Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1783/2020 25.09.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), X4 və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi Qasımova Vüsalə Yadigar qızının katibliyi, İddiaçı2 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin 2(067)-6166/2016 saylı, xx xxxxxx 2016-cl il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Xaçmaz Rayon Məhkəməsinin 2(067)-6166/2016 saylı, xx xxxxxx 2016-cl il tarixli qətnaməsi ilə (hakim A.İbrahimov) iddia qismən təmin edilmiş, X2 18.291 (on səkkiz min iki yüz doxsan bir) manat məbləğində pulun alınaraq İddiaçı1 verilməsi, iddianın qalan hissəsinin isə təmin edilməməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh apelyasiya şikayəti verərək Xaçmaz Rayon Məhkəməsinin 2(067)-6166/2016 saylı, xx xxxxxx 2016-cl il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın 6728 manat hissəsinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı1 və İddiaçı2məhkəmədəiddiaqaldıraraq, Cavabdeh 18291 manat pulun alınaraqonlaraverilməsibarəsindəqətnaməqəbuledilməsinixahişetmişlər. İddiaçılar tələbi bununla əsaslandırmışlar ki, İddiaçı1 fiziki şəxs kimi 2014-cü ilin noyabr ayından 2015-ci ilin may ayına kimi şəriki İddiaçı2 ilə birlikdə şirniyyat məhsullarının satışı ilə məşğul olmuşdur. Mağaza Bakı şəhəri, Dərnəgül qəsəbəsində, Naxçıvani küçəsi, 168 saylı ünvanda yerləşmişdir. 2014-cü ilin oktyabr ayında müştəri kimi gəlib gedən Cavabdeh ona bildirmişdir ki, şirniyyat alveri ilə məşğul olmaq istəyir. Təklif etmişdir ki, ona hissə-hissə mal verilsin, o da satıb pulunu qaytarsın. Bu razılaşmadan sonra xx.xx.2014-cü ildən xx xxxxxx 2015-ci ilə kimi Cavabdeh ümumilikdə 38284 manatlıq mal verilmiş, həmin malın pulundan Cavabdeh 2015-ci ilin may ayına kimi hissə-hissə cəmi 19993 manat qaytarmış, may ayından bu günə kimi borclu qaldığı 18291 manat pulu isə qaytarmamışdır. Dəfələrlə bu barədə ona müraciət etsə də, müxtəlif bəhanələrlə onu aldadır. Elə bu səbəbdən də əlində nağd pulu olmadığı üçün maliyyə böhranına düşüb mağazasını bağlamışdır. xx.xx.2016-cı ildə məcbur olub pulun qaytarılması barədə Binəqədi RPİ-nin 6-cı PB-nə müraciət etmişdir. Orada təhqiqat zamanı Cavabdeh ona borclu olduğunu etiraf etmiş, lakin ümumi borcundan 4800 manat çıxmağı xahiş etmişdir. Səbəb kimi isə göstərmişdir ki, guya 4800 manatlıq şirniyyat məhsulunun istehlak vaxtı keçdiyi üçün malı geri qaytarmaq istəmiş, lakin o, bundan imtina etmişdir. Bu tamamilə yalandır. Cavabdeh ona 18291 manat pul borcludur və həmin pul qaytarılmalıdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ : Cavabdehapelyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə işi hətərəfli araşdırmamış, iddia qismən əsassız olmasına baxmayaraq onun tam təmin edilməsi barədə qanunsuz qətnamə çıxarılmışdır. Məhkəmə iddianı təmin edərkən Cavabdeh Binəqədi RPİ-nin 6-cı PB-də verdiyi izahata istinad etmişdir, halbuki həmin izahatda o, cəmi 11563 manat borcunun qaldığını bildirmişdir. Lakin məhkəmə cavabdehdən 18291 manat pul tutmuşdur ki, bu da işin faktiki hallarına uyğun gəlmir. Bundan başqa, məhkəmə iclasında cavabdehin iştirakı təmin edilməmiş, məhkəmə iclasının yeri və vaxtı barədə ona qanunla müəyyən edilmiş qaydada məlumat verilməmiş, bununla da onun prosessual hüquqları pozulmuşdur. 18291 manat məbləğində borcun olmasını təsdiq edən heç bir mötəbər sübut iş materiallarında mövcud olmadığından qətnamə ləğv edilməli, iddia tələbinin 6728 manat hissəsində təmin edilməməsi barədə qətnamə çıxarılmalıdır. Apelyasiya baxışı zamanı İddiaçı2 məhkəmə kollegiyasının iclasında şikayətlə razılaşmadı və qətnamənin qanuni olduğunu göstərərək, onun dəyişdirilmədən saxlanılmasını, şikayətin isə təmin edilməməsini xahiş etdi. Əlavə etdi ki, o, İddiaçı1la şərikli işləmiş, malları da cavabdehə birgə vermişlər. İddianı ikisi birgə qaldırsa da, məhkəmə sənədləşmə İddiaçı1 adından getdiyi üçün iddianı ona aid hissədə təmin etmişdir. Buna baxmayaraq bu qərar onu qane edir. İş üzrə digər İddiaçı1 və Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasınagəlməmişlər. Cavabdeh nümayəndəsi X3 məhkəmə kollegiyasının iclasında qanunla müəyyən edilmiş qaydada etibarnamə alaraq iştirak etməsi tövsiyə edilsə də, nəticəsi olmamışdır. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə kollegiyası işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İş materiallarında olan izahatdan görünür ki, İddiaçı1 şikayət ərizəsi əsasında Bakı şəhəri, Binəqədi rayon Pİ 6-cı PB-də aparılmış araşdırma zamanı iş üzrə Cavabdeh göstərmişdir ki, İddiaçı1 ilə şirniyyat məhsullarını nisyə satması barədə razılığa gəlmiş, bundan sonra 2014-cü ilin dekabr ayından 2015-ci ilin mart ayına qədər hissə-hissə 45000 manatlıq nisyə mal almış və İddiaçı1 pulunu hissə-hissə vermişdir. İddiaçı1 16000 manatlıq pulunu gec verməsinin səbəbi 2015-ci ilin fevral ayında ölkədə baş vermiş devalvasiya və İddiaçı1 aldığı malın mağazalardan geri qayıtması səbəb olmuşdur. Aldığı malın 4800 manatlıq qismini isə istehlak müddəti bitdiyindən, İddiaçı1 geri qaytarmaq istəsə də, sonuncu malı qəbul etməmişdir. İddiaçı1 11563 manat pul borclu olduğunu etiraf etmiş və yaxın müddətdə həmin pulu da ödəyəcəyini qeyd etmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, İddiaçı1 fiziki şəxs kimi 2014-cü ilin noyabr ayından 2015-ci ilin may ayına kimi şəriki İddiaçı2 ilə birlikdə şirniyyat məhsullarının satışı ilə məşğul olmuşlar. Mağaza Dərnəgül qəsəbəsində, ünvan 2 saylı ünvanda yerləşmişdir. O, həmin mağazada 2014-2015-ci illərdə anbardar vəzifəsində işləmişdir. 2014-cü ilin oktyabr ayında mağazaya müştəri kimi gəlib-gedən Cavabdeh İddiaçı1 bildirmişdir ki, şirniyyat alveri ilə məşğul olmaq istəyir və təklif etmişdir ki, ona hissə-hissə mal versin, o, da satıb pulunu qaytarsın. Bu razılaşmadan sonra, xx.xx.2014-cü ildən xx xxxxxx 2015-ci ilə kimi İddiaçı1 Cavabdeh 38284 manatlıq mal vermiş, o, həmin malların verilməsində anbardar kimi bilavasitə iştirak etmişdir. Həmin malın pulundan Cavabdeh 2015-ci ilin may ayına kimi İddiaçı1 hissə-hissə cəmi 19993 manat qaytarmış, 18291 manat pulunu isə verməmişdir. İddiaçı1 dəfələrlə bu barədə Cavabdeh müraciət etsə də, sonuncu müxtəlif bəhanələrlə pulu verməkdən yayınmışdır. Cavabdeh tərəfindən guya 4800 manatlıq şirniyyat məhsulunun istehlak vaxtı keçdiyi üçün bu malları iddiaçıya qaytarmaq istəməsinə dair mülahizələrin heç bir əsası yoxdur. Belə ki, cavabdehə həmişə yüksək keyfiyyətli mallar təqdim edilmişdir və cavabdeh iddiaçı ilə işbirliyində olduğu müddət ərzində heç vaxt malların keyfiyyətinə dair öz narazılığını bildirməmişdir və malları iddiaçıya qaytarmağa cəhd etməmişdir. Bu tamamilə yalandır. Cavabdeh İddiaçı1 18291 manat pul borcludur. M Ə H K Ə M Ə N İ N H Ü Q U Q İ M Ö V Q E Y İ: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6.-cı maddəsinə görə apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçinin məruzəsini dinləyib, apelyasiya şikayətinin dəlillərini araşdırıb, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasənapelyasiya şikayətiqismən təmin edilməli,Xaçmaz Rayon Məhkəməsinin 2(067)-6166/2016 saylı, xx xxxxxx 2016-cl il tarixli qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilərək iddia qismən təmin olunmalıdır. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, mübahisə araşdırılarkən birinci instansiya məhkəməsi tərəfindən bir sıra prosessaul pozuntulara yol verilmişdir. İş materiallarından görünür ki, iddiaçılar hazırkı iddia ilə məhkəməyə xx xxxxxxx 2016-cı il tarixdə müraciət etmiş, iş üzrə məhkəmə hazırlıq iclası xx xxxxxxx 2016-cı il tarixə təyin edilmiş, həmin tarixdə isə məhkəmə iclası xx xxxxx 2016-cı il tarixə, saat 12:00-a təyin edilmiş, bu barədə cavabdehə məhkəmə bildirişi göndərilsə də, onun köçməsi səbəbindən bildiriş geri qaytarılmışdır. Lakin işə baxan məhkəmə həmin tarixdə məhkəmə baxışını yekunlaşdırmış və cavabdehin məhkəmə iclasında iştirakını təmin etmədən mübahisə üzrə yekun qərar qəbul etmişdir. MPM-nin 138-ci maddəsinə əsasən məhkəmə işdə iştirak edən şəxsləri məhkəmə iclasının vaxtı və yeri, prosessual hüquq və vəzifələri, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar etməlidir. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri, prosessual hüquq və vəzifələri, habelə ayrı-ayrı prosessual hərəkətlərin yerinə yetirilməsi haqqında məhkəmə bildirişi vasitəsilə xəbərdar edilir, şahidlər, ekspertlər, mütəxəssislər və tərcüməçilər isə məhkəmə bildirişi vasitəsilə məhkəməyə çağırılırlar. İşdə iştirak edən şəxslərin öz müdafiəsini hazırlamağa və məhkəməyə vaxtında gəlmələrinə imkan yaratmaq üçün məhkəmə bildirişi onlara məhkəmə iclasının və ya müvafiq prosessual hərəkətin tarixinə ən azı 10 gün qalmış verilir. Zərurət olduqda və qanunla nəzərdə tutulmuş hallarda işdə iştirak edən şəxslər və prosesin digər iştirakçıları məhkəmə bildirişinin məzmununun ötürülməsini təmin edən rabitə vasitələrindən istifadə edilməklə, eləcə də məhkəmənin tapşırığı ilə məhkəmə işçisi tərəfindən xəbərdar edilə, yaxud çağırıla bilərlər. Həmin Məcəllənin 9-cu maddəsinə görə ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. İşdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Yenə həmin Məcəllənin 185.2-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərdən hər hansı biri məhkəmə iclasına gəlmədikdə, onlara məhkəmə bildirişi verilməsi haqqında məlumat olmadıqda, işə baxılması təxirə salınır. Yenə də həmin Məcəllənin 188.1-ci maddəsinə əsasən işə baxılmasının təxirə salınmasına bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda, habelə əgər hakim həmin məhkəmə iclasında işə baxılmasını qeyri-mümkün hesab edərsə, işdə iştirak edən şəxslərdən hər hansı biri gəlmədiyinə, qarşılıqlı iddia verildiyinə, əlavə sübutlar təqdim və tələb etmək zərurəti olduğuna, işdə iştirak etməyə digər şəxs cəlb edildiyinə, hər hansı digər prosessual hərəkətlər edilməyə görə yol verilir. Qeyd edilən normaların məzmunundan da görünür ki, hər hansı mübahisənin ədalətli həll edilməsi baxımından tərəflərin məhkəmə iclasında iştirakının təmin edilməsi və işə çəkişmə prinsipi tətbiq edilməklə baxılması məhkəmənin borcudur. Hazırkı iş üzrə isə cavabdehin məhkəmə iclasında iştirakı təmin edilməmiş, nəticədə onun ziyanına qərar qəbul edilmişdir ki, bu da qüvvədə olan prosessual normaların tələblərinə ziddir. Digər tərəfdən işdən görünür ki, tələb Cavabdeh qarşı yönəlsə də, məhkəmə qətnaməsində borc Əsgərov Tərlandan tutulmuşdur MPM-nin 387.2 və 387.2.2-ci maddələrinə əssən işə, işdə iştirak edən şəxslərdən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməmiş hər hansı birinin iştirakı olmadan məhkəmə tərəfindən baxılmışdırsa, şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir. Həmin Məcəllənin 387.3-cü maddəsinə əsasən bu Məcəllənin 387.2.1—387.2.7-ci maddələrində göstərilmiş halların mövcudluğu birinci instansiya məhkəməsi tərəfindən prosessual normaların kobud pozulması kimi qiymətləndirilməlidir. Qeyd edilən prosessual pozuntulara qiymət verərək məhkəmə kollegiyası hesab edir ki, iş üzrə çıxarılmış qətnamə ləğv edilməlidir. Yaranmış mübahisə üzrə isə məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşdən görünür ki, tərəflərin şirniyyat məmulatlarının nisyə alınıb-satılması barədə bir-birilərilə münasibətdə olmaları işin mübahisəsiz hallarındandır. Belə ki, iddia ərizəsində iddiaçılar şərikli olaraq şirniyyat məmulatlarının istehsalı ilə məşğul olduqlarını, apelyasiya şikayətində isə cavabdeh həmin mallardan nisyə aldığını və yalnız 11563 manat borcu qaldığını göstərmişdir. İş materiallarından görünür ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 şəriklik əsasında şirniyyat mağazası işlətmişlər. Onlarla Cavabdeh arasında şirniyyat məhsullarının nisyə alqı-satqısı barədə 2014-cü ilin oktyabr ayında şifahi razılaşma olmuş və bu razılaşmanın nəticəsi olaraq iddiaçılar tərəfindən Cavabdeh xx.xx.2014-cü ildən xx xxxxxx 2015-ci ilə kimi 38284 manatlıq nisyə mal verilmiş, həmin malın pulundan 2015-ci ilin may ayına kimi Cavabdeh İddiaçı1 hissə-hissə müəyyən məbləğ qaytarmışdır. Hazırda əsas mübahisə qalan pulun qaytarılması barədədir. İddiaçılar qalan borcun 18291 manat, cavabdeh isə 11563 manat olduğunu iddia edirlər. Mübahisə ilə bağlı hər şeydən əvvəl qeyd edilməlidir ki, AR Mülki Məcəlləsinin 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı formada bağlanır. Mülki Məcəllənin 329.3-329.4-cü maddələrinin məzmununa görə şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Susmaq bu Məcəllədə və ya tərəflərin razılaşmasında nəzərdə tutulan hallarda əqdi bağlamaq iradəsinin ifadəsi sayılır. İşin faktiki hallarından məlum olduğu kimi iddiaçılarla cavabdeh arasında bağlanmış əqd şifahi əqd olmuşdur, bu əqdi bağlamaq onların rəftarından bəlli olduğu kimi, alqı-satqı münasibətləri davamlı olduğu üçün əqdi bağlamaq onların iradəsinin ifadəsi kimi qiymətləndirilməlidir. Məhkəmə araşdırması zamanı qeyd olunan əqdin bağlanması öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Qeyd edildiyi kimi satılmış mallar iddiaçılara məxsus yeyinti üçün nəzərdə tutulmuş şirniyyat məmulatları, başqa sözlə daşınar əmlak olmuşdur. Qanunverici bu cür müqavilələrdə satıcının alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borclu olmasını, alıcının isə əşyaların dəyərini satıcıya ödəməsini şərtləndirmişdir. İşdən göründüyü kimi, satılan malların bir qisminin qiyməti ödənilmiş, bəzisinin dəyəri isə ödənilməmişdir, başqa sözlə tərəflər arasında şifahi və nisyə alqı-satqı müqaviləsi bağlanmışdır. Mülki Məcəllənin 598.1-598.3-cü maddələrinə əsasən əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Əgər alğı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. Əgər alıcı alğı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanı vaxtında ödəmirsə, satıcı əşyanı ödəməyi və bu Məcəllənin 449-cu maddəsinə uyğun faizləri ödəməyi tələb edə bilər. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. İşin tədqiq olunan faktiki hallarından göründüyü kimi, Cavabdeh bilavasitə iddiaçılardan müxtəlif adda şirniyyat məhsulları (mallar) almış, iddiaçılar İddiaçı1 və İddiaçı2əşyanı alıcıya vermək öhdəliyini yerinə yetirsələr də, alıcı, yəni Cavabdeh iddiaçılardan götürdüyü malların dəyərini ödəməyə dair öhdəliyi tam yerinə yetirməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələblərinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Yenə həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Eyni Məcəllənin 445.2.1-ci maddəsinə uyğun olaraq öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Yenə də həmin Məcəllənin 448.1 və 448.2-ci maddələrinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Məhkəmə kollegiyası hesab edir ki, borclu olaraq Cavabdeh tələbkar olaraq iddiaçılar qarşısında öhdəliyi yaranmışdır və o, bu öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Qeyd olunan alqı-satqı müqaviləsi üzrə alınan və dəyəri ödənilməyən malların dəyərini ödəmə barədə öhdəliyə Cavabdehdir. Lakin o, müqavilə üzrə öhdəliklərini tam icra etməyərək, iddiaçılar qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Beləliklə də, borclu tərəfindən öhdəliyin icra edilməməsi iddia tələbinin əsaslı olmasına dəlalət edir. Cavabdeh oğlu malların dəyərini iddiaçılara ödəməyərək əsassız gəlir əldə etmişdir. Mülki Məcəllənin 1091-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. İşlərin tapşırıqsız aparılmasında sahibkarın mənafeyi və ehtimal olunan istəyi o halda nəzərə alınmır ki, belə işlərin aparılması sahibkarın ictimai vəzifələrinin və ya digər tələblərinin yerinə yetirilməsi ilə bağlı olsun. Həmin Məcəllənin 1092.1 və 1092.1-ci maddələrinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Alınan və dəyəri ödənilməyən malların dəyərinə gəldikdə isə məhkəmə kollegiyası aşağıdakılar qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikasının MPM-nin 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 76.1 və76.2-ci maddələrinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 81-ci maddəsinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 89.1-ci maddəsinə görə yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir yaranmış borcun qaytarılması məqsədilə Binəqədi RPİ 6-cı Polis Bölməsinə müraciət edilmiş və həmin Bölmədə cavabdehin izahatı alınmışdır. İzahatında Cavabdeh şikayətçi İddiaçı1 16000 manat borclu olduğunu etiraf etmişdir. Bunun 4800 manat hissəsini isə o, satdığı malların dükanlar tərəfindən geri qaytarılması kimi qiymətləndirilməsini və borcdan çıxılmasını göstərmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası cavabdehin öz üzərinə götürdüyü öhdəliyi tam yetirə yetirməməsi və şifahi alqı-satqı müqaviləsi üzrə 16000 manat məbləğində borcun ondan tutulmalı olması nəticəsinə gəlir. 4800 manat məbləğində malların geri qaytarılması barədə onun dəlilinə isə məhkəmə kollegiyası tənqidi yanaşır, çünki bu barədə işdə hər hansı mötəbər mövcud deyildir. Eləcə də, məhkəmə kollegiyası iddiaçıların cavabdehdən 18291 manat pul tələbini də, kifayət qədər əsaslı sübut olmaması səbəbilə qəbul etmir. Kollegiya cavabdehin 16000 manat borc barədə etirafını qiymətləndirərək hesab edir ki, tələb olunan pul məbləği həmin həcmdə təmin edilməlidir. Məhkəmə kollegiyası, həmçinin nəzərə alır ki, işə baxan birinci instansiya məhkəməsi iddianı yalnız İddiaçı1 münasibətdə təmin etmiş, İddiaçı2 münasibətdə təmin etməmiş, sonuncu isə bunu mübahisələndirməmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, hazırki halda da iddia İddiaçı1 münasibətdə təmin edilməli, tutulmalı məbləğ cavabdehdən alınıb ona verilməlidir. AR MPM-nin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Məhkəmə kollegiyası hesab edir ki, hazırki halda iddiaçılar iddia tələbinin əsası kimi istinad etdiyi halları qanunvericilikdə nəzərdə tutulmuş əsaslarla qismən sübut edə bilsələr də, cavabdeh apelyasiya şikayətinin dəlillərini, yəni borcunun məhz 11563 manat olmasını sübuta yetirə bilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsi işin bütün faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmamış və prosessual normaları kobud şəkildə pozmuşdur ki, bu da Azərbaycan Respublikası MPMnin 384.0.2-ci maddəsinə görə məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, apelyasiya şikayəti qismən təmin edilməli, hazırkı iş üzrəbirinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilərək iddia qismən təmin olunmalıdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki,Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasənapelyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş 15 manat dövlət rüsumu onun özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Apelyasiya şikayəti qismən təmin edilsin. Hazırkı iş üzrəXaçmaz Rayon Məhkəməsinin 2(067)-6166/2016 saylı, xx xxxxxx 2016-cl il tarixli qətnaməsi ləğv olunsun. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia qismən təmin olunsun. Cavabdeh 16000 manat tutularaq İddiaçı1 verilsin. Qalan hissədə iddia təmin edilməsin. Apelyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş 15 manat dövlət rüsumu onun özünə aid olunsun. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəmsəddin Abasov Hakimlər: Gülnarə Tağızadə Telman Məmmədov
Məhkəmə qərarları › İş №2(105)-1783/2020
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1783/2020
25.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver