Məhkəmə qərarları › İş №2(105)-1795/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1795/2023

05.09.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1795/2023 05.09.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), X2 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı maddi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 2(012)-3919/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadından İddiaçı vəkili-nümayəndəsi Nümayəndə tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «maddi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Abşeron Rayon Məhkəməsinin 2(012)-3919/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «maddi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin geri qaytarılması qərara alınmışdır (hakim Elman Məmmədov). İddiaçı vəkili-nümayəndəsi Quliyev X1 Rayon Məhkəməsinin 2(012)-3919/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadından xx.xx.2023cü il tarixində şikayət verərək, Abşeron Rayon Məhkəməsinin e-2(012)-3919/2023 saylı iş üzrə xx.xx.2023-cü il tarixli qərardadının ləğv edilməsini və mübahisəyə baxılması üçün sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsini, əks təqdirdə şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 2(012)-3919/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə şikayətin təmin edilməməsi, işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Şikayət onunla əsaslandırılmışdır ki, 14 iyul 2023-ci il tarixdə İddiaçı Cavabdeh1 qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət etmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmışdır. Məhkəmə iddia ərizəsinin geri qaytarılması əsası kimi Azərbaycan Respublikası MPM-nin 149.2.3-cü maddəsinə istinad edərək göstərmişdir ki, İddiaçı iddia ərizəsində ikinci cavabdeh kimi Cavabdeh2 göstərsə də, Cavabdeh2 münasibətdə öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısını göstərməmiş, yalnız iddia ərizəsində sonuncunun şifahi öhdəlik götürməsi kimi formal mülahizədən istifadə etməklə iddia ərizəsinin forma və məzmununa riayət etməməklə hazırki mülki işin ərazi aidiyyəti məsələsində də qeyri müəyyənliyə səbəb olmuşdur. Ona görə də Cavabdeh2 münasibətdə AR MPM-in 149.2.3cü maddəsinin tələbinə əməl edilmədiyi təqdirdə, hazırki mülki işə Ağdam Rayon Məhkəməsində baxılmalıdır. Məhkəmənin qərardadı ilə razı deyildir və hesab edir ki, iddiaya Abşeron Rayon Məhkəməsində baxılmalıdır. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, iddia ərizəsində cavabdeh kimi Cavabdeh2 da qeyd edilmiş, avtomobil icarəyə verilərkən Cavabdeh1 ilə birgə İddiaçı qarşısında öhdəliyin tamamilə və ya hissəhissə icra edilməsi ilə bağlı məsuliyyət götürdüyü bildirilmiş, lakin İddiaçı Cavabdeh2 münasibətdə öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısını göstərməmiş, yalnız iddia ərizəsində sonuncunun şifahi öhdəlik götürməsi kimi formal mülahizədən istifadə etmişdir. Hesab edir ki, məhkəmənin bu mövqeyi və gəldiyi nəticə qanunvericiliyin tələblərinə zidd olmaqla yanaşı, iddiaçının hüquqlarının pozulması ilə nəticələnmişdir. Belə ki, Mülki Prosessual Məcəllənin 35.1-ci maddəsinin tələblərinə görə qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 36.2-ci maddəsində isə göstərilmişdir ki, rəsmi yaşayış yeri, olduğu yer və ya hüquqi ünvanı müxtəlif olan bir neçə cavabdehə iddia cavabdehlərdən birinin rəsmi yaşayış yeri və ya hüquqi ünvanı üzrə verilə bilər. Həmin Məcəllənin 36.2-ci maddəsində də təsbit olunmuşdur ki, bu Məcəllənin 39-cu maddəsində müəyyən edilmiş aidiyyət istisna olunmaqla, bu Məcəllənin 36.1-36.12-ci maddələrinə görə işin aid olduğu məhkəmələrdən birini seçmək hüququ iddiaçıya məxsusdur. İddiaçı da Mülki Prosessual Məcəllənin 36.2-ci maddəsində təsbit edilmiş hüququndan istifadə edərək hazırkı iddia ilə cavabdehlərdən birinin (Cavabdeh2) rəsmi qeydiyyata alındığı yer üzrə Abşeron Rayon Məhkəməsinə müraciət etdiyi üçün hazırkı iddianın həmin məhkəmə tərəfindən icraata götürülməsi Mülki Prosessual Məcəllənin qeyd olunan müddəalarının tələblərinə uyğundur. Abşeron Rayon Məhkəməsi isə işə mahiyyəti üzrə baxmaq əvəzinə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin geri qaytarılması nəticəsinə gəlmişdir. Məhkəmənin yuxanda istinad olunan mövqeyi ilə bağlı bildirmək istəyir ki, istinad edilən hallar, yəni İddiaçı Cavabdeh2 münasibətdə öz tələblərinin əsası kimi istinad etdiyi fakt və halları təsdiq edən yazılı sübutlar göstərməməsi, sonuncunun İddiaçı qarşısında yalnız şifahi öhdəlik götürməsi iddia ərizəsinin geri qaytanlması üçün deyil, yalnız həmin cavabdehə aid hissədə iddianın rədd edilməsi üçün əsas ola bilər. Bundan başqa iddia ərizəsindən də göründüyü kimi Cavabdeh2 qarşı konkret tələblər irəli sürülmüş və pulun müştərək qaydada digər Cavabdeh1 ilə yanaşı Cavabdeh2 tutulması da tələb edilmişdir. Göründüyü kimi iddia ərizəsi Mülki Prosessual Məcəllənin tələblərinə riayət edilməklə verilmiş, iddiaçı tərəfindən öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı göstərilməklə ərizəyə əlavə edilmiş, lakin Abşeron Rayon Məhkəməsi heç bir əsas olmadan iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin geri qaytarılması barədə qərardad qəbul etmişdir. Onun bu mövqeyi və gəldiyi nəticə isə qanunvericiliyin tələblərinə zidd olmaqla yanaşı iddiaçının hüquqlarının pozulması ilə nəticələnmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində, apellyasiya üçün müəyyən olunmuş qaydada baxır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib, şikayəti araşdırıb, hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, ərizəsi icraata qəbul edilərək mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Birinci instansiya məhkəməsinin qərardadından görünür ki, məhkəmə müəyyən etmişdir ki, iddia ərizəsinin məzmunundan görünür ki, mülki hüquq münasibətləri məhz İddiaçılə Cavabdeh1 arasında yaranmış və Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş AA1400456 saylı şəxsiyyət vəsiqəsinə dair məlumat vərəqəsindən görünür ki, Cavabdeh1 ünvan 1i ünvanında qeydiyyatdadır. İddiaçı iddia ərizəsində ikinci cavabdeh kimi Cavabdeh2 göstərsədə, Cavabdeh2 münasibətdə AR MPM-in 149.2.3-cü maddəsinin tələbindəın irəli gələn öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısını göstərməmiş,yalnız iddia ərizəsində sonuncunun şifahi öhdəlik götürməsi kimi formal mülahizədən istifadə etməklə iddia ərizəsinin forma və məzmununa riayət etməməklə hazırki mülki işin ərazi aidiyyəti məsələsində də qeyri-müəyyənliyə səbəb olmuşdur.Ona görə də məhkəmə qeyd edir ki, Cavabdeh2 münasibətdə AR MPM-in 149.2.3-cü maddəsinin tələbinə əməl edilmədiyi təqdirdə, hazırki mülki işə Ağdam Rayon Məhkəməsində baxılmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticəni qanunvericiliyə uyğun hesab etmir. Belə ki, hazırki işdən görünür ki, iddiaçı iddia ərizəsində iki cavabdeh qeyd etməklə cavabdehlərdən biri Cavabdeh2 qeydiyyatda olduğu yerin məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 35.1. Qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Maddə 36.2. Rəsmi yaşayış yeri, olduğu yer və ya hüquqi ünvanı müxtəlif olan bir neçə cavabdehə iddia cavabdehlərdən birinin rəsmi yaşayış yeri və ya hüquqi ünvanı üzrə verilə bilər. Qanunvericilik normalarından da göründüyü kimi, rəsmi yaşayış yeri, olduğu yer və ya hüquqi ünvanı müxtəlif olan bir neçə cavabdehə iddia cavabdehlərdən birinin rəsmi yaşayış yeri və ya hüquqi ünvanı üzrə verilə bilər. Hazırki iddia ərizəsindən də görünür ki, iddia ərizəsində cavabdehlər Cavabdeh1 ( Ağdam rayonu, Xıdırlı kəndi) və Cavabdeh2 (Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi, ev 7, mənzil 8) qeyd edilmiş, iddiaçı qanunvericiliyə uyğun olaraq cavabdehlərdən Cavabdeh2 qeydiyyatda olduğu yer üzrə Abşeron Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin qeyd etdiyi xüsusata, Cavabdeh2 münasibətdə AR MPM-in 149.2.3-cü maddəsinin tələbindəın irəli gələn öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısını göstərməmiş,yalnız iddia ərizəsində sonuncunun şifahi öhdəlik götürməsi kimi formal mülahizədən istifadə etməklə iddia ərizəsinin forma və məzmununa riayət etməməklə hazırki mülki işin ərazi aidiyyəti məsələsində də qeyri müəyyənliyə səbəb olmasına qiymət verərək qeyd edir ki. Qeyd edilən hal iddia ərizəsinin geri qaytarılması üçün əsas hesab edilə bilməz. Həmin hal yalnız iddia tələbinin qeyd edilən cavabdehə qarşı təmin edilib-edilməməsi əsas hesab edilə bilər. Belə olan halda məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı iddia tələbində qeyd etdiyi cavabdehlərdən birinin rəsmi qeydə alındığı yer üzrə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddia ərizəsi icraata qəbul edilməlidir. Bu səbəbdən məhkəmə kollegiyası yuxarıda qeyd edilən əsaslarla iddia ərizəsinin geri qaytarılması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı saymır və hesab edir ki, iddiaçının şikayəti təmin edilməli, qərardad ləğv edilməli, iddia ərizəsinə mahiyyəti üzrə baxılması üçün mülki iş həmin məhkəməyə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 398.0.2-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişdirib işi birinci instansiya məhkəməsinə göndərə bilər. Şərh olunanlara əsasən və Mülki-Prosessual Məcəllənin 263-264, 402-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçı vəkili-nümayəndəsi Nümayəndə şikayəti təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 2(012)-3919/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ləğv edilsin. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı maddi ziyanın ödənilməsi tələbinə dair mülki iş mahiyyəti üzrə baxılması Abşeron Rayon Məhkəməsinə qaytarılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar