Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1811/2022 05.12.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ sədrlik edən və məruzəçi-hakim Məmmədov Zaur İkram oğlu, hakimlər Dəmirov İlqar Kamal oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Ağayeva Gülsaba Xeyrulla qızının katibliyi ilə, Cavabdeh1 iştirakı ilə, İddiaçı «Finca Azerbaijan» MM QBKT-nın cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borc” tələbinə dair sadələşdirilmiş icraat qaydasında baxılmış mülki iş üzrə Şabran Rayon Məhkəməsinin 20 iyun 2022-ci il tarixli, e-2(031)-592/2022 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında yazılı icraatda baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı «Finca Azerbaijan» MM QBKT cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borc” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada əsas borc üzrə 1029.00 AZN, faiz borcu üzrə 103.00 AZN, cərimə borcuna görə 0.00 AZN olmaqla cəmi 1132.00 AZN məbləğində borcun və 31.32 manat məbləğində ödənilmiş dövlət rüsumunun iddiaçı «Finca Azerbaijan» MM QBKT-nın xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı «Finca Azerbaijan» MM QBKT ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, **********4793 saylı kredit müqaviləsinə əsasən şəxsə istehlak məqsədləri və həyat səviyyəsinin yaxşılaşdrılması üçün illik 34% dərəcəsi olmaqla 18 ay müddətinə 1600 AZN məbləğində kredit verilmişdir. Həmçinin, xx.xx.2015-ci il tarixli, **********4793 saylı kredit müqaviləsi xx.xx.2015-ci il tarixli eyni nömrəli sazişlə restrukturizasiya olunmuş və öhdəliyin icra olunmamış hissəsi, əsas borc 1074.83 AZN, faiz 0.00 AZN, cərimə 0.00 AZN müəyyən edilmişdir. Eyni tarixli ******************** saylı zaminlik müqaviləsi ilə Cavabdeh2 zamin qismində sözü gedən kredit müqaviləsinin tərəfi olmuşdur. Beləliklə, xx.xx.2022-ci il tarixinə olan Maliyyə arayışına əsasən Cavabdeh1 borc məbləği **********8065 saylı kredit müqaviləsi üzrə əsas borc 1029.00 AZN, faiz borcu üzrə 103.00 AZN, cərimə borcuna görə 0.00 AZN olmaqla cəmi 1132.00 AZN təşkil edir. Ona görə də iddiaçı tərəf iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Şabran Rayon Məhkəməsinin 20 iyun 2022-ci il tarixli, e-2(031)-592/2022 nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada əsas borc üzrə 1029.00 AZN, faiz borcu üzrə 103.00 AZN, cərimə borcuna görə 0.00 AZN olmaqla cəmi 1132.00 AZN məbləğində borc və 31.32 manat məbləğində ödənilmiş dövlət rüsumunun iddiaçı «Finca Azerbaijan» MM QBKT-nın xeyrinə tutulması qət edilmişdir. (hakim Çingiz İsgəndərov) Qətnamədən Cavabdeh1 apellyasiya şikayəti verərək, qətnamənin qismən ləğv edilməsi və cavabdehlərdən cəmi 429 AZN borcun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: birinci instansiya məhkəməsi maddi hüquq normalarını düzgün tətbiq etməyərək əsassız və qanunsuz qətnamə qət etmişdir. Birinci instansiya məhkəməsi iddiaçı Finca Azerbaijan MM QBKT-nın iddia tələbini təmin edərkən iş materialında olan xx.xx.2022-ci il tarixli maliyə arayışına istinad etmişdir. Halbuki həmin maliyyə arayışı həqiqəti əks etdirmir. Məhkəmə iclaslarından xəbərdar olmadığına görə birinci instansiya məhkəməsində məhkəmə mühasibatlıq ekspertizasının keçirilməsini tələb edə bilməmişdir. Hesab edir ki, apellyasiya instansiya məhkəməsi tərəfindən hazırki kredit müqaviləi üzrə əsas və faiz borcunun müyyən edilməsi ilə bağlı məhkəmə mühasibatlıq ekspertizası keçirilməlidir. Ekspert qarşısında xx.xx.2015-ci il tarixli , **********4793 saylı kredit müqaviləsi xx.xx.2015-ci il tarixli eyni nömrəli sazişlə restrukturizasiya olunmuş kredit müqaviləsi üzrə iddiaçı Finca Azerbaijan MM QBKT-nin iddia ərizəsi məhkəməyə daxil olan günə kimi iddiaçıya olan əsas və faiz borcumun müəyyən edilməsi sualı qoyulmaqla məhkəmə mühasibatlıq ekspertizasının keçirilməsi ilə bağlı qərardad qəbul edilməlidir. Tərəflərin izahatları: Apellyasiya baxışı zamanı Cavabdeh1 apellyasiya şikayətinin təmin edilməsini, qətnamənin qismən ləğv edilməsi və cavabdehlərdən cəmi 429 AZN borcun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etdi. İddiaçı və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsaslanaraq, iddiaçı və Cavabdeh2 iştirakı olmadan işə baxılmasını və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Şabran Rayon Məhkəməsinin 20 iyun 2022-ci il tarixli, e-2(031)- 592/2022 nömrəli qətnaməsi əsas borc məbləğinin müəyyən edilməsi hissəsində dəyişdirilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanmalıdır. İş materiallarında olan «Finca Azerbaijan» MM QBKT ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, **********4793 saylı kredit müqaviləsinə əsasən şəxsə istehlak məqsədləri və həyat səviyyəsinin yaxşılaşdrılması üçün illik 34% dərəcəsi olmaqla 18 ay müddətinə 1600 AZN məbləğində kredit verilmişdir. İş materiallarında olan xx.xx.2015-ci il tarixli kredit müqaviləsinin restrukturizasiyasına dair sazişdən görünür ki, xx.xx.2015-ci il tarixli, **********4793 saylı kredit müqaviləsi xx.xx.2015-ci il tarixli eyni nömrəli sazişlə restrukturizasiya olunmuş və öhdəliyin icra olunmamış hissəsi, əsas borc 1074.83 AZN, faiz 0.00 AZN, cərimə 0.00 AZN müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 **********8065 saylı kredit müqaviləsi üzrə əsas borc üzrə 1029.00 AZN, faiz borcu üzrə 103.00 AZN, cərimə borcuna görə 0.00 AZN olmaqla cəmi 1132.00 AZN qalıq borcu vardır. İş materiallarında olan **********4138-526895 saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 zamin qismində kredit müqaviləsinin tərəfi olmuşdur. Birinci instansiya məhkəməsi iddianı təmin etmiş və hesab etmişdir ki, Cavabdeh1 kredit müqaviləsi üzrə öz riski ilə müqaviləni bağladığından həmin müqavilə üzrə öhdəliklərə görə məsuliyyət daşıyır. Cavabdehin apellyasiya şikayətinin dəlili ondan ibarət olmuşdur ki, maliyyə arayışı həqiqəti əks etdirmir. Məhkəmə iclaslarından xəbərdar olmadığına görə birinci instansiya məhkəməsində məhkəmə mühasibatlıq ekspertizasının keçirilməsini tələb edə bilməmişdir. Apellyasiya instansiya məhkəməsi tərəfindən hazırki kredit müqaviləi üzrə əsas və faiz borcunun müyyən edilməsi ilə bağlı məhkəmə mühasibatlıq ekspertizası keçirilməlidir. Cavabdehin apellyasiya şikayətinin dəlilləri nəzərə alınaraq məhkəmə kollegiyasının xx.xx.2022-ci il tarixli qərardadı ilə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, iş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə-Ekspertiza Mərkəzinə göndərilmişdir. Məhkəməyə daxil olmuş xx.xx.2022-ci il tarixli, 9/6919 saylı ekspert rəyindən görünür ki, iş materiallarında olan hesabdan çıxarış məlumatları və xx.xx.2015-ci il tarixli, **********4793 saylı kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh1 12 mart 2022-ci il tarixinə (iddia ərizəsi üzrə tarixə) “Finca Azerbaijan” MM QBKT olan borcu aşağıdaki kimi müəyyən edilir, o cümlədən: 01 fevral 2018-ci il tarixə (müqavilə müddətinin bitdiyi tarixə): əsas borc üzrə 1002.98 manat, faiz borcu üzrə 255.19 manat, 12 mart 2022-ci il tarixə (iddia ərizəsi tarixə): əsas borc üzrə 1002.98 manat, faiz borcu üzrə 461.50 manat, faiz borcu üzrə (5%lə) 206.31 manat. Göründüyü kimi birinci instansiya məhkəməsi əsas borc üzrə 1029.00 manat borc olduğunu müəyyən etsə də, ekspert rəyi ilə əsas borcun 1002.98 manat olduğu müəyyən edilmişdir. Ekspert rəyi ilə müəyyən olunmuş faiz borcuna münasibətdə isə kollegiya qeyd edir ki, iddia tələbində iddiaçı 103.00 manat faiz borcunu mübahisələndirmişdir. Ekspert rəyindən isə müəyyən edilir ki, faiz borcunun məbləği tələbdən çoxdur. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Odur ki, faiz borcunun məbləği tələbdən artıq ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırlmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Cavabdeh1 apellyasiya şikayəti qismən təmin edilməli, Şabran Rayon Məhkəməsinin 20 iyun 2022-ci il tarixli, e- 2(031)-592/2022 nömrəli qətnaməsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada əsas borc üzrə 1029.00 AZN tutulması hissəsində dəyişdirilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada əsas borc üzrə 1002.98 manat iddiaçı «Finca Azerbaijan» MM QBKT-nin xeyrinə tutulmalı, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. MPM-nin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. NƏTİCƏ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.3 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh1 apellyasiya şikayəti qismən təmin edilsin. Şabran Rayon Məhkəməsinin 20 iyun 2022-ci il tarixli, e-2(031)-592/2022 nömrəli qətnaməsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada əsas borc üzrə 1029.00 AZN tutulması hissəsində dəyişdirilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada əsas borc üzrə 1002.98 manat iddiaçı «Finca Azerbaijan» X2-Bank Kredit Təşkilatının xeyrinə tutulsun. Qətnamə apellyasiya şikayəti üzrə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri olan 100 manat pul Cavabdeh1 tutularaq X1 (Müxbir hesab: AZ41NABZ**********0000003944, kod: 210005,VÖEN:**********), Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, AZ34CTRE******************** saylı hesaba ödənilsin. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-1811/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1811/2022
05.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver