Məhkəmə qərarları › İş №2(105)-1799/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1799/2022

20.09.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1799/2022 20.09.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, isdiaçı İddiaçı Cavabdeh qarşı dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 10 may 2022-ci il tarixli, e-2(012)-1551/2022 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Abşeron Rayon Məhkəməsinin 10 may 2022-ci il tarixli, e-2(012)-1551/2022 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh tərtib olunmuş aktlar üzrə 1038,60 manat, təbii qazdan istifadəyə görə 1,80 manat, 41,67 manat dövlət rüsumunun əvəzi və 65 manat vəkil xərcinin tutularaq İddiaçınə ödənilməsi qət edilmişdir (hakim Elman Məmmədov). Qətnamədən narazı qalan cavabdeh İddiaçı apellyasiya şikayəti verərək Abşeron Rayon Məhkəməsinin 10 may 2022-ci il tarixli, e-2(012)-1551/2022 nömrəli qətnaməsinin qismən, iddia tələbini təmin edilməyən hissəsində ləğv edib iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İŞİNHALLARİ: İddiaçı Cavabdeh qarşı «dəymiş zərərin əvəzinin ödənilməsi» tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı xeyrinə tərtib olunmuş akt üzrə 1787,40 manat, təbii qazdan istifadəyə görə 339,80 manat, 41,67 manat dövlət rüsumunun əvəzi və 65 manat vəkil xərci olmaqla, cəmi 2233,87 manat məbləğində pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ və PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ : Cavabdeh İddiaçı apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2013-cü il tarixli 3419‘ saylı “Qazpaylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqaviləyə əsasən cavabdehə məxsus fərdi yaşayış evi təbii qazla təchiz edilir. Həmin fərdi yaşayış evinə İddiaçı İB tərəfindən **********03560 nömrəli abonent kodu verilmişdir. Qeyd olunan ünvanda qaz xəttinin üzərində G-4 markalı 12526243 nömrəli qaz sayğacı quraşdırılmışdır. Lakin cavabdeh müqavilənin 2.3.2 yarımbəndini və 6.5-ci yarımbəndinin tələblərini pozaraq, istifadəsinə verilmiş sayğacdan əvvəl özbaşına olaraq qaz xəttinə qoşularaq təbii qazı talamışdır. Birliyin işçiləri tərəfindən Birliyin balansında və istismarında olan küçə qaz xətlərinə, eləcə də, cavabdehin fərdi yaşayış evinə quraşdırılmış qaz sayğacına baxış keçirilərkən qaz xəttinə özbaşına qoşulmaqla, cavabdehin təbii qazdan qeyri-qanuni istifadə halı, sayğaca müdaxilə etmələri aşkar olunaraq aktlaşdırılmışdır. Qeyd olunan faktlarla bağlı Birliyin işçiləri tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktlar tərtib edilmişdir. Belə ki, cavabdehin qaz xəttinə özbaşına qoşulmasına xx.xx.2018-ci i tarixli ******* saylı akt əsasında 603 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 302.4 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 64.8 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 109.8 manat, xx.xx.2019- cu il tarixli ******* saylı akt əsasında 133.2 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 133.2 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 133.2 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 32.4 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 32.4 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 32.4 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 32.4 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 32.4 manat İddiaçı İB-nə zərər dəymişdir. Bundan başqa cavabdeh tərəfindən təbii qazdan istifadə edilmiş, lakin istifadə edilmiş təbii qazın dəyəri ödənilməmişdir. Belə ki, 2020-ci ilin mart ayı da daxil olmaqla, cavabdehin təbii qazdan istifadə nəticəsində yaranmış borcu 339.8 manat təşkil edir. İtirilmiş qazın bərpası məqsədilə istehlakçıya istifadə etdiyi standart qaz cihazları üçün onların pasportunda göstərilmiş saatlıq maksimal qaz sərfiyyatına uyğun olaraq 1787.4 manat məbləğində dəymiş ziyan hesablanmışdır. Cavabdeh borcundan müəyyən ödənişlər etmişdir. Cavabdeh istifadə edilmiş təbii qazın dəyərini ödəməməsi nəticəsində yaranmış borcu ilə birlikdə iddiaçıya cəmi 2127.2 manat pul ödəməlidir. Məhkəmə qətnaməsində belə qənaətə gəmişdir ki, iş materiallarında cavabdehin 603 manat cərimə olunması barədə xx.xx.2018-ci il tarixli, ******* saylı akt mövcud olmadığından iddia tələbi həmin hissədə rədd edilməlidir. Bundan əlavə, qətnamədə qeyd edilmişdir ki, iddia ərizəsində 2020-ci ilin mart ayı da daxil olmaqla, cavabdehin təbii qazdan istifadəsi nəticəsində 339.8 manat borcunun olduğu göstərilsə də, lakin iş materiallarında olan abonentin saldosundan cavabdehin 2020-ci ilin mart ayı da daxil olmaqla təbii qazdan istifadə nəticəsində 1.8 manat borcu olduğu müəyyən edildiyindən, məhkəmə iddia tələbini həmin hissədə qismən təmin edilməsi nəticəsinə gəlmişdir. Bildirilir ki, iş materiallarından da görünür ki, xx.xx.2018-ci i tarixli, ******* saylı akt və həmin akt əsasında da xx.xx.2018-ci il tarixli tələbnamə tərtib edilmiş, cavabdeh tərəfdən itirilmiş qazın bərpası məqsədilə istehlakçıya istifadə etdiyi standart qaz cihazları üçün onların pasportunda göstərilmiş saatlıq maksimal qaz sərfiyyatına uyğun olaraq 3015 m3, 603 manat dəyərində dəymiş ziyan hesablanmışdır. Həmçinin məhkəmənin qətnamədə cavabdehin 2020-ci ilin mart ayı da daxil olmaqla təbii qazdan istifadə nəticəsində 1.8 manat borcu olmasını qeyd edərək, cavabdehin təbii qazdan istifadə borcunu yalnız 2020-ci ilin mart ayı üçün hesablanmış 1.8 manat hissəsini təmin etməsi əsassızdır. Məhkəmə iddia ərizəsində 2020-ci ilin mart ayı da daxil olmaqla sözünü cavabdehin 2020-ci ilin mart ayına olan borcu kimi yanaşması yalnışdır. Belə ki,iddia ərizəsinə əlavə edilmiş abonent saldosundan görünür ki, cavabdehin təbii qazdan istifadə etməsinə görə 2020-ci ilin mart ayından başlayaraq 2021ci ilin oktyabr ayıda daxil olmaqla borcu vardır. Həmçinin keçirilmiş məhkəmə iclaslarında da bildirilmişdir ki, cavabdehin təbii qazdan istifadə nəticəsində iddiaçıya 2020-ci ilin mart ayı da daxil olmaqla 2021-ci ilin noyabr ayınadək olan borcu 339.8 manatdır. Odur ki, Abşeron Rayon Məhkəməsinin e-2(012)-1551/2022 №-li, xx.xx.2022-il tarixli qətnaməsinin qismən, təmin edilməyən hissədə ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. PROSESSUALMƏSƏLƏLƏR: İş üzrə tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq iddiaçının nümayəndəsi və cavabdeh məhkəmə iclasın gəlməmişlər, məhkəmə Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinin tələblərinə əsasən mübahisəyə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Apellyasiya şikayətindən görünür ki, apellyant qətnaməni qismən, iddia tələbinin təmin olunmayan hissəsini mübahisələndirir. Bu səbəbdən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsini həmin hissədə müzakirə edir. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini dinləyərək, apelyasiya şikayətinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddiaçı təşkilatın apelyasiya şikayəti təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin e-2(012)-1551/2022 №-li, xx.xx.2022-il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. İş materialarında olan xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 302,40 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 64,80 manat, xx.xx.2019-cu il tarixli ******* saylı 109,80 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 133,20 manat, xx.xx.2019cu il tarixli ******* saylı akt əsasında 133,20 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 133,20 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat məbləğində maddi zərərin dəymiş olduğu müəyyən olunmuşdur. İş materiallarında olan abonentin saldosundan görünür ki, cavabdehin 2020-ci il mart ayı üçün təbii qazdan istifadə nəticəsində 1,80 manat borcu vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”nın 6.5-ci bəndinə əsasən qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilişini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsində göstərilmişdir ki, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələblərinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə hesab etmişdir ki, iş materiallarında olan cavabdehin 603 manat cərimə olunması barədə xx.xx.2018-ci il tarixli ******* saylı akt mövcud deyil, həmçinin iş materiallarında olan abonentin saldosundan cavabdehin 2020-ci il mart ayı da daxil olmaqla təbii qazdan istifadə nəticəsində 1,80 manat borcu olduğu müəyyən edildiyindən iddia tələbi 603 manat ziyanın, eləcə də 339,80 manat borcun tutulması hissəsində tələb edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni işin hallarına uyğun olaraq əsaslı və qanuni hesab edir. Belə ki, iş materiallarında xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında cavabdeh tərəfindən iddiaçı təşkilata 603 manat ziyan vurulması barədə hər hansı sübut mövcud deyildir. Buna dair sübut nə birinci instansiya məhkəməsində, nə də apellyasiya instansiyası məhkəməsində təqdim edilməmişdir. Halbuki, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Eyni zamanda cavabdehin təbii qazdan istifadəyə görə 339,8 manat borcun olması qeyd edilsə də, iş materiallarında olan abonentin saldosundan müəyyən edilir ki, iddiaçı təşkilatın qeyd etdiyi dövlər ərzindfə cavabdehin təbii qazdan istifadəyə görə 1,80 manat borcu vardır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini formal mülahizələr kimi qiymətləndirir və hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas sayıla bilməz. Belə ki, cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərini əsaslandıra bilməmiş, buna dair hər hansı bir rəsmi sənəd təqdim edə bilməmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv olunması üçün AR Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər. Həmin Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin 10 may 2022-ci il tarixli, e-2(012)-1551/2022 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392-393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Abşeron Rayon Məhkəməsinin 10 may 2022-ci il tarixli, e-2(012)-1551/2022 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti təmin olunmasın. Qətnamədən şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar