Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1784/2023 21.09.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Fuad Əli oğlu və X3 ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədzadə Səbinə Məhəmməd qızının katibliyi, Cavabdeh2 MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 18 may 2023-cü il tarixli, e-2(060)-1827/2023 nömrəli qətnaməsindən Cavabdeh2 MMC tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-dən 492,33 (dörd yüz doxsan iki manat otuz üç qəpik) manat əldən çıxmış faydanın və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzinin tutularaq İddiaçı ASC-yə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin “Sumqayıt” filialı ilə Cavabdeh1 arasında bağlanmış 19 avqust 2013-cü il tarixli, sm4385 saylı istehlak krediti müqaviləsinə əsasən illik 28% (iyirmi səkkiz) faiz dərəcəsi ilə 24 (iyirmi dörd) ay müddətinə 3000 (üç min) manat kredit verilmişdir. Öhdəliklərin lazımi qaydada icrasını təmin etmək məqsədi ilə digər borclu Cavabdeh2 MMC ilə İddiaçı ASC-nin “Sumqayıt” filialı arasında 19 avqust 2013-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Cavabdehlər kredit öhdəliklərini müəyyən olunmuş qaydada və tam yerinə yetirmədiyinə görə İddiaçı ASC iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 09 dekabr 2014-cü il tarixli, 2(060)-9137/2014 nömrəli qətnaməsinə əsasən Cavabdeh1 və Cavabdeh2 MMC-dən xx.xx.2013-cü il tarixli sm4385 saylı istehlak kredit müqaviləsi üzrə kredit borcuna görə 2290 manat, faiz borcuna görə 277 manat, cərimə borcuna görə 100 manat olmaqla, cəmi 2667 manat və iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi qət edilmişdir. Həmin qətnamə tərəflər apellyasiya şikayəti vermədiyindən qanuni qüvvəsini almış və icra vərəqəsi verilmişdir. Sumqayıt şəhər İcra şöbəsi tərəfindən qətnamənin icrasını təmin etmək məqsədi ilə müvafiq sorğular verilmiş, lakin borclunun adına hər-hansı bir əmlak aşkar edilmədiyindən borc məbləği hissə-hissə icra edilərək xx.xx.2018-ci il tarixdə tam icra olunmuşdur. Məhkəmə tərəfindən çıxarılmış qətnaməyə, verilmiş icra vərəqəsinə baxmayaraq cavabdeh sözügedən qətnaməni vaxtında icra etməmiş və icranı 4 il müddətinə gecikdirmişdir. Bununla bağlı onu da qeyd etmək lazımdır ki, sözügedən qətnamə qanuni qüvvəsini aldıqdan sonra xx.xx.2015-ci il tarixindən (xx.xx.2014-cü il tarixdən xx.xx.2015-ci il tarixədək “İcra haqqında” qanuna əsasən qətnamənin icra müddəti (1 ay çıxılmaqla)) indiyə qədər Banka cəmi 492,33 manat maddi ziyan vurulmuşdur. Belə ki, cavabdeh tərəfindən sözügedən qətnamə vaxtında icra olunsa idi, həmin 2290 manat kredit kimi dövriyyəyə verilə bilərdi. İddiaçı ASC həmin qazancdan cavabdehin qanunsuz hərəkətləri nəticəsində məhrum olduğu üçün, hal-hazırda illik 5% dərəcəsi ilə cəmi 492,33 manat əldən çıxmış faydanı cavabdehdən tələb edir. Sumqayıt Şəhər Məhkəməsinin 18 may 2023-cü il tarixli, e-2(060)-1827/2023 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-dən 492,33 manat əldən çıxmış faydanın və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçı ASC-yə verilməsi qət edilmişdir (hakim Elmir Hüseynov). Qətnamədən narazı qalan Cavabdeh2 MMC apellyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin 18 may 2023-cü il tarixli, e-2(060)-1827/2023 nömrəli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçı əldən çıxmış fayda ilə bağlı iddia qaldırarkən əldən çıxmış faydanın nəyə əsasən, haradan hesablandığını əsaslandırmamış, fiksasiya ilə illik 5% dərəcəyə əsaslanaraq bu məbləğin 492,33 manat olması qənaətinə gəlmişdir. Bundan əlavə cavabdehlərdən Cavabdeh2 MMC-nin yeni təsisçisi Nigar Abbasova kredit götürən şəxs olmadığı, sadəcə zamin olduğu halda əsas borclu tərəfindən götürülmüş krediti 2018-ci il tarixdə bağlamışdır. Belə olduğu halda kredit müqaviləsi üzrə öhdəliyin icrasının gecikdirilməsinə görə Cavabdeh2 MMC, dolayısı ilə yeni təsisçi məsuliyyət daşımır. Belə ki gecikdirmədiyi öhdəlik olmadığından, əldən çıxmış faydaya görə də zərər vuran şəxs o deyildir. Müqavilə üzrə öhdəlik 2018-ci ildə bitmiş, lakin iddiaçı üç illik iddia müddətini ötürdükdən sonra məhkəməyə müraciət etmişdir. Cavabdeh iddia müddətinin tətbiqi barədə ərizə vermək hüququndan məhrum olmuşdur. Belə ki, məhkəmə iclasının yeri və vaxtı barədə Cavabdeh2 MMC-nin təsisçisi Nigar Abbasova məlumatlandırılmamışdır. Hətta bu iş üzrə məhkəmə qərarının olduğunu iş icraya yönəldikdən sonra icraçı onunla əlaqə saxladıqdan sonra məlumatlı olmuşdur. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 MMC-nin təsisçisi X2 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək izahatında 2018-ci ildə Cavabdeh2 MMCni alqı-satqı yolu ilə aldığını, təkcə Cavabdeh1 deyil, başqa şəxslərin də Banklara, o cümlədən İddiaçı ASC-yə olan bütün borclarını ödədiyini, heç bir borcunun olmamasına dair arayış aldığını bildirərək apellyasiya şikayətinin təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq iddiaçının nümayəndəsi və digər cavabdeh məhkəmə iclasına gəlməmişlər, iddiaçı məhkəməyə ərizə ünvanlayaraq işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını və apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək,cavabdehin nümayəndəsinin izahatını dinləyərək,apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki,apelyasiya şikayəti qismən təmin edilməli,birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnaməsi qismən,yəni Cavabdeh2 MMC-yə aid hissədə ləğv edilməli, iddiaçının iddia tələbi Cavabdeh2 MMC-yə aid hissədə təmin edilməməlidir. Birinci instansiya məhkəməsi tərəfindən sübutlara mülki qanunvericiliyin tələbləri baxımından aşağıdakı kimi qiymət verilmişdiİş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-9137/2014 saylı, xx.xx.2014-cü il tarixli qətnaməsindən görünür ki, iddia tələbi qismən təmin edilərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-dən xx.xx.2013-cü il tarixli, SM-4385 saylı istehlak krediti müqaviləsi üzrə kredit borcuna görə 2290 manat, faiz borcuna görə 277 manat, cərimə borcuna görə 100 manat olmaqla, cəmi 3667 manat və iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin tutularaq İddiaçı ASC-yə ödənilməsi qət edilmişdir. İş materiallarında olan İddiaçı ASC tərəfindən verilmiş 01 fevral 2023-cü il tarixli maliyyə arayışından görünür ki, borclu Cavabdeh1 və Cavabdeh2 MMC-nin 19 avqust 2013-cü il tarixli, sm4385 saylı istehlak krediti müqaviləsi üzrə Sumqayıt Şəhər Məhkəməsi tərəfindən qəbul edilmiş 09 dekabr 2014-cü il tarixli, 2(060)-9137/2014 saylı qətnaməsi qanuni qüvvəsini alandan sonra dərhal icra edilməli olduğu halda vəsaitin geri qaytarılması 4 il ərzində gecikdirildiyi üçün, qətnamə üzrə qəbul edilmiş və vaxtında geri qaytarılmamış cəmi 2697 manat məbləğində vəsaitin illik 5 (beş) faizi 492,33 manat təşkil edir. İş materiallarında olan İddiaçı ASC tərəfindən verilmiş 02 fevral 2023-cü il xəbərdarlıq məktubunun surətindən görünür ki, borclu Cavabdeh1 və Cavabdeh2 MMC-yə 19 avqust 2013-cü il tarixli, sm4385 saylı istehlak krediti müqaviləsi üzrə mövcud olan əldən çıxmış faydanın ödənilməsi barədə xəbərdarlıq edilmişdir. Sadalananlara əsasən, birinci instansiya məhkəməsində aparılmış araşdırma zamanı bu nəticəyə gəlinmişdir ki, cavabdehlər tərəfindən Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 9137/2014 saylı, xx.xx.2014-cü il tarixli qətnamə vaxtında icra olunsa idi, həmin 2290 manat kredit kimi dövriyyəyə verilə bilərdi. İddiaçı ASC həmin qazancdan cavabdehin qanunsuz hərəkətləri nəticəsində məhrum olduğu üçün, hal-hazırda illik 5% dərəcəsi ilə cəmi 492,33 manat əldən çıxmış faydanı cavabdehdən tələb edilməsi əsaslıdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab etmişdir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə qismən razılaşır və bununla bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Nəzərə alınmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada məhkəmə kollegiyasının qənaətinə görə, iddiaçının sözügedən tələbinə uyğun gələn iddia tələbinin qanuni əsası kimi Mülki Məcəllənin 445.7-ci maddəsi nəzərdən keçirilə bilər; belə ki, həmin maddəyə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Qeyd olunan maddənin dispozitiv şərtlərinə görə kreditor ilk olaraq sübut etməlidir ki, borclu pul məbləğinin ödənilməsini gecikdirmişdir. Bu hal müəyyən olunduqdan sonra isə kreditorun illik 5 faizdən artıq məbləği tələb etməyə hüququnun olub-olmadığı müəyyən edilir. Kreditor gecikdirməni sübut etdikdən sonra hər bir halda illik 5 faiz ödənilməsini tələb etmək hüququna malikdir. İş materiallarından göründüyü kimi, İddiaçı ASC-nin “Sumqayıt” filialı ilə Cavabdeh1 arasında bağlanmış 19 avqust 2013-cü il tarixli, sm4385 saylı istehlak krediti müqaviləsinə əsasən illik 28% (iyirmi səkkiz) faiz dərəcəsi ilə 24 (iyirmi dörd) ay müddətinə 3000 (üç min) manat kredit verilmiş, digər Cavabdeh2 MMC ilə İddiaçı ASC-nin “Sumqayıt” filialı arasında 19 avqust 2013-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Cavabdehlər öhdəliklərini vaxtında yerinə yetirmədiklərinə görə bank onlara qarşı kredit borcunun tutulması barədə iddia tələbi ilə məhkəməyə müraciət etmiş və Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-9137/2014 saylı, xx.xx.2014-cü il tarixli qətnaməsindən görünür ki, iddia tələbi qismən təmin edilərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-dən xx.xx.2013-cü il tarixli, SM-4385 saylı istehlak krediti müqaviləsi üzrə kredit borcuna görə 2290 manat, faiz borcuna görə 277 manat, cərimə borcuna görə 100 manat olmaqla, cəmi 3667 manat və iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin tutularaq İddiaçı ASC-yə ödənilməsi qət edilmişdir. Hazırda pul məbləğinin ödənilməsi gecikdirdiyindən Bank tərəfindən cavabdehlərə xx.xx.2013-cü il tarixli, SM-4385 saylı istehlak krediti müqaviləsi üzrə banka gecikdirilmiş 4 il vaxt üçün illik 5 faizlə hesablanmaqla 492,33 manat məbləğində əldən çıxmış fayda borcu hesablanmışdır. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı ASC-nin “Sumqayıt” filialı ilə Cavabdeh1 arasında bağlanmış 19 avqust 2013-cü il tarixli, sm4385 saylı istehlak krediti müqaviləsi üzrə borc məbləği gecikmə ilə olsa da, Cavabdeh2 MMC tərəfindən ödənildiyindən,həmin cavabdehə münasibətdə iddia müddəti keçdiyindən iddiaçı xx.xx.2013-cü il tarixli, SM- 4385 saylı kredit müqaviləsi üzrə gecikdirilmiş vaxt üçün illik 5% borc hesablanmaqla 492,33 manat məbləğində əldən çıxmış fayda borcunun ödənilməsini Cavabdeh2 MMCdən tələb etməkdə haqlı deyildir. Belə ki,hazırkı işin araşdırılmış hallarından görünür ki,Sumqayıt Şəhər Məhkəməsinin 09 dekabr 2014-cü il tarixli, 2(060)-9137/2014 nömrəli qətnaməsi gecikmə ilə də olsa,xx.xx.2018-ci il tarixdə tam icra olunmuşdur.İddiaçı isə hazirki iddia tələbi ilə birinci instansiya məhkəməsinə xx.xx.2023-cü il tarixində müraciət etmişdir.İşin 58,68 və 76-cı səhifələrində olan Cavabdeh2 MMC-yə ünvanlanmış məhkəmə iclaslarının keçirilməsinə dair bildiriş məktubları “bu ünvanda yaşamır” qeydi göstərilməklə geri qaytarılmışdır.Buna görə məhkəmə kollegiyası hesab edir ki,Cavabdeh2 MMC-nin nümayəndəsi birinci instansiya məhkəməsində üzrlü səbəblərdən iştirak edə bilmədiyindən iddia müddətinin keçməsinə görə iddia tələbinin ona aid hissədə rədd olunmasına dair maddi hüquq norması kimi içtinad etdiyi Mülki Məcəllənin 373.2 377.2-ci maddələri üzrə apelyasiya şikayətinin dələli əsaslıdır.Həmin Məcəllənin qeyd olunan 373.2-ci maddəsinə görə müqavilə tələbləri üzrə iddia müddəti üç il,daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun L.İ.Binnətovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 08 may 2008-ci il tarixli qərarında qeyd olunmuşdur ki,”... birinci instansiya məhkəməsinin təqsiri nəticəsində cavabdeh bu məhkəmədə gedən icraat barədə məlumatı olmamışsa və buna görə birinci instansiya məhkəməsinin qətnaməsi çıxarılanadək iddia müddətinin tətbiqi ilə bağlı ona qarşı verilmiş iddianın rədd edilməsi ilə bağlı xahişi əks etdirən ərizəni təqdib edə bilməmişsə, həmin ərizə onun apellyasiya şikayətinə əlavə edilə bilər və bu halda apellyasiya instansiyası məhkəməsiərizədə göstərilən məsələyə baxmalı və müvafiq qərar qəbul etməlidir...”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Beləliklə, məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddiаnı tam təmin etməklə düzgün nəticəyə gəlmədiyindən Cavabdeh2 MMC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunmalı, iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 18 may 2023-cü il tarixli, e-2(060)-1827/2023 nömrəli qətnaməsi qismən Cavabdeh2 MMC-yə aid hissədə ləğv olunmalı, iddia tələbi ona aid hissədə təmin olunmamalıdır. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 14.2-ci mаddəsinin tələbinə görə məhkəmə yаlnız tərəflərin təqdim etdikləri sübutlаrı аrаşdırmаlı və onlаrdаn istifаdə etməlidir. Həmin Məcəllənin 77.1-ci mаddəsinə görə hər bir tərəf öz tələblərinin və etirаzlаrının əsаsı kimi istinаd etdiyi hаllаrı sübut etməlidir. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə əsаsən məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217-ci mаddəsinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hаkim) öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 385.1.1-ci maddəsinə görə, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardan biridir. Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması qənaətinə gəldiyindən qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı Cavabdeh2 MMC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 18 may 2023-cü il tarixli, e-2(060)-1827/2023 nömrəli qətnaməsi qismən,yəni Cavabdeh2 MMC-yə aid hissədə ləğv edilsin. İddia tələbi Cavabdeh2 MMC-yə aid hissədə təmin olunmasın. Qətnamə elan edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-1784/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1784/2023
21.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver