Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-177/2022 28.09.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh və iddiaçı Cavabdeh İddiaçı qarşı mülki iş üzrə (Açar sözlər: borc tələbi və kredit müqaviləsinin ləğv edilməsi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Quliyev Telman Osman oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Gülnarə Fikrət qızı və Məmmədova Lətifə Məhyəddin qızından ibarət tərkibdə, Mürsəlova Heyran Mehman qızının katibliyi, iddiaçı-Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə Sumqayıt Şəhər Məhkəməsinin 19 may 2021-ci il tarixli, 2(060)-2808/2021 nömrəli qətnaməsindən Cavabdeh və Sumqayıt Şəhər Məhkəməsinin 23 dekabr 2021-ci il tarixli, 2(060)-6898/2021 nömrəli qətnaməsindən iddiaçı Cavabdeh Hüseyn oğlu tərəfindən verilmiş apellyasiya şikayətlərinə Sumqayıt Apellyasiya Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı Əbdürəhman qızı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edib, Cavabdeh 30.000 (otuz min) manat məbləğində borcun, xx.xx.2020-ci il tarixdən başlayaraq hazırki məhkəmə qətnaməsi icra olunan tarixədək borcun ödənilməmiş qalan hissəsi nəzərə alınmaqla illik 5 faiz hesablanmaqla əldən çıxmış faydanın və 30 manat ödənilmiş dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Əbdürəhman qızı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Sumqayıt şəhəri 4 saylı notariat kontorunun xüsusi notariusu C.Rüstəmov tərəfindən təsdiq edilmiş 17 avqust 2019-cu il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh 30.000 (otuz min) manat məbləğində pul borc vermişdir. Müqaviləyə əsasən cavabdeh aldığı borcu xx.xx.2020-cı il tarixədək qaytarmalı idi. Lakin cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəlikləri icra etməmiş və ona olan borcu ödəməmişdir. Cavabdehin iddia ərizəsinə qarşı yazılı etirazı daxil olmamışdır. Sumqayıt Şəhər Məhkəməsinin 19 may 2021-ci il tarixli, 2(060)-2808/2021 nömrəli qətnaməsi ilə (hakim Aynur Behbudova) İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia qismən təmin edilib, Cavabdeh 30.000 (otuz min) manat məbləğində borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun alınaraq İddiaçı Əbdürəhman qızına verilməsi və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi iddia ərizəsinin qismən təmin edilməsi nəticəsinə gələrkən hesab etmişdir ki, İddiaçı Əbdürəhman qızı 17 avqust 2019-cu il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh 30.000 manat məbləğində faizsiz borc vermiş, cavabdeh krediti xx.xx.2020-ci il tarixədək iddiaçıya qaytarmağı öhdəsinə götürmüş, lakin indiyədək həmin borcu iddiaçıya geri qaytarmamışdır. Bununla yanaşı, İddiaçı Əbdürəhman qızı Cavabdeh xx.xx.2020-ci il tarixdən başlayaraq hazırki məhkəmə qətnaməsi icra olunan tarixədək borcun ödənilməmiş qalan hissəsi nəzərə alınmaqla illik 5 faiz hesablanmaqla əldən çıxmış faydanın alınması tələbinin əsası kimi istinad etdiyi halları Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq qaydada sübut edə bilməmiş, bu barədə müvafiq sübutları məhkəməyə təqdim etməmiş, işin tədqiq olunan hallarına əsasən iddia tələbi həmin hissədə öz təsdiqini tapmamışdır. Həmçinin tərəflər arasında bağlanmış, müqavilənin 3-cü bəndinə əsasən kreditin faizsiz verilməsi şərtləşdirilmiş və müqavilədə cavadehin üzərinə öhdəliyi pozmağa görə hər hansı məsuliyyət qoyulmamışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 425, 443.1, 448.1, 448.2, 449.1, 739.1, 739.2-ci maddələri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 106.1, və 217.4-cü maddələrinin tələbləri ilə əsaslandırmışdır. Eyni zamanda iddiaçı Cavabdeh Hüseyn oğlu iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edib, onunla cavabdeh İddiaçı Əbdürəhman qızı arasında bağlanmış xx.xx.2019-cu il tarixli kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Cavabdeh Hüseyn oğlu iddia tələbini onunla əsaslandırmışdır ki, onunla cavabdeh İddiaçı Əbdürəhman qızı arasında 17 avqust 2019-cu il tarixdə Sumqayıt şəhəri 4 saylı notariat ofisində kredit müqaviləsi bağlanmışdır. Həmin borc müqaviləsinə əsasən cavabdeh ona xx.xx.2020-ci ilədək qaytarmaq şərti ilə 30.000 (otuz min) manat məbləğində borc verməyi öhdəsinə götürmüşdür. Cavabdehlə aralarında bağlanmış borc müqaviləsi formal xarakterli olmuş, əslində cavabdeh ona bir manat da olsun borc pul verməmişdir. Cavabdeh onun həyat yoldaşının bacısı oğlu Süleymanov Orxanın həyat yoldaşıdır. 2017-ci ildə həyat yoldaşının xəstəliyi ilə əlaqədar olaraq ondan hissə-hissə borc pul götürmüş və həmin borc faizi ilə birlikdə 30.000 manat olmuşdur. Qeyd etdiyi kimi cavabdeh həmin pulu onlara faizə vermişdir. Pula ehtiyacları olduğu üçün çətin vəziyyətdə olduğundan o, borc müqaviləsini bağlamışdır. Bundan sonra borcunun əvəzinə, o, tələb etmişdir ki, evlərini onun adına keçirsinlər. Beləliklə, onlara aid Yaşma bağ massivində yerləşən 199 saylı xüsusi mülkiyyəti onun adına keçirmişlər, o isə həmin mülkü sataraq 36.500 manat məbləğində pul götürmüşdür. Bundan sonra İlahədən kredit müqaviləsinin ləğvini tələb etsə də, o, müqaviləni ləğv etmək üçün notariusa gəlməmişdir. Bundan əlavə pulun faizi olaraq 20.000 manatı da ona qaytarmışdırlar. Bununla bağlı qəbzlər də var. Onlar cavabdehə olan borcu iki qat qaytarmışdırlar. Bu səbəbdən də onun hal-hazırda cavabdehə heç bir borcu yoxdur. Cavabdehin iddia ərizəsinə qarşı yazılı etirazı daxil olmamışdır. Sumqayıt Şəhər Məhkəməsinin 23 dekabr 2021-ci il tarixli, 2(060)-6898/2021 nömrəli qətnaməsi ilə (hakim Günel Tanrıverdiyeva) iddiaçı Cavabdeh Hüseyn oğlunun cavabdeh İddiaçı Əbdürəhman qızına qarşı kredit müqaviləsinin ləğv edilməsi tələbinə dair iddiası təmin edilməmişdir. Birinci instansiya məhkəməsi iddia ərizəsinin rədd edilməsi nəticəsinə gələrkən hesab etmişdir ki, iddiaçı Cavabdeh Hüseyn oğlu xx.xx.2019-cu il tarixli kredit müqaviləsinin ləğv edilməsi üçün əsas ola bilən hallara dair məhkəməyə hər hansı sübut təqdim edə bilməmişdir. Belə ki, iddiaçı iddia tələbinin əsası kimi mübahisələndirilən borc müqaviləsinin formal olaraq bağlanmasına istinad etmişdir. Halbuki, bu hal müqavilənin ləğvi üçün deyil, onun etibarsızlığı üçün əsas ola bilər. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6, 390.1, 421.1, 421-424-ci maddələri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.1, 14.2, 77.1, 78-ci maddələrinin tələbləri ilə əsaslandırmışdır. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiaysının 19 iyul 2022-ci il tarixli, 2(105)-1524/2022 nömrəli qərardadı ilə iddiaçı Cavabdeh Hüseyn oğlunun cavabdeh İddiaçı Əbdürəhman qızına qarşı kredit müqaviləsinin ləğv edilməsi tələbinə dair 2(105)- 1524/2022 nömrəli mülki iş Sumqayıt Apellyasiya Məhkəməsinin icraatında olan İddiaçı Cavabdeh qarşı pul tələbinə dair 2(105)-177/2022 nömrəli digər mülki işlər baxılmaq üçün bir icraatda birləşdirilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri Sumqayıt Şəhər Məhkəməsinin 19 may 2021-ci il tarixli, 2(060)-2808/2021 nömrəli qətnaməsindən Cavabdeh apellyasiya şikayəti verib, qətnamənin ləğv edilərək iddianın rədd edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri: İddiaçı onun həyat yoldaşının bacısı oğlunun həyat yoldaşıdır. Dəfələrlə bağladıqları müqavilənin tələbini qoyan iddiaçı onlara aid Yaşma bağ massivində yerləşən 199 saylı xüsusi mülkiyyətində olan torpaq sahəsini satdıraraq həmin 36.500 manat pulunu götürmüşdür. İddiaçı baldızının gəlini olduğu üçün ona etibar etmiş və 6 sot torpağı və üzərində mövcud sənədləşdirilməmiş iki mərtəbəli evi onun adına keçirmişlər. Bundan sonra bundan sonra iddiaçıdan kredit müqaviləsinin ləğv edilməsini tələb etsə də, müqavilənin ləğv üçün iddiaçı notariat kontoruna gəlməmişdir. Alınmış kredit borcunu əlavə olaraq 20.000 manat faizi ilə birlikdə qaytarmış və bu halı təsdiq edən qəbzlər mövcuddur. Qeyd olunan hallar birinci instansiya məhkəmələri tərəfindən nəzərə alınmamışdır. Sumqayıt Şəhər Məhkəməsinin 23 dekabr 2021-ci il tarixli, 2(060)-6898/2021 nömrəli qətnaməsindən iddiaçı Cavabdeh Hüseyn oğlu apellyasiya şikayəti verib, qətnamənin ləğv edilərək iddianın təmin edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri: Birinci instansya məhkəməsi qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalrının tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, borc müqaviləsi adətən nağd pulun və ya əşyanın borcalanın, yaxud onun göstərdiyi şəxsin sahibliyinə qəbul olunması anından bağlanmış sayılır. Məhkəmə araşdırması zamanı toplanmış və tədqiq edilmiş sübutlardan göründüyü kimi mübahisələndirilən müqavilə üzrə borc məbləğinin borcalana verilməsini təsdiq edən heç bir sübut yoxdur. Mübahisə üzrə borc məbləği notariusun bankda açdığı depozit hesabı vasitəsilə köçürülmə olduğu halda həmin qaydada həyata keçirilməmişdir. Bununla bağlı notariat orqanı tərəfindən heç bir sənəd təqdim edilməmişdir. Bu isə iddiaçının pul məbləğinin ona verilməməsi, borcun verilməsi barədə borc verənin üzərinə götürdüyü öhdəliyin icra edilməməsi barədə dəlillərinin inandırıcı olması qənaətinə gəlməyə əsas verir. b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazı İddiaçı-cavabdeh İddiaçı Əbdürəhman qızının apellyasiya şikayətlərinə qarşı yazılı etirazı daxil olmamışdır. b) Apellyasiya icraatı iştirakçılarının izahatları İddiaçı-Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətlərini müdafiə edib, təmin olunmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada iddiaçıcavabdeh İddiaçı Əbdürəhman qızına məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə kollegiyası işə iddiaçı-cavabdeh İddiaçı Əbdürəhman qızının iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Mülki Məcəllə Maddə 324. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Bu Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya öç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Maddə 331.1. Yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Maddə 337. bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Maddə 340.2. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Maddə 354.1. Əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Maddə 354.2. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 389. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir. Bu fəslin qaydalarında və müqavilələrin ayrıayrı növlərinə dair bu Məcəllənin qaydalarında ayrı hal nəzərdə tutulmayıbsa, müqavilədən əmələ gələn öhdəliklərə öhdəliklər haqqında ümumi müddəalar tətbiq edilir. İkidən çox tərəfin bağladığı müqavilələrə müqavilə haqqında ümumi müddəalar belə bir şərtlə tətbiq edilir ki, bu, həmin müqavilələrin çoxtərəfli xarakterinə zidd olmasın. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 739. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Maddə 740. Borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan istifadə edilə bilər. Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanması üçün əsasdır. Apellyasiya baxışının hədləri Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, Sumqayıt Şəhər Məhkəməsinin 19 may 2021-ci il tarixli, 2(060)-2808/2021 nömrəli və Sumqayıt Şəhər Məhkəməsinin 23 dekabr 2021-ci il tarixli, 2(060)-6898/2021 nömrəli qətnamələri dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan 17 avqust 2019-cu il tarixli kredit müqaviləsindən görünür ki, Hacıbəyova X3 Gülağa Hüseyin oğluna 30.000 manat məbləğində faizsiz borc vermiş, cavabdeh isə krediti xx.xx.2020-ci il tarixədək iddiaçıya qaytarmağı öhdəsinə götürmüşdür. 09 yanvar 2020-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, X4 mülkiyyətində olan Sumqayıt şəhəri, Yaşma bağları ərazisi, “Şüşəçi” B/Y 199 ünvanında yerləşən ümumi sahəsi 0.06 ha olan torpaq sahəsini X2 3000 (üç min) manata satmışdır. "xxxx" BOKT ASC və İddiaçı Əbdürəhman qızı arasında bağlanmış 2019/00235-01 saylı, 15 avqust 2019-cu il tarixli kredit müqaviləsindən görünür ki, bank tərəfindən İddiaçı Əbdürəhman qızına istehlak məqsədi üçün illik 36 faiz ödənilməsi şərti ilə 36 ay müddətinə 30.000 (otuz min) manat məbləğində kredit verilmiş, borcalan krediti müəyyən olunmuş müddətdə borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. Novosibirsk Sosial Kommersiya Levoberejnıy bankı tərəfindən verilmiş xx.xx.2021ci il tarixli arayışdan görünür ki, X5 bank vasitəsi ilə xx.xx.2018-ci ildən xx.xx.2019-cu il tarixədək Azərbaycan Respublikasına alıcı X2 435000.59 rubl məbləğində köçürmə etmişdir. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı Əbdürəhman qızı 17 avqust 2019-cu il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh 30000 manat məbləğində faizsiz borc vermiş, cavabdeh isə krediti xx.xx.2020-ci il tarixədək iddiaçıya qaytarmağı öhdəsinə götürmüş, lakin indiyədək həmin borcu iddiaçıya geri qaytarmamışdır. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Həmin prinsip müəyyən edir ki, müqavilə qüvvəyə mindiyi andan tərəflər üçün məcburi xarakterə malik olur və onun şərtləri, bir qayda olaraq, dəyişdirilmir. Bu, mülki dövriyyənin sabitliyini, möhkəmliyini və dayanıqlığını təmin edir. Eyni zamanda, mülki qanunvericilik müqavilənin qüvvədə olduğu müddət ərzində dəyişdirilməsinin və ləğv edilməsinin mümkünlüyünü də nəzərdə tutur. Mülki qanunvericilikdə müqavilə hüququnun əsasını təşkil edən müqavilə azadlığı prinsipi ilə yanaşı, bağlanan müqavilələrin ümumi şərtlərini (müqavilənin növlərini və formasını, onun standart şərtlərini, dəyişdirilməsinin və ləğv edilməsinin əsaslarını və s.), o cümlədən bağlanmış müqavilənin qüvvəsini tənzimləyən bir sıra müddəalar nəzərdə tutulmuşdur. Müqavilənin dəyişdirilməsinin və ləğv edilməsinin əsasları, qaydası və nəticələri Mülki Məcəllənin 421-424-cü maddələrinin normaları ilə tənzimlənir. Həmin Məcəllənin 421.1-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Müqavilənin ləğv edilməsi onun qüvvəsinə xitam verir. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi əsasları aşağıdakılardır: 1) Mülki Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə; 2) Tərəflərdən birinin tələbi ilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Pozuntu o halda mühüm xarakterə malik olur ki, digər tərəfin müqavilənin məqsədlərinə nail olmasına imkan vermir; 3) Tərəflərdən biri müqavilənin icrasından tamamilə və ya hissə-hissə birtərəfli imtina etdikdə. Məhkəmə hesab edir ki, hazırki iş üzrə iddiaçı Cavabdeh Hüseyn oğlu xx.xx.2019- cu il tarixli kredit müqaviləsinin ləğv edilməsi üçün əsas ola bilən hallara dair məhkəməyə hər hansı sübut təqdim edə bilməmişdir. İddiaçı Cavabdeh iddia tələbinin əsası kimi mübahisələndirilən borc müqaviləsinin formal olaraq bağlanmasına istinad etmişdir. Halbuki, bu hal müqavilənin ləğvi üçün deyil, onun etibarsızlığı üçün əsas ola bilər. İddia tələbinin digər əsasları (borcun əvəzində Yaşma bağ massivində yerləşən 199 saylı evin cavabdehin ərinin adına alqı-satqı edilməsi və borc məbləğinin tam məbləğdə ödənilməsi) ilə bağlı isə məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. İşin obyektiv həli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən ağaışdakı qayda əsas tutulmalıdır. 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar birbirini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Beləliklə, işin faktiki halları ilə müəyyən olur ki, xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən Ağayev X1 İlahə Əbdürəhman qızından 30000 manat məbləğində borc almışdır. Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca yerinə yetirmədiyi üçün İddiaçı Əbdürəhman qızının müqavilə üzrə borcunun tutulması tələbi ilə çıxış etməkdə haqlı olmuşdur. Cavabdeh həmin borcu xx.xx.2020-ci il tarixədək qaytarmağı öhdəsinə götümüşdür. Həmin müqavilə üzrə öhdəliyin icrası barədə hər hansı bir rəsmi sənəd mövcud deyildir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticələr ilə razılaşaraq hesab edir ki, birinci instansiya məhkəmələri tərəfindən hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Nəzərə almaq lazımdır ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Mülki Prosessual Məcəlləyə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətlərinin dəlilləri birinci instansiya məhkəməsinin qanuni və əsaslı qətnamələrinin ləğvi üçün əsaslı hesab edilə bilməz. Qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarına maddi və prosessual hüquq normalarını düzgün tətbiq etdiyindən birinci instansiya məhkəməsinin qətnamələri iddiaçı-Cavabdeh münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392-393 və 405.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı-Cavabdeh apellyasiya şikayətləri təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 19 may 2021-ci il tarixli, 2(060)-2808/2021 nömrəli qətnaməsi Cavabdeh münasibətdə və Sumqayıt Şəhər Məhkəməsinin 23 dekabr 2021-ci il tarixli, 2(060)-6898/2021 nömrəli qətnaməsi iddiaçı Cavabdeh Hüseyn oğluna münasibətdə dəyişdirilmədən saxlansın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-177/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-177/2022
28.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver