Məhkəmə qərarları › İş №2(105)-18/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-18/2021

11.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-18/2021 11.10.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Elman Gülbaba oğlu Rəhimov (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Yusifova Ayşən Hafiz qızının katibliyi ilə, İddiaçı Heydərova (Allahyarlı ) Aygün Ağayar qızının Cavabdeh qarşı paylı mülkiyyətdə olan əmlakın açıq hərracda satılaraq əldə olunmuş vəsaitin paylara uyğun bölünməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 02 aprel 2018-ci il tarixli, 2(012)-817/2018 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M ÜƏ Y Y Ə N E T D İ: Abşeron Rayon Məhkəməsinin 02 aprel 2018-ci il tarixli, 2(012)-817/2018 saylı qətnaməsi ilə iddiaçı Heydərova (Allahyarlı ) Aygün Ağayar qızının Cavabdeh qarşı paylı mülkiyyətdə olan əmlakın açıq hərracda satılaraq əldə olunmuş vəsaitin paylara uyğun bölünməsi tələbinə dair iddiası təmin edilmiş, Abşeron rayonu ,Xırdalan şəhəri , Quşçuluq yaşayış massivində yerləşən paylı mülkiyyətdə olan 0,0498 ha torpaq sahəsinin açıq hərracda satılması və pulun iddiaçı Heydərova (Allahyarlı) Aygün Ağayar qızının və Cavabdeh 1/2 paylarına uyğun bölünməsi qət edilmişdir (hakim Ş.Nəcəfova). Qətnamədən cavabdeh apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı Heydərova (Allahyarlı) Aygün Ağayar qızı – Cavabdeh qarşı paylı mülkiyyətdə olan torpaq sahəsinin açıq hərracda satılaraq pulun paylara uyğun bölünməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nigah dövründə əldə edilmiş Abşeron rayonu,Xırdalan şəhəri,Quşçuluq yaşayış massivində yerləşən raylı mülkiyyətdə olan 0,0498 ha torpaq sahəsi açıq hərracdan satılması və satışdan əldə olunmuş pulun paylara uyğun şəkildə bölünməklə ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, Cavabdeh ilə rəsmi olaraq 02 fevral 2001-ci ildə ailə həyatı qurmuş, birgə nikahlarından üç uşaqları anadan olmuşdur. Toy günündən cavabdehin yaşadığı ünvan 1 ünvanmda yerləşən evə gəlin köçmüş, lakin bir müddətdən sonra ailə münasibətləri pozulmuşdur. Abşeron Rayon Məhkəməsinin 24 dekabr 2015-ci il tarixli qətnaməsi ilə X3 ilə aramızdakı 02 fevral 2001-ci il tarixdə Abşeron Rayon VVAQ şöbəsində 32 saylı akt qeydi ¥ilə rəsmiləşdirilmiş nikahları pozulmuş, 13 dekabr 2001-ci il təvəllüdlü X8 və 11 noyabr 2011-ci il təvəllüdlü X9 anaları İddiaçı Ağayar qızının himayəsinə, 10 noyabr 2003-cü il təvəllüdlü X3 atası Cavabdeh himayəsinə verilmişdir. Abşeron Rayon Məhkəməsinin 28 aprel 2016-cı il tarixli qətnaməsi ilə Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivində yerləşən 0.0498 ha torpaq sahəsi üzərində Cavabdeh adına mülkiyyət hüququ üzrə daşmmaz əmlakın dövlət reyestrində 07.01.2009cu il tarixdə **********01 reyestr nömrəsi ilə qeydiyyata alınmış torpaq sahəsinə dair 1/2 hissədə Cavabdeh, 1/2 hissədə isə onun, yəni İddiaçı Ağayar qızınm payı müəyyən edilmişdir. Daşmmaz Əmlakm Dövlət Reyestri Xidmətindən verilən ******* №-li Çıxarış da mənim, yəni İddiaçı Ağayar qızının əmlak üzərində hüquq sahibliyini təsdiq edir. Halhazırda ailə münasibətləri rəsmən və faktiki olaraq pozulduğundan müllciyyətdən məqsədəmüvafıq, birgə istifadə qətiyyən mümkün olmadığmdan iddiaçı olaraq Cavabdeh qarşı “birgə mülkiyyətdə olan paym naturada ayrılması” tələbinə dair Abşeron rayon məhkəməsində qaldırdığı iddia üzrə ekspertiza təyin edilmiş və rəy almmışdır. Ekspert rəyinə əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfındən verilmiş RX seriyalı, ******* saylı Çıxarışa əsasən Heydərova (Allahyarlı) Aygün Ağayar qızmın və Cavabdeh mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq y/m ərazisində yerləşən 0,0498 ha torpaq sahəsində köməkçi tikililərin olduğunu, həmin torpaq sahəsinin 3 tərəfdən qonşu ilə əhatə olunduğunu, həyətyanı torpaq sahəsindən küçəyə yalnız bir giriş -çıxış yolunun olduğunun, eləcə də torpaq sahəsinin eninin 7.8 m-12.0 m arasmda olduğunu nəzərə alaraq, tədqiq olunan həyətyanı torpaq sahəsinin paylara uyğun olaraq texniki cəhətdən bölünməsi mümkün deyildir. Belə olan halda yəni, torpaq sahəsinin paylara uyğun olaraq naturada bölünməsi mümkün olmadığından ona yazılı şəkildə müraciət edərək payına uyğun kompensasiyaverməsini xahiş etmiş, lakin onun susduğunu görüb təklifində göstərildiyi kimi məhkəməyə müraciət edərək torpaq sahəsinin açıq hərracda satılaraq satışdan əldə olunan pulum pavına uyğun olaraq verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Qətnamədən iş üzrə Cavabdeh apellyasiya şikayəti verərək göstərmişdir ki, məhkəmə işə baxarkən və qətnamə qəbul edərkən işin faktiki hallarını düzgün araşdırmamış, habelə qəbul etdiyi qətnaməsində maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Bütün bunlar da məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün əsasdır. Odur ki, Abşeron Rayon Məhkəməsinin 02 aprel 2018-ci il tarixli, 2(012)-817/2018 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin olunmaması xahiş edilmişdir. Məhkəmə kollegiyası mülki işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia təmin olunmamalıdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarından görünür ki, Abşeron Rayon Məhkəməsinin 02 aprel 2018-ci il tarixli, 2(012)-817/2018 saylı qətnaməsi ilə iddiaçı Heydərova (Allahyarlı ) Aygün Ağayar qızının Cavabdeh qarşı paylı mülkiyyətdə olan əmlakın açıq hərracda satılaraq əldə olunmuş vəsaitin paylara uyğun bölünməsi tələbinə dair iddiası təmin edilmiş, Abşeron rayonu,Xırdalan şəhəri, Quşçuluq yaşayış massivində yerləşən paylı mülkiyyətdə olan 0,0498 ha torpaq sahəsinin açıq hərracda satılması və pulun iddiaçı Heydərova (Allahyarlı) Aygün Ağayar qızının və Cavabdeh 1/2 paylarına uyğun bölünməsi qət edilmişdir. İş materiallarından görünür ki, iddiaçı Heydərova (Allahyarlı) Aygün Ağayar qızı Cavabdeh qarşı paylı mülkiyyətdə payın ayrılması tələbinə dair iddia ilə Abşeron Rayon Məhkəməsinə müraciət etmiş, məhkəmənin 05 oktyabr 2017-ci il tarixli, 2(012)-4213/2017 saylı qətnaməsi ilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-cü maddəsinin tələbləri pozulduğuna görə iddia təmin edilməmişdir. İş materiallarında olan nikahın pozulmasına dair şəhadətnamədən görünür ki, İddiaçı Ağayar qızı ilə Cavabdeh arasında nikah 12 yanvar 2017-ci il tarixdə pozulmuşdur. İş materiallarında olan DƏDRX-nin Seriya RX ******* saylı çıxarışından görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivində yerləşən paylı mülkiyyətdə olan 0,0498 ha torpaq sahəsi İddiaçı Ağayar qızının adına qeydiyyat nömrəsi ********** və 07.01.2009-cu il tarixdə, Cavabdeh adına isə 10.09.2016-cı il tarixdə qeydiyyat nömrəsi ********** ilə ½ hissədə payları müəyyən edilmişdir. İş materiallarında olan İddiaçı Ağayar qızının Cavabdeh yazdığı və poçt vasitəsi ilə sifarişli qaydada göndərilmiş bildirişdən görünür ki, o, Cavabdeh Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivində yerləşən 0.0498 ha torpaq sahəsi üzərində ona çatası ½ hissədə paya uyğun olaraq hazırkı günün satış qiymətinə uyğun kompensasiya verməsini xahiş etmiş, lakin Cavabdeh onun təklifinə cavab verməmişdir. Beləliklə, birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddia əsaslı olduğu üçün təmin edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməkdə haqlı olmamışdır. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, X1 Fətəli Rəhim oğlu və digərlərinə qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi və torpağın əvvəlki vəziyyətə gətirilməsi" tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət etmiş, məhkəmənin 16.10.2019-cu il tarixli, 2(012)- 349/2019 saylı qətnaməsi ilə Abşeron rayon Xırdalan Bələdiyyəsi ilə Cavabdeh arasında bağlanmış 31.07.2007-ci il tarixli torpaqların alqı-satqısına dair (02.08.2007-ci il tarixdə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsində 1440/07 nömrəsi ilə qeydiyyatdan keçmiş) aktın etibarsız hesab edilməsi, bununla əlaqədar Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən İddiaçı Ağayar qızının adına 10.09.2016-cı il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi ərazisində yerləşən 0,0498 ha torpaq sahəsinin 1/2 hissəsinə görə verilmiş Seriya RX 0929530, reyestr nömrəsi **********01 olan çıxarışın ləğv edilməsi, Abşeron rayon Xırdalan Bələdiyyəsi ilə X6 arasında bağlanmış 31.07.2007-ci il tarixli torpaqların alqı- satqısına dair (02.08.2007-ci il tarixdə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsində 1439/07 nömrəsi ilə qeydiyyatdan keçmiş) aktın etibarsız hesab edilməsi, onun əsasında Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş Seriya MH, ******* saylı, reyestr nömrəsi **********30-10301, qeydiyyat nömrəsi ********** olan Çıxarış ləğv edilmiş, Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi Tofiq İsmayılov küçəsində 24 (104) ünvanında yerləşən və yuxarıda göstərilən çıxarışlara görə ümumi sahəsi 0,1048 ha torpaq sahəsinin əvvəlki vəziyyətinə qaytarılması qət edilmişdir. Qətnamədən cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti Sumqayıt Apellyasiya Məhkəməsinin 16.11.2020-ci il tarixli, 2(105)-1482/2020 saylı qətnaməsi ilə təmin edilməmiş, həmin qətnamədən verilmiş kassasiya şikayəti ən son Sumqayıt Apellyasiya Məhkəməsinin 16.03.2021-ci il tarixli, 2(105)-1482/2020 saylı qərardadı ilə geri qaytarılmış və qətnamə qanuni qüvvəsini almışdır. Məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə birinci instansiya məhkəməsi qərar qəbul edərkən Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivində yerləşən 0.0498 ha torpaq sahəsi üzərində Cavabdeh adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində 07.01.2009-cu il tarixdə **********01 reyestr nömrəsi ilə qeydiyyata alınmış torpaq sahəsinə dair 1/2 hissədə Cavabdeh, 1/2 hissədə isə İddiaçı Ağayar qızının payı olmuşdur. X2 iddiası əsasında həmin çıxarış ləğv edilmişdir. Yəni Abşeron Rayon Məhkəməsinin 02 aprel 2018-ci il tarixli, 2(012)-817/2018 saylı qətnaməsi ilə iddianın təmin olunmasına əsas olmuş hallar aradan qalxmış, iddiaçının mübahisəli torpaq sahəsinə olan hüququ itirilmişdir. Azərbaycan Respublikası MPM-nin 77.1 -ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı iddia tələbinin əsaslılığını təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384, 392, 393 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT E T D İ: Apelyasiya şikayəti təmin edilsin. İş üzrə Abşeron Rayon Məhkəməsinin 02 aprel 2018-ci il tarixli, 2(012)-817/2018 saylı qətnaməsi ləğv edilsin. İddiaçı Heydərova (Allahyarlı) Aygün Ağayar qızının Cavabdeh qarşı paylı mülkiyyətdə olan əmlakın açıq hərracda satılaraq əldə olunmuş vəsaitin paylara uyğun bölünməsi tələbinə dair iddiası təmin olunmasın. Qətnamədən rəsmi qaydada alındığı gündən 2 (iki) ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Ali Məhkəmənin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar