən 21000 manat ödəniş edilməsini bildirmişdir. Bundan əlavə cavabdeh apelyasiya şikayətinin nəticə hissəsində cavabdeh tərəfindən ödənilmiş 27000 manatın əsas borcdan çıxılmasını bildirməklə iddiaçıya 17000 manat köçürmə yolu ilə, 9000 manat nağd şəkildə ödəniş etməsini dolayısı yolla təkzib etmişdir. Belə ki, ümumi məbləğ 26000 manat edir, cavabdeh isə iddiaçıya 27000 manat ödənilməsini bildirmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırki işdən görünür ki, Bununla da cavabdeh iddiaçıya 27000 manat ödəniş etməsini sübuta yetirə bilməmişdir. Bundan əlavə məhkəmə kollegiyası iddiaçının apelyasiya şikayətinin dəlilinə, faiz borcu kimi 60000 manat hesablanmalı olması, 21000 manatın ödənilməsi nəzərə alınmaqla faiz borcunun 39000 manat müəyyən edilməsinə qiymət verərək qeyd edir ki, tərəflər arasında müqavilə 10 ay müddətinə bağlanmışdır. Belə olan halda iddiaçı müqavilə müddəti üçün əsas borca görə faiz borcu tələb edə bilər. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» xx xxxxxx 2014-cü il tarixli qərarında əks olunmuş hüquqi mövqeyinə görə «…kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər». Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi yuxarıda istinad olunan qərarında belə nəticəyə gəlmişdir ki, «Kreditor (borc verən) və borclu arasında bağlanmış kredit müqaviləsində öhdəliklərin xitamı ilə bağlı digər şərt nəzərdə tutulmadığı halda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3cü maddəsinin ikinci cümləsinə əsasən öhdəliyin icrasının qurtarmasının müqavilədə müəyyənləşdirilmiş anına qədər müqavilə qüvvədə sayılır… Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır”. Göstərilən hallara əsasən kredit müqaviləsində nəzərdə tutulan faizlərin ödənilməsi, yalnız həmin müqavilədə bilavasitə nəzərdə tutulmuş müddət üzrə tələb oluna bilər. Bundan əlavə müqavilə üzrə cavabdehin ödəməli olduğu əsas və faiz borcunun müəyyən edilməsi üçün iş üzrə təyin edilmiş məhkəmə mühasibatlıq ekspertizası təyin edilmişdir. İş materaillarında olan xx.xx.2020-ci il tarixli 2190 saylı ekspert rəyindən görünür ki, kredit müqaviləsi üzrə cavabdehin ödəməli olduğu əsas və faiz borcunun məbləğini müəyyən etmək mümkün olmamışdır. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəf məhkəmənin gedişatı zamanı iddiaçıya 12000 manat ödəniş etməsini göstərməklə həmin ödənişin də tulacaq borc məbləğindən çıxılması barədə xahişinə qiymət verərək qeyd edir ki, həmin məbləğ məhkəmə qətnaməsi qəbul edildikdən sonra iddiaçıya deyil, digər şəxsə (iddiaçının qohumuna) ödənildiyindən həmin məbləğin hazırki halda qətnamə ilə tutulan məbləğdən çıxılması qeyri mümkündür. Həmin məbləğin ödənilməsi məhkəmə qətnaməsinin icrası zamanı nəzərə alınmalıdır. Məhkəmə kollegiyası apelyasiya şikayətlərinin dəlillərini formal mülahizələr kimi qiymətləndirir və hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasındakı mübahisənin həlli ücün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Hazırki işdə məhkəmə qətnaməsinin qeyd edilən hissədə apelyasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Belə olan halda məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticələrlə razılaşaraq hesab edir ki, apelyasiya şikayətləri isə təmin olunmamalı, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392 və 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Xaçmaz Rayon Məhkəməsinin 2(067)-658/2019 saylı, xx xxxx 2019-cu il tarixli qətnaməsin dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayətləri təmin olunmasın. İş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 50 (əlli) manat pulun 25 manat hissəsi İddiaçı, 25 manat hissəsi isə Cavabdeh tutularaq Az.MEM, VÖİN **********, AZ34CTRE********************, Dövlət Xəzinədarlıq agentliyi, kod 210005, VÖEN **********, m/h AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 hesaba köçürülsün. Qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Lətifə Məmmədova Hakimlər: Gülnarə Tağızadə Telman Quliyev
Məhkəmə qərarları › İş №2(105)-175/2020
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-175/2020
25.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver