Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1795/2020 16.09.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), X13 və X9 ibarət tərkibdə, Məhkəmə iclas katibi Abbaslı Nahid Nəsrəddin oğlunun katibliyi, İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh Şamaxı rayon İ Çaylı Bələdiyyəsinin sədri X1, İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X18, vəkili və nümayəndəsi X6 iştirakı ilə, İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh Şamaxı rayon İ Çaylı Bələdiyyəsinin ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşı torpaq icarəsi müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilədə nəzərdə tutulan 150 ha torpaq sahəsinin boşaldılaraq İ Çaylı Bələdiyyəsinin faktiki sahibliyinə verilməsi barədə ilk iddiasına, qarşılıqlı iddia üzrə iddiaçı, ilk iddia üzrə Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh, ilk iddia üzrə iddiaçı Şamaxı rayon İ Çaylı Bələdiyyəsinə qarşı xx.xx.2004-cü il tarixli icarə müqaviləsi əsasında Şamaxı rayon İ Çaylı kənd ərazisində onun istifadəsində olan 150 ha torpaq sahəsində Şamaxı rayon İ Çaylı Bələdiyyəsi tərəfindən aparılan qanunsuz tikililərin sökülməsi, həmin torpaq sahəsində mülkiyyət hüququnun tanınması barədə qarşılıqla iddiasına dair mülki iş üzrə Şamaxı Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(074)-55/2020 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şamaxı Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(074)-55/2020 saylı qətnaməsi ilə ilk iddia təmin edilmiş, Şamaxı rayonu İ Çaylı Bələdiyyəsi və Cavabdeh arasında bağlandığı qeyd edilən xx xxxx 2004-cü il tarixli torpaq icarəsi müqaviləsi etibarsız hesab edilmiş, həmin müqavilədə nəzərdə tutulan 150 ha torpaq sahəsinin boşaldılaraq 1-ci Çaylı Bələdiyyəsinin faktiki sahibliyinə verilməsi qət edilmiş, qarşılıqlı iddia təmin edilməmişdir (hakim E.Hümbətov). Qətnamədən ilk iddia üzrə Cavabdeh apelyasiya şikayəti verərək Şamaxı Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(074)-55/2020 saylı qətnaməsinin ləğv olunmasını, qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İŞİN HALLARİ: Şamaxı rayon İ Çaylı Bələdiyyəsi Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə Şamaxı rayon İ Çaylı Bələdiyyəsi arasında bağlandığı qeyd edilən xx xxxx 2004-cü il tarixli torpaq icarəsi müqaviləsinin etibarsız hesab edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Şamaxı rayon İ Çaylı Bələdiyyəsinin nümayəndəsi iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə Şamaxı rayon 1-ci Çaylı Bələdiyyəsi arasında bağlandığı qeyd edilən xx xxxx 2004-cü il tarixli torpaq icarəsi müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilədə nəzərdə tutulan 150 ha torpaq sahəsinin boşaldılaraq 1-ci Çaylı bələdiyyəsinin faktiki sahibliyinə verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İlk iddia ərizəsi bununla əsasəandırılmışdır ki, İ Çaylı bələdiyyəsi ilə X29 arasında bağlanmış xx xxxxxx 2000-ci il tarixli icarə müqaviləsinə əsasən 150 ha torpaq sahəsi 15 il müddətinə F.Gülüyevə icarəyə verilmişdir. Həmin müqavilənin müddəti bitdiyinə, torpaq sahəsi təyinatı üzrə istifadə edilmədiyinə, eləcə də, o, icarə haqqını vaxında ödəmədiyinə görə torpaq sahəsinin boşaldılmasına dair bələdiyyə tərəfindən Şamaxı Rayon Məhkəməsində iddia qaldırılmışdır. Məhkəmə araşdırması zamanı cavabdeh Fazil Gülüyev müqavilə təqdim edərək həmin torpağa dair bələdiyyə ilə onun oğlu arasında torpaq icarə müqaviləsinin bağlandığını iddia etmişdir. Halbuku, bələdiyyənin həmin müqavilədən xəbəri yoxdur, bələdiyyənin arxiv sənədlərində və kitablarında müqavilə barəsində hər hansı qeydiyyat aparılmamışdır. Bundan başqa, Cavabdeh 1989-cu il təvəlüdlüdür və iddia olunan müqavilənin bağlandığı vaxt onun cəmi 15 yaşı olmuşdur. Şamaxı rayon Prokurorluğu tərəfindən təyin edilmiş məhkəmə xətşünaslıq ekspertizası tərəfindən müəyyən edilmişdir ki, müqavilədəki “bələdiyyənin sədri” sözünün qabağında olan imza həmin dövrdə bələdiyyə sədri işləmiş mərhum Xanmusa Nağıyevə aid deyildir. Aparılmış ilkin araşdırma zamanı müəyyən edilmişdir ki, Cavabdeh 50 ha torpaq sahəsinin icarəyə verilməsi haqqında xx.xx.2004-cü il tarixli qərar həmin tarixli iclas protokolu, habelə torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilə, torpağın yerqurluşu layihəsindən çıxarış, torpağın təhviltəslim sənədləri vəzifəli şəxslər tərəfindən saxtalaşdırılmışdır. Bununla bağlı Cinayət Məcəlləsini 313-cü maddəsi ilə cinayət işi başlanmış, lakin cinayət məsuluyyətinə cəlb etmə müddəti keçdiyinə görə cinayət işi üzrə icraata xitam verilmişdir. Beləliklə, cinayət araşdırması materialları ilə müqavilənin saxta olması sübuta yetirilmişdir. Odur ki, Cavabdeh ilə Şamaxı rayonu 1-ci Çaylı Bələdiyyəsi arasında bağlandığı qeyd edilən xx xxxx 2004-cü il tarixli torpaq icarəsi müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilədə nəzərdə tutulan 150 ha torpaq sahəsinin boşaldılaraq 1-ci Çaylı bələdiyyəsinin faktiki sahibliyinə verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edilmişdir. Cavabdeh Şamaxı rayon İ Çaylı bələdiyyəsinə qarşı qarşılıqlı iddia ərizəsi verərək, xx xxxx 2004-cü il tarixli icarə müqaviləsi əsasında icarəsində olan torpaq sahəsində inşa edilən qanunsuz tikililərin sökülməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə gedişatında Cavabdeh qarşılıqlı iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək, Şamaxı rayon 1-ci Çaylı Bələdiyyəsinin sədri X2 14 (on dörd) ildən sonra xx xxxx 2004-cü il tarixli torpaq icarə müqaviləsinin etibarsız hesab edilməsi barədə qaldırdığı iddia ərizəsinin qanunsuz və əsassız olduğu üçün rədd edilməsi, 150 ha mübahisəli torpaq sahəsindən 15 (on beş) il müddətində fasiləsiz istifadə etdiyi üçün, icarəsinə verilmiş həmin 150 hektar torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi bununla əsaslandırılmışdır ki, Cavabdeh atası X29 mübahisəli torpaq sahəsini heyvandarlığın inkişaf etdirilməsi məqsədi ilə 2000-ci ildə bələdiyyədən 15 il müddətinə icarəyə götürmüşdür. 2004-cü ilin əvvəllərində İ Çaylı kəndi üzrə icra nümayəndəsi təyin olunduğu üçün həmin ilin mart ayının 30-da torpağı bələdiyyəyə geri qaytarmış və həmin torpaq sahəsi onun oğlu Cavabdeh tərəfindən 30 il müddətinə icarəyə götürülmüşdür. Sonuncunun həmin vaxt 15 yaşı olsa da, heyvandarlıq ilə məşğul olmaq həvəsində olduğundan və valideynləri buna etiraz etmədiklərindən icarə müqaviləsi onunla bağlanmışdır. Hazırda müqavilənin bir nüsxəsinin bələdiyyənin arxiv sənədlərində aşkar edilməməsində vətəndaşın təqsiri yoxdur və bu hal müqavilənin etibarsız hesab edilməsi üçün əsas ola bilməz. Həmin vaxtdan torpaq sahəsi təyinatı üzrə istifadə edilir. Lakin bələdiyyə göstərilən torpaq sahəsini başqa şəxsə satdığından hər vasitə ilə Cavabdeh həmin torpaqdan çıxarmaq istəyir. Belə ki, Cavabdeh xəbəri olmadan başqa bir şəxs mübahisəli torpaq sahəsində qanunuz olaraq tikililər inşa etmiş və bunu bələdiyyənin göstərişi və razılığı ilə etdiyini bildirmişdir. Həmçinin mübahisəli 150 ha torpaq sahəsi ilə bağlı Şamaxı rayonu 1-ci Çaylı Bələdiyyəsinin sədri X5 tərəfindən Şamaxı rayon prokurorluğuna şikayət verilmişdir. Şamaxı rayon prokurorunun müavininin qəbul etdiyi xx xxxxxxxx 2019-cu il tarixli “Cinayət işi üzrə icraata xitam verilməsi haqqında” qərarının nəticə hissəsində göstərilmişdir: “1. ********* nömrəli cinayət işi üzrə icraata əməldə cinayət tərkibi olmaması və cinayət məsuliyyətinə cəlbetmə müddəti keçməsi əsasları ilə Azərbaycan Respublikası CPM-nin 39.1.2 və 39.1.3-cü maddələrinə əsasən xitam verilsin. 2. Cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi ilə əlaqədar Naqdalıyev Fərid Köçəri oğlunun və X7 barələrində Azərbaycan Respublikası CM-nin 313-cü maddəsi ilə cinayət təqibinin başlanması rədd edilsin. 3. X18 və Cavabdeh əməllərində Azərbaycan Respublikası CM-nin 320.2-ci maddəsinin tərkib əlamətləri olmadığından həmin maddə ilə barələrində cinayət təqibinin başlanması rədd edilsin. 4. X18 əməlində Azərbaycan Respublikası CM-nin 179cu maddəsinin tərkib əlamətləri olmadığından barəsində həmiun maddə ilə cinayət təqibinin başlanması rədd edilsin. 5. İstintaq zamanı saxtalığı sübuta yetirilmiş Şamaxı rayonu X20 ilə həmin kənd sakini Cavabdeh arasında 150 ha torpaq sahəsinin icarəyə verilməsi ilə bağlı bağlanmış xx xxxx 2004-cü il tarixli, 03 №-li “torpaq sahəsinin icarəyə verilməsi haqqında” müqavilə, qeyd olunan torpaq sahəsinin Cavabdeh təhvil verilməsi barədə xx xxxx 2004-cü il tarixli akt, Şamaxı rayonu 1-ci Çaylı Bələdiyyəsinin xx xxxx 2004-cü il tarixli iclas protokolu, həmin torpaq sahəsinə dair yerquruluşu layihəsindən çıxarış və Birinci Çaylı bələdiyyə başçısının xx xxxx 2004-cü il tarixli, 03 №-li “torpaq sahəsinin icarəyə verilməsi haqqında” müqavilə maddi sübut kimi tanınsın və cinayət işinin materiallarına əlavə edilsin.
6. Cavabdeh iştirakı və təqsiri olmadan qanunauyğun müraciət əsasında saxta yollarla hazırlanaraq ona təqdim olunmuş müqavilə əsasında icarəsinə verilmiş 150 hektar torpaq sahəsi üzərində mülkiyyət hüququnun tanınması ilə bağlı mülki məhkəmə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilsin. 7. X12 sədri X3 bələdiyyə ilə X24 arasında bağlanmış xx xxxx 2004-cü il tarixli icarə müqaviləsinin sonuncunun 15 yaşında, yəni müqavilə bağlamaq hüququ yaranmadan bağlanması və saxta yolla hazırlanması ilə əlaqədar müqavilənin etibarsız hesab edilməsi ilə bağlı mülki məhkəmə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. 8. X2 müraciətlərində və ifadələrində X18 Şamaxı RİHB-nin Birinci Çaylı kənd İƏD üzrə nümayəndəsi kimi vəzifələrinin icrasından yayınaraq müxtəlif tarixlərdə iş vaxtlarında Bakı və Sumqayıt şəhərlərində məhkəmə instansiyalarında iştirak etməsi xüsusatı ilə əlaqədar xx xxxx 2019cu il tarixdə Şamaxı rayon İcra Hakimiyyətinə təqdimat verilməsi və həmin təqdimat əsasında Fazil Gülüyevin xx.xx.2019-cu il tarixli əmrlə tutduğu vəzifədən və dövlət qulluğundan azad olunması nəzərə alınsın. 9. Cinayət işi üzrə şahidin soyadı, adı və ata adı “X29” kimi oxunsun. 10. Cinayət işi üzrə şahidin soyadı, adı və ata adı “Cavabdeh” kimi oxunsun. 11. Cinayət işi üzrə X2 zərərçəkmiş şəxsin nümayəndəsi qismində iştirakına xitam verilsin. 12. Qərarın surəti maraqlı şəxslərə göndərilməklə, cinayət işinin materialları ilə tanış olmaq, qərardan şikayət etmək hüquqları izah edilsin və Qərarın surəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilsin.” Şamaxı rayonu X12 sədri X5 2008-2009-cu illərdə də X12 sədri vəzifəsində işləmişdir. Lakin həmin 150 ha torpaq sahəsi ilə bağlı heç bir mübahisəsi olmamışdır. Eyni zamanda, həmin vəzifədə 2014cü ildən bu günə kimi işləyir. Lakin iddia müddətini üzürsüz səbəbdən ötürmüşdür. Həmin 150 ha torpaq sahəsinin icarəyə verilməsi ilə bağlı bağlanmış xx xxxx 2004-cü il tarixli, 03 saylı “torpaq sahəsinin icarəyə verilməsi haqqında” müqavilənin etibarsız hesab olunması barədə iddia qaldırması isə tam qanunsuz və əsassızdır, çünki iddia müddətini üzürsüz səbəbdən ötürmüşdür. Odur ki, Şamaxı rayon 1-ci Çaylı Bələdiyyəsinin sədri X2 14 (on dörd) ildən sonra xx xxxx 2004-cü il tarixli torpaq icarə müqaviləsinin etibarsız hesab edilməsi barədə iddia ərizəsi qanunsuz və əsassız olduğu üçün rədd edilməli və həmin 150 ha mübahisəli torpaq sahəsindən Cavabdeh 15 (on beş) il müddətində fasiləsiz istifadə etdiyi üçün, icarəsinə verilmiş mübahisəli 150 hektar torpaq sahəsi üzərində mülkiyyət hüququmun tanınması barədə qətnamə qəbul edilməlidir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır.
Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ VƏ S Ü B U T L A R İ :
Cavabdeh apelyasiya şikayətinin onunla əsaslandırmışdır ki, məhkəmə işə birtərəfli qaydada, yalnız qarşı tərəfin mənafeyinə uyğun yanaşmış və qanunsuz nəticəyə gəlmişdir. Məhkəmə tərəflər arasında daha əvvəllər oxşar mübahisələrə baxılmasına və qanuni qüvvəsini almış məhkəmə qətnamələrinin olmasına əhəmiyyət verməmiş, mübahisəli müqavilənin öhdəlik hissəsinə hüquqi qiymət verməmiş, nəticədə məhkəmə prosesi Bələdiyyənin yarımçıq sübutları üzərində aparılmış və çəkişmə prinsipi pozulmuşdur. İcarə müqaviləsi bağlanarkən buna onun valideynləri notarial qaydada təsdiq edilmiş razılıq vermiş, bundan sonra onunla Bələdiyyə arasında 150 ha torpaq sahəsinin 30 il müddətinə icarəyə verilməsi barədə xx xxxx 2004-cü il tarixli, 03 saylı müqavilə bağlanmış, imzalandığı andan qanuni qüvvəsini almışdır. Torpaq sahəsinə görə icarə haqqı və tədiyyələr vaxtında ödənilmişdir. Bu sahədən təyinatı üzrə məqsədyönlü şəkildə istifadə etmişdir. Burada kənd təsərrüfatı məhsulları istehsal etmişdir və bu fəaliyyətini hazırda da davam etdirir. Lakin Bələdiyyənin yeni seçilmiş sədri onun bu fəaliyyətinə maneçilik törədir və icraəyə götürülmüş torpaq sahəsinin qaytarılmasını tələb edir. İcarədə olan torpaq sahəsindəki heyvandarlıqla bağlı bir sıra tikililər onun atası Gülüyev Fazilin mülkiyyətindədir. Bu torpaq sahəsinin icarəyə götürülməsi barədə onunla Bələdiyyə arasında daha əvvəl, xx xxxxxx 2000-ci il tarixli müqavilə bağlanmış və torpaq sahəsi təyinatı üzrə istifadə edilmişdir. Lakin atası 2004-cü ildə İ Çaylı İƏD üzrə nümayəndə (dövlət qulluqçusu) təyin edildiyindən əvvəlki icarə müqaviləsi ləğv edilmiş və 2004-cü ildə onun oğlu-Cavabdehla yeni icarə müqaviləsi bağlanmışdır. Lakin Bələdiyyə bu sahəni başqa şəxsə satdığından Cavabdeh həmin sahədən çıxarmaq istəyir. Kənar şəxs bu sahədə qanunsuz əsaslarla tikinti işləri aparmış və bunu bələdiyyənin göstərişinə əsasən apardığını bildirmişdir. 14 il müddət ərzində Bələdiyyə hərəkətsizlik göstərmiş, mübahisəli torpaq sahəsilə bağlı tələb irəli sürməmiş, iddia müddəti çoxdan ötürülmüşdür. Mübahisəli torpaq sahəsindən fasiləsiz 10 il müddətinə istifadə etdiyinə görə bu sahə onun mülkiyyətinə verilməlidir. İşə baxan məhkəmə mübahisə üzrə heç bir araşdırma aparmadan, ekspertiza təyin etmədən yalnız qarşı tərəfin mənafeyinə xidmət edən qətnamə qəbul etmişdir. Göstərilənlərə əsasən qətnamə ləğv edilməli, qarşılıqlı iddianın təmin olunması barədə qətnamə çıxarılmalıdır. Apelyasiya baxışı zamanı məhkəmə iclasında ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi, müstəqil tələb irəli sürməyən üçüncü şəxs X29, habelə vəkili və nümayəndəsi X14 apelyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini, qətnamənin qanunsuz olduğundan ləğv edilməsini, qarşılıqlı iddianın isə təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında Şamaxı rayon İ Çaylı Bələdiyyəsinin sədri X4 apelyasiya şikayətini qəbul etmədiyini bildirərək, qətnamənin qanuni olduğunu, buna görə də şikayətin təmin edilmədən, qətnamənin isə dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iştirak etdiyi iclasında Şamaxı rayon İ Çaylı Bələdiyyəsinin vəkili və nümayəndəsi X10 da apelyasiya şikayətini qəbul etmədi və qətnamənin qanuni olduğunu, buna görə də şikayətin təmin edilmədən, qətnamənin isə dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İş üzrə digər müstəqil tələb irəli sürməyən üçüncü şəxs DƏDRX-nin 14 saylə Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına nümayəndəsini göndərməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə müstəqil tələb irəli sürməyən üçüncü şəxs DƏDRX-nin 14 saylə Ərazi İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır: İş materiallarında olan Şamaxı rayon Birinci Çaylı bələdiyyə başçısınınxx.xx.2000-ci il tarixli qərarından görünür ki, X21 150 ha torpaq sahəsinin müvəqqəti istifadəsinə verilməsi qərara alınmışdır. Yenə iş materiallarında olan Şamaxı rayon məhkəməsinin xx.xx.2009-cu il tarixli qərardadından görünür ki, iddiaçı X12 cavabdehlər Gülüyev Fazil və qeyrilərinə qarşı bələdiyyənin xx.xx.2000-ci il tarixli, xx.xx.2001-ci il tarixli və xx.xx.2000-ci il tarixli qərarlarının və icarə müqavilələrinin ləğv edilməsinə dair iddiası baxılmamış saxlanılmışdır. Yenə də iş materiallarında olan Dövlət Arxivinin Şamaxı filialı tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli, 54160 saylı arayışından görünür ki, 2000-2010-cu iliərə aid arxivə təhvil verilmiş İ Çaylı bələdiyyəsinin sənədlərində Gülüyev Fazil. Gülü oğluna torpağın icarəyə verilməsinə dair 2000-ci il tarixli protokol aşkar edilmiş, lakin həmin icarə müqaviləsnin ləğv olunması və eyni zamanda Cavabdeh olunun adına icarə müqaviləsinin bağlanması barədə protokol aşkar olunmamışdır. İş materiallarında olan Cavabdeh aid şəxsiyyət vəsiqəsindən görünür ki, o, xx.xx.1989-cu il təvəllüdlüdür. İşdə olan torpaq sahəsinin icarəyə verilməsinə dair xx xxxx 2004-cü il tarixli, 03 saylı müqavilədən görünür ki, Şamaxı rayonu İ Çaylı bələdiyyəsi tərəfindən 150 ha torpaq sahəsi heyvandarlığın inkişafı məqsədi ilə Cavabdeh icarəyə verilmişdir. Yenə işdə olan xx xxxx 2004-cü il tarixli 03 saylı İ Çaylı bələdiyyə başçısının qərarından görünür ki, 150,0 ha torpaq sahəsi Cavabdeh icarəyə verilmişdir. Yenə də işdə olan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şamaxı rayon şöbəsi tərəfindən verilmiş xx.xx.2004-cü il tarixli rəydən görünür ki, Şamaxı rayon İ Çaylı bələdiyyəsi tərəfindən 150.0 ha torpaq sahəsinin Cavabdeh icarəyə verilməsinə etiraz edilmir. İş materiallarında olan Şamaxı rayon Prokurorluğu tərəfindən təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilmiş xətt və imzaların tədqiqi ekspertizasının xx.xx.2007-ci il tarixli, 11207 saylı rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş Şamaxı rayon X12 xx.xx.2004-cü il tarixli qərarının sonundakı “1-ci Çaylı bələdiyyəsinin sədri” sözündən sonrakı imza, xx.xx.2004-cü il tarixli 03 saylı icarə müqaviləsinin sonuncu səhifəsindəki “Nağıyev X.M.” yazısından alt tərəfdə “M.Y.” hərflərinin qarşısındakı imza, torpaq yerquruluşu layihəsindən çıxarışın sonunda “1-ci Çaylı bələdiyyəsinin sədri” sözündən sonrakı, X12 xx.xx.2004-cü il tarixli protokolunun sonunda “iclasın sədri” yazısından sonra “X.Nağıyev” yazısının qarşısında imza və Cavabdeh 150 ha topraq sahəsinin icarəyə verilməsi ilə bağlı tərtib edilmiş təhvil-təslim aktındakı “X.Nağıyev” yazısının qarşısında imza “X22” tərəfindən yox, başqa şəxs (şəxslər) tərəfindən icra olunmuşdur. Yenə iş materiallarında olan Şamaxı rayon Prokurorluğu tərəfindən təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilmiş sənədlərin texniki ekspertizasının xx.xx.2007-ci il tarixli, 15014 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şamaxı rayon şöbəsinin xx.xx.2004-cü il tarixli 1717-132 nömrəli rəydəki, torpağın yerquruluşu layihəsindəki çıxarışdakı və xx.xx.2004- cü il tarixli 03 nömrəli torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilədəki möhür əsli təqdim edilmiş “Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şamaxı rayon şöbəsi”nə məxus olan sərbəst əks nümunələri ilə eynilik təşkil etmir. Yenə də iş materiallarında olan Şamaxı rayon Prokurorluğunun cinayət işi üzrə icraata xitam verilməsi haqqında xx xxxxxx 2017-ci il tarixli qərarından görünür ki, Şamaxı RİHM-nın İ Çaylı kənd ərazi dairəsi üzrə nümayəndəsi Fazil Gülüyevin torpağın icarəyə verilməsinə dair saxta icarə müqaviləsi hazılatdırıb ondan istifadə edilməsi haqqında Şamaxı rayon İ Çaylı bələdiyyəsinin sədri X2 müraciətləri əsasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə cinayət işi başlanılmış və iş üzrə icraata cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyinə görə xitam verilmişdir. İşə əlavə edilmiş Şamaxı rayon Prokurorluğunun xx xxxxxxxx 2019-cu il tarixli cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərarından görünür ki, 1.170836017 nömrəli cinayət işi üzrə icraata əməldə cinayət tərkibi olmaması və cinayət məsuliyyətinə cəlbetmə müddəti keçməsi əsasları ilə Azərbaycan Respublikası, CPM-nin 39.1.2 və 39.1.3cü maddələrinə əsasən xitam verilməsi, 2. Cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi ilə əlaqədar Naqdaliyev Fərid Köçəri oğlunun və X8 barələrində Azərbaycan Respublikası CM-nin 313-cü maddəsi ilə cinayət təqibinin başlanılması rədd edilməsi, 3. X18 və Cavabdeh əməllərində Azərbaycan Respublikası CM-nin 320.2-ci maddəsinin tərkib əlamətləri olmadığından həmin maddə ilə barələrində cinayət təqibinin başlanması rədd edilməsi, 4. X18 əməlində Azərbaycan Respublikası CM-nin 179- cu maddəsinin tərkib əlamətləri olmadığından barəsində həmin maddə ilə cinayət təqibinin başlanması rədd edilməsi, 5. İstintaq zamanı saxtalığı sübuta yetirilmiş Şamaxı rayonu X20 ilə həmin kənd sakini Cavabdeh arasında 150 hektar torpaq sahəsinin icarəyə verilməsi ilə bağlı bağlanmış xx xxxx 2004-cü il tarixli, 03 №-li «torpaq sahəsinin icarəyə verilməsi haqqında» müqavilə, qeyd olunan torpaq sahəsinin Cavabdeh təhvil verilməsi barədə xx xxxx 2004-cü il tarixli akt, Şamaxı rayon X12 xx xxxx 2004-cü il tarixli iclas protokolu, həmin torpaq sahəsinə dair yerquruluşu layihəsindən çıxarış və Birinci Çaylı bələdiyyə başçısının xx xxxx 2004-cü il tarixli, 03 №-li qərarı maddi sübut kimi tanınsın və cinayət işinin materiallarına əlavə edilməsi, 6. Cavabdeh iştirakı və təqsiri olmadan qanunauyğun müraciəti əsasında saxta yollarla hazırlanaraq ona təqdim olunmuş müqavilə əsasında icarəsinə verilmiş 150 hektar torpaq sahəsi üzərində mülkiyyət hüququnun tanınması ilə bağlı mülki məhkəmə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilməsi, 7. X12 sədri X3 bələdiyyə ilə Cavabdeh arasında bağlanmış xx xxxx 2004-cü il tarixli icarə müqaviləsinin sonuncunun 15 yaşında, yəni müqavilə bağlamaq hüququ yaranmadan bağlanması və saxta yolla hazırlanması ilə əlaqədar müqavilənin etibarsız hesab edilməsi ilə bağlı mülki məhkəmə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnun olması izah edilməsi, 8. X2 müraciətlərində və ifadələrində X18 Şamaxı RİHB-nm Birinci Çaylı kənd İƏD üzrə nümayəndəsi kimi vəzifələrinin icrasından yayınaraq müxtəlif tarixlərdə iş vaxtlarında Bakı və Sumqayıt şəhərlərində məhkəmə instansiyalarında iştirak etməsi xüsusatı ilə əlaqədar xx xxxx 2019-cu il tarixdə Şamaxı rayon İcra Hakimiyyətinə təqdimat verilməsi və həmin təqdimat əsasında Fazil Gülüyevin xx.xx.2019-cu il tarixli əmrlə tutduğu vəzifədən və dövlət qulluğundan azad olunması nəzərə alınması, 9. Cinayət işi üzrə şahidin soyadı, adı və ata adı «X29» kimi oxunması, 10. Cinayət işi üzrə şahidin soyadı, adı və ata adı «Cavabdeh» kimi oxunması, 11. Cinayət işi üzrə X2 zərərçəkmiş şəxsin nümayəndəsi qismində iştirakına xitam verilməsi qərara alınmışdır. İşdə olan Şamaxı rayon Prokurorluğunun xx xxxxxxxx 2019-cu il tarixli cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərarından görünür ki, aparılmış istintaq zamanı Şamaxı rayonu X20 ilə həmin kənd sakini Cavabdeh arasında 150 hektar torpaq sahəsinin, icarəyə verilməsi ilə bağlı bağlanmış xx xxxx 2004-cü il tarixli, 03 №-li «torpaq sahəsinin icarəyə verilməsi haqqında» müqavilə, qeyd olunan torpaq sahəsinin Cavabdeh təhvil verilməsi barədə xx xxxx 2004-cü il tarixli akt, Şamaxı rayon X12 xx xxxx 2004-cü il tarixli iclas protokolu, həmin torpaq sahəsinə dair yerquruluşu layihəsindən çıxarış və Birinci Çaylı bələdiyyə başçısının xx xxxx 2004-cü il tarixli, 03 №-li qərarının saxta olduğu, sənədlərdə həmin dövrdə X12 sədri vəzfəsində işləmiş Xanmusa Nağıyevin adının qarşısında olan imzaların sonuncu tərəfindən imzalanmadığı və sabiq Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şamaxı rayon şöbəsinin inspektoru Naqdaliyev Fərid Köçəri oğlu və həmin şöbənin müdiri X15 tərəfindən saxtalaşdırıldığı, sənədin saxtalaşdırılmasında X18 və Cavabdeh hər hansı bir formada iştiraklarının olmadığı müəyyən olunmuşdur. İş materiallarında olan Şamaxı Rayon Məhkəməsinin 2(074)-31/2018 saylı, xx xxxxxx 2018-ci il tarixli qətnaməsindən görünür ki, Şamaxı rayon X12 X21 qarşı xx xxxxxx 2000-ci il tarixli icarə müqaviləsinə əsasən icarəyə götürülmüş 150 ha torpaq sahəsinin qanunsuz sahiblikdən azad edilərək Bələdiyyəyə qaytarılması barədə iddiası təmin edilməmişdir. Bu qətnamə Sumqayıt Apelyasiya Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qətnaməsilə, həmin qətnamə isə Ali Məhkəmənin xx xxxxxxx 2018-ci il tarixli qərarı ilə dəyişdirilmədən saxlanmışdır. İşdə olan çoxsaylı ödəmə qəbzlərindən görünür ki, Cavabdeh icrayəyə götürdüyü torpaq sahəsi ilə bağlı 2006-2019-cu illər ərzində mütəmadi olaraq Şamaxı rayon X12 hesabına ödənişlər etmişdir. Şamaxı rayon X12 işdə olan xx xxxxxxxx 2020-ci il tarixli bildirişindən görünür ki, X18 xx xxxxxx 2000-ci il tarixli icarə müqaviləsinə əsasən Bələdiyyəyə 2880 manat borcu qalmışdır.
M Ə H K Ə M Ə N İ N H Ü Q U Q İ M Ö V Q E Y İ:
Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Yenə həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi ha-ki-min məruzəsini, tərəflərin izahatlarını dinləyib apelyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən, apelyasiya şikayəti qismən təmin edilməli, Şamaxı Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(074)-55/2020 saylı qətnaməsi ilk iddianın təmin edilməsi hissəsində ləğv edilməli və ilk iddia təmin olunmamalı, qalan hissədə isə qətnamə dəyişdirilmədən saxlanmalıdır. Hazırki işin hallarından görünür ki, Şamaxı rayon İ Çaylı Bələdiyyəsi Cavabdeh qarşı torpaq icarəsi müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilədə nəzərdə tutulan 150 ha torpaq sahəsinin boşaldılaraq İ Çaylı Bələdiyyəsinin faktiki sahibliyinə verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Buna qarşılıq olaraq Cavabdeh Şamaxı rayon İ Çaylı Bələdiyyəsinə qarşı xx.xx.2004-cü il tarixli icarə müqaviləsi əsasında Şamaxı rayon İ Çaylı kənd ərazisində onun istifadəsində olan 150 ha torpaq sahəsində Şamaxı rayon İ Çaylı Bələdiyyəsi tərəfindən aparılan qanunsuz tikililərin sökülməsi, həmin torpaq sahəsində mülkiyyət hüququnun tanınması barədə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Eyni zamanda Cavabdeh hazırki iş üzrə iddiaçının iddia müddətini ötürməsini qeyd etmiş və iddia müddətinin tətbiq edilməsini xahiş etmişdir. İşə baxan məhkəmə ilkin iddianı təmin etmiş, qarşılıqlı iddianı rədd etmişdir. Hazırki iş üzrə müddətin keçməsi ilə bağlı isə məhkəmə hesab etmişdir ki, əvvəllər Bələdiyyənin tələbi üzrə Şamaxı Rayon Məhkəməsinin icraatında olmuş mülki iş üzrə məhkəmə araşdırması zamanı cavabdeh Fazil Gülüyev müqavilə təqdim edərək həmin torpaq sahəsinə dair bələdiyyə ilə onun oğlu Vüsal arasında torpaq icarə müqaviləsinin bağlandığını iddia etdiyindən Şamaxı rayon İ Çaylı bələdiyyəsinin sədri Əzizbaba Fətullayevin müraciətləri əsasında Şamaxı rayon Prokurorluğunda araşdırma aparılmış və xx xxxxxx 2017-ci il tarixli qərarla cinayət işi üzrə icraata xitam verilmişdir. Həmin vaxtdan Bələdiyyəyə özünün mülkiyətində olan torpaq sahəsi barəsində saxta sənədlərin tərtib olunması yolu ilə etibarsız əqd bağlandığı bəlli olmuş və Bələdiyyə həmin tarixdən 1 il keçməmiş, yəni xx xxxx 2018ci il tarixdə hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi, Bələdiyyə xx xxxx 2004-cü il tarixli 03 saylı icarə müqaviləsinin etibarsız sayılmasına əsas verən halları xx xxxxxx 2017-ci il tarixli qərarın (cinayət işi üzrə) çıxarıldığı tarixdən bilməli olmuş və xx xxxx 2018-ci il tarixdə məhkəməyə müraciət etməklə iddia müddətini keçirməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşmır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Hər şeydən öncə qeyd olunmalıdır ki, iddia müddəti anlayışı iddia və iddia hüququ anlayışları ilə sıx surətdə bağlıdır. Vətəndaşlar öz şəxsi və əmlak hüquqlarının, habelə qanunla qorunan mənafelərinin məhkəmə müdafiəsini iddia vermək yolu ilə həyata keçirirlər. Əgər şəxsin hər hansı mülki hüququ başqa şəxs tərəfindən pozularsa, maraqlı tərəf müdafiə üçün məhkəmə orqanlarına müraciət edə bilər. Bu cür müraciət iddia adlanır. İddia hüququ isə pozulmuş və ya mübahisə edilən hüququ müdafiə etmək üçün məhkəməyə müraciət etmək imkanıdır. Qanunvericilik mülki hüquqların müdafiəsi üçün müddət müəyyən etmişdir ki, həmin müddət ərzində də səlahiyyətli şəxs öz pozulmuş hüquqlarının məcburi qaydada həyata keçirilməsini müvafiq orqanlardan tələb edə bilər. Bu müddət, yəni iddia müddəti öz hüquqlarını müdafiə etmək haqqında tələblə məhkəməyə müraciət olunması üçün səlahiyyətli şəxsə verilən vaxt dövrüdür. Məhz həmin vaxt dövrü ərzində hüququ pozulmuş şəxs öz hüququnu müdafiə etmək üçün məhkəməyə müraciət edə bilər. İddia müddətinin mahiyyəti əsasən ondan ibarətdir ki, bu müddət ərzində səlahiyyətli şəxs öz pozulmuş mülki hüququnu iddia qaydasında məhkəmə icraatı vasitəsilə məcburi qaydada müdafiə etmək imkanına malik olur. İddia müddətinin axımının başlanğıcı onun düzgün və dəqiq hesablanması, eləcə də mübahisəli hüquq münasibətinə tətbiqi üçün həlledici rol oynayır. Belə ki, bu məsələdə səhvə yol verilməsi iddia müddətinin süni surətdə qısaldılmasına və ya uzadılmasına gətirib çıxaracaqdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsinin tələbinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Qanunun mənasına görə iddia müddətinin axımı iddia hüququ əmələ gələn gündən, yəni pozulmuş hüququn məcburi qaydada məhkəmə orqanlarının köməyi ilə həyata keçirilmək imkanının yarandığı gündən başlanır. İddia hüququnun yarandığı gün şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Deməli, şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya konkret hallar əsasında bunu bilməli olduğu gündən iddia müddətinin axımı başlanır. Birinci instansiya məhkəməsinin qənaətinə görə iddiaçı hüququnun pozulduğunu, yəni mübahisələndirilən icarə müqaviləsinin mövcudluğunu, habelə onun saxta sənəd əsasında verilməsini yalnız 2017-ci ildən sonra, yəni qərarın (cinayət işi üzrə) çıxarıldığı tarixdən sonra bilmişdir və buna görə də onun üçün iddia müddətinin axımı həmin vaxtdan başlanmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddia müddətinin tətbiq olunmasının rədd olunması əsası kimi istinad etdiyi həmin halı əsassız sayır və hesab edir ki, birinci instansiya məhkəməsi mübahisəyə qiymət verərkən iddia müddətinin tətbiqi ilə bağlı normaları düzgün tətbiq etməmişdir. Məhkəmə kollegiyası ilk növbədə iddia müddətinin axımının başlanması anı ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticəni iş materiallarına uyğun saymır. Belə ki, yuxarıda da qeyd edildiyi kimi, işdə olan çoxsaylı ödəmə qəbzlərindən görünür ki, Cavabdeh icrayəyə götürdüyü torpaq sahəsi ilə bağlı 2006-2019-cu illər ərzində mütəmadi olaraq Şamaxı rayon X12 hesabına ödənişlər etmişdir. Beləliklə də müəyyən olunur ki, iddiaçı bunu inkar etsə də, məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında etibarlı müqavilə münasibətləri olmuşdur. Bu qənaət, işin faktiki halları ilə yanaşı, həmçinin aşağıdakı normaların tələblərindən irəli gəlir. AR Mülki Məcəlləsinin 331.1-ci maddəsinə əsasən, yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. MM-in 360-cı maddəsinin (səlahiyyət verilməyən şəxsin əqd bağlaması) müddəalarına əsasən, əgər başqa şəxsin (təmsil edilənin) adından əqdi bağlayan şəxsin (təmsilçinin) başqa şəxsin (təmsil edilənin) adından hərəkət etmək səlahiyyəti olmazsa və ya bu səlahiyyət aşılarsa, əqdin digər tərəfinin təmsilçidən həmin əqdin icrasını və ya əqdin bağlanması nəticəsində ona dəymiş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır, bu şərtlə ki, başqa şəxs (təmsil edilən) əqdi sonradan bəyənməsin (360.1) Təmsil edilən tərəfindən əqdin sonradan bəyənilməsi onun üçün əqdin bağlandığı andan əqd üzrə mülki hüquq və vəzifələr yaradır, dəyişdirir və onlara xitam verir (360.2). Hazırda da Şamaxı rayonu X20 ilə Cavabdeh arasında 150 ha torpaq sahəsinin icarəyə verilməsi barədə bağlandığı qeyd edilən “torpaq sahəsinin icarəyə verilməsi haqqında” xx xxxx 2004-cü il tarixli, 03 saylı müqavilə ilə Şamaxı rayonu X17 lazımi qaydada təmsil edən şəxs tərəfindən imzalanmadığını, Bələdiyyənin müqavilə bağlanması üçün iradəsini ifadə etmədiyini bildirsə də, iddiaçı Bələdiyyənin icarəyə götürülmüş torpaq sahəsinə görə ödənişləri qəbul etməsi icarə münasibətlərini faktiki olaraq bəyənməsi kimi qiymətləndirilməlidir. Bunun, cavabdehin iradəsindən aşkar kənara çıxdığına dair sübut işdə yoxdur. İddiaçının həmin müqavilənin saxta olması ilə bağlı məlumatsızlığına münasibətdə kollegiya qeyd edir ki, əvvəla, işdə olan Şamaxı rayon Prokurorluğunun xx xxxxxxxx 2019cu il tarixli cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərarından görünür ki, sənədin saxtalaşdırılmasında X18 və Cavabdeh hər hansı bir formada iştiraklarının olmadığı müəyyən olunmuşdur. Bundan əlavə, “Qladışeva Rusiyaya qarşı” iş üzrə İnsan Haqları üzrə Avropa Məhkəməsinin qərarında qeyd edilmişdir ki, E-ni mübahisəli mənzilə pasport qeydiyyatına alınmamışdan, mənzili onun adına özəlləşdirməmişdən, onun mülkiyyət hüququnu daşınmaz əmlakın dövlət reyestrində qeydə almamışdan öncə cavabdeh dövlət orqanları tərəfindən E-nin sənədlərinin saxta olub-olmamasının yoxlanmasına heç nə mane olmurdu. Bundan əlavə, mübahisəli mənzil üzrə əqdlər dövlət tərəfindən, bu halda Moskva şəhəri üzrə Federal Qeydiyyat Baş İdarəsi tərəfindən leqallaşdırılmış, yəni mülkiyyət hüququ sahibinin əlavə təhlükəsizliyinin təmin edilməsinə yönəldilmiş prosedur həyata keçirilmişdir. Məhkəmənin fikrincə, dövlət hakimiyyət orqanlarının işində səhvlər və çatışmazlıqlar zərərçəkmiş şəxslərin xeyrinə işləməlidir. Başqa sözlə, dövlət hakimiyyət orqanının səhvi riskini dövlət daşımalı və bu səhvlər maraqlı şəxsin hesabına düzəldilməməlidir. Cavabdehin müddətin keçməsi ilə bağlı ayrıca ərizə ilə müraciət etməməsinə münasibətdə kollegiya qeyd edir ki, Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən iddia müddətinin tətbiqi ilə bağlı ərizə yazılı ərizə formasında təqdim olunmalı və iddia müddətinin keçməsi ilə əlaqədar iddianın rədd edilməsi barədə məhkəməyə ünvanlanmış konkret və əsaslandırılmış xahişi ehtiva etməlidir. Hazırda da cavabdeh qarşılıqlı iddia ərizəsində iddia müddətinin ötürüldüyünü, bu səbəbdən iddianın rədd edilməli olduğunu qeyd etmiş, məhkəməyə ünvanlanmış konkret və əsaslandırılmış xahişini irəli sürmüşdür. Bundan əlavə, iş materiallarında olan iddia müddətinin tətbiqi barədə ərizədən görünür ki, ilk iddia üzrə cavabdeh məhkəməyə iddia müddətinin tətbiqi ilə bağlı ərizə təqdim edərək iddianın rədd edilməsini xahiş etmişdir.(iş 1-ci cild, səh.163) Mülki Məcəllənin 354.2-ci maddəsində qeyd olunub ki, bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. İstinad olunan normanın məzmunundan da göründüyü kimi maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, Bələdiyyə tərəflər arasındakı icarə münasibətlərindən ən azından 2006-cı ildən xəbərdar olmuş, lakin hazırkı iddia ilə məhkəməyə 2018-ci ildə müraciət edərək iddia müddətini ötürmüş və nəticədə hazırda həmin müqavilə üzrə mübahisə etmək hüququnu itirmişdir. Bəhs olunanlara əsasən qeyd edilməlidir ki, Bələdiyyə tərəfindən icarə müqaviləsinin etibarsız hesab edilməsi barədə bir illik iddia müddəti ötürüldüyündən ilk iddia təmin edilə bilməz və bu barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin faktiki hallarına uyğun deyildir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, qətnamə bu hissədə ləğv edilməli, bu hissədə yeni qətnamə qəbul edilməli, Şamaxı rayon X12 mübahisəli icarə müqaviləsinin etibarsız hesab edilməsi barədə ilk iddiası təmin edilməməlidir. İşdən həmçinin görünür ki, Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxxx 2004-cü il tarixli icarə müqaviləsi əsasında icarəsində olan torpaq sahəsində inşa edilən qanunsuz tikililərin sökülməsi, 150 ha mübahisəli torpaq sahəsindən 15 (on beş) il müddətində fasiləsiz istifadə etdiyi üçün, icarəsinə verilmiş həmin 150 hektar torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşdən görünür ki, Cavabdeh icarəsində olan torpaq sahəsində hər hansı tikinti işlərinin aparılması barədə məhkəməyə mötəbər sübut təqdim edə bilməmişdir. Onun iddia ərizəsindən görünür ki, istifadə etdiyi torpaq sahəsində kənar şəxslər tərəfindən bələdiyyənin razılığı ilə tikinti işləri aparılması göstərilmişdir, lakin işdə bununla bağlı hər hansı sübut (Bələdiyyəyə etiraz, hüquq-mühafizə orqanlarına məlumat verilməsi, akt, fotoçəkiliş və s.) mövcud deyildir. Cavabdehin icarəyə götürdüyü torpaq sahəsini 15 il fasiləsiz istifadə etdiyinə görə torpaq sahəsi üzərində onun mülkiyyət hüqunun tanınması ilə bağlı kollegiya qeyd edir ki, mülki və torpaq qanunvericiliyində icarəyə götürülmüş torpaq sahəsinin 15 ildən artıq istifadə edilməsinə görə həmin torpaq sahəsinin həmin şəxsin mülkiyyətinə verilməli olması ilə bağlı hər hansı norma nəzərdə tutulmamışdır. Ehtimal edilir ki, cavabdeh, bu tələbi ilə daşınmaz əmlaka mülkiyyət hüququnun əldə edilməsi üçün əldə etmə müddətini nəzərdə tutur. Lakin Mülki Məcəllənin 178.6-cı maddəsində deyilir ki, əgər şəxs daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış daşınmaz əmlaka faktik mülkiyyətçi hüququ ilə 30 il ərzində fasiləsiz və etirazsız sahiblik etmişsə, o, mülkiyyətçi kimi qeydə alınmasını tələb edə bilər. İstinad olunan normadan göründüyü kimi əmlaka sahiblik edən şəxs həmin əmlakın başqasına məxsus olmasını bilməməli, həmin əmlakı özününkü hesab etməli, əmlakdan istifadə 30 il ərzində fasiləsiz olmalı və başqaları tərəfindən onun sahibliyinə etiraz olunmamalıdır. Bu norma hüquq yaradıcı əhəmiyyət kəsb etdiyinə görə daşınmaz əmlaka 30 il ərzində fasiləsiz və etirazsız sahiblik etməsi faktı AR Mülki Prosessual Məcəlləsinin 307ci maddəsinə əsasən hüquqi fakt kimi müəyyən edilə bilər. Lakin hazırki halda, istinad olunan normanın dispozisiyasında müəyyən olunan şərtlərin heç biri cavabdehin tələbinə uyğun gəlmədiyindən onun bu tələbi də əsaslı hesab edilə bilməz. Beləliklə də məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh qarşılıqlı iddiası əsassızdır və onun rədd edilməsi barədə işə baxan məhkəmə qanuni və əsaslı nəticəyə gəlmişdir. AR MPM-nin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Hazırki halda məhkəmə kollegiyası hesab edir ki, Bələdiyyə öz iddiasının əsaslarına dair dəlillərini sübut edə bilsə də, mübahisə üzrə iddia müddətini ötürmüş, Cavabdeh isə qarşılıqlı iddiasının əsaslarına dair dəlillərini sübut edə bilməmişdir. AR MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə hesab edir ki, daha öncə qeyd edilən səbəblər Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə görə məhkəmə qətnaməsinin apellyasiya qaydasında lqismən əğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, hazırkı iş üzrə Şamaxı Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(074)-55/2020 saylı qətnaməsi ilk iddianın təmin edilməsi hissəsində ləğv edilməli və ilk iddia təmin olunmamalı, qalan hissədə isə qətnamə dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki,Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasənapellyasiya şikayəti təmin edildiyindən, onun verilməsi üçün Cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Q Ə T E T D İ:
Apellyasiya şikayəti qismən təmin edilsin. Hazırkı iş üzrə Şamaxı Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(074)- 55/2020 saylı qətnaməsi ilk iddianın təmin edilməsi hissəsində ləğv olunsun. Bu hissədə yeni qətnamə qəbul edilsin. Şamaxı rayonu İ Çaylı Bələdiyyəsi və Cavabdeh arasında bağlandığı qeyd edilən xx xxxx 2004-cü il tarixli torpaq icarəsi müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilədə nəzərdə tutulan 150 ha torpaq sahəsinin boşaldılaraq 1-ci Çaylı Bələdiyyəsinin faktiki sahibliyinə verilməsi barədə Şamaxı rayonu İ Çaylı Bələdiyyəsinin ilk iddiası təmin edilməsin. Qətnamə qalan hissədə, yəni qarşılıqlı iddianın təmin olunmaması hissəsində dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün Cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid olunsun. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Şəmsəddin Abasov Hakimlər: Gülnarə Tağızadə Telman Məmmədov