Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1752/2023 07.11.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər Məmmədov Fuad Əli oğlu və X1 ibarət tərkibdə, Həsənli Ülkər Cabbar qızının katibliyi, iddiaçı Aslanov Raqı̇ b Aslan oğlunun, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmı̇ yyətinin nümayəndəsi Nümayəndə1, üçüncü şəxs Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Aslanov Raqı̇ b Aslan oğlunun cavabdeh "xxxx" Açıq Səhmdar Cəmı̇ yyətinə və üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı maddi zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 07 iyul 2022-ci il tarixli qətnaməsindən iddiaçı Aslanov Raqı̇ b Aslan oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Sumqayıt Şəhər Məhkəməsinin 07 iyul 2022-ci il tarixli qətnaməsi ilə (hakim R.Qoşqarlı) iddianın rədd edilməsi, İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun özünə aid edilməsi, ekspertiza tədqiqatlarının dəyəri 245 (iki yüz qırx beş) manat İddiaçı alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X2, KOD 210005, VÖEN 140155071, m/h AZ 41 NABZ 013601**********3944 SWİFT Bik: CTREAZ22 hesabına ödənilməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-279/2023 nömrəli iş üzrə 24 yanvar 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – L.Məmmədova (sədrlik edən və məruzəçi), A.Mahmudov və L.Rəhimli) apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi mülki kollegiyasının 19 iyun 2023-cü il tarixli qərarı ilə (hakimlər Z.Əliyev (sədrlik edən və məruzəçi), V.Məmmədov və A.Abbasov) kassasiya şikayətinin qismən təmin edilməsi, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-279/2023 nömrəli, 24 yanvar 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi və iş yeni apellyasiya baxışına göndərilməsi qərara alınmışdır. İŞİN HALLARİ İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasında 2016-cı ildən 2016-cı ilə qədər inflyasiya faizi nəzərə alınaraq pensiyaçılara ödənilən əlavələrin və vurulan 6270 manat maddi zərərin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşməsi barədə ərizə verərək, Azərbaycan Respublikasında 2016-cı ildən hal-hazıra qədər inflyasiya faizi nəzərə alınaraq pensiyaçılara ödənilən əlavələrin və vurulan maddi zərərin yenidən hesablanaraq hesablanmış məbləğin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 31 yanvar 1974-cü ildən xx.xx.2016-cı il tarixinə qədər Cavabdeh ASC-də (əvvəlki adı Azərbaycan Boru Prokat zavodu) işləmişdir. Ümumi iş stajı 42 ildən artıqdır. 2006-cı ildən zərərli istehsal sahəsində işlədiyinə görə əmək pensiyası alır və eyni zamanda Cavabdeh ASC-də işləməyi davam etmişdir. 01 aprel 2016-cı ildə öz xahişi ilə işdən azad edilmişdir. İşdən azad edildiyinə görə pensiyanın yenidən hesablanması xahişi ilə AR ƏƏSMN yanında DSMF-nin Sumqayıt şəhər Şöbəsinə müraciət etmişdir. Oradan ona bildirmişlər ki, işlədiyi Cavabdeh ASC onun şəxsi hesabı olan SSN**********252 saylı hesaba əmək haqqından tutulmuş 4829.19 manat pulu (məcburi dövlət sosial sığorta haqqını) İri Sığortaedənlərlə İş İdarəsinin hesabına köçürməmişdir. Bu səbəbdən də pensiyanın yenidən hesablanması aparılmamışdır. 2006cı ilin yanvar ayından 2016-cı ilin aprel ayına qədər onun əmək haqqından sosial sığorta haqqı tutulsa da, tutulmuş vəsait aidiyyatı üzrə köçürülməmişdir. Qeyd edilən səbəbdən də ona hər ay 40-45 manat az pensiya ödənilmişdir. Məsələ ilə əlaqədar olaraq Sumqayıt şəhər Məhkəməsinə müraciət etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 03 dekabr 2019-cu il tarixli, 2(060)-8759/2019 nömrəli qətnaməsi ilə iddiası təmin edilmişdir. Cavabdeh "Azərboru” ASC tərəfindən onun SSN **********252 №-li şəxsi hesabına işlənməsi məqsədilə əmək haqqından tutulmuş 4829,19 manat məcburi dövlət sosial sığorta haqqının AR ƏƏSMN yanında DSMF-nin İri Sığortaedənlərlə İş İdarəsinin hesabına köçürülməsi qət edilmişdir. Beləliklə hesab edir ki, cavabdehin günahı üzündən o, 2006-cı ilin yanvar ayından hal-hazıra qədər hər ay 40-45 manat az pensiya alır. Nəticədə 14 il ərzində az cavabdehin günahı üzündən ona 6270 manat (14 il x 12 ay 168 x 40 manat = 6270 manat) az pensiya ödənilmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı Sumqayıt Şəhər Məhkəməsinin 07 iyul 2022-ci il tarixli 2(060)-25/2022 nömrəli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə ona edilmiş əmək pensiyası məbləğinin 2016-cı ildən artmalı olduğu halda, cavabdehin 2006-cı ildən 2016-cı ilin aprel ayınadək işlədiyi müddət ərzində əmək haqqından tutulmuş 4829,19 manat məbləğində məcburi dövlət sosial sığorta haqqı pulunu yalnız 2020-ci ilin aprel ayında fərdi hesabına köçürməsi nəticəsində, həm 2016-2020-ci ilin aprel ayınadək müvafiq artımdan məhrum edilməyinə, eyni zamanda bu qanunsuzluq nəticəsində 2016-cı ildən başlayaraq pensiya kapitalının ildə bir dəfə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq indeksləşdirilməsinin ona şamil edilməməsi səbəbindən maddi ziyana uğradılmağına göz yummuş, hüququnun pozulmasına qiymət verməmiş, müəyyən olunmuş hallara münasibətdə sadalanan maddi hüquq normasını tətbiq etməmişdir. Belə ki, cavabdeh tərəfindən hələ 2016-cı ilədək ödənməli olan əmək haqqından tutulmuş 4829,19 manat məbləğində məcburi dövlət sosial sığorta haqqı pulun 2020-ci ilin aprel ayında fərdi hesabına köçürüldükdən sonra onun pensiyası 50 manat 27 qəpik artmışdır. Halbuki cavabdeh qeyd edilən məbləği qanunvericiliklə müəyyən edilmiş qaydada vaxtında fərdi hesabına köçürsəydi, pensiya məbləğinin 2017-ci ilin yanvar ayından bu məbləğdə artması təmin ediləcəkdi. Nəticədə o, 2017-2022-ci illər ərzində ümumilikdə 3098,31 manat pensiya pulundan məhrum edilməklə cavabdeh tərəfindən ziyana uğradılmışdır. Məhkəmə cavabdehin məcburi sosial sığorta haqqı üzrə borcunu vaxtında fərdi hesabına köçürməməsi nəticəsində onun pensiya hüququnun pozulduğunu, bu səbəbdən yuxarıda sadaladığı müvafiq illərə görə pensiya artımının ona şamil edilməyərək pensiya pulunun ona ödənilmədiyini və nəticədə cavabdehin təqsiri ucbatından ziyana uğradıldığına lazımi hüquqi qiymət verməli olduğu halda, nədənsə bunu etməmiş və sözügedən maddi hüquq normasının pozuntusuna yol vermişdir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən iddiaçı Aslanov Raqı̇ b Aslan oğlu apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən cavabdeh "xxxx" Açıq Səhmdar Cəmı̇ yyətinin nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətini qəbul etməyərək onun təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən üçüncü şəxs Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətini qəbul etməyərək onun təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. İş materiallarını araşdırıb, məruzəçini və işdə iştirak etmiş şəxslərin izahatlarını dinləyib, eləcə də apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli və iddia tələbinin qismən təmin edilməsinə dair iş üzrə yeni qətnamə qəbul edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməməsini iddiaçının iddia tələbinin təmin edilməməsi ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticədən narazı qalan iddiaçı apellyasiya şikayəti vermiş, apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlanılması barədə qətnamə qəbul etmişdir. Bu nəticədən narazı qalan iddiaçı qətnamədən kassasiya şikayəti vermiş və işə kassasiya qaydasında baxan kassasiya instansiya məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qətnaməni ləğv edərək, işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılması qərara alarkən işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması onlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməli olmasına tərəflərin dəlilllərinin hansı səbəbdən qəbul edilib-edilməməsini əsaslandırmalı olmasına, ədalətli məhkəmə araşdırması hüququ təmin olunmaqla mübahisəyə qanunvericiliyə uyğun qaydada yekun hüquqi qiymət verilməli olmasına istinad etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, kassasiya instansiya məhkəməsi qərarında şərh edilən məcburi göstərişin tam, hərtərəfli və obyektiv araşdırılmaqla birinci instansiya məhkəmənin qəbul etdiyi qətnamənin qanuniliyi və əsaslılığı məsələsinə apellyasiya şikayətinin dəlilləri nəzərə alınmaqla hüquqi qiymət verilməlidir. İddiaçı 31 yanvar 1974-cü ildən xx.xx.2016-cı il tarixinə qədər Cavabdeh ASC-də (əvvəlki adı Azərbaycan Boru Prokat zavodu) işləməsi işin mübahisəsiz halıdır. Baxılan iş üzrə iddia tələbi zərərin əvəzinin ödənilməsi barədədir. “Əmək Pensiyaları haqqında” Qanunun 1.0.8-ci maddəsinə əsasən fərdi şəxsi hesabın sığorta hissəsi - əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. “Əmək Pensiyaları haqqında” Qanunun 6-1. maddəsinə əsasən bu Qanunun məqsədləri üçün əmək pensiyasının minimum məbləği 2023-cü il fevralın 1-dən 280 manat məbləğində müəyyən olunur. Bu Qanuna uyğun olaraq təyin edilmiş əmək pensiyasının məbləği əmək pensiyasının minimum məbləğindən aşağı olduqda, həmin məbləğə çatdırılmaqla ödənilir. Təyin edilmiş əmək pensiyasının məbləğinin əmək pensiyasının minimum məbləğinə çatdırılması məqsədilə bu maddəyə əsasən ödənilən məbləğ əmək pensiyasının sığorta hissəsinin tərkibi hesab edilir. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır (Əmək Pensiyaları haqqında Qanunun 9.1.maddəsi). Həmin Qanunun 27.1. maddəsinə əsasən sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi şəxsi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi şəxsi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçılarının 2006-cı il 1 yanvar tarixindən 2017-ci il 1 iyul tarixinədək olan dövr üzrə fərdi şəxsi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 80% artırılmaqla, 2017-ci il 1 iyul tarixinə fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınır. Həmin Qanunun 29.1. maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi, bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə, həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləği ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir (Əmək Pensiyaları haqqında Qanunun 32.1-1.maddəsi). İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə İddia tələbi təmin edilərək, Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən İddiaçı SSN: **********52 nömrəli şəxsi hesabına işlənməsi məqsədilə əmək haqqından tutulmuş 4829 (dörd min səkkiz yüz iyirmi doqquz) manat 19 (on doqquz) qəpik məcburi dövlət sosial sığorta haqqının Azərbaycan Respublikası Əmək və Əhalinin Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun İri Sığortaedənlərlə İş İdarəsinin hesabına köçürülməsi qət edilmişdir. Cavabdehin nümayəndəsi Bahadur Əliyevin apellyasiya şikayəti təmin edilməyərək, Sumqayıt Şəhər Məhkəməsinin iş üzrə xx.xx.2019-cu il tarixli 2(060)- 8759/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2021ci il tarixli, 9/1580 nömrəli rəyindən görünür ki, xx.xx.2016-cı il tarixdən xx.xx.2021-ci il tarixədək Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin müəyyən etdiyi illik istehlak qiymətləri indeksi faizləri ilə 6270 manat pul vəsaitinin xx.xx.2021-ci il tarixə hesablanmış cari dəyərinin 8169,81 manat məbləğində olması müəyyən edilir. İş materiallarında olan ƏƏSMN tabeliyində DSMF-nin Abşeron-Xızı regional filialının Pensiya təminatı şöbəsinin məktubundan görünür ki, vətəndaş İddiaçı xx.xx.2006-cı il tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. Vətəndaşın fərdi hesabında toplanan sığorta kapitalı nəzərə alınmaqla halhazırda pensiyasının məbləği 398.09 manat təşkil edir. Vətəndaşın fərdi hesabında toplanan sığorta kapitalı xx.xx.2016-cı il tarixdə işdən çıxması nəzərə alınaraq, xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Qanuna əsasən xx.xx.2006-cı il tarixdən xx.xx.2016-cı il tarixədək 6365.99 manat (50% nəzərə alınmaqla) (xx.xx.2020-ci il tarixdə müəssisə tərəfindən ötən dövrlər üzrə ödəniş edildiyi nəzərə alınmaqla) ödənilən sığorta kapitalı nəzərə alınmaqla vətəndaşın pensiyasının məbləği aşağıdakı kimi hesablanır. xx.xx.2016-cı il tarixə 242.14 manat, xx.xx.2017-ci il tarixə 258.51 manat, xx.xx.2018-ci il tarixə 273.23 manat, xx.xx.2019-cu il tarixə 281.44 manat, xx.xx.2020-ci il tarixə 328.15 manat, xx.xx.2021-ci il tarixə 365.57 manat, xx.xx.2022-ci il tarixə 378.00 manat təşkil edəcəkdir. Vətəndaşın pensiyası “Əmək pensiyaları haqqında” qanununa əsasən xx.xx.2006-cı il tarixdən xx.xx.2016-cı il tarixədək 3881.36 manat sığorta kapitalı (50%), xx.xx.2020-ci il tarixdə ödənilən 3930.29 manat sığorta kapitalı (80% olmaqla) nəzərə alınmaqla hesablanmışdır. xx.xx.2016-cı il tarixə 221.14 manat, xx.xx.2017-ci il tarixə 234.92 manat, xx.xx.2018-ci il tarixə 248.31 manat, xx.xx.2019-cu il tarixə 255.76 manat, xx.xx.2020-ci il tarixə 298.21 manat, 01,03.2020-ci il tarixə 336.83 manat, xx.xx.2020-ci il tarixə 345.60 manat, xx.xx.2021-ci il tarixə 384.99 manat, xx.xx.2022-ci il tarixə 398.09 manat təşkil edir. Qeyd olunan hesablamalar nəzərə alınmaqla vətəndaşın pensiyası məbləği xx.xx.2016-cı il tarixdən xx.xx.2020-ci il tarixədək yenidən hesablanarsa, xx.xx.2020-ci il tarixə məbləğ 328.15 manat təşkil edəcəkdir. İş materiallarında olan Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022ci il tarixli, 9/1772 nömrəli rəyindən görünür ki, iş materiallarında olan sənədlərə və Əmək Əhalinin Sosial Müdafiəsi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Abşeron-Xızı regional filialı tərəfindən tərtib edilmiş mütəxəssis rəyinə əsasən İddiaçı pensiyası məbləği xx.xx.2016-cı il tarixdən xx.xx.2020-ci il tarixədək yenidən hesablanarsa, xx.xx.2020-ci i tarixə məbləğ 328,15 manat təşkil etdiyi müəyyən edilir. Məhkəmə kollegiyası işin hərtərəfli araşdırılmasını təmin etmək məqsədilə internet informasiya resurslarında olan Azərbaycan Respublikası Mərkəzi Bankı pul siyasəti icmalı əldə edilmiş, həmin icmala əsasən 2016-cı ildə orta illik inflyasiya 12,4%, 2017-ci ildə 12,9%, 2018-ci il üçün 2,3%, 2019-cu ildə 2,4%, 2020-ci ildə 2,6% təşkil etmişdir. Qeyd olunmalıdır ki, iddiaçıya xx.xx.2016-cı ildən xx.xx.2020-ci il tarixə toplanan sığorta kapitalı nəzərə alınmaqla, ödəmələrdə 2016-cı il üçün 21 manat, 2017-ci il üçün 23,29 manat, 2018-ci il üçün 24,92 manat, 2019-cu il üçün 25,68 manat fərq yaranır. Məhkəmə kollegiyası qeyd edir ki, 2016-2019-cu il üzrə orta illik inflyasiya faizi nəzərə alınmaqla, iddiaçının əmək pensiyasına 2016-ci il üzrə 9 ay x 21 (dəymiş zərər)=189 x 12,4%=23,43+189=212,43 manat, 2017-ci il üçün 12 ay x 23,29 (dəymiş zərər)=279,48 x 12,9%=36,05+279,48=315,53 manat, 2018-ci il üçün 12 ay x 24,92 (dəymiş zərər)=299,04 x 2,3%=6,88+299,04=305,92 manat, 2019-cu il üçün 12 ay x 25,68 (dəymiş zərər)=308,16 x 2,4%=7,39+308,16=315,55 manat olmaqla ümumilikdə 1149,43 manat zərər dəymişdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 07 iyul 2022-ci il tarixli qətnaməsi ləğv edilməli, iddia tələbinin qismən təmin edilməsinə dair yeni qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası MPM-nin 384.0.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halların araşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin əhəmiyyətli olan hallarının sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrin işin faktiki hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır (Azərbaycan Respublikası MPM-nin 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4 maddələri). Məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən ekspertiza tədqiqatlarının dəyəri 245 (iki yüz qırx beş) manat Cavabdeh Açıq Səhmdar Cəmiyyətindən alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X2, KOD 210005, VÖEN 140155071, m/h AZ 41 NABZ 013601**********3944 SWİFT Bik: CTREAZ22 hesabına ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 402.1. maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, hazırkı iş üzrə iddia tələbinin təmin edilən hissəsi 5000 manatdan az olduğundan, qanunvericiliyin yuxarıda qeyd olunan tələbi baxımından bu iş üzrə məhkəmə aktından cavabdeh tərəfindən kassasiya şikayəti verilə bilməz. Lakin hazırkı iş üzrə iddia tələbinin təmin edilməyən hissəsi 5000 manatdan çox olduğundan, iddiaçı tərəfindən kassasiya şikayəti verilə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4, 392, 393 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ İddiaçı Aslanov Raqı̇ b Aslan oğlunun apellyasiya şikayəti təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 07 iyul 2022-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi qismən təmin edilsin. Cavabdeh Açıq Səhmdar Cəmiyyətindən 1149 (min yüz qırx doqquz) manat 43 (qırx üç) qəpik alınıb iddiaçı Aslanov Raqı̇ b Aslan oğluna verilsin. Ekspertiza tədqiqatlarının dəyəri 245 (iki yüz qırx beş) manat Cavabdeh Açıq Səhmdar Cəmiyyətindən alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X2, KOD 210005, VÖEN 140155071, m/h AZ 41 NABZ 013601**********3944 SWİFT Bik: CTREAZ22 hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-1752/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1752/2023
07.11.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver