Məhkəmə qərarları › İş №2(105)-1765/2020

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1765/2020

13.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1765/2020 13.11.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), X2 və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi Abbaslı Nahid Nəsrəddin oğlunun katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Ağazadə (Bayramlı) Aydan Mütarif qızının iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit borcunun tutulması tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(012)-1378/2019 saylı qətnaməsindən İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Abşeron Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(012)-1378/2019 saylı qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 3201 manat əsas borc, 243,63 manat faiz borcu olmaqla, cəmi 3445,46 manat borcun, 30,40 manat dövlət rüsumunun tutulması, ekspertiza xərci kimi 200 manatın isə Dövlət Xəzinadarlığı Agentliyinə tutulması qət edilmişdir (hakim S.Quliyeva). Qətnamədən İddiaçı Açıq Səhmdar Cəmiyyəti apelyasiya şikayəti verərək Abşeron Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(012)-1378/2019 saylı qətnaməsinin ləğv edilməsini, Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 3385,27 manat əsas borc, 1179,86 manat faiz borcu olmaqla, cəmi 4565,13 manat borcun tutulmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı ASC Cavabdeh qarşı 3385,27 manat əsas borc, 293,58 manat faiz borcu olmaqla, cəmi 3678,85 manat məbləğində kredit borcunun və ödənilmiş dövlət rüsumunun və xidmət haqqının əvəzinin tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə gedişatında iddiaçı tləbin həcmini artırmış, Cavabdeh onun xeyrinə 3385,27 manat əsas borc, 544,47 manat faiz borcu olmaqla, cəmi 3929,74 manat məbləğində kredit borcunun və ödənilmiş 20,40 manat dövlət rüsumunun əvəzinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra, İddiaçı ASC yenə də iddianın həcmini artırmış, Cavabdeh iddiaçının xeyrinə 3385,27 manat əsas borc, 1179,86 manat faiz borcu olmaqla, cəmi 4565,13 manat məbləğində kredit borcunun və ödənilmiş dövlət rüsumunun və xidmət haqqının əvəzinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ASC iddia tələbini onunla əsaslandırmışdır ki, “xxxxxxxxx” ASC ilə İddiaçı ASC arasında həmin bank il Cavabdeh arasında bağlanmış kredit müqaviləsi üzrə öhdəliklərin tələb edilməsi hüququnun ötürülməsinə dair xx xxxxxx 2016-cı il tarixdə müqavilə bağlanmışdır. “xxxxxxxxx” ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2016-cı il tarixli, 00-xx-xx-058823 saylı kredit müqaviləsinə müvafiq olaraq bank tərəfindən cavabdehə şəxsi məqsədlər üçün 60 ay müddətinə, illik 29 % ödəmək şərtilə 4253 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 4.2-ci bəndinə və onun 1 nömrəli əlavəsi olan ödəniş cədvəlinə əsasən borc alan bərabər məbləğdə müvafiq ödənişləri apararaq kredit üzrə faktiki istifadə edilmiş kredit məbləğinə hesablanmış faizlərin ödənilməsini və əsas borc məbləğinin qaytarılmasını öhdəsinə götürmüşdür. Lakin cavabdeh bu öhdəlikləri kobud şəkildə pozmuş və bu günə qədər kredit üzrə əsas borc məbləğinin bir hissəsini banka qaytarmamış və əsas borc məbləğinə hesablanmış faizlərin bir hissəsini ödəməmişdir. Buna görə də, kredit müqaviləsi üzrə borc ondan tutulmalıdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ : İddiaçı ASC tərəfindən verilmiş apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iddianın həcminin artırılması barədə ərizələrə heç bir münasibət bildirməmiş, iki müxtəlif tarizlərdə verilmiş maliyyə arayışları arasındakı 635,39 manat fərqə düzgün qiymət verməmişdir. Borclunun icranı gecikdirməsi hər bir hüquq pozuntusu kimi onun məsuliyyətinə səbəb olur. İcranın borclu tərəfindən gecikdirilməsi ona görə yolverilməzdir ki, bunun nəticəsində kreditora zərər dəyir. Pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin hüquqi nəticələri mülki qanunvericilikdə müəyyən edilmişdir. Məhkəmə isə bu əsaslara istinad etmədən iddianı qismən təmin etmişdir. Buna görə də qətnamə ləğv edilməli, Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 3385,27 manat əsas borc, 1179,86 manat faiz borcu olmaqla, cəmi 4565,13 manat borcun tutulmasına dair yeni qətnamə qəbul edilməlidir. Məhkəmə kollegiyasının iclasında İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Ağazadə (Bayramlı) Aydan Mütarif qızı apelyasiya şikayətinin dəlillərini müdafiə edib, Abşeron Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(012)-1378/2019 saylı qətnaməsinin ləğv edilərək, iddia ərizəsinin tam təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iştirak etdiyi iclasında Cavabdeh izahatında bildirdi ki, maddi imkansızlığına görə qət edilmiş borcu belə ödəyə bilmir, buna görə də şikayət təmin edilməməli, qətnamə isə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. Mülki iş materiallarında olan sənədlərdən görünür ki, “xxxxxxxxx” ASC ilə İddiaçı ASC arasında kredit müqavilələri üzrə tələb hüquqlarının ötürülməsinə dair xx xxxx 2016cı il tarixdə müqavilə bağlanmışdır. Borclu Cavabdeh xx xxxxxx 2016-cı il tarixdə ərizə ilə müraciət edərək tələbin ötürülməsinə razılıq vermişdir. İşdə olan “xxxxxxxxx” ASC ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2016-cı il tarixli, 00-xx-xx-058823 saylı kredit müqaviləsindən görünür ki, “xxxxxxxxx” ASC Cavabdeh illik faiz dərəcəsi 29 faiz olmaqla, 60 ay müddətinə 4253 manat kredit vermişdir. Yenə iş materiallarında olan xx xxxxxx 2016-cı il tarixli kassa məxaric oredrindən görünür ki, Cavabdeh xx xxxxxx 2016-cı il tarixli, 00-xx-xx-058823 saylı kredit müqaviləsi üzrə 4253 manat krediti “xxxxxxxxx” ASC-dən almışdır. İşə əlavə edilmiş “xxxxxxxxx” ASC və İddiaçı ASC tərəfindən Cavabdeh göndərilmiş bildirişlərdən görünür ki, qanunla müəyyən edilmiş qaydada və müddətdə borcun ödənilməsi barədə cavabdeh xəbərdar olunmuşdur. Yenə işə əlavə edilmiş xx xxxxxx 2018-ci il tarixli maliyyə arayışından görünür ki, “xxxxxxxxx” ASC ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2016-cı il tarixli, 00-xx-xx- 058823 saylı kredit müqaviləsinə əsasən onun 3385,27 manat əsas borc, 293,58 manat faiz borcu olmaqla, cəmi 3678,85 manat kredit borcu vardır. Yenə işdə olan xx xxxxxx 2019-cu il tarixli maliyyə arayışından görünür ki, “xxxxxxxxx” ASC ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2016-cı il tarixli, 00-xx-xx- 058823 saylı kredit müqaviləsinə əsasən onun 3385,27 manat əsas borc, 544,47 manat faiz borcu olmaqla, cəmi 3929,74 manat kredit borcu vardır. İşə əlavə edilmiş xx xxxxxxx 2019-cu il tarixli maliyyə arayışından görünür ki, “xxxxxxxxx” ASC ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2016-cı il tarixli, 00-xx-xx- 058823 saylı kredit müqaviləsinə əsasən onun 3385,27 manat əsas borc, 1179,86 manat faiz borcu olmaqla, cəmi 4565,13 manat kredit borcu vardır. İşdə olan Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxxxx 2019-cu il tarixli, 9025 saylı rəyindən görünür ki, “xxxxxxxxx” ASC ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2016-cı il tarixli, 00-xx-xx-058823 saylı kredit müqaviləsinə əsasən onun xx xxxxxx 2019cu il tarixinə 3201,83 manat əsas borc, 243,63 manat faiz borcu olmaqla, cəmi 3445,46 manat kredit borcu vardır. Yenə də işdə olan Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxxx 2020-ci il tarixli, 9/3919 saylı rəyindən görünür ki, “xxxxxxxxx” ASC ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2016-cı il tarixli, 00-xx-xx-058823 saylı kredit müqaviləsinə əsasən onun xx xxxxxxx 2019-cu il tarixinə 3201,83 manat əsas borc, 1084,47 manat faiz borcu olmaqla, cəmi 4286,30 manat kredit borcu vardır. M Ə H K Ə M Ə N İ N H Ü Q U Q İ M Ö V Q E Y İ: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinəəsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Yenə həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-ha-ki-min məruzəsini və tərəflərin izahatlarını dinləyərək, apelyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları əlavə alınmış ekspert rəylərini işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hüquqi qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti qismən təmin edilməli, hazırkı iş üzrə Abşeron Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(012)-1378/2019 saylı qətnaməsi faiz borcu hissəsində dəyişdirilməli, qalan hissələrdə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən olundu ki,“xxxxxxxxx” ASC ilə Cavabdeh arasında xx.xx.2016-cı il tarixli, 00-xx-xx-058823 saylı kredit müqaviləsi bağlanmış, həmin müqavilə üzrə Cavabdeh ASC “xxxxxxxxx” ASC-dən illik 29 % ödənilməsi şərti ilə 60 ay müddətinə 4253 manat məbləğində kredit almışdır. “xxxxxxxxx” ASC ilə İddiaçı ASC arasında kredit müqavilələri üzrə tələb hüquqlarının ötürülməsinə dair xx xxxx 2016-cı il tarixdə müqavilə bağlanmış və hazırki kredit məbləği üzrə də tələb hüququ sonuncuya ötürülmüşdür. Cavabdeh müqavilə öhdəliklərini yerinə yetirmədiyindən və kredit borcu ödənilmədiyindən bank məhkəməyə müraciət etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən, Cavabdeh həmin kredit müqaviləsi üzrə iddiaçı bankdan kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, lakin kredit vəsaitinin ödəməli olmasına dair vəzifəsini tam yerinə yetirməmişdir. Yaranmış mübahisə üzrə məhkəmə kollegiyası aşağıdakı hüquq normalarına istinad etməyi də zəruri hesab edir. Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə görəöhdəliyəəsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinəəsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, beləşərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Yenə həmin Məcəllənin 739.1-ci maddəsinəəsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlüəşyalar şəklində borc verənə qaytarmağıöhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsinəəsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Yenə həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 445.1-ci maddəsinəəsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Yenə həmin Məcəllənin 445.2-ci maddəsinəəsasən öhdəliyin onun icrasıüçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Yenə də həmin Məcəllənin 448.1-ci maddəsinəəsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, borclu Cavabdeh iddiaçı bank qarşısında öhdəliyi yaranmışdır və o, bu öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Tərəflər arasında bağlanmış xx.xx.2016-cı il tarixli kredit müqaviləsi üzrə birinci instansiya məhkəməsinin müəyyən etdiyi əsas borc məbləği ilə yanaşı faiz məbləğini də iddiaçı tərəf apelyasiya şikayəti verməklə mübahisələndirmişdir. Bu səbəbdən də, tərəflər arasında yaranmış mübahisə üzrə obyektiv nəticəyə gəlinməsini təmin etmək məqsədi ilə məhkəmə kollegiyası tərəfindən məhkəmə mühasibatlıq ekspertizası təyin edilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxxx 2020-ci il tarixli, 9/3919 saylı rəyi ilə müəyyən edilmişdir ki, “xxxxxxxxx” ASC ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2016-cı il tarixli, 00-xx-xx-058823 saylı kredit müqaviləsinə əsasən onun xx xxxxxxx 2019-cu il tarixinə 3201,83 manat əsas borc, 1084,47 manat faiz borcu olmaqla, cəmi 4286,30 manat kredit borcu vardır. Məhkəmə kollegiyası, Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxxx 2020-ci il tarixli, 9/3919 saylı rəyini yaranmış borcun müəyyənləşdirilməsi baxımından mötəbər sübut kimi qəbul edir. Belə ki, işdən görünür ki, tərəflər arasındakı müqavilənin qüvvədə olma tarixi hələ bitməmişdir, buna görə də borc məhz məhkəmədə qətnamə çıxarılan tarixədək hesablanmalıdır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, məlum kredit müqviləsi üzrə cavabdehdən tutulmalı olan əsas borc 3201,83 manat, faiz borcu 1084,47 manat, cəmi borc isə 4286,30 manat təşkil edir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinəəsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırki halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçı apelyasiya şikayətinə dair dəlillərini qismən sübut edə bilmişdir. Lakin bu dəlillər birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamənin faiz borcunun tutulması hissəsində dəyişdirilməsi üçün kifayət edir. Bununla belə, məhkəmə kollegiyası iddiaçının apelyasiya şikayətində göstərdiyi dəlilləri qiymətləndirərək hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin tam və ya hissəsvi ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikası MPM-nin 386-cı maddəsinəəsasən, maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.3-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Məhkəmə kollegiyası həmçinin hesab edir ki,Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən,apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş 15,40 manat dövlət rüsumunun yarısı, yəni 7,70 manat hissəsi Cavabdeh alınaraq İddiaçı ASC-yə qaytarılmalı, yarısı isə onun özünə aid edilməli, iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizası xərcinin dəyəri olan 145 manatın yarısı (72,50 manat) Cavabdeh, yarısı isə İddiaçı ASC-dən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin müvafiq hesabına keçirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.3, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: İddiaçı ASC tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilsin. Hazırkı iş üzrəAbşeron Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(012)- 1378/2019 saylı qətnaməsi faiz borcu hissəsində dəyişdirilsin. xx xxxxxx 2016-cı il tarixli, 00-xx-xx-058823 saylı kredit müqaviləsi üzrə Cavabdeh 1084,47 manat faiz borcu tutularaq İddiaçı ASC-yə ödənilsin. Qətnamə Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 3201 manat əsas borc, 30,40 manat dövlət rüsumunun tutulması, ekspertiza xərci kimi 200 manatın isə Dövlət Xəzinadarlığı Agentliyinə tutulması hissəsində dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş 15,40 manat dövlət rüsumunun yarısı, yəni 7,70 manat hissəsi Cavabdeh alınaraq İddiaçı ASC-yə qaytarılsın, yarısı isə bankın özünə aid edilsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 145 manatın 72,50 manatı Cavabdeh, 72,50 manatı isə İddiaçı ASC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin (Az.MEM, VÖEN **********, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005 VÖEN ********** Müxbir hesab Az.41 NABZ******************** SWİFT BİK CTREAZ.22 Hesab AZ34CTRE********************) hesabına köçürülsün. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəmsəddin Abasov Hakimlər: Səyyad Qafari Telman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar