Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1776/2022 12.09.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X7 Tağızadənin sədrliyi və məruzəsi, X3 Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Samirə Zahid qızı Məmmədovanın katibliyi, İddiaçı: İddiaçı, Cavabdeh: Cavabdeh, Cavabdehin nümayəndəsi: X1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı alimentin məbləğinin artırılması tələbinə dair mülki iş üzrə Xızı Rayon Məhkəməsinin 01 iyun 2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Xızı Rayon Məhkəməsinin 01 iyun 2022-ci il tarixli qətnaməsi ilə (hakim E.A.Abdullayev) iddia ərizəsinin qismən təmin edilməsi, hazırkı qətnamə qanuni qüvvəsini aldığı vaxtdan 24 sentyabr 2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Şəki Apellyasiya Məhkəməsinin 10 dekabr 2020-ci il tarixli 2(107)- 2396/2020 saylı qətnaməsi ilə Cavabdeh iddiaçı Əliyeva (Nəzarəliyeva) Kəmalə Yasin qızının xeyrinə tutulmuş alimentin miqdarının artırılaraq hər ay 193 (yüz doxsan üç) manat məbləğində müəyyən edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. İ Ş İ N H A L L A R İ: Əliyeva (Nəzarəliyeva) Kəmalə Yasin qızı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən Şəki Apellyasiya Məhkəməsinin 10 dekabr 2020-ci il tarixli 2(107)-2396/2020 saylı qətnaməsi ilə tutulan alimentin artırılaraq, birgə nikahlarından doğulmuş 24 sentyabr 2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 193 manat sabit pul məbləğində alimentin, uşaq 3 yaşına çatana qədər hər ay 50 manat maddi yardımın və mediasiyaya müraciət edilməsi üçün ödənilmiş 50 manat maddi yardımın və mediasiyaya müraciət edilməsi üçün ödənilmiş 50 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, o, cavabdeh ilə 17 fevral 2019-cu il tarixdə rəsmi nikah bağlamaqla ailə qurmuşlar. Birgə nikahlarından 24 sentyabr 2019-cu il təvəllüdlü X5 doğulmuşdur. Qax Rayon Məhkəməsinin 28 sentyabr 2020-ci il tarixli 2(024)- 456/2020 saylı qətnaməsi ilə tərəflər arasında 17 fevral 2019-cu il tarixdə Qax rayon Qeydiyyat şöbəsində bağlanmış 16 nömrə ilə qeyd edilmiş nikahın pozulması, 24 sentyabr 2019-cu ildə dogulmuş Ə.Cavabdehanın onun himayəsində olmasının müəyyən edilməsi, cavabdehdən 24 sentyabr 2019-cu ildə doğulmuş Ə.Cavabdehanın yetkinlik yaşına çatanadək saxlanması və maddi cəhətdən təmin edilməsi üçün hər ay sabit pul məbləğində bir uşaq üçün 100 manat və Ə.Nəzarəliyeva üç yaşına çatanadək hər ay 30 (otuz) manat sabit pul məbləğində alimentin alınaraq ona verilməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin 10 dekabr 2020-ci il tarixli 2(107)-2396/2020 saylı qətnaməsi ilə Qax Rayon Məhkəməsinin 28 sentyabr 2020-ci il tarixli 2(024)-456/2020 saylı qətnaməsi alimentə aid hissədə dəyişdirilmiş, cavabdehdən 24 sentyabr 2019-cu ildə doğulmuş Ə.Cavabdehanın yetkinlik yaşına çatanadək saxlanması və maddi cəhətdən təmin edilməsi üçün hər ay sabit pul məbləğində 120 (bir yüz iyirmi) manat məbləğində aliment alınaraq ona verilməsi və qətnamə alimentə aid qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. O, işsiz qadındır, əlavə gəlir yeri yoxdur. Uşağın maddi təlabatını qarşılaya bilmir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə qətnamə qəbul edərkən maddi hüquq normalarını pozmuşdur. O, ürək xəstəsi olmaqla, dil qüsurludur. Xəstəliyi ilə əlaqədar işləmək imkanı yoxdur. Aliment ödəməkdən imtina etmir. Ailəsinin köməkliyi ilə ancaq ayda 125 manat aliment ödəmək imkanı vardır. Məhkəmə qətnamə qəbul olunan zaman bunları nəzərə almamışdır. Xızı Rayon Məhkəməsinin 01 iyun 2022-ci il tarixli 2(068)-88/2022 saylı qətnaməsinin qismən ləğv edilməsi, birgə nikahdan anadan olmuş 24 sentyabr 2019-cu il təvəllüdlü Ə.Cavabdehanın yetkinlik yaşına çatana qədər saxlanması üçün iddiaçının xeyrinə 125 manat sabit pul məbləğində alimentin qət edilməsi barədə yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Cavabdeh və nümayəndəsi N.A.Nəzərəliyev apellyasiya şikayətinin dəlillərini müdafiə etdilər, eyni məzmunlu izahat verdilər və təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdilər. İddiaçı (Nəzarəliyeva) apellyasiya şikayətinin dəlillərini qəbul etmədi, iddia ərizəsinə uyğun izahat verdi və qətnamənin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası məruzəçi hakimi, tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara görə iş üzrə məhkəmə qətnaməsi dəyişdirilməməlidir, apellyasiya şikayəti isə təmin edilməməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddia ərizəsini qismən təmin edərkən, cavabdehin bir valideyn kimi uşaqların saxlanılmasında maddi köməklik göstərməsinə bir ata kimi borclu olduğuna istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına uyğundur. Belə ki, Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İddia ərizəsindən və mülki işin materillarından görünür ki, tərəflər 17 fevral 2019-cu il taixdə ailə qurmuş, onların bu nikahdan 24 sentyabr 2019-cu il təvəllüdlü X5 adlı uşaqları doğulmuş və tərəflər arasında nikah 28 sentyabr 2020-ci il tarixdə pozulmuşdur. İşdə olan Şəki Apellyasiya Məhkəməsinin 10 dekabr 2020-ci il tarixli 2(107)- 2396/2020 saylı qətnaməsindən görünür ki, Qax Rayon Məhkəməsinin 28 sentyabr 2020ci il tarixli 2(024)-456/2020 saylı qətnaməsi ilə iddiaçı ilə cavabdeh arasında 17 fevral 2019-cu il tarixdə Qax rayon qeydiyyat şöbəsində bağlanmış 16 nömrə ilə qeyd edilmiş nikahın pozulması, 24 sentyabr 2019-cu ildə doğulmuş Ə.Cavabdehanın iddiaçının himayəsində olmasının müəyyən edilməsi, cavabdehdən 24 sentyabr 2019-cu ildə doğulmuş Ə.Cavabdehanın yetkinlik yaşına çatanadək saxlanması və maddi cəhətdən təmin edilməsi üçün hər ay sabit pul məbləgində aliment alınaraq iddiaçıya verilməsi, alimentin tutulmasının 28 sentyabr 2020-ci il tarixdə hesablanması və qətnamənin alimentə dair hissədə dərhal icra olunması qət edilmişdir. Həmçinin, həmin qətnaməyə əsasən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Qax Rayon Məhkəməsinin 28 sentyabr 2020-ci il tarixli 2(024)- 456/2020 saylı qətnaməsi alimentə aid hissədə dəyişdirilmiş, cavabdehdən 24 sentyabr 2019-cu ildə doğulmuş Ə.Cavabdehanın yetkinlik yaşına çatanadək saxlanılması və maddi cəhətdən təmin edilməsi üçün hər ay sabit pul məbləğində 120 (bir yüz iyirmi) manat məbləğində aliment alınaraq iddiaçıya verilməsi və qətnamənin alimentə aid qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. İşdən görünür ki, iddiaçı alimentin miqdarının artırılması tələbi üçün 50 manat mediasiya xərci ödəmişdir. «Uşaq hüquqları haqqında» xx.xx.1959-cu il tarixli Bəyannamənin 6-a maddəsinə əsasən uşaq mümkün olduqda, valideynlərin himayəsində və onların məsuliyyəti altında və hər halda, məhəbbət və mənəvi-maddi təminat mühitində böyüməlidir. «Uşaq hüquqları haqqında» BMT-nin xx.xx.1989-cu il tarixli Konvensiyasının 18-ci maddəsinə əsasən uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər daşıyırlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1 və 75-4-cü maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqlarının saxlanması barədə vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən isə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Ailə Məcəlləsinin 78.3-cü maddəsində isə təsbit edilmişdir ki, tərəflərdən hər biri ilə uşaq qalıbsa bir valideyndən az təminatlı digər valideynin xeyrinə hər ay tutulan alimentin miqdarı bu Məcəllənin 78.2-ci maddəsinə uyğun olaraq məhkəmə tərəfindən sabit pul məbləğində müəyyən edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ail əvə ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Qanunvericiliyə əsasən uşaqlarını saxlamaq valideynlərin vəzifəsidir. Valideynlərdən aliment uşaqların mənafeyi üçün tutulur. Alimentin tutulmasında məqsəd valideynlərin öz vəzifələrini yerinə yetirməsi və uşaqların normal həyat səviyyəsinin təmin edilməsidir. Odur ki, birinci instansiya məhkəməsi haqlı olaraq, uşaqların mənafeyini nəzərə alıb, iddianı təmin etmişdir. Məhkəmə kollegiyası cavabdehin maddi vəziyyətinin ağır olması barədə gətirdiyi dəlilin, iddianın rədd edilməsi üçün əsas ola bilməməsini qeyd edir. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. «Yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununun tələbinə əsasən uşaqlar üçün yaşayış minimumu 2022-ci ildə 193 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası MPM-nin 402-1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərilən digər dəlilləri də araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan və işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadığından, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 384.0, 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Xızı Rayon Məhkəməsinin bu iş üzrə 01 iyun 2022-ci il tarixli 2(068)-88/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-1776/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1776/2022
12.09.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver