Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1796/2023 07.09.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər X3 və Məmmədova Lətifə Məhyəddin qızından ibarət tərkibdə, Həsənli Ülkər Cabbar qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı dəymiş ziyan tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 21 iyun 2023-cü il tarixli e-2(012)-2082/2023 nömrəli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə apellyasiya qaydasında Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Abşeron Rayon Məhkəməsinin 21 iyun 2023-cü il tarixli qərardadı ilə (hakim H.Əhmədov) İddiaçı Cavabdeh qarşı dəymiş ziyan tələbinə dair iddia ərizəsi barədə mülki işin aidiyyəti üzrə göndərilməsinə dair Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 tərəfindən verilmiş ərizənin təmin edilməməsi qərara alınmışdır. Cavabdeh qərardaddan şikayət vermişdir. Abşeron Rayon Məhkəməsinin 24 iyul 2023-cü il tarixli qərardadı ilə Abşeron Rayon Məhkəməsinin 21 iyun 2023-cü il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətin geri qaytarılması qərara alınmışdır. Cavabdeh 21 iyun və 24 iyul 2023-cü il tarixli qərardadlarından şikayət vermişdir. Abşeron Rayon Məhkəməsinin 15 avqust 2023-cü il tarixli qərardadı ilə şikayətin qismən təmin edilməsi, Abşeron Rayon Məhkəməsinin 24 iyul 2023-cü il tarixli, e-2(012)- 2082/2023 nömrəli qərardadının ləğv edilməsi, Abşeron Rayon Məhkəməsinin 21 iyun 2023-cü il tarixli, e-2(012)-2082/2023 nömrəli qərardadından isə Cavabdeh tərəfindən verilmiş şikayət əsassız hesab edilərək təmin edilməməsi və baxılması üçün 7 gün müddətində işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi, şikayətin qalan hissədə təmin edilməməsi qərara alınmışdır. İŞİN HALLARİ İddiaçı Cavabdeh qarşı dəymiş ziyan tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 30532.5 manat pul vəsaiti, 182 manat dövlət rüsumu və 1000 manat ekspertiza xərcinin iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Həmin mülki iş üzrə Cavabdeh nümayəndəsi Vəkil1 ərizə ilə məhkəməyə müraciət edərək, mülki işin ərazi aidiyyatı üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsinə göndərilməsi barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ Cavabdeh Xaçmaz Rayon Məhkəməsinin 21 iyun 2023-cü il tarixli qərardadından şikayət verərək, qərardadının ləğv edilməsi, mülki iş baxılması üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Abşeron Rayon Məhkəməsinin e-2(012)- 2082/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərardadı belə əsaslandırılmışdır ki, “Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatdan göründüyü kimi, Cavabdeh Abşeron rayonu, 1 saylı Zeytun Sovxozu ərazisində qeydiyyatdadır”. Halbuki ərazi aidiyyatının dəyişdirilməsi üçün əsaslar mövcuddur. Belə ki, iddiada qeyd edilir ki, müqavilə əsasında alınmış Bakı şəhəri, Yasamal rayonu, Ə.Cəmil küçəsi, ev 21, 23, 23A, 23B, mənzil 250 (Yeni qaydalarla: Ə.Cəmil küçəsi, 23A, M14, m3) ünvanında yerləşən mənzilin mövcud vəziyyəti texniki pasportda göstərilən ölçü və layihəsi ilə üst-üstə düşmür. Bu əsasla da, mənzilin əvvəlki vəziyyətinə qaytarılması üçün İddiaçı cavabdeh Məmmədov Füzuli Abdulla oğlundan 30532.5 manat pul tələb edir. İddia ərizəsi tamamilə əsassızdır, iddiaçı mübahisəli mənzilə bir neçə dəfə baxış keçirmiş və mövcud vəziyyətini bəyənərək almışdır. Həmçinin, mübahisəli mənzildə hər hansı yerdəyişmə, yenidənqurma işləri olmuşsa da belə, bu işlərdən cavabdehin xəbəri olmamış, o, mənzili təmirli vəziyyətdə əldə etmişdir. İddia predmetini daşınmaz əmlak, tələbin əsasını isə daşınmaz əmlakın əvvəlki vəziyyətə gətirilməsidir. İddiaçı göstərir ki, o, mənzildən normal istifadə edə bilmir və bunu mənzildə aparılmış yenidənqurma işləri ilə əlaqələndirir. Buradan görünür ki, mübahisə mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin hüquqlarının, yəni mülkiyyətində olan əmlakdan istifadə hüquqlarının pozulması ilə bağlıdır. Bu səbəbdən də, qanunvericiliyin tələblərinə görə mülki işə Bakı şəhəri Yasamal rayon Məhkəməsində baxılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Mülki Prosessual Məcəllənin 397.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində, apellyasiya üçün müəyyən olunmuş qaydada baxır. Tərəflərdən işə məhkəmə iclasında baxılmasını istədikləri barədə əsaslandırılmış vəsatət daxil olmamış, həmçinin məhkəmə tərəfindən işə məhkəmə iclasında baxılmasını zəruri edən Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 397.2-ci maddəsində nəzərdə tutulan hallar aşkar edilməmişdir. İş materiallarını araşdıraraq, şikayətin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 21 iyun 2023-cü il tarixli və 25 avqust 2023-cü il tarixli qərardadları ləğv edilməli, cavabdehin aidiyyət üzrə göndərilmə barədə ərizəsi aşağıdakı əsaslara görə yenidən müzakirə olunması üçün mülki iş Abşeron Rayon Məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 271.1. maddəsinə əsasən məhkəmə iclasının və ya məhkəmədən kənar ayrıca prosessual hərəkətin protokolu işə baxmanın və ya ayrıca prosessual hərəkətin bütün mühüm anlarını əks etdirməlidir. Mülki Prosessual Məcəllənin 270 və 271-ci maddələrinin mənasına görə protokolda işin mahiyyəti üzrə həll edilməsi üçün əsas olan sübutlar və onların tədqiqi üsulları haqqında bütün məlumatlar öz əksini tapır. Sədrlik edənin bütün prosessual hərəkətləri, məhkəmə baxışı başlayandan məhkəmə aktı çıxarılana qədər həyata keçirildiyi ardıcıllıqla protokola qeyd edilməlidir. Çünki məhkəmə işlə bağlı çıxardığı qərarlar yalnız protokolda yazılmış bilgilərə söykənir. Protokolda prosessual hərəkətlərin gedişində atılan bütün addımlar, çıxarılan və gerçəkləşdirilən bütün qərarlar tam, dəqiq, prosesin keçdiyi ardıcıllıqla göstərilməlidir. İşdən görünür ki, birinci instansiya məhkəməsinin 21 iyun 2023-cü il tarixli qərardadı ilə ərizənin təmin edilməməsi qərara alınsa da, həmin tarixli məhkəmə iclas protokolunda vəsatətin təmin edilməsi qənaətinə gəldiyi öz əksini tapmışdır. Lakin mövcud işdə birinci instansiya məhkəməsinin qərardadında göstərilən nəticə məhkəmə iclas protokolundakı nəticə ilə uzlaşmır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 21 iyun 2023-cü il tarixli və 25 avqust 2023-cü il tarixli qərardadları ləğv edilməli və cavabdehin ərizəsi yenidən müzakirə olunması üçün mülki iş birinci instansiya məhkəməsinə geri qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin 398.0.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin, şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Mülki Prosessual Məcəllənin 399-cu maddəsinə əsasən birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 398.0.2., 399, 400 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh şikayəti qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 21 iyun 2023-cü il tarixli və 25 avqust 2023-cü il tarixli qərardadları ləğv edilsin. Cavabdehin mülki işin aidiyyəti üzrə göndərilməsi barədə ərizəsi müzakirə olunması üçün mülki iş Abşeron Rayon Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-1796/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1796/2023
07.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver