Məhkəmə qərarları › İş №2(105)-1810/2020

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1810/2020

28.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1810/2020 28.10.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), X10 və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Heyran Mehman qızı Mürsəlovanın katibliyi, iddiaçı «xxxxxx» İKB ASC-nin (İddiaçı ASC) nümayəndəsi X3, cavabdeh X8 iştirakı ilə, Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(060)-22/2020 saylı qətnaməsindən cavabdehlər Cavabdeh2, X12, X16, X4 və X17 tərəfindən birgə qaydada verdikləri apelyasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(060)-22/2020 saylı qətnaməsi ilə (hakim G.C.Tanrıyevdiyeva) iddiaçı “xxxxxx” İKB ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, X12, X4 və X13 qarşı borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki iş üzrə iddia qismən təmin edilib, “xxxxxx” İKB ASC və Cavabdeh1 arasında bağlanılmış xx xxxxxx 2014-cü il tarixli kredit müqaviləsinin ləğv edilib, Cavabdeh1 «xxxxxx» İKB ASC-nin (İddiaçı ASC) xeyrinə xx xxxxxx 2014-cü il tarixli kredit müqaviləsi üzrə 37404,91 (otuz yeddi min dörd yüz dörd dollar doxsan bir sent) ABŞ dolları əsas borc, 9286,70 (doqquz min iki yüz səksən altı dollar yetmiş sent) ABŞ dolları faiz borcu və 300 (üç yüz) ABŞ dolları cərimə borcu olmaqla, cəmi 46991,61 (qırx altı min doqquz yüz doxsan bir dollar altmış bir sent) ABŞ dolları və ödəniş gününə Azərbaycan Respublikasının Mərkəzi Bankının müəyyən etdiyi məzənnəyə uyğun manatla borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 (on) manat dövlət rüsumu və 20 (iyirmi) manat xidmət haqqının tutulması, tutmanın ipoteka predmeti olan Sumqayıt şəhəri, 47-ci məhəllədə yerləşən 3 otaqlı, 67.5 kv.metr ümumi, 39.6 kv.metr yaşayış, 27.9 kv.metr yardımçı sahədən ibarət 1 nömrəli evin 33 nömrəli mənzilinə (yeni qaydalarla: AZ5011 ünvan 1 yönəldilməsi, Cavabdeh1 mülkiyyətində olan Sumqayıt şəhəri, 47-ci məhəllədə yerləşən 3 otaqlı, 67.5 kv.metr ümumi, 39.6 kv.metr yaşayış, 27.9 kv.metr yardımçı sahədən ibarət 1 nömrəli evin 33 nömrəli mənzili (yeni qaydalarla: AZ5011 ünvan 1 açıq hərracdan satılsın və borc mənzilin satışından əldə olunacaq vəsait hesabına «xxxxxx» İKB ASC-yə (İddiaçı ASC) ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, ipoteka predmeti olan Sumqayıt şəhəri, 47-ci məhəllədə yerləşən 1 nömrəli evin 33 nömrəli mənzilinin (yeni qaydalarla: AZ5011 ünvan 1 ilkin satış qiyməti 62000 (altmış iki min) manat müəyyən edilməsi, ipoteka predmeti olan Sumqayıt şəhəri, 47-ci məhəllədə yerləşən 1 nömrəli evin 33 nömrəli mənzili (yeni qaydalarla: AZ5011 ünvan 1 satıldıqdan sonra cavabdehlər Cavabdeh1, Cavabdeh2, X12, X16, X5 və X17 1 (bir) ay ərzində ipoteka predmeti olan mənzildən çıxarılması, iddia tələbinin qalan hissədə təmin edilməməsi və iş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizalarının xərci olaraq Cavabdeh1 195 (bir yüz doxsan beş) manat məbləğində pul vəsaiti tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı bank hesabına köçürülməsi qət edilmişdir. Cavabdehlər Cavabdeh2, X12, X7, X16 və X17 birgə qaydada apelyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(060)-22/2020 saylı qətnaməsinin ləğv edilib, iddianın qismən təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İŞİN HALLARİ: İddiaçı «xxxxxx» İKB ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tələbini onunla əsaslandırmışdır ki, 2014-cü il 17 dekabr tarixli kredit müqaviləsinə əsasən Cavabdeh1 "xxxxxx'' İKB ASC-nin "MXM" filialından illik 26 faizlə, 60 ay müddətinə 33000 ABŞ Dolları məbləğində kredit götürmüşdür. xx.xx.2017-ci il tarixli Əlavə Sazişə əsasən kreditin müddəti xx.xx.2025-ci il tarixədək təyin edilmişdir. Borcun təminatı olaraq, Cavabdeh1 mülkiyyətindəki Sumqayıt şəhəri, 47-ci məhəllədə yerləşən, 3 otaqlı, 67.5 kv.m ümumi, 39.6 kv.m yaşayış, 27.9 kv.m yardımçı sahədən ibarət 1 nömrəli evin 33 nömrəli mənzili (Yeni qaydalarla: AZ 5011 Sumqayıt şəhəri, Niyazi küçəsi 300, M8 , m 1) 2014-cü il 12 dekabr tarixli ipoteka müqaviləsilə yüklü edilmişdir. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş, dövlət reyestrində qeydə alınmışdır. 2014-cü il 17 dekabr tarixli kredit müqaviləsinə görə şərtləşdirilmiş cədvəldə göstərilən ödəniş aparılmalı gün ödəniş edilmədikdə, müqavilənin 1.14-cü bəndinə əsasən hər gecikdirilən gün üçün gecikdirilmiş məbləğin illik 26 faizlə cərimə hesablayıb borcludan tələb etmişdir. 2018-ci il iyulun 03-dək Cavabdeh1 2014-cü il 17 dekabr tarixli kredit müqaviləsi üzrə banka 37677,63 ABŞ Dolları əsas, 3687.51 ABŞ Dolları faiz, 56.55 ABŞ Dolları cərimə borcu olmaqla ümumilikdə cəmi 41421,69 ABŞ Dolları borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh1 borcu ödəməkdən boyun qaçırmışdır. Bu səbəbdən qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair cavabdehə bildiriş verilmişdir. Eyni zamanda reyestr orqanına ərizə göndərilmişdir. Ərızə bu orqanda qeydə alınmışdır. Müddətin keçməsinə baxmayaraq cavabdeh bildirişə münasibət bildirməmişdir. Tərəflər arasında imzalanmış ipoteka müqaviləsində ipoteka predmetinin dəyəri tərəflər arasında qarşılıqlı razılaşmaya əsasən müəyyən olunmuşdur. Cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyi üçün bu öhdəliyin icrasını təmin etmək məqsədilə ipoteka predmeti olan əmlaka tutma yönəldilməli, həmin əınlak hərracda satılmalı və onun satışından əldə edilmiş pul vəsaiti borcun əvəzinə yönəldilməlidir. Ona görə də, Cavabdeh1 xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə 37677,63 ABŞ dolları əsas borc, 3687,51 ABŞ dolları faiz borcu və 56,55 ABŞ dolları cərimə borcu olmaqla cəmi 41421,69 ABŞ dolları borcun, 30 manat dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının iddiaçının xeyrinə tutulması və tutmanın kreditin təminatı kimi Cavabdeh1 məxsus Sumqayıt şəhəri, 47-ci məhəllədə yerləşən 3 otaqlı, 67.5 kv.metr ümumi, 39.6 kv.metr yaşayış, 27.9 kv.metr yardımçı sahədən ibarət 1 nömrəli evin 33 nömrəli mənzilinə (yeni qaydalarla: AZ5011 ünvan 1 yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması və borcun Sumqayıt şəhəri, 47-ci məhəllədə yerləşən 3 otaqlı, 67.5 kv.metr ümumi, 39.6 kv.metr yaşayış, 27.9 kv.metr yardımçı sahədən ibarət 1 nömrəli evin 33 nömrəli mənzilin (yeni qaydalarla: AZ5011 ünvan 1 hərracdan satışdan əldə olunan vəsait hesabına “xxxxxx” İKB ASC-yə ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, Cavabdeh1 məxsus Sumqayıt şəhəri, 47-ci məhəllədə yerləşən 3 otaqlı, 67.5 kv.metr ümumi, 39.6 kv.metr yaşayış, 27.9 kv.metr yardımçı sahədən ibarət 1 nömrəli evin 33 nömrəli mənzilinə (yeni qaydalarla: AZ5011 ünvan 1 yönəldikdə və o, satıldıqdan 1 ay sonra Cavabdeh2 Vəli oğlunun, X6, X8, X2 və X9 Sumqayıt şəhəri, 47-ci məhəllədə yerləşən 3 otaqlı, 67.5 kv.metr ümumi, 39.6 kv.metr yaşayış, 27.9 kv.metr yardımçı sahədən ibarət 1 nömrəli evin 33 nömrəli mənzilinə (yeni qaydalarla: AZ5011 ünvan 1 olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh2 Vəli oğlunun, X6, X8, X2 və X9 həmin mənzildən çıxarılmaları, həmin mənzilin boşaldılması və banka təhvil verilməsi, Cavabdeh1 ilə “xxxxxx” İKB ASC arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı “xxxxxx” İKB ASC (İddiaçı ASC) iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 İddiaçı ASC-in xeyrinə xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə 37677,63 ABŞ dolları əsas borc, 9286,7 ABŞ dolları faiz borcu və 2302,28 ABŞ dolları cərimə borcu olmaqla cəmi 49266,61 ABŞ dolları borcun, 30 manat dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının iddiaçının xeyrinə tutulması və tutmanın kreditin təminatı kimi Cavabdeh1 məxsus Sumqayıt şəhəri, 47-ci məhəllədə yerləşən 3 otaqlı, 67.5 kv.metr ümumi, 39.6 kv.metr yaşayış, 27.9 kv.metr yardımçı sahədən ibarət 1 nömrəli evin 33 nömrəli mənzilinə (yeni qaydalarla: AZ5011 ünvan 1 yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması və borcun Sumqayıt şəhəri, 47-ci məhəllədə yerləşən 3 otaqlı, 67.5 kv.metr ümumi, 39.6 kv.metr yaşayış, 27.9 kv.metr yardımçı sahədən ibarət 1 nömrəli evin 33 nömrəli mənzilin (yeni qaydalarla: AZ5011 ünvan 1 hərracdan satışdan əldə olunan vəsait hesabına İddiaçı ASC-yə ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, Cavabdeh1 məxsus Sumqayıt şəhəri, 47-ci məhəllədə yerləşən 3 otaqlı, 67.5 kv.metr ümumi, 39.6 kv.metr yaşayış, 27.9 kv.metr yardımçı sahədən ibarət 1 nömrəli evin 33 nömrəli mənzilinə (yeni qaydalarla: AZ5011 ünvan 1 yönəldikdə və o, satıldıqdan 1 ay sonra Cavabdeh2 Vəli oğlunun, X6, X8, X2 və X9 Sumqayıt şəhəri, 47-ci məhəllədə yerləşən 3 otaqlı, 67.5 kv.metr ümumi, 39.6 kv.metr yaşayış, 27.9 kv.metr yardımçı sahədən ibarət 1 nömrəli evin 33 nömrəli mənzilinə (yeni qaydalarla: AZ5011 ünvan 1 olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh2 Vəli oğlunun, X6, X8, X2 və X9 həmin mənzildən çıxarılmaları, həmin mənzilin boşaldılması və banka təhvil verilməsi, Cavabdeh1 ilə “xxxxxx” İKB ASC arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELYASİYA ŞİKAYƏTİNİNDƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN İZAHATİ: Cavabdehlər Cavabdeh2, D.V.Məmmədov, V.V.Məmmədov, Ş.V.Məmmədova və A.V.Məmmədov birgə qaydada verdikləri apelyasiya şikayətini onunla əsaslandırmışlar ki, Sumqayıt Şəhər Məhkəməsi xx xxxxxx 2020-ci il tarixli qətnaməni qəbul edərkən maddi və prosessual hüquq noromalarının tələbləri pozulmuş və işin faktiki hallarına hüquqi qiymət verilməmişdir. Belə ki, qətnamədə qət edilmiş borc məbləği ilə ümumiyyətlə razı deyillər. Onların fikrincə əsas və faiz borcu şişirdilmiş, cərimə borcu isə qətnamə qəbul edilən vaxt ümumiyyətlə mövcud olmamışdır. İpoteka predmeti kimi yüklü edilmiş mənzlin ilkin satış qiyməti də onları qane etmir. Mənzilin hazırkı bazar dəyəri müəyyən edilmiş ilkin satış qiymətindən ən azı 1,5 dəfə bahadır. Hazırkı qiymət tam şəkildə iddiaçını qane edir. Çünki mənzil hazırkı vəziyyətdə 62000 manata rahat şəkildə satılacaq və qalıq borc onlardan tələb olunacaq. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın qismən təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə kollegiyasının iclasında cavabdeh V.V.Məmmədov apelyasiya şikayətini müdafiə edərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın qismən təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iddiaçı «xxxxxx» İKB ASC-nin nümayəndəsi R.M.Abdullayev apelyasiya şikayətinə etiraz edərək birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada cavabdehlər Cavabdeh2, D.V.Məmmədova, Ş.V.Məmmədovaya və A.V.Məmmədova məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən cavabdehlər Cavabdeh2, D.V.Məmmədovun, Ş.V.Məmmədovanın və A.V.Məmmədovun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-ha¬ki¬min məruzəsini, işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan xx xxxxxx 2014-cü il tarixli, 6-G-1 -0-2448-14 saylı kredit müqaviləsindən görünür ki, «xxxxxx» İKB ASC və Cavabdeh1 arasında bağlanmış kredit müqavləsinə əsasən Cavabdeh1 illik 26 faiz olmaqla, 60 ay müddətinə 33000 ABŞ dolları məbləğində krdit ayrılmışdır. xx.xx.2014-cü il tarixli, 2***-*******96 nömrəli kassa məxaric orderinin təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh1 33 000 ABŞ dolları məbləğində pulu «xxxxxx» İKB ASC-dən qəbul etmişdir. «xxxxxx» İKB ASC və Cavabdeh1 arasında bağlanmış xx.xx.2017-ci il tarixli Əlavə sazişə əsasən xx xxxxxx 2014-cü il tarixli, 6-G-1 -0-2448-14 saylı kreditin müddəti xx.xx.2025-ci il tarixədək uzadılmışdır. «xxxxxx» İKB ASC və Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli, 6-G-1- 0-2448-14 saylı ipoteka müqaviləsindən görünür ki, tərəflər arasında bağlanmış xx xxxxxx 2014cü il tarixli, 6-G-1-0-2448-14 saylı kredit müqaviləsinin təminatı olaraq Cavabdeh1 məxsus olan Sumqayıt şəhəri, 47-ci məhəllədə yerləşən 3 otaqlı, 67.5 kv.metr ümumi, 39.6 kv.metr yaşayış, 27.9 kv.metr yardımçı sahədən ibarət 1 nömrəli evin 33 nömrəli mənzili (yeni qaydalarla: AZ5011 ünvan 1 ipoteka ilə yüklü edilmişdir. RX seriyalı, ******* saylı çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Sumqayıt şəhəri, 47-ci məhəllə, ev 1, mənzil 33 (yeni qaydalarla: AZ5011 Sumqayıt şəhəri, Niyazi küçəsi 300,m 8, m 1 xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh1 adına 253 nömrəli refestr kitabının 52 nömrəli vərəqində ********** qeydiyyat nömrəsi ilə xx.xx.2015-ci il tarixdə qeydə alınmışdır. Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* saylı xx.xx.2015-ci il tarixli çıxarışın notariat qaydada təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh1 tam mülkiyyətində olan Sumqayıt şəhəri, 47-ci Məhəllə, ev 1, mənzil 33 (yeni qaydalarla: AZ5011 ünvan 1 «xxxxxx» İKB ASC-nfq xeyrinə ipoteka ilə yüklü edilmişdir. «xxxxxx» İKB ASC-nin xx.xx.2019-cu il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 xx.xx.2014-cü tarixli kredit müqaviləsi üzrə 37677,63 ABŞ dolları əsas borc, 9286,7 ABŞ dolları faiz borcu və 2302,28 ABŞ dolları cərimə borcu olmaqla cəmi 49266,61 ABŞ dolları məbləğində borcu vardır. “FAME PRO” Məhdud Məsuliyyətli Cəmiyyətinin 01/092 nömrəli xx xxxxx 2019-cu il tarixli məktubundan görünür ki, Cavabdeh1 məxsus olan Sumqayıt şəhəri, 47- ci məhəllə, ev 1, mənzil 33 (yeni qaydalarla: AZ5011 ünvan 1 ünvanında yerləşən 3 otaqlı mənzilin xx.xx.2019-cu il tarixə olan bazar dəyəri 62 000 (altmış iki min) manat məbləğində qiymətləndirilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2019-cu il tarixli, 25699 saylı rəyi ilə müəyyən olunmuşdur ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan cari hesabdan çıxarış məlumatları, xx xxxxxx 2014cü il tarixli, 6-G-1 -0-2448-14 saylı kredit müqaviləsi və xx.xx.2017-ci il tarixli Əlavə Sazişin şərtləri nəzərə alınmaqla Cavabdeh1 xx.xx.2018-ci il tarixinədək (iddia tarixinədək) «xxxxxx» İKB ASC-yə 37677,63 ABŞ dolları əsas borc və 3687,51 ABŞ dolları faiz borcu olmaqla, cəmi 41.365,14 ABŞ dolları məbləğində borcu vardır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2019-cu il tarixli 15952 saylı rəyi ilə müəyyən olunmuşdur ki, rəyin tədqiqat hissəsində göstərildiyi kimi, iş materiallarında olan hesabdan çıxarış məlumatlarına əsasən, Cavabdeh1 ilə «xxxxxx» İKB ASC arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli, 6-G-1-0-2448-14 saylı kredit müqaviləsi üzrə borcalanın «xxxxxx» İKB ASC-yə ödənilməli olan kredit borcu aşağıdakı kimi müəyyən olunmuşdur. Əsas kredit borcu 29.361,92 ABŞ dolları, faiz borcu isə 10.477,02 ABŞ dollarıdır. “Patron-L” Məhdud Məsuliyyətli Cəmiyyətinin xx xxxxxxxx 2020-ci il tarixli, G/52 saylı qiymətləndirmə barədə ekspert rəyindən görünür ki, Cavabdeh1 məxsus olan Sumqayıt şəhəri, 47- ci məhəllə, ev 1, mənzil 33 (yeni qaydalarla: AZ5011 ünvan 1 ünvanında yerləşən 3 otaqlı mənzilin xx.xx.2019-cu il tarixə olan bazar dəyəri 64.000 (altmış dörd min) manat məbləğində qiymətləndirilmişdir. Birinci instansiya məhkəməsi idia ərizəsini təmin etdikdə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 448, 449.4, 462.1, 467-ci maddələrinə istinad etmişdir. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən olunur ki, tərəflər arasında kredit münasibətlərindən irəli gələn qarşılıqlı öhdəliklər mövcud olmuşdur. İddiaçı tərəfindən cavabdehə münasibətdə üzərinə götürülmüş bütün öhdəliklər icra olunmuşdur. Lakin cavabdeh tərəfindən iddiaçı qarşısında götürülmüş öhdəlik icra olunmamışdır. Yuxarıda sadalanan maddi hüquq normalarının tələblərinin hazırki mübahisəli hüquq münasibətlərinə tətbiq edərək birinci instansiya məhkəməsi, cavabdehin kredit müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsi, müqavilə üzrə ödənişləri qrafik üzrə aparmamaqla müqaviləni əhəmiyyətli dərəcədə pozması və hazırki öhdəlik hüquq münasibətlərinin məhz cavabdehin təqsiri üzündən pozulması işin mübahisəsiz halları olmaqla, həmin faktlar apelyasiya şikayətinin dəlilləri və mülki işin materialları ilə də inkar edilmir. İddia ərizəsi üzrə tələb edilən borc məbləğinin Cavabdeh1 mülkiyyətində olan Sumqayıt şəhəri, 47-ci məhəllədə yerləşən 3 otaqlı, 67.5 kv.metr ümumi, 39.6 kv.metr yaşayış, 27.9 kv.metr yardımçı sahədən ibarət 1 nömrəli evin 33 nömrəli mənzilinə (yeni qaydalarla: AZ5011 ünvan 1 yönəldilməsi, Cavabdeh1 mülkiyyətində olan Sumqayıt şəhəri, 47-ci məhəllədə yerləşən 3 otaqlı, 67.5 kv.metr ümumi, 39.6 kv.metr yaşayış, 27.9 kv.metr yardımçı sahədən ibarət 1 nömrəli evin 33 nömrəli mənzili (yeni qaydalarla: AZ5011 ünvan 1 açıq hərracdan satılsın və borc mənzilin satışından əldə olunacaq vəsait hesabına «xxxxxx» İKB ASC-yə (İddiaçı ASC) ödənilməsi barədə nəticəyə hüquqi münasibət bildirən birinci instansiya məhkəməsi gəldiyi nəticənin hüquqi əsaslarını Azərbaycan Respublikası Mülki Məcəlləsinin öhdəliklərə dair ipoteka predmeti olan əmlakın Bank qarşısında öhdəliklərin icrası kimi qəbul edərək həmin münasibətlərin tənzimlənməsini əsaslandıran halları Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.5; 317.1; 319.1-ci maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33; 36.1; 39.3.3; 59.1; 59.2; və 59.3-cü maddələrinin tələbləri ilə əsaslandırmışdır. Sadalanan hallara istinad edərək məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbi üzrə tələb edilən ödənilmədən qalmış borca münasibətdə tələbi qismən təmin etməklə qanuni və əsasılı qətnamə qəbul etmişdir. Cavabdehlər Cavabdeh2, X12, X16, X4 və X17 birgə qaydada verdikləri apelyasiya şikayətinin dəlillərini təsdiq edən başqa bir sübut təqdim edə bilməmişdir və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi hallarını sübuta yetirə bilməmişlər. Ona görə də apelyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyıb, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə görə məhkəmə qətnaməsinin apelyasiya qaydasında dəyişdirilmədən, apelyasiya şikayətinin isə təmin edilmədən saxlanması üçün əsasdır. Ona görə də, apelyasiya şikayəti təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392-393, 402- 403 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdehlər Cavabdeh2, D.V.Məmmədovun, V.V.Məmmədovun, Ş.V.Məmmədovanın və A.V.Məmmədovun birgə qaydada verdikləri apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(060)-22/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Telman Quliyev Hakimlər: Gülnarə Tağızadə Lətifə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar