Məhkəmə qərarları › İş №2(105)-1789/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1789/2023

19.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1789/2023 19.09.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh4, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı mülki iş üzrə (Açar sözlər: borcun ödənilməsi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), X1 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi ilə, Xaçmaz Rayon Məhkəməsinin e-2(067)-1255/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən Cavabdeh4 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə Xaçmaz Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh4, Cavabdeh3dan, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 2985,16 manat məbləğində əsas, 7,33 manat faiz borcu olmaqla, cəmi 2992,49 manat borcu və 49,93 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Rest№013CASA192610012 saylı 18 sentyabr 2019-cu il tarixli Güzəşli Kredit müqaviləsinə əsasən İddiaçı ASC tərəfindən Cavabdeh4 bir il güzəşt müddəti olmaqla beş il müddətinə illik 1% kreditdən istifadəyə görə haqq ödəmək şərti ilə 3083,07 manat məbləğində kredit verilmişdir. Güzəşt müddəti ərzində borcalan tərəfindən əsas kredit borcunun ödənilməsi tələbi nəzərdə tutulmamışdır. Cavabdeh3 ilə iddiaçı arasında bağlanmış 013FİZAM75906901 saylı 18 sentyabr 2019-cu il tarixli zaminlik müqaviləsinə əsasən o, Cavabdeh4 Rest№013CASA192610012 saylı 18 sentyabr 2019-cu il tarixli Güzəştli Kredit müqaviləsi üzrə öhdəliklərinin icrası üçün məsuliyyəti öz üzərinə götürmüşdür. Cavabdeh2 ilə iddiaçı arasında bağlanmış 013FİZAM47865302 saylı 18 sentyabr 2019-cu il tarixli zaminlik müqaviləsinə əsasən o, Cavabdeh4 Rest№013CASA192610012 saylı 18 sentyabr 2019-cu il tarixli Güzəştli Kredit müqaviləsi üzrə öhdəliklərinin icrası üçün məsuliyyəti öz üzərinə götürmüşdür. Cavabdeh1 ilə iddiaçı arasında bağlanmış 013FİZAM47865002 saylı 18 sentyabr 2019-cu il tarixli zaminlik müqaviləsinə əsasən o, Cavabdeh4 Rest№013CASA192610012 saylı 18 sentyabr 2019-cu il tarixli Güzəştli Kredit müqaviləsi üzrə öhdəliklərinin icrası üçün məsuliyyəti öz üzərinə götürmüşdür. Rest№013CASA192610012 saylı 18 sentyabr 2019cu il tarixli Güzəşli Kredit müqaviləsinin şərtlərinə görə Cavabdeh4 hər təqvim ayının müvafiq tarixində həm kredit məbləğini hissə-hissə ödəməli, həm də kreditdən istifadəyə görə aylıq faiz məbləğini ödəməli idi. Lakin Rest№013CASA192610012 saylı 18 sentyabr 2019-cu il tarixli Güzəşli Kredit müqaviləsi üzrə öhdəliklərini bank qarşısında tam icra etməyən Cavabdeh4 xx.xx.2022-ci il tarixinə 2985,16 manat kredit borcu və 7,33 manat kreditdən istifadəyə görə faiz borcu olmaqla, cəmi 2992,49 manat borclu qalmaqdadır.

3. İddia tələbinə qarşı etiraz daxil olmamışdır.

4. Xaçmaz Rayon Məhkəməsinin e-2(067)-1255/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, cavabdehlər Cavabdeh4, Cavabdeh3dan, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 2985,16 manat məbləğində əsas, 7,33 manat faiz borcu olmaqla, cəmi 2992,49 manat borc pul və 49,93 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi qət edilmişdir (hakim Sərxan Səmədzadə)

5. Birinci instansiya məhkəməsi iddianın təmin edilməsi nəticəsinə gəlmiş, gəldiyi nəticəni də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 425.1, 442, 389, 390.1, 397.1, 398.1, 399.1, 399.3, 399.4,405.1, 406, 739.1, 739.21,470.1, 470.2-ci maddələrinə istinad edərək əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

6. Cavabdeh4 apellyasiya şikayəti verərək Xaçmaz Rayon Məhkəməsinin e-2(067)- 1255/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

Şikayətin dəlilləri:

7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, öhdəliklərini dərk edir. Lakin, iddiaçı ilə müqavilə bağlanarkən faizlərin bu qədər yüksək olması barədə məlumatlandırılmamışdır, hesab edir ki, faiz dərəcəsi sonradan şişirdilmiş rəqəmlərdir. Bundan başqa, iddiaçı ilə bağlanan müqavilə güzəştli kredit müqaviləsi olmuş və kreditin ödənilməsi üçün bir il güzəşt müddəti verilmişdir. Buna baxmayaraq iddiaçı hüquqdan suiistifadə edərək həmin müddətə də faiz hesablamışdır. AR MPM-nin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Belə ki, iddiaçının qeyd etdiyi məbləğdə borcu yoxdur. Öhdəliklərini icra etsə də sonradan müəyyən problemlərə görə ödənişlərində müəyyən gecikmələr yaranmışdır. Buna əsas səbəblərdən biri də “COVİD- 19” pandemiyası olmuşdur. İddiaçı isə yaranmış böhranlı vəziyyətin əksinə olaraq öz mənafeyinə uyğun olaraq borc və faiz məbləğləri hesablamışdır. Əsassız olaraq ödədiyi pulların əvəzini yenidən ödəyə bilməz və bu onu çıxılmaz vəziyyətə salır. Belə olduğu halda hesab edir ki, iddiaçının tələbinin rədd edilməsi üçün bu əsas da nəzərə alınmaqla, iş üzrə çıxarlan qətnamə həqiqəti əks etdirmir. Həmin normalara məhkəmə düzgün hüquqi qiymət verməmiş, işin faktiki hallarına uyğun gəlməyən nəticəyə gəlmişdir Birinci instansiya məhkəməsi qətnaməni çıxararkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə istinad edərək cavabdehin iştirakı olmadan işə baxılmanın mümkün oldugunu hesab etmişdir. Həmin maddənin yuxarıda qeyd etdiyi bəndlərində isə göstərilib ki, məhkəmə baxışı xüsusilə cavabdehin müvafiq qaydada məlumatlandırıldıqda gəlmədiyi halda cavabdehin iştirakı olmadan işə baxıla bilər. Bu isə məhkəmənin çəkişmə prinsipinin təmin olunmasıdır. Hazırki iş üzrə isə məhkəmədən ona heç bir bildiriş gəlməmişdir. Qeydiyyatı Xaşmaz rayonu üzrə olsa da faktiki olaraq Bakı şəhərində yaşayır və uzun illərdir burada müəllimə işləyir. Müasir texnologiyalar dövründə şəxsin ünvanını və ya əlaqə nömrəsini tapmaq heç də çətin deyil. Xüsusilə də məhkəmələrin elektron bazaların da vətəndaşların istənilən bütün məlumatlarını tapmaq mümkündür. Buna baxmayaraq, məhkəmə AR MPM-nin 185-ci maddəsinin tələblərini pozaraq onun məhkəmədə iştirakını təmin etməmiş, məhkəmə barədə heç bir bildiriş və s. məlumat göndərməmişdir.

b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

8. İddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Apellyasiya icraatı iştirakçılarının izahatları

9. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə tərəflər məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbələri barədə məlumat verməmişdir.

10. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iş üzrə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

11. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.

12. Mülki Prosessual Məcəllə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1 məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 384.0.1. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanması üçün əsasdır. Apellyasiya baxışının hədləri

13. Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

14. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini dinləyərək, apellyasiya şikayətinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə Cavabdeh4 münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

15. Rest№013CASA192610012 saylı 18 sentyabr 2019-cu il tarixli Güzəşli Kredit müqaviləsinə əsasən İddiaçı ASC tərəfindən Cavabdeh4 bir il güzəşt müddəti olmaqla beş il müddətinə illik 1% kreditdən istifadəyə görə haqq ödəmək şərti ilə 3083.07 AZN məbləğində kredit verilmişdir.Güzəşt müddəti ərzində borcalan tərəfindən əsas kredit borcunun ödənilməsi tələbi nəzərdə tutulmamışdır.

16. Cavabdeh3 ilə iddiaçı arasında bağlanmış 013FİZAM75906901 saylı 18 sentyabr 2019-cu il tarixli zaminlik müqaviləsinə əsasən o, Cavabdeh4 Rest№013CASA192610012 saylı 18 sentyabr 2019-cu il tarixli Güzəştli Kredit müqaviləsi üzrə öhdəliklərinin icrası üçün məsuliyyəti öz üzərinə götürmüşdür.

17. Cavabdeh2 ilə iddiaçı arasında bağlanmış 013FİZAM47865302 saylı 18 sentyabr 2019-cu il tarixli zaminlik müqaviləsinə əsasən o, Cavabdeh4 Rest№013CASA192610012 saylı 18 sentyabr 2019-cu il tarixli Güzəştli Kredit müqaviləsi üzrə öhdəliklərinin icrası üçün məsuliyyəti öz üzərinə götürmüşdür.

18. Cavabdeh1 ilə iddiaçı arasında bağlanmış 013FİZAM47865002 saylı 18 sentyabr 2019-cu il tarixli zaminlik müqaviləsinə əsasən o, Cavabdeh4 Rest№013CASA192610012 saylı 18 sentyabr 2019-cu il tarixli Güzəştli Kredit müqaviləsi üzrə öhdəliklərinin icrası üçün məsuliyyəti öz üzərinə götürmüşdür.

19. Rest№013CASA192610012 saylı 18 sentyabr 2019-cu il tarixli Güzəşli Kredit müqaviləsinin şərtlərinə görə Cavabdeh4 hər təqvim ayının müvafiq tarixində həm kredit məbləğini hissə-hissə ödəməli, həm də kreditdən istifadəyə görə aylıq faiz məbləğini ödəməli idi.

20. Lakin Rest№013CASA192610012 saylı 18 sentyabr 2019-cu il tarixli Güzəşli Kredit müqaviləsi üzrə öhdəliklərini bank qarşısında tam icra etməyən Cavabdeh4 xx.xx.2022-ci il tarixinə 2985.16 AZN kredit borcu və 7.33 AZN kreditdən istifadəyə görə faiz borcu olmaqla, cəmi 2992.49 AZN borclu qalmaqdadır.

21. Birinci instansiya məhkəməsi iş materiallarına istinadən tələbə sadələşdirilmiş icraat qaydasında baxmış və iddianın təmin edilməsi nəticəsinə gəlmişdir.

22. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı sayaraq qeyd edir ki, iş materialları ilə müəyyən edilir ki, Rest№013CASA192610012 saylı 18 sentyabr 2019-cu il tarixli Güzəşli Kredit müqaviləsinə əsasən İddiaçı ASC tərəfindən Cavabdeh4 bir il güzəşt müddəti olmaqla beş il müddətinə illik 1% kreditdən istifadəyə görə haqq ödəmək şərti ilə 3083.07 AZN məbləğində kredit verilmişdir. 23 İş materiallarından görünür ki, müqavilə şərtləri borcalan tərəfindən icra edilməmiş və nəticədə borcalanın banka 2985.16 AZN kredit borcu yaranmışdır.

24. Göründüyü kimi iddiaçı ilə apellyant arasında kredit müqaviləsi imzalanmış, bu müqavilə Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada tam fəaliyyət qabiliyyətli şəxslər arasında bağlanmış və onun etibarsızlığına səbəb ola biləcək digər hallar da mövcud olmamış, kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsi cavabdehin risk dairəsinə daxil olan öhdəliyi olduğu üçün o, bu öhdəliklərin icra edilməməsinə görə iddaçı qarşısında cavabdehlik daşımışdır. Mülki Məcəllənin 448.1-ci maddəsinə görə də əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Müqavilə üzrə Cavabdeh4 2985.16 AZN borcu olması iş materiallarında olan maliyyə arayışı ilə təsdiqini tapmışdır.

25. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, müqavilənin şərtinə görə illik 1 faiz həcmində faiz hesablanması nəzərdə tutulduğundan iddiaçı cavabdehlərdən əsas borca görə faiz borcu tələb etməkdə də haqlı olmuşdur.

26. Bununla da məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi gəldiyi nəticələrdə haqlı olmuşdur.

27. Məhkəmə kollegiyası işə cavabdehin iştirakı olmadan baxılması, eləcə də borcun şişirdilməsi, faiz hesablanması ilə bağlı dəlillərinə qiymət verərək qeyd edir ki, birinci instansiya məhkəməsi Mülki Prosessual Məcəllənin 284-1, 284-5.1, 284-5.2-ci maddələrinin tələblərinə uyğun sadələşdirilmiş icraat qaydasında baxmış, məhkəmə cavabdehlərə prosessual hüquq və vəzifələrinin izahı barədə rəsmi qaydada bildiriş göndərmişdir.

28. Məhkəmə kollegiyası borcun artıq hesablanması, eləcə də faiz hesablanması dəlilinə qiymət verərək qeyd edir ki, cavadbeh qeyd edilən halı təkzib edəcək sübutları, hər hansı ödəniş qəbzlərini məhkəməyə təqdim etməmişdir. Həmçinin illik 1 faiz həcmində faizin hesablanması müqavilədə nəzərdə tutulmuşdur.

29. Bundan başqa yaşayış yerinin dəyişdirməsi səbəbindən məhkəmə iclasları barədə məlumatlı olmamasına gəlincə “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 1-ci maddəsinə görə yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdırr.

30. Qeyd olunan Qanunun 5-ci maddəsinə görə yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir.

31. Qanunvericilik yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədini müəyyən edərkən məhz hər hansı şəxsin başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsinə şərait yaradılmasını rəhbər tutmuşdur. Bu baxımdan, məhkəmə kollegiyası hesab edir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun tələbinə uyğun olaraq cavabdehin qeydiyyatda olduğu yer onun yaşayış yeri kimi qəbul edilməlidir.

32. Bununla da məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin rəsmi qeydiyyat ünvanı olan ünvan 1 məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə iclası barədə cavabdehə poçt və elektron kabinet vasitəsi ilə məlumat verilsə də məhkəmə iclasında iştirak etməmişdir.

34. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qanunvericilik normalarını düzgün tətbiq edərək haqlı nəticəyə gəlmişdir.

35. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə dair apellyasiya şikayətlərinin dəlillərini formal mülahizələr kimi qiymətləndirərək hesab edir ki, qətnamənin ləğvi üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində sadalanan əsaslar yoxdur.

36. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan məhkəmənin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Apellyasiya şikayətinin dəlili formal mülahizələrdən ibarət olmuşdur.

37. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Cavabdeh4 apellyasiya şikayəti təmin edilməməli, Xaçmaz Rayon Məhkəməsinin e-2(067)-1255/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi Cavabdeh4 münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.

38. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392- 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh4 apellyasiya şikayəti təmin edilməsin. Xaçmaz Rayon Məhkəməsinin e-2(067)-1255/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi Cavabdeh4 münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar