Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1803/2024 03.12.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: prosessual müddətin bərpasından imtina) X4 Süleymanovanın sədrliyi və məruzəsi, X1 və Fuad Əli oğlu Məmmədovdan ibarət tərkibdə, Günay Asif qızı Səlimin katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair mülki iş üzrə Şamaxı Rayon Məhkəməsinin 09 sentyabr 2024-cü il tarixli, e-2(074)-70/2024 nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: Birinci instansiya məhkəməsində icraat
1. Şamaxı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(074)-70/2024 nömrəli qətnaməsi ilə İddiaçı ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddiası qismən təmin edilərək, Cavabdeh 6494,39 manat əsas borc, 1035,74 manat faiz borcu və 170,15 manat cərimə borcu olmaqla, cəmi 7700,28 manat borcun və ödənilmiş 97 manat dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması, aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat məbləğində pulun Cavabdeh tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (X2 kod 210005, VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.F.T. BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34CTRE********************) hesabına köçürülməsi qət edilmişdir.
2. 30.08.2024-cü il tarixdə Cavabdeh apellyasiya şikayəti verərək, Şamaxı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(074)-70/2024 nömrəli qətnaməsinin ləğv edilib, iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını, eyni zamanda, ərizə ilə müraciət edərək, həmin qətnamədən apellyasiya şikayəti verilməsi üçün, buraxılmış prosessual müddətin bərpa edilməsini xahiş etmişdir.
3. Cavabdeh ərizəsini onunla əsaslandırmışdır ki, anasının 2021-ci ildən ağır xəstəliyə tutulması səbəbindən və səhhəti get-gedə pisləşib, daha da, ağırlaşdığından, vaxtında sözügedən qətnamədən apellyasiya şikayəti verə bilməmişdir.
4. Şamaxı Rayon Məhkəməsinin 09 sentyabr 2024-cü il tarixli, e-2(074)- 70/2024 nömrəli qərardadı ilə (hakim Fərid Yaqubov) Şamaxı Rayon Məhkəməsinin e- 2(074)-70/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə Cavabdeh tərəfindən verilmiş ərizənin təmin olunmaması, apellyasiya şikayəti və ona əlavə olunmuş sənədlərin geri qaytarılması qərara alınmışdır.
5. Cavabdeh şikayət verərək, Şamaxı Rayon Məhkəməsinin e-2(074)-70/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadının ləğv edilməsini, iş üzrə yeni qərardad qəbul edilərək, apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa olunmasını xahiş etmişdir.
6. Şamaxı Rayon Məhkəməsinin 28 oktyabr 2024-cü il tarixli, e-2(074)-70/2024 nömrəli qərardadı ilə (hakim Fərid Yaqubov) Şamaxı Rayon Məhkəməsinin e-2(074)- 70/2024 nömrəli, xx.xx.2024-cü tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətin təmin edilməməsi, şikayətin mülki işlə birlikdə baxılması üçün 7 gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
7. Şikayətin dəlilləri Cavabdeh şikayətini onunla əsaslandırmışdır ki, anasının 2021-ci ildən ağır xəstəliyə tutulması səbəbindən və səhhəti get-gedə pisləşdiyindən, vaxtında Şamaxı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(074)-70/2024 nömrəli qətnaməsindən apellyasiya şikayəti verə bilməmişdir. Məhkəmə iclasında iştirak edib ərizəsinin məzmununa uyğun izahat verərək, qətnamədən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin üzürlü hesab olunaraq bərpa olunmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin istinad etdiyi qanunlardan və normativ aktlardan görünür ki, onların hamısı düzgün tətbiq olunmayaraq səhv təfsir edilmişdir. Şikayətinə daxil etdiyi tibbi sənəddən görünür ki, anası X3 2021-ci ildən “Hepatit-C” xəstəliyinə tutulduğundan onun səhhəti get-gedə pisləşmiş və nəticədə valideyninin sağlamlığının ciddi təhlükə altına düşməsi onun Bank kreditlərində fasilələr yaratmışdır. Bu səbəbdən aylıq ödənişlərdə gecikmələri olmuşdur, amma bu barədə o, Bank rəhbərliyinə məlumat verib həmin gecikmələri aradan qaldıracağına söz vermişdir. İş üzrə apellyasiya şikayətində qeyd etdiyi kimi hər bir borclunun ailə həyatında ciddi dəyişikliklər, ağır xəstəliklər, faciələr və ya ölüm ola bilər və heç kəs bundan sığortalanmayıb. Belə halda, borclunun kredit ödənişindən guya qərəzli niyyətlə yayınması bəhanəsi ilə Bank rəhbərliyinin dərhal məhkəməyə müraciət etməsi də əsassızdır. Yəni, X9-ya olan aylıq kredit ödənişində fasilələrin yaranması da məhz elə anasının bu ağır xəstəliyə tutulması ilə bağlıdır. Beləliklə, Şamaxı Rayon Məhkəməsinin e-2(074)-70/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadını doğru və ədalətli hesab etmədiyinə görə hesab edir ki, bu qərardad ləğv edilməli və iş üzrə yeni qərardad qəbul edilməklə Şamaxı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(074)-70/2024 nömrəli qətnaməsindən apellyasiya şikayəti verə bilməyi üçün ötürülmüş prosessual müddət üzürlü hesab edilərək bərpa olunmalıdır. Şikayətinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.
8. Şikayətə qarşı etirazın dəlilləri Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
9. Apellyasiya instansiya Məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
10. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 134.1.5. Birinci instansiya məhkəməsinin, apellyasiya və kassasiya məhkəmələrinin aktları işdə iştirak edən şəxslərə rəsmi qaydada verilməlidir. Maddə 128.2. Prosessual hərəkətlərin edilməsi üçün müddətlər, hökmən baş verməli hadisə göstərilməklə, dəqiq təqvim tarixi ilə və ya hərəkətin edilə biləcəyi vaxt dövrü ilə müəyyən edilir. Maddə 357.1. Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Maddə 360. Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Maddə 398.0.1. Apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Maddə 400. Apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir.
11. Apellyasiya baxışının hədləri Şikayətdən görünür ki, apellyator Şamaxı Rayon Məhkəməsinin 09 sentyabr 2024-cü il tarixli, e-2(074)-70/2024 nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir. Odur ki, kollegiya Şamaxı Rayon Məhkəməsinin 09 sentyabr 2024-cü il tarixli, e-2(074)-70/2024 nömrəli qərardadının tam yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
12. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə əlaqəli şəkildə hərtərəfli, tam, obyektiv, qərəzsiz araşdırıb və toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, şikayət təmin edilməməli, Şamaxı Rayon Məhkəməsinin 09 sentyabr 2024-cü il tarixli, e-2(074)-70/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
13. Göründüyü kimi birinci instansiya məhkəməsi tərəfindən Şamaxı Rayon Məhkəməsinin e-2(074)-70/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə Cavabdeh tərəfindən verilmiş ərizənin təmin olunmaması, apellyasiya şikayəti və ona əlavə olunmuş sənədlərin geri qaytarılması qərara alınmışdır.
14. Cavabdeh şikayət verərək, qərardadın ləğv edilməsini, iş üzrə yeni qərardad qəbul edilərək, apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa olunmasını xahiş etmişdir.
15. Qüvvədə olan mülki prosessual qanunvericiliyin normalarından göründüyü kimi şikayət onun verilməsi üçün müəyyən edilmiş müddət ötürüldükdən sonra verilirsə, qəbul edilmir. Şikayət vermiş şəxs müddət ötürülməsinə səbəb olan hallar göstərməklə həmin müddətin bərpa edilməsi barədə məhkəmə qarşısında vəsatət qaldıra bilər. Lakin vəsatətin veriməsi müddətin mexaniki bərpa edilməsinə səbəb olmur. Məhkəmə ilk növbədə müddətin buraxılmasının səbəblərini arşdırır. Əgər o, müddətin şikayəti verən şəxsdən asılı olmayan səbəblərdən (xəstəlik, ezamiyyət və s.) buraxıldığı qənaətinə gələrsə, vəsatəti təmin edərək müddəti bərpa edir, əks halda isə vəsatəti rədd edir.
16. Mülki iş materialları nəzərdən keçirilərkən müəyyən edilmişdir ki, Şamaxı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi tərəflərə, o cümlədən Cavabdeh poçt vasitəsilə göndərilmiş və cavabdeh poçt qəbzinə xx.xx.2024-cü il tarixdə imza etməklə, qətnaməni rəsmi qaydada qəbul etmişdir. Həmin tarixdən bir ay müddətində tərəfin apellyasiya şikayəti vermək hüququ yaranmışdır. Lakin cavabdeh qanunla nəzərdə tutumuş müddəti ötürməklə 30 avqust 2024-cü il tarixdə apellyasiya şikayəti ilə məhkəməyə müraciət etmişdir. Həmçinin prosessual müddətin bərapa edilməsi barədə vəsatət vermişdir.
17. Göründüyü kimi cavabdeh apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpası haqqında vəsatətini anasının xəstə olması ilə əsaslandırmışdır.
18. Məhkəmə hesab etmişdir ki, apellyasiya şikayəti vermiş Cavabdeh müddətin bərpası barədə ərizəsində göstərdiyi səbəb, apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpası üçün əsas ola bilməz.
19. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, şikayətin məhkəməyə verilməsinə dair müəyyən olunmuş müddətlərə dair müddəalar ədalətin düzgün həyata keçirilməsi və xüsusilə hüquqi müəyyənlik prinsipinin riayət olunmasına yönəlmişdir. Maraqlı şəxslər bu normaların tətbiq olunmasını gözləməlidir. Məhkəmənin qanuni qüvvəyə minmiş qərarlarının qeyri-müəyyən vaxtdan sonra onlara yenidən baxılması hüquqi müəyyənlik prinsipini pozur. Bu cür hallar Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsində təsbit olunmuş ədalətli məhkəmə baxışına olan hüququnun mahiyyətinə ziddir.
20. Avropa İnsan Hüquqları Məhkəməsinin Miraqall Eskolano və digərləri İspaniyaya qarşı 20 yanvar 2000-ci il tarixli qərarında qeyd etmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdır.
21. Avropa Məhkəməsi xatırladır ki, ötürülmüş prosessual müddətin bərpa edilməsi qanuni qüvvəyə minmiş məhkəmə qərarının nüfuzu prinsipinin pozuntusu hesab edilir. Beləliklə, prosessual müddət ötürüldükdən sonra şikayət vermiş şəxs xüsusi diqqətlə, yəni mübahisələndirilən qərardan xəbərdar olduğu andan dərhal hərəkət etməlidir.
22. Eləcə də Avropa İnsan Hüquqları Məhkəməsinin Miraqall Eskolano və digərləri İspaniyaya qarşı 20 yanvar 2000-ci il tarixli qərarında qeyd etmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdır.
23. Göründüyü kimi müddətlərin müəyyən edilməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinin qarşısını almağa, mülki münasibətdə qeyri-müəyyənliyi, qeyri-sabitliyi aradan qaldırmağa xidmət göstərir.
24. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin apellyasiya şikayəti verilməsi üçün prosessual müddətin bərpa olunmaması ilə bağlı mövqeyi ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən qərardad qəbul edildikdə prosessual qanunun tələblərinin pozuntusuna yol verilməmişdir. Tərəfin göstərdiyi dəlil formal əsas olmaqla buraxılmış prosessual müddətin bərpa edilməsinin üzürlü səbəbi kimi qiymətləndirilə bilməz.
25. Məhkəmə kollegiyası göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 395, 398.0.1, 400-cü maddələrini rəhbər tutaraq
q ə r a r a a l d ı:
Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməsin. Şamaxı Rayon Məhkəməsinin 09 sentyabr 2024-cü il tarixli, e-2(074)-70/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəsini alır. Qərardaddan kassasiya şikayəti verilə bilməz.