Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1799/2020 19.10.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakim Gülnarə Fikrət qızı Tağızadənin sədrliyi və məruzəsi, Hakimlər X16 və X9 ibarət tərkibdə, Samirə Zahid qızı Məmmədovanın katibliyi, İddiaçı: İddiaçı, Cavabdeh: Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pulun qaytarılması və dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Quba Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qətnaməsi ilə (hakim F.M.Yaqubov) iddianın qismən təmin edilməsi, Cavabdeh Firudin oğlundan 3600 ABŞ dolları (Azərbaycan Respublikası Mərkəzi Bakı tərəfindən müəyyən edilmiş ödəniş gününə manata uyğun məzənnə nəzərə alınmaqlı) məbləğində və mənəvi zərərin əvəzi olaraq 2000 (iki min) manat məbləğində pulun alınaraq İddiaçı verilməsi qət edilmişdir. İ Ş İ N H A L L A R İ: X3 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 3600 ABŞ dolları məbləğində pulun, 15000 manat dəymiş zərərin əvəzinin, mənəvi zərərin əvəzi olaraq 10000 (on min) manat məbləğində pulun və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, mərhum əri N.Nuriyev 2003-cü ilin yanvar ayında F.Ə.Şükürov və onun oğlu Cavabdeh ilə cavabdehə məxsus Birinci Nügədi kəndində yerləşən 0,08 ha torpaq sahəsini və üzərindəki tikililəri Niyaziyə satması barədə razılaşmışlar. Həyat yoldaşı cavabdehlərə 1800 ABŞ dolları məbləğində pul ödəmişdir. Bu barədə şahidlərin iştirakı ilə akt tərtib olunmuşdur. Tərəflərin yazılı razılaşmasına əsasən torpağı satan F.Ə.Şükürov və Cavabdeh gələcəkdə müvafiq sənədləşmə aparanədək razılığı pozmuş olarlarsa, X7 3600 ABŞ dolları qaytaracaqdır. Razılaşmadan bir il sonra F.Ə.Şükürov, xx xxxx 2005-ci il tarixdə isə əri N.Nuriyev vəfat etmişdir. 2014-cü ildə aldıqları torpaq sahəsindən başqa şəxsin istifadə etdiyini öyrənmişdir. Bundan sonra ona məlum olmuşdur ki, cavabdeh torpaq sahəsinin satılmasına dair N.Nuriyevlə olan razılaşmanı pozaraq, torpaq sahəsini xx xxx 2013-cü il tarixdə alqı-satqı müqaviləsi ilə X1. Bununla da razılaşmanın şərtlərinə cavabdeh tərəfindən riayət edilməmişdir. Dəfələrlə bununla bağlı cavabdehə müraciət etsə də, müraciətlərinin heç bir nəticəsi olmamışdır. Cavabdehdən aldıqları torpaq sahəsində 15000 manat dəyərində tikinti işləri aparmışdır. Razılaşmanın cavabdeh tərəfindən pozulması nəticəsində ona 15000 manat məbləğində ziyan dəymişdir. Eyni zamanda bu baş verənlər ona zərbə vurmuş, psixoloji sarsıntı keçirmiş, səhhəti pisləşmiş, mədəsində şiş yaranmışdır. 2014-cü ildə əməliyyat olunmuş və əməliyyatdan sonra isə il yarım reablitasiya dövrü yaşamışdır. Ona vurulan mənəvi zərbə heç bir meyarla ölçülə bilməz. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının tələbləri pozulmaqla çıxarılmışdır. O, qeydiyyatda Quba rayonu İ Nügədi kəndində olmasına baxmayaraq, fərdi əmək fəaliyyəti ilə əlaqədar Bakı şəhərində yaşayır və keçirilmiş məhkəmə iclaslarından məlumatsız olmuşdur. İddiaçının iddia ərizəsi ilə razı deyildir. O, əslində ona məxsus Quba rayonu İ Nügədi kəndi İİİ məhəllə ərazisində yerləşən 0,08 ha (20x40 metr ölçüdə) küçə tərəfdən kubik daşla hasarlanmış sahənin içərisində 6,4x4,4 ölçüdə yarımçıq tikili, bir otaq və bundan əlavə yarımçıq hörülmüş hamam binası olan həyətyanı torpaq sahəsini 2003-cü ilin yanvar ayında tərtib edilmiş akta əsasən mərhum atası Cavabdeh Niyazi Nuriyevə 1800 ABŞ dollarını satıb və razılıgı pozmuş olarlarsa, N.Nuriyevə 3600 ABŞ dolları qaytaracagını qeyd edir, satılan torpaq sahəsinə görə tərtib edilmiş aktda atasının və onun imzaların olmasına baxmayaraq o, həmin akta imza atmamış və onun yerinə başqa şəxs tərəfindən imzalanmışdır. Həmçinin, həmin alqı-satqı tərəflər arasında notariat qaydada təsdiq edilməmiş, alqı-satqı aktında qeyd olunan məbləğin tələbi üzrə isə 3 illik iddia müddəti ötürülmüşdür. Mənəvi zərər tələbinə görə maddi təzminat isə əsaslandırılmamış, onun iddiaçı qarşısında öhdəliyinin əmələ gəlməsi üçün torpaq sahəsinin iddiaçıya satılması ilə bağlı notariat qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsi mövcud olmamaqla yanaşı, cavabdeh kimi onun iddiaçıya birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd hərəkətlərinin olması da öz təsdiqini tapmadığı halda 2000 manat məbləğində mənəvi zərərin əvəzi olaraq pulun ondan alınaraq iddiaçıya verilməsi qət edilmişdir. Quba Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli 2(027)-1284/2018 saylı qətnaməsini ləğv edərək, yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətinin dəlillərini müdafiə etdi, ona oxşar izahat verdi və onun təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. İddiaçı apellyasiya şikayətinin dəlillərini qəbul etmədi, məhkəmə tərəfindən heç bir qanun pozuntusunun olmamasını bildirdi və qətnamənin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası işdə iştirak edən tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara görə iş üzrə məhkəmə qətnaməsi dəyişdirilməməlidir, apellyasiya şikayəti isə təmin edilməməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddia ərizəsini qismən təmin edərkən, tərəflər arasında alqı-satqı müqaviləsinin olmasına, cavabdeh tərəfindən həmin müqavilənin şərtlərinin pozulmasına istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə qanuni və əsaslı olmaqla, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına tam uyğundur. Belə ki, Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan torpağın mülkiyyətə verilməsinə dair JN-1250F KOD 30319018 saylı şəhadətnamədən görünür ki, Quba Rayon AİK-nın xx.xx.1997-ci il tarixli qərarı ilə 0,08 ha torpaq sahəsi İddiaçı və Ə.N.Nuriyevin mülkiyyətinə verilmişdir. İşə əlavə olan Quba rayonu, Birinci Nügədi kənd sakinləri X25, X12, X11, X13, torpaq satan X15, Cavabdeh və torpaq alan X5 iştirakı ilə 2003-cü ilin yanvar ayında tərtib edilmiş aktdan görünür ki, Cavabdeh özünə məxsus (kəndin İİİ məhəllə ərazisində yerləşən) 0,08 ha (20x40 metr ölçüdə) küçə tərəfdən kubik daşla hasarlanmış sahənin içərisində 6,4x4,4 ölçüdə yarımçıq tikili, bir otaq və bundan əlavə yarımçıq hörülmüş hamam binası olan həyətyanı torpaq sahəsini X2, satdığı torpaq sahəsinin (ata və oğlu öz razılığı ilə) əvəzində X15 və Cavabdeh X4 1800 ABŞ dolları pul vəsaiti almışlar. Tərəflər razılığa gəlmişlər ki, torpağı satan X15 və Cavabdeh gələcəkdə razılaşmanı pozarlarsa, X7 3600 ABŞ dolları qaytaracaqlar. Akt 2003-cü ilin yanvar ayında tərtib edilmiş, F.Şükürov və Cavabdeh 1800 ABŞ dollarını almaqları, N.Ə.Nuriyev isə 0,08 ha həyətyanı torpaq sahəsini aldığını imzaları ilə təsdiq etmişlər. İşdə olan AZ-İ 150867 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, N.Ə.Nuriyev xx xxxx 2005-ci il tarixdə vəfat etmişdir. İş materiallarına əlavə edilmiş AZ-İ 195643 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, F.Ə.Şükürov xx xxxx 2006-cı il tarixdə ölmüşdür. İşdə olan vətəndaş İddiaçı şikayət ərizəsi ilə bağlı Quba Rayon Polis Şöbəsində toplanmış xx xxxxxx 2015-ci il tarixli, HK-1/78 saylı rədd materiallarından görünür ki, İddiaçı 0,08 ha torpaq sahəsinin Cavabdeh tərəfindən dələduzluq yolu ilə 14000 manat pula Quba rayonu, Birinci Nügədi kənd sakini Əsmayə Xalidovaya satılması barədə hüquq mühafizə orqanlarına müraciət etmişdir. Quba Rayon Polis Şöbəsində xx xxxxxx 2015-ci ildə izahatı alınmış Cavabdeh bildirmişdir ki, maddi vəziyyəti çətin olduğu üçün 1992-ci ildən Rusiya Federasiyasına işləməyə getsə də, evə gedib-gəlir. Atası Firidun yaşadığı kənd ərazisindən onun adına 0,08 ha həyətyanı torpaq sahəsi almış və həmin torpağı qardaşının işi ilə bağlı İddiaçı əri N.Nuriyevə 1800 ABŞ dollarına 2003-cü ildə satmışdır. Onlar da həmin torpaq sahəsinə dəmir darvaza qoymuş və torpaqdan istifadə etmişlər. 2006-cı ildə atası Firidun vəfat etmiş və 2012-ci ildə o, müəyyən şəxslərə pul borcu olduğuna görə Rusiya Federasiyasından evinə gəlmişdir. xx xxx 2005-ci il tarixdə o, öz adına 0,08 ha həyətyanı torpaq sahəsinə aid olan JN-1250F saylı şəhadətnaməni almışdır. 2012-ci ildə onun Tahir adlı şəxsə pul borcu olduğu üçün Tahir ondan şikayətçi olduğundan adına olan torpaq şəhadətnaməsini Tahirə vermişdir. Bunu eşidən Dilarə onunla Sumqayıt şəhərində görüşmüş və aralarında olan söhbət zamanı Dilarə ona adında olan torpağı atasından 1800 ABŞ dollarına aldığını və həmin torpaq sahəsində darvaza qoyduğunu, ev tikmək üçün bünövrə atdığını bildirmiş və torpaq şəhadətnaməsini ona göstərmişdir. O, isə Dilarəyə torpağa görə verdiyi pulu qaytaracağını bildirsə də, Dilarə pulu yox, torpağı istəmişdir. Lakin o, Dilarənin dediyi ilə razılaşmamışdır. Bundan sonra borcları çoxaldığı üçün həmin torpağı həmkəndlisi Ə.M.Xalidovaya göstərmiş, o, da torpağı bəyəndikdən sonra həmin torpağı 10000 ABŞ dollarına satmışdır. Əsmayə pulu verdikdən sonra torpağı onun adına keçirmiş və Dilarənin ev üçün atdığı bünövrəni dağıtmışdır. Daha sonra Əsmayə torpağın sənədləşməsini aparmış və mişar daşı ilə yaşayış evi tiksə də, damını vurmadığı üçün hazırda həmin evdə yaşamır. Bundan sonra İddiaçı Quba Rayon Məhkəməsinə ərizə ilə müraciət etmiş, məhkəmə işə baxdıqdan sonra İddiaçı iddiası rədd edilmişdir. İş materiallarına əlavə edilmiş hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* saylı çıxarışdan görünür ki, Quba rayonu, Birinci Nügədi kəndində yerləşən 0,08 ha həyətyanı torpaq sahəsi Cavabdeh adına xx xxxxxx 2012-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 43 nömrəli reyest kitabının 2 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşdə olan xx xxx 2013-cü il tarixli, AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh mülkiyyətində olan Quba rayonu, Birinci Nügədi kəndində yerləşən 0,08 ha torpaq sahəsini alıcı Ə.M.Xalidovaya satmışdır. İş materiallarında olan hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* saylı çıxarışdan və xx.xx.2013-cü il tarixli torpaq sahəsinin plan və ölçüsündən görünür ki, Quba rayonu, Birinci Nügədi kəndində yerləşən 0,08 ha həyətyanı torpaq sahəsi X6 adına xx xxxx 2013-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 43 nömrəli reyest kitabının 2 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşə əlavə olan Quba Rayon Məhkəməsinin 2(027)-1644/2014 saylı, xx xxxxxxx 2014cü il tarixli qətnaməsindən görünür ki, İddiaçı cavabdeh Ə.M.Xalidovaya qarşı torpaq sahəsinin qeyri-qanuni sahiblikdən geri qaytarılması və torpaq sahəsindən çıxarılması tələbinə dair ilk iddiasının təmin olunmaması; qarşalaqla iddia üzrə iddiaçı Ə.M.Xalıqovanın ilk iddia üzrə cavabdeh İddiaçı qarşı xx xxxxxxx 2005-ci il tarixli JN- 1250F KOD 30319018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin ləğv olunması tələbinə dair qarşılıqlı iddiasının isə təmin edilərək, İddiaçı və Ə.N.Nuriyevə verilmiş xx xxxxxxx 2005-ci il tarixli JN-12xx xxx 30319018 saylı torpağın mülkiyyətinə verilməsinə dair şəhadətnamənin etibarsız hesab edilməsi qət edilmişdir. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsi MK-nın xx xxxxxx 2015-ci il tarixli 2(105)-616/2015 saylı qətnaməsindən görünür ki, Quba Rayon Məhkəməsinin 2(027)-1644/2014 saylı xx xxxxxxx 2014-cü il tarixli qətnaməsindən ilk iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı apellyasiya şikayəti qismən təmin edilərək, Quba Rayon Məhkəməsinin xx xxxxxxx 2014-cü il tarixli qətnaməsi qismən ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilmiş, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiası İddiaçı qarşı xx xxxxxxx 2005-ci il tarixli JN-125F KOD ********* saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin ləğv olunması barədə qarşılıqlı iddia tələbi rədd edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyəəsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə uyğun olaraq öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Yenə də həmin Məcəllənin 448.1 və 448.2-ci maddələrinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Qeyd olunanlara əsasən, məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında öhdəlik münasibəti yaranmışdır. Belə ki, cavabdehin mübahisə predmeti olan əmlakı üçüncü şəxsə satması ilə 2003-cü il tarixli aktda nəzərdə tutulan razılaşma pozulmuş və cavabdehin iddiaçı qarşısında aktda nəzərdə tutulmuş 3600 ABŞ dolları məbləğində pul öhdəliyi yaranmışdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, göstərilən hissədə iddianı təmin etməklə birinci instansiya məhkəməsi düzgün hüquqi nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası Cavabdeh tərtib edilmiş aktda atasının və onun imzaları olmasına baxmayaraq, həmin akta imza atmaması və onun yerinə başqa şəxs tərəfindən imzalanması barədə dəlili qəbul etmir. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxxxxxx 2020-ci il tarixli 4/596 saylı rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş mülki işin 4-cü vərəqində olan yanvar 2003-cü il tarixli aktın aşagı tərəfində 6-cı qrafada «Cavabdeh» yazısının qarşısındakı imza Cavabdeh Firudin oğlu tərəfindən icra olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası iclası zamanı Cavabdeh hazırda iddiaçıya 1800 ABŞ dollarının qaytarılmasına razı olduğunu, lakin İddiaçı tərəfindən həmin məbləğin qəbul edilməməsini bildirmişdir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun» xx xxxx 2018-ci il tarixli qərarında qeyd edilmişdir ki, «borclunun ölümü ilə onun öhdəliklərinin qalxmasının və bununla da bağlanmış müqavilələrin hüquqi təminatdan məhrum olmasının qarşısının alınmasına xidmət edən institutlardan biri vərəsəlik institutudur. Vərəsəlik hüququ ölmüş şəxsin əmlakının və bununla bağlı hüquq və vəzifələrinin qanun üzrə və ya vəsiyyət üzrə vərəsələrə keçməsi qaydalarını müəyyənləşdirən hüquq normalarının məcmusudur. Mülki Məcəllənin 1151-ci maddəsinə müvafiq olaraq, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamədək malik olduğu əmlak hüquqlarınan (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Yəni mirası qəbul etmiş vərəsələr universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar. Belə ki, Mülki Məcəllənin 1306-cı maddəsinə uyğun olaraq, vərəsələr miras qoyanın mövcud olan və onun ölümü ilə xitam olunmayan bütün öhdəlikləri üzrə qəbul etdikləri miras əmlakdakı paylarına mütənasib surətdə birgə borclu kimi məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 1146-cı maddəsi miras qoyanın öldüyü günün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi günün mirasın açıldığı vaxt sayıldığını müəyyən edir. Mülki Məcəllənin 1255-ci maddəsinə əsasən isə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Göstərilən normaların məzmunundan çıxış edərək Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən öhdəliyin icrasına görə məsuliyyət daşıyırlar. Lakin nəzərə alınmalıdır ki, vərəsələr miras əmlak ilə bağlı sərəncam hüququnun bir çox hallarda mirasın açıldığı andan həyata keçirə bilmirlər. Belə ki, Mülki Məcəlləsinin 1246-cı maddəsinə görə, vərəsə vərəsəliyə çagırıldığım bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlak idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyi şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır (Mülki Məcəllənin 1243.2ci maddəsi). Göründüyü kimi, qanunverici vərəsələrə miras açıldığı gündən üç ay ərzində mirası qəbul etmək imkanı vermiş və bu müddətin altı aya qədər uzaldılmasını istisna etməmişdir. Bu baxımdan vərəsələr, bir qayda olaraq, miras açıldığı gündən altı ay ərzində əmlaka dair sərəncam vermək hüququna malik olmadığından, miras qoyanın kreditorları qarşısında öhdəliklərinin icrasını həyata keçirə bilmirlər. Qeyd edilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası ilə bağlı tələb irəli sürülərkən mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Məhkəmə kollegiyası iclası zamanı müəyyən edilmişdir ki, Cavabdeh atasının ölümündən sonra torpağı 2013-cü il tarixdə başqa şəxsə satmış və bununla da tərəflər arasında olan sadə yazı olan alqı-satqı müqaviləsinin tələblərini pozmuşdur. Həmçinin, iddiadan görünür ki, iddiaçı ona mənəvi ziyan da dəydiyini qeyd etmişdir. Bununla bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2008-ci il tarixli, 7 saylı qərarının 4-cü bəndində təsbit edilmişdir ki, şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər və zərər vuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Həmin qərarın 2-ci bəndində göstərilir ki, zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə, onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarının və ya iş yerinin itirilməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi ailə və tibbi sirlərin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü biruzə verə bilər. Yenə həmin Qərarın 8-ci bəndində göstərilir ki, mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehlərin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə kollegiyası iclası zamanı iddiaçı bildirmişdir ki, cavabdehin öhdəliklərinə riayət etməməsi, uzanan mübahisə ona mənəvi zərbə vurmuş, psixoloji sarsıntı keçirmiş, səhhəti pisləşmiş, 2014-cü ildə mədəsindən əməliyyat olunmuş və il yarım reablitasiya dövrü yaşamışdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının keçirdiyi mənəvi sarsıntının xarakterini nəzərə alaraq, mənəvi zərərin əvəzi olaraq cavabdehdən iddiaçının xeyrinə 2000 manat məbləğində pul tutulması barədə birinci instansiya məhkəməsi ağlabatan və ədalətli qərar qəbul etmişdir. Azərbaycan Respublikası MPM-in 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərilən digər dəlilləri də araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan və işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Quba Rayon Məhkəməsinin iş üzrə xx xxxx 2018-ci il tarixli 2(027)-1284/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri olan 127 (yüz iyirmi yeddi) manat məbləğində pul Cavabdeh Firudin oğlundan alınaraq SAP (XİİS) hesabı Dövlət Xəzinədarlığı Agentliyi kod 210005 VÖEN ********** müxbir hesab AZ41NABZ********************, SWİFT Bik: CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34CTRE******************** hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülnarə Tağızadə Hakimlər Telman Quliyev Elman Rəhimov
Məhkəmə qərarları › İş №2(105)-1799/2020
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1799/2020
19.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver