Məhkəmə qərarları › İş №2(105)-177/2020

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-177/2020

03.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-177/2020 03.11.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Rəhimov Elman Gülbaba oğlu (sədrlik edən, məruzəçi), X23 və X18 ibarət tərkibdə, Vəliyev Vasif Valeh oğlunun katibliyi ilə, X1 Cavabdeh və qeyrilərinə qarşı vərəsəlik şəhadətnamələrinin və reyestrdən çıxarışın etibarsız hesab olunması tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(012)-129/2019 saylı qətnaməsindən X3 tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(012)-129/2019 saylı qətnaməsilə (hakim C.Səfiyeva) X1 Cavabdeh və qeyrilərinə qarşı vərəsəlik şəhadətnamələrinin və reyestrdən çıxarışın etibarsız hesab olunması tələbinə dair iddiası təmin edilməmişdir. Qətnamədən iş üzrə X3 apelyasiya şikayəti vermişdir. İŞİN HALLARİ X3 Cavabdeh qarşı çıxarışın etibarsız hesab edilməsi iddia tələbi ilə məhkəməyə müraciət edərək Cavabdeh adına Abşeron rayonu Xırdalan şəhəri M.Mirqasımov küçəsində 4 a saylı evə dair 23908 nömrəli reyestr kitabında xx.xx.2004-cü il tarixdə qeydə alınmış qeydiyyat vəsiqəsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini, sənədlərin əsli olmadığından çıxarışın və digər sənədlərin cavabdehdən tələb edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X16 xx.xx.1958-ci il tarixdə X9 ilə X4 nikahından doğulmuşdur. X10 xx.xx.1995-ci il tarixdə, X9 xx.xx.1995-ci il tarixdə ölmüşdür. X5 ölümündən sonra ünvan 1 1, yaşayış sahəsi 25,5 kvm, köməkçi sahəsi 19,4 kv.m olan 4 saylı ev miras qalmışdır. Abşeron Rayon Məhkəməsinin xx.xx.2003-cü il tarixli 2- 87/2003 saylı qətnaməsi X14 X13 və X7 qarşı vərəsə kimi tanınma, miras əmlakda olan payın müəyyən edilməsi və həyətyanı torpaq sahəsindən istifdə qaydasının müəyyən edilməsi barədə iddia tələbi qismən təmin edilmiş, ünvan 1 1, 4 saylı evin 1/3 hissəsinə X14, 1/3 hissəsinə X6 və 1/3 hissəsinə X8 payı müəyyən edilmiş, hər birinə Abşeron rayon 1 saylı Dövlət Notariat Kontoru tərəfindən vərəsəlik şəhadətnaməsinin verilməsi qət edilmişdir. X24 xx.xx.2004-cü il tarixdə 2v/01 saylı vərəsəlik şəhadətnaməsi əldə edərək yaşayış sahəsi 25,5 kvm, köməkçi sahəsi 19,4 kv.m olan 4 saylı evi Cavabdeh satmış, mirasın X13 və X7 aid olan hissəsi barədə heç bir əməliyyat aparmamış, şəhadətnamə almamışdır. Lakin, Cavabdeh yaşayış sahəsini satdığı X25 məhkəməyə sübutlar təqdim edərək aldığı sahənin 26.1 kv.m və 27.4 kv.m olduğunu göstərməklə payın artırılmasını tələb etmiş, sənədlərlə tanış olduqda məlum olmuşdur ki, məhkəməyə təqdim edilmiş qeydiyyat saxtadır. X3 iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək Abşeron rayon 1 saylı Dövlət Notariat Kontorunun xx xxxxxx 2003-cü tarixli, 2v/-68 sıra nömrəsi və Abşeron rayon 1 saylı Dövlət Notariat Kontorunun xx.xx.2004-cü il tarixli 2v/01 reyestr nömrəsi ilə qeyd edilmiş qanun üzrə vərəsəlik haqqında şəhadətnaməsinin (vərəsəlik işi nömrəsi 1/100) etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini, Abşeron rayon 1 saylı Dövlət Notariat Kontorunun, DƏDRX-nin Abşeron rayon Ərazi İdarəsinin, X6 və X14 cavabdeh qismində işə cəlb edilməsini,iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Qətnamədən iş üzrə X3 apelyasiya şikayəti verərək göstərmişdir ki, X5 ölümündən sonra ünvan 1 1, yaşayış sahəsi 25,5 kvm, köməkçi sahəsi 19,4 kv.m olan 4 saylı ev miras qalmışdır. Abşeron Rayon Məhkəməsinin xx.xx.2003-cü il tarixli 2-87/2003 saylı qətnaməsi X14 Cəfərova HümayəHəsənbala qızına və X7 qarşı vərəsə kimi tanınma, miras əmlakda olan payın müəyyən edilməsi və həyətyanı torpaq sahəsindən istifdə qaydasının müəyyən edilməsi barədə iddia tələbi qismən təmin edilmiş, ünvan 1 1, 4 saylı evin 1/3 hissəsinə X14, 1/3 hissəsinə X6 və 1/3 hissəsinə X8 payı müəyyən edilmiş, hər birinə Abşeron rayon 1 saylı Dövlət Notariat Kontoru tərəfindən vərəsəlik şəhadətnaməsinin verilməsi qət edilmişdir. X24 xx.xx.2004-cü il tarixdə 2v/01 saylı vərəsəlik şəhadətnaməsi əldə edərək yaşayış sahəsi 25,5 kvm, köməkçi sahəsi 19,4 kv.m olan 4 saylı evi Cavabdeh satmış, mirasın X13 və X7 aid olan hissəsi barədə heç bir əməliyyat aparmamış, şəhadətnamə almamışdır. Lakin, Cavabdeh yaşayış sahəsini satdığı X25 məhkəməyə sübutlar təqdim edərək aldığı sahənin 26.1 kv.m və 27.4 kv.m olduğunu göstərməklə payın artırılmasını tələb etmiş, sənədlərlə tanış olduqda məlum olmuşdur ki, məhkəməyə təqdim edilmiş qeydiyyat saxtadır. Məhkəmə sadaladığı sübütlara heç bir hüquqi qiymət verməmişdir. Yuxarıda göstərilənlərə nəzərə alaraq Abşeron rayon məhkəməsinin 2(012)- 129/2019saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinin ləğv olunması və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, hazırkı iş üzrə Abşeron rayon məhkəməsinin 2(012)- 129/2019saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarından görünür ki, Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(012)-129/2019 saylı qətnaməsilə və qeyrilərinə qarşı vərəsəlik şəhadətnamələrinin və reyestrdən çıxarışın etibarsız hesab olunması tələbinə dair iddiası təmin edilməmişdir. Mülki işin materiallarında olan Abşeron Rayon Məhkəməsinin xx.xx.2003-cü il tarixli 2-87/2003 saylı qətnaməsindən müəyyən edilir ki, X14 X16 və X7 qarşı vərəsə kimi tanınma, miras əmlakda olan payın müəyyən edilməsi və həyətyanı torpaq sahəsindən istifdə qaydasının müəyyən edilməsi tələbi barədə iddiası tələbi qismən təmin edilmiş, ünvan 1 1, 4 saylı evin 1/3 hissəsinə X14, 1/3 hissəsinə X6 və 1/3 hissəsinə X8 payı müəyyən edilmiş, hər birinə Abşeron rayon 1 saylı Dövlət Notariat Kontoru tərəfindən vərəsəlik şəhadətnaməsinin verilməsi qət edilmişdir. Mülki işin materiallarında olan Abşeron rayon 1 saylı Dövlət Notariat Kontorunun xx xxxxxx 2003-cü tarixli qanun üzrə vərəsəlik haqqında şəhadətnamədən müəyyən edilir ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2003-cü il tarixli 2-87/2003 saylı qətnaməsinə əsasən ünvan 1 1, 4 saylı ev birinci dərəcəli vərəsələr X11, X16 və X24 arasında bərabər qaydada bölünmüş, hər birinə 1/3 hissəsi pay müəyyən edilmişdir. Mülki işin materiallarında olan Abşeron rayon 1 saylı Dövlət Notariat Kontorunun xx xxxxxx 2004-cü tarixli qanun üzrə vərəsəlik haqqında şəhadətnamələrindən müəyyən edilir ki, Abşeron Rayon Məhkəməsinin (hakim R.Ağayev) xx.xx.2003-cü il tarixli 2- 87/2003 saylı qətnaməsinə əsasən ünvan 1 1, 4 saylı evin 1/3 hissəsi X7 verilmişdir. Mülki işin materiallarında olan Dövlət Tikinti və Arxitektura Komitəsi Baş Dövlət Texniki İnventarlaşdırma, Mülkiyyət Hüquqlarının Qeydiyyatı və X15 xx.xx.2004-cü il tarixli Qeydiyyat Vəsiqəsindən müəyyən edilir ki, ünvan 1 1, 4 saylı evin yaşayış sahəsi 25,5 kvm, köməkçi sahəsi 19,4 kv.m olan hissəsi mülkiyyət hüququ əsasında X6 adına Abşeron rayon 1 saylı Dövlət Notariat Kontorunun xx xxxxxx 2004-cü tarixli qanun üzrə vərəsəlik haqqında şəhadətnaməsinə əsasən qeydə alınmışdır. Mülki işin materiallarında olan xx.xx.2004-cü il tarixli 229662 saylı alqı-satqı müqaviləsindən müəyyən edilir ki, X11 yaşayış sahəsi 25,5 kvm, köməkçi sahəsi 19,4 kv.m olan 4 saylı evi Cavabdeh satmışdır. Mülki işin materiallarında olan Dövlət Tikinti və Arxitektura Komitəsi Baş Dövlət Texniki İnventarlaşdırma, Mülkiyyət Hüquqlarının Qeydiyyatı və X15 xx.xx.2004-cü il tarixli Qeydiyyat Vəsiqəsindən müəyyən edilir ki, ünvan 1 1, 4 saylı evin yaşayış sahəsi 26,1 kvm, köməkçi sahəsi 27,4 kv.m olan hissəsi mülkiyyət hüququ əsasında Cavabdeh adına Abşeron rayon 1 saylı Dövlət Notariat Kontorunun xx.xx.2004-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən qeydə alınmışdır. Mülki işin materiallarında olan xx.xx.2014-cü il tarixli daşınmaz əmlakın alqı-satqısı müqaviləsindən müəyyən edilir ki, Nəsirov X28 rayonu Xırdalan şəhəri M.Mirqasımov küçəsi dalan 1, 4 saylı evin özünə məxsus ümumi sahəsi 53,5 kv.m, yaşayış sahəsi 26,1 kvm, köməkçi sahəsi 27,4 kv.m olan hissəsini X2. Mülki işin materiallarında olan Daşınmaz Əmlakin Dövlət Reyestrindən çıxarışdan müəyyən edilir ki, ünvan 1 1 ünvanında yerləşən ümumi sahəsi 269,3 kv.m, yaşayış sahəsi 92,8 kv.m, yardımçı sahəsi 176,5 kv.m, 5 otaqdan ibarət olan 4 saylı evin FYE-nin 1/3 hissəsi (yaşayış sahəsi 26,1 kv.m) X17, FYE-nin 1/3 hissəsi X14, FYE-nin 1/3 hissəsi X12 adına daşınmaz əmlakin dövlət reyestrində 108 nömrəli reyestr kitabının 39 nömrəli vərəqində **********29-10301 reyestr nömrəsi ilə xx.xx.2011-ci il tarixdə qeydiyyata alınmışdır. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçının atası X5 ölümündən sonra ünvan 1 1, yaşayış sahəsi 25,5 kvm, köməkçi sahəsi 19,4 kv.m olan 4 saylı ev miras qalmışdır. Abşeron Rayon Məhkəməsinin xx.xx.2003-cü il tarixli 2-87/2003 saylı qətnaməsi ilə X14 Cəfərova HümayəHəsənbala qızına və X7 qarşı vərəsə kimi tanınma, miras əmlakda olan payın müəyyən edilməsi və həyətyanı torpaq sahəsindən istifdə qaydasının müəyyən edilməsi barədə iddia tələbi qismən təmin edilmiş, ünvan 1 1, 4 saylı evin 1/3 hissəsinə X14, 1/3 hissəsinə X6 və 1/3 hissəsinə Cəfərova HümayəHəsənbala qızının payı müəyyən edilmiş, hər birinə Abşeron rayon 1 saylı Dövlət Notariat Kontoru tərəfindən vərəsəlik şəhadətnaməsinin verilməsi qət edilmişdir. Qətnamənin icrası qaydasında X7 vərəsəlik şəhadətnaməsi verilmiş, bundan sonra o, öz 1/3 hissə payına DƏDRX-dən Çıxarış almış, bundan sonra faktiki olaraq naturada yaşayış sahəsi 25,5 kvm, köməkçi sahəsi 19,4 kv.m olan iki otaqlı evi öz payı olaraq xx xxxx 2004-cü il tarixdə Cavabdeh satmışdır. İş materiallarından görünür ki, iddiaçı həm qanun üzrə vərəsəlik şəhadətnaməsinin etibarsızlığı, həm də həmin şəhadətnamə ilə 1/3 hissə payın birinci dərəcəli vərəsə X11 tərəfindən Cavabdeh satılması ilə əlaqədar sonuncunun adına verilmiş qeydiyyat vəsiqəsinin etibarsızlığı barədə qətnamə çıxarılmasını xahiş etmişdir. X1 vəsatəti (apelyasiya şikayəti verən) əsasında xx.xx.2003-cü il tarixli 2-87/2003 saylı qətnamə ilə müəyyən edilmiş 1/3 hissə payın real ölçüsünün müəyyən edilməsi ilə bağlı ekspertiza təyin edilmiş, lakin ekspertin bildirdiyinə görə tərəflər iştirak etmədiyindən ekspertiza keçirilməsi baş tutmamışdır. İş materiallarından görünür ki, Abşeron Rayon Məhkəməsinin qanuni qüvvədə olan xx.xx.2003-cü il tarixli 2-87/2003 saylı qətnaməsi ilə ünvan 1 1, 4 saylı ev birinci dərəcəli vərəsələr X11, X16 və X24 arasında bərabər qaydada bölünmüş, hər birinə 1/3 hissə pay müəyyən edilmiş, həmin qətnamə əsasında qanun üzrə vərəsəlik şəhadətnaməsi verilmişdir. İş materiallarından görünür ki, birinci dərəcəli vərəsə X11 1/3 hissə paya qeydiyyat vəsiqəsi əldə edərək öz payını Cavabdeh satmışdır. Həmin qeydiyyat vəsiqəsinin ləğvi və ya etibarsızlığı tələbi olmadığından, Cavabdeh adına verilmiş qeydiyyat vəsiqəsinin etbarsızlığı tələbinin təmin edilməsi qeyri mümkündür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı apelyasiya şikayətinin əsaslı olmasını təsdiq edən mötəbər sübutları məhkəməyə təqdum edə bilməmişdir. Göstərilən halları və qanunvericiliyin tələblərini nəzərə alan birinci instansiya məhkəməsi iddianı qismən təmin etməkdə haqlı olmuşdur, işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur, ona görə də apellyasiya şikayətinin dəlilləri əsassız hesab olunaraq təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: Apelyasiya şikayəti təmin edilməsin. İş üzrə Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(012)-129/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada alındığı gündən 2 (iki) ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Ali Məhkəmənin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə alındığı gündən gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Elman Rəhimov Hakimlər: Gülnarə Tağızadə Telman Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar