Məhkəmə qərarları › İş №2(105)-1776/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1776/2021

05.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1776/2021 05.07.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X4 Tağızadənin sədrliyi və məruzəsi, X1 Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Elnarə Nəriman qızı Ağayevanın katibliyi, İddiaçının nümayəndəsi:X2, Cavabdeh: Cavabdeh2 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit və ona hesablanmış faizlərin tutulması tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin 02 mart 2021-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Quba Rayon Məhkəməsinin 02 mart 2021-ci il tarixli qətnaməsi ilə (hakim İ.A.Məmmədov) iddianın qismən təmin edilməsi, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada əsas borc üzrə 5895 (beş min səkkiz yüz doxsan beş) manat 30 (otuz) qəpik, faiz borcu üzrə 687 (altı yüz səksən yeddi) manat 10 (on) qəpik, müqavilə müddəti bitdikdən sonra illik 5% hesablanmaqla faiz borcu üzrə 1002 (bir min iki) manat 90 qəpik, cəmi 7586 (yeddi min beş yüz səksən altı) manat 30 qəpik, dövlət rüsumu üçün ödənilmiş 30 (otuz) manat və 40 qəpik bank xidmət haqqı məbləğində pul vəsaitinin alınıb İddiaçı-nin xeyrinə tutulması qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1n və Cavabdeh2 İddiaçı-nin xeyrinə əsas borc üzrə 5895.3 manat, faiz borcu üzrə 1305.79 manat, müqavilə müddəti bitdikdən sonra illik 5 faiz hesablanmaqla, faiz borcu üzrə 1002.9 manat, cəmi 8203.99 manat kredit borcunun, həmçinin iddia ərizəsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun və 40 qəpik bank xidmət haqqının tutulmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı-nin Quba filialı ilə Cavabdeh1 arasında bağlanmış 157 nömrəli 01.07.2014-cü il tarixli kredit müqaviləsinə əsasən bank Cavabdeh1 illik 18 faizlə 36 ay müddətinə 10.000 (on min) manat kredit verilmişdir. Kredit müqaviləsinin təminatı kimi iddiaçı ilə Cavabdeh2 arasında 01.07.2014-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinə görə zamin borcalanın kreditor qarşısında öhdəliyinin icra edilməməsinə görə borcalanla birlikdə məsuliyyət daşıyır. Cavabdehlər tərəfindən yuxarıda qeyd edilən kredit müqaviləsinin şərtlərinə uyğun olaraq kredit müqaviləsi üzrə verilmiş vəsait və ona hesablanmış faizlər tam və vaxtında ödənilməmişdir. Həmçinin kredit müqaviləsinin şərtlərindən biri də gecikdirilmiş borc nəticəsində cərimə borcunun hesablanmasıdır. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı səy göstərsədə, cavabdeh öz öhdəliyini bu günədək yerinə yetirməmişdir. Yuxarıda adı çəkilən 157 nömrəli 01.07.2014-cü il tarixli kredit müqaviləsinə əsasən əsas borc üzrə 5895.3 manat, faiz borcu üzrə 1305.79 manat, müqavilə müddəti bitdikdən sonra illik 5 faiz hesablanmaqla, faiz borcu üzrə 1002.9 manat, cəmi 8203.99 manat borcu mövcuddur. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdeh2 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosessual huquq normalarını düzgün tətbiq etməmiş və işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət edir. Hazırki iş üzrə məhkəmə tərəfindən illik 5 faiz hesablanaraq 1002,90 manat məbləğində faiz borcunun tutulması hissəsi əsassız və qanunsuzdur həmin borc onların deyil, iddiaçının hərəkətləri səbəbindən baş vermişdir. Quba Rayon Məhkəməsinin 02 mart 2021-ci il tarixli 2(027)-132/2021 saylı qətnaməsinin illik 5% hesablanmaqla faiz borcu üzrə 1009,90 manat hissəsində ləğv edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Cavabdeh2 məhkəməyə ərizə göndərərək hazırda Quba Rayon Məhkəməsinin qətnaməsindən verilmiş şikayətindən imtina etdiyi üçün geri qaytarılmasını və apellyasiya icraatına xitam verilməsini xahiş etmişdir. Bu hissədə mülki-prosessual qanunvericiliyinin müddəaları onlara aydındır. İş üzrə iddiaçının nümayəndəsi R.N.Ramazanova məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə kollegiyası məruzəçi hakimi dinləyərək, işdə olan sübutları, işin bütün faktiki hallarının araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, şikayətdən imtina edilməsi məhkəmə tərəfindən qəbul edilməlidir. Azərbaycan Respublikası MPM-nin 369.4-cü maddəsinə əsasən şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir. İş materiallarından göründüyü kimi, Cavabdeh2 şikayətdən imtina etməsi qanuna zidd deyildir, digər şəxslərin maraqlarına toxunmur və buna görə də, onun şikayətdən imtinası qəbul edilməli və iş üzrə apellyasiya icraatı xitam olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 263, 369.4-cü maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA A L D İ: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit və ona hesablanmış faizlərin tutulması tələbinə dair iş üzrə apellyasiya icraatı xitam olunsun. Qərardad elan edildiyi andan qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar