Məhkəmə qərarları › İş №2(105)-1800/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1800/2022

18.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1800/2022 18.10.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 02 iyun 2022-ci il tarixli, 2(012)-1864/2022 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Abşeron Rayon Məhkəməsinin 02 iyun 2022-ci il tarixli, 2(012)-1864/2022 nömrəli qətnaməsi ilə iddia təmin edilməmişdir (hakim Elman Məmmədov). Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək Abşeron Rayon Məhkəməsinin 02 iyun 2022-ci il tarixli, 2(012)-1864/2022 nömrəli qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməsini xahiş etmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Abşeron Rayon Məhkəməsinin 2(012)-3871/2018 saylı, 06 noyabr 2018-ci il tarixli qətnaməsinin qəbul edildiyi 06 noyabr 2018-ci il tarixdən hazırkı iddia ərizəsinin məhkəməyə təqdim edildiyi 18 fevral 2022-ci il tarixədək olan 3 il 3 ay müddətində hər il üçün 315 manat, cəmi 1039,50 manat (6300 manat/100%-63 x 5%-315 manat, 315 manat x 3 il 3 ay = 1039,50 manat) pulun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. A P E L L Y A S İ Y A Ş İ K A Y Ə T İ N İ N D Ə L İ L L Ə R İ və PROSESİŞTİRAKÇİLARİNİNİZAHATLARİ: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Cavabdeh Abşeron Rayon Məhkəməsinin 26 noyabr 2018-ci il tarixli 2(012)- 3871/2018 saylı qətnaməsini 3 il 3 ay müddətində icra etməyib. Odur ki, cavabdeh həmin müddət üçün illik 5 faiz olmaqla ona 1039,50 manat pul ödəməlidir. Birinci instansiya məhkəməsi mübahisəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7- ci maddəsinin tələblərinə əsasən həll etməyib. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən Abşeron Rayon Məhkəməsinin 26 noyabr 2018-ci il tarixli 2(012)-3871/2018 saylı qətnaməsinin iş materiallarında olmadığına istinad etmişdir. Məhkəməmənin gəldiyi nəticə qanunsuz və əsassızdır. Belə ki, Abşeron Rayon Məhkəməsinin 26 noyabr 2018-ci il tarixli, 2(012)-3871/2018 saylı qətnaməsinin iş materiallarında olmaması iddia tələblərinin rədd edilməsi üçün əsas deyil. Abşeron Rayon Məhkəməsinin 26 noyabr 2018- ci il tarixli, 2(012)-3871/2018 saylı qətnaməsinin mövcud olması işin mübahisəsiz halıdır. Birinci instansiya məhkəməsinin hazırkı qətnaməsində də, əvvəlki qətnamənin olması etiraf edilib: “Əslində 26 noyabr 2018-ci il tarixli ,2(012)- 3871/2018 saylı qətnamənin mövcud olması müəyyən edilmişdir”. Məhkəmə əvvəlki qətnamənin mövcud olduğunu etiraf etdiyi halda, lakin həmin qətnamənin iddiaçı tərəfindən təqdim edilməsini zəruri hesab etdiyi halda bu barədə iddiaçı tərəfə məktubla müraciət edə bilərdi. Bundan başqa məhkəmə nəzərə almayıb ki, cavabdeh qanuni qüvvəyə minmiş qətnaməni 3 ildən artıq müddətdə qismən olsa belə icra etməməsi qəsdlə bağlı hərəkətdir. Əks halda, cavadehin ölkədən çıxmaq hüququ məhdudlaşdırıla və barəsində axtarış qərarı qəbul edilməzdi. Hazırkı işdə borclunun barəsində digər icra sənədləri də mövcuddur ki, bu da borclunun ayrı-ayrı fiziki şəxslərdən, eləcə də banklardan və məişət texnikası satan hüquqi şəxslərdən nəğd pul və ya əşya alaraq dəyərini ödəməməyi özünün həyat tərzinə çevirməsini təsdiq edir. Bundan başqa, birinci instansiya məhkəməsi iş materiallarına əlavə edilmiş əvvəlki qətnamələri sübut kimi qiymətləndirməyib və bunun səbəblərini mübahisələndirilən qətnamədə əsaslandırmayıb. Birinci instansiya məhkəməsinin maddi hüquq normalarını pozub, maddi hüquq normalarını səhv təfsir edib, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi üzrə tələb edilən pul vəsaitinin cavabdeh tərəfindən ödənilmədiyini nəzərə almayıb. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsinə dair dəlilləri məhkəmə sübutetmə prinsiplərini pozaraq əvvəlki qətnamənin iş materiallarında olmaması əsasları ilə iddia tələblərini təmin etməyib. Əvvəlki qətnamənin iş materiallarında olub-olmaması iddia tələblərinin əsaslı olub olmamasının yoxlanılması üçün əsas deyil. Məkəmə əvvəlki qətnamənin mövcud olmasının hazırkı qətnamədə etiraf edib. Odur ki, Abşeron Rayon Məhkəməsinin 02 iyun 2022-ci il tarixli, 2(012)-1864/2022 nömrəli qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməsini xahiş etmişdir. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. P R O S E S S U A L M Ə S Ə L Ə L Ə R: Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə təəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir HÜQUQİMƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini dinləyərək, apellyasiya şikayətinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 02 iyun 2022-ci il tarixli, 2(012)-1864/2022 nömrəli qətnaməsinin ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 2(012)-3871/2018 saylı, 26 noyabr 2018ci il tarixli qətnaməsindən görünür ki, Cavabdeh 6000 manat əsas pul və ödənişin gecikməsinə görə 300 manat faiz, cəmi 6300 manat pulun alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi iddiaçının Abşeron Rayon Məhkəməsinin 2(012)- 3871/2018 saylı, 06 noyabr 2018-ci il tarixli qətnaməsinə istinad edərək, 06 noyabr 2018-ci il tarixdən hazırkı iddia ərizəsinin məhkəməyə təqdim edildiyi 18 fevral 2022-ci il tarixədək olan 3 il 3 ay müddətində hər il üçün 315 manat, cəmi 1039,50 manat (6300 manat/100%- 63 x 5%-315 manat, 315 manat x 3 il 3 ay = 1039,50 manat) pulun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etməsinə baxmayaraq həmin qətnamənin iş materiallarında mövcud olmaması, iş materiallarında Abşeron Rayon Məhkəməsinin 2(012)-3871/2018 saylı, 26 noyabr 2018-ci il tarixli qətnaməsinin mövcud olması, lakin iddiaçının məhkəmə iclasında iştirak etmədiyi üçün qeyd edilən uyğunsuzluğun aradan qaldırılmasının mümkün olmaması əsası ilə iddianı təmin etməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razəlşamayaraq qeyd edir ki, məhkəmə işin hallarını tam araşdırmamış, iddianın əsasını təşkil edən qətnamənin iş materiallarına əlavə edilməsinə baxmayaraq qətnamənin tarixinin xx.xx.2018-ci il əvəzinə xx.xx.2018-ci il kimi qeyd edilməsi əsası ilə iddianın təmin edilməməsi nəticəsinə gəlmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 2(012)-3871/2018 saylı, 26 noyabr 2018ci il tarixli qətnaməsindən görünür ki, Cavabdeh 6000 manat əsas pul və ödənişin gecikməsinə görə 300 manat faiz, cəmi 6300 manat pulun alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. İddia tələbindən görünür ki, iddiaçı qeyd edilən qətnamə ilə Cavabdeh onun xeyrinə tutulacaq 6300 manat pulu qətnamə qəbul edilən tarixdən ödəməməklə, qanunsuz saxlamaqla, faydalanmasını, onu qaytarmaqdan qəsdən boyun qaçırmasına görə illik 5 faiz olmaqla ona dəymiş ziyanı tələb edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair xx.xx.2014-cü il tarixli Qərarı ilə müəyyən edilmişdir ki, kreditor (borc verən) və borclu arasında bağlanmış kredit müqaviləsində öhdəliklərin xitamı ilə bağlı digər şərt nəzərdə tutulmadığı halda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3cü maddəsinin ikinci cümləsinə əsasən öhdəliyin icrasının qurtarmasının müqavilədə müəyyənləşdirilmiş anına qədər müqavilə qüvvədə sayılır. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.5-ci maddəsinə əsasən əgər öhdəlik borclunun təqsiri olmadan baş vermiş halların nəticəsində icra edilməzsə, bu, gecikdirmə sayılmır. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Hazırki işdən görünür ki, qeyd edilən qətnamənin qəbul edilməsindən iddia ərizəsinin verilməsinə qədər 3 il 3 ay müddət keçmişdir. Cavabdehdən iddiaçının xeyrinə tutulacaq məbləğ 6300 manat təşkil edir. Qeyd edilən məbləğin 3 il, 3 ay üçün illik 5% 1039,5 manat müəyyən edilir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsaslı sayaraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan qətnamə ləğv edilərək iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə,məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 384.0.2, 392 və 393, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Apellyasiya şikayəti təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 02 iyun 2022-ci il tarixli, 2(012)-1864/2022 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi təmin edilsin. Cavabdeh 1039,5 (min otuz doqqun manat əlli qəpik) manat məbləğində pul alınaraq X1 verilsin. Qətnamədən şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar