Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1769/2023 31.10.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: dəymiş maddi ziyan tələbi) Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), X14 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakı ilə, Qobustan Rayon Məhkəməsinin 07 iyul 2023-cü il tarixli, 2(026)-215/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə Cavabdeh qarşı cavabdehin xırda buynuzlu heyvanlarının onlara məxsus əkin sahəsini otarılması nəticəsində 2,0 hektar sahənin 0,50 hektar sahəsini yararsız hala salınmasına görə 562 manat məbləğində dəymiş maddi ziyanın və ödənilmiş dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia tələbi ounla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı ******* saylı çıxarışı ilə atası X3 mülkiyyətində olan 4 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsinin 2 hektarına arpa əkmiş və aqrotexniki qaydada qulluq işləri də aparmışdır. 2011ci ildən həmin sahəni əkib-becərirlər. Lakin həmin əkin sahəsinə Qobustan şəhər sakini X6 məxsus xırda buynuzlu heyvanlar müxtəlif vaxtlarda və müxtəlif istiqamətlərdən daxil olaraq otlamış və tapdalayıb yararsız hala salmışlar. Həmin sahəni cavabdeh otararkən fotoşəkillər də çəkmişdir. Nəticə də isə onlara məxsus əkin sahəsinə maddi ziyan vurulmuşdur. Həmin sahəyə rayon DAİM-nin mütəxəssislərini apararaq kənd icra nümayəndəliyi ilə birlikdə sahəyə baxış keçirmiş və akt tərtib etmişlər. Həmin zaman müəyyən olunmuşdur ki, 2,0 hektar sahənin 0,50 hektarının otarılıb tapdalanaraq yararsız hala salınması nəticəsində ona 562 manat maddi ziyan dəymişdir. Cavabdeh dəfələrlə xəbərdarlıq etmiş, lakin edilən söhbətlər bir nəticə vermədiyindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ona görə də X11 tərəfindən xırda buynuzlu heyvanların əkin sahələrinin otarılması nəticəsində 2,0 hektar sahənin 0,50 hektar sahəsinin yararsız hala salınmasına görə dəymiş 562 manat maddi ziyanın və ödənilmiş dövlət rüsumunun Cavabdeh alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi.
3. Cavabdeh tərəfdən iddia ərizəsinə etiraz daxil olmamışdır.
4. Qobustan Rayon Məhkəməsinin 07 iyul 2023-cü il tarixli, 2(026)-215/2023 saylı qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh 562 manat məbləğində dəymiş maddi ziyan və 30 manat dövlət rüsumunun alınaraq İddiaçı veriməsi qət edilmişdir (X17).
5. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Cavabdeh xırda buynuzlu heyvanlarının Qobustan şəhəri ərazisində yerləşən İddiaçı məxsus 2,0 hektar əkin sahəsinin 0,50 hektar sahəsini tapdalayıb yararsız hala salması nəticəsində iddiaçıya 562 manat maddi ziyan dəymişdir.
6. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 1110-cu maddələrinə istinad edərək əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
7. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək Qobustan Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(026)-215/2023 saylı qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
Şikayətin dəlilləri
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qəbul edən məhkəmə sübutların qiymətləndirilməsində prosessual normanın pozuntusuna yol vermiş və iş üzrə əsassız qətnamə qəbul etmişdir. Belə ki, o, iddia ərizəsi ilə əlaqədar keçirilən məhkəmə baxışı zamanı mübahisə predmeti olan torpaq sahəsinin ümumiyyətlə iddiaçıya heç bir aidiyyəti olmadığını və həmin torpaq sahəsinin bələdiyyə mülkiyyətində olduğunu bildirərək, iddianın əsassız olduğunu qeyd etmiş, lakin məhkəmə tərəfindən onun etirazına heç bir münasibət bildirilməmiş və həmin torpaq sahəsinin həqiqətən iddiaçıya aid olmaması ilə əlaqədar ekspertiza təyin edilməmişdir. Məhkəmə yalnız iddiaçının məhkəməyə təqdim etdiyi dövlət reyestrindən çıxarışa, şahid ifadələrinə və vurulmuş maddi ziyanla əlaqədar tərtib olunmuş akta istinad edərək iddianın təmin olunması qənaətinə gəlmişdir. Lakin iddiaçı tərəfindən hər hansı bir torpaq sahəsinə dair mülkiyyət hüququnu təsdiq edən sənədin məhkəməyə təqdim edilməsi heç də mübahisə predmeti olan torpaq sahəsinin də iddiaçıya aid olması demək deyildir. Məhkəmə tərəfindən müvafiq ekspertiza təyin edilsəydi, onda iddiaçı tərəfindən göstərilən torpaq sahəsinin ona heç bir aidiyyəti olmadığı müəyyən olunardı. İşin yuxarıda sadalanan hallarından görünür ki, məhkəmə tərəfindən mübahsə predmeti olan torpaq sahəsinin iddiaçıya aid olubolmaması müəyyən edilməmiş, şahid ifadələri düzgün qiymətləndirilməmiş, həmçinin iddiaçının iddia etdiyi maddi ziyanın da məbləği əsassız hesablanmışdır. Ona görə də hesab edir ki, işin bütün halları yenidən araşdırılmalı, müvafiq ekspertizalar təyin edilməli və işin həqiqi hallarına uyğun iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməlidir.
b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
9. Apellyasiya şikayətlərinə qarşı yazılı etiraz ərizəsi daxil olmamışdır.
c) Apellyasiya icraatı iştirakçılarının izahatları
10. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, onun heyvanları otardığı yerin heç bir sənədi yoxdur. İddiaçı iddia edir ki, həmin yer ona məxsusdur. Amma bu həqiqət deyil. Onun heyvanlarını otarmaq üçün başqa yeri yoxdur. Həmin sahə örüş sahəsidir. Qanunsuz olaraq orada əkin əkilib. İş üzrə eksperiza təyin olunsa torpağın təyinatı müəyyənləşər. İddiaçı onun iştirakı olmadan taxılını da biçib aparıb. O, iddiaçıya ziyan vurmayıb. İddiaçının məhsul əkdiyi yerlə onun heyvan otardığı yerin ölçüləri də fərqlidir. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməsini, Qobustan Rayon Məhkəməsinin 07 iyul 2023-cü il tarixli, 2(026)- 215/2023 saylı qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etdi.
11. Məhkəmə kollegiyasının iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə apellyasiya şikayətini qəbul etməyərək bildirdi ki, iddiaçıya dəyən zərər əslində tələb etdiyindən daha çoxdur. Öz aralarında razılığa gələ bilmirlər. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməməsini, Qobustan Rayon Məhkəməsinin 07 iyul 2023-cü il tarixli, 2(026)-215/2023 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Tətbiq edilən hüquq
12. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1110-cu maddəsinə əsasən heyvanın sahibi öz heyvanının başqalarına vurduğu zərərin əvəzini ödəməyə borcludur. Bu zaman heyvanın nəzarət altında olduğunun, itdiyinin və ya qaçdığının əhəmiyyəti yoxdur.
13. Mülki Prosessual Məcəllə 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
Apellyasiya baxışının hədləri
14. Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
15. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və Qobustan Rayon Məhkəməsinin 07 iyul 2023-cü il tarixli, 2(026)-215/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
16. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X9 Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Şamaxı Ərazi idarəsi tərəfindən 01 sentyabr 2011-ci il tarixdə verilmiş hüquqların X9 daşınmaz əmlakın dövlət reyestrindən MA ******* saylı çıxarışın surətindən görünür ki, X3 mülkiyyətində Qobustan rayonun Mərəzə qəsəbəsi ərazisində 4,00 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi vardır.
17. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Şamaxı Ərazi İdarəsi tərəfindən 20 avqust 2011-ci il tarixdə verilmiş daşınmaz əmlakın texniki pasportunun surətindən görünür ki, X3 mülkiyyətinə Qobustan rayonun Mərəzə qəsəbəsi ərazisindən 4,00 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir.
18. Şamaxı rayonu, Cəyirli kənd sovetliyi tərəfindən verilmiş AZ seriyalı 121975 saylı evlənmək haqqında şəhadətnamənin surətindən görünür ki, X1 Zərnişan Əliş qızı ilə 07 iyul 1969-cu il tarixdə nikahlarını rəsmi qeyd etdirməklə evlənmişlər. Arvada Məlikova soyadı verilmişdir.
19. Qobustan rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı 190840 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 17 iyun 2021-ci il tarixdə vəfat etmişdir.
20. İş materiallarına əlavə olunmuş Qobustan rayonu DAİM-in bitkiçilik sektorunun baş məsləhətçisi Atamoğlan Eminov, DAİM-in bitkiçilik sektorunun məsləhətçisi Mirzəbəy Mirzəhmədov, Qobustan şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini X12, Qobustan şəhər bələdiyyəsinin nümayəndəsi X2, Qobustan şəhər sakini X8 və Qobustan şəhər sakini Cavabdeh 16 mart 2023-cü il tarixdə tərtib etdikləri və Qobustan rayon İHBnın Qobustan şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən təsdiq edilmiş aktdan görünür ki, Nümayəndə mülkiyyətində olan ərazidə əkdiyi 2,0 hektar arpa sahəsinə dəymiş ziyan barədə DAİM-yə ərizə ilə müraciət etmişdir. Ərizəyə əsasən komissiya yaradılaraq sahəyə baxış keçirilmiş, həqiqətən 2,0 hektar sahənin hər yerində xırda buynuzlu heyvanların otladığı və tapdalanaq əzildiyi aşkar olunmuşdur. 2,0 hektar sahənin 0,50 hektarından gözlənilən məhsula görə 562 manat ziyan dəydiyi aşkar edilmişdir.
21. Müəyyən edilmişdir ki, Qobustan şəhər sakini Cavabdeh xırda buynuzlu heyvanlarının Qobustan şəhəri ərazisində yerləşən İddiaçı məxsus 2,0 hektar əkin sahəsinin 0,50 hektar sahəsini tapdalayıb yararsız hala salması nəticəsində iddiaçıya 562 manat maddi ziyan dəymişdir.
22. İş materiallarına əlavə olunmuş fotoşəkillərdən də görünür ki, Cavabdeh xırda buynuzlu heyvanlarını X3 mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə otarmışdır.
23. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, məhkəmə qeyd edilənlərə əsasən iddianı qismən təmin etməkdə haqlı olmuşdur.
24. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X9 Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Şamaxı Ərazi idarəsi tərəfindən 01 sentyabr 2011-ci il tarixdə verilmiş hüquqların X9 daşınmaz əmlakın dövlət reyestrindən MA ******* saylı çıxarışın surətindən görünür ki, X3 mülkiyyətində Qobustan rayonun Mərəzə qəsəbəsi ərazisində 4,00 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi vardır. Qobustan şəhər sakini Cavabdeh xırda buynuzlu heyvanlarının Qobustan şəhəri ərazisində yerləşən İddiaçı məxsus 2,0 hektar əkin sahəsinin 0,50 hektar sahəsini tapdalayıb yararsız hala salması nəticəsində iddiaçıya 562 manat maddi ziyan dəymişdir.
25. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Belə ki, apellyant apellyasiya şikayətində iddiaçıya hər hansı ərər vurmadığını bildirsə də bu dəlilini əsaslandıra bilməmiş, buna dair məhkəməyə heç bir sübut təqdim etməmişdir, onun dəlillərinə isə məhkəmə qətnaməsində araşdırılaraq qiymət verilmişdir.
26. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası apellyasiya şikayətlərində göstərilən dəlilləri formal mülahizələr kimi qimətləndirir və hesab edir ki, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması, eləcə də dəyişdirilməsi üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutlmuş əsaslar mövcud deyil.
27. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.
28. Belə olan halda məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticələrlə razılaşaraq hesab edir ki, qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti isə təmin olunmamalıdır.
29. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 372.1, 372.6, 372.7, 384.0.1, 393, 405 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Q Ə T E T D İ:
Qobustan Rayon Məhkəməsinin 07 iyul 2023-cü il tarixli, 2(026)-215/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Qətnamədən şikayət verilə bilməz.