Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1817/2023 14.11.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh (Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs: X9) qarşı mülki iş üzrə (Açar sözlər: pul tələbi ) Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), X23 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi, İddiaçı, onun nümayəndə və vəkili Nümayəndə iştirakı ilə, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-1545/2023 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 10100 manatın və ödənilmiş 120 manat dövlət rüsumunun əvəzinin alınaraq İddiaçı verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia onunla əsaslandırılmışdır ki, o, hal-hazırda "xxxx" MMC-də çilingər vəzifəsində çalışır. Cavabdehlə “turbo.az” saytı vasitəsilə tanış olmuşdur. Belə ki, o, kreditlə verilən maşınlara baxmaq üçün “turbo.az” internet saytında axtarış apararkən “Mercedes Benz S Class” markalı, **-LX-*** dövlət qeydiyyat nişanlı avtomobili bəyənmişdir. Həmin avtomobilin sahibi ilə əlaqə saxlamaq üçün qeyd olunan internet saytında yerləşdirilən Namiq adlı şəxsə məxsus telefon nömrəsini götürmüş, həmin nömrəyə zəng etmiş və avtomobillə bağlı razılaşmaq üçün danışıqlar aparmışdır. Namiq adlı şəxs telefonda bildirmişdir ki, avtomobilin sahibi özüdür və üzbəüz şərtləri danışmaq üçün onu dəvət etmişdir. Ona görə də o, cavabdehlə görüşmək üçün Sumqayıt şəhərinə getmiş, bir qədər söhbətdən sonra aralarında olan razılığa əsasən cavabdeh avtomobilin faizlə birlikdə 13700 manat olacağını ilkin olaraq 5000 manat pul verməsini, sonra isə 22 ay üçün aylıq 420 manatdan olmaqla avtomobili ondan ala biləcəyini bildirmişdir. Qeyd edilən şərtlə bağlı aralarında yazılı borc müqaviləsi bağlanmışdır. Ancaq ödənişlər ediləndən sonra cavabdeh onu aldadaraq artıq bu sənədin heç bir hüquqi qüvvəyə malik olmadığını bildirmiş və sənədi ondan alaraq yararsız vəziyyətə salmışdır. O, ilkin olaraq cavabdehə 5000 manat ödədikdən sonra avtomobili idarə etmək üçün ona etibarnamə verməsini bildirmişdir. Etibarnamə verilən zaman onun sürücülük vəsiqəsi olmadığı üçün ilkin olaraq etibarnaməni bibisi oğlu Abidin adına rəsmiləşdirmişlər. Bu zaman o, avtomobilin sahibinin Nadir adlı şəxs olduğunu cavabdehə bildirmiş, ancaq cavabdeh Nadirin onun qardaşı olduğunu və heç bir narahatçılıq olmadığını demişdir. O özünə sürücülük vəsiqəsi aldığından xx.xx.2022-ci il tarixdə 4 saylı notariat kontorunda adıına etibarnamə almışdır. Bir müddət sonra cavabdeh ona ödənişi daha çox edəcəyi təqdirdə faiz olaraq ödəməli olduğu pulun miqdarının az olacağını bildirmişdir. Bu səbəbdən də o, banka müraciət edib 3000 manat kredit götürərək cavabdehə ödəmişdir. Bundan sonra artıq borcunun tam olaraq ödənildiyini düşünmüş və avtomobilini rahatlıqla idarə etməyə başlamışdır. 2022-ci ilin ortalarında idarə etdiyi avtomobillə Gəncə şəhərinə gedən zaman postda olan DYP əməkdaşı avtomobilini saxlayaraq axtarışda olduğunu və məcburən duracağa gedəcəyini bildirmişdir. Həmin vaxt polis əməkdaşı avtomobilin başqa şəxsə satıldığını bildirmiş və avtomobili duracaqda yerləşdirmişdir. Bu hadisədən sonra o, cavabdehlə əlaqə saxlayaraq ona ödədiyi pulların hamısını geri qaytarmasını bildirmişdir. Ancaq cavabdeh ona heç bir məbləğdə pul qaytarmayacağını bildirmişdir. O, cavabdehə ilkin olaraq 5000 manat, daha sonra 5 ay üçün ayda 420 manat olmaqla 2100 manat və 2020-ci ilin sentyabr ayında isə 3000 manat olmaqla, ümumilikdə 10100 manat pul ödəmişdir. O, cavabdehin etibarından sui-istifadə edərək onu aldadıb ümumilikdə 10100 manat pulunu aldığına və hal-hazırki vaxtadək qaytarmadığına görə ona qarşı dələduzluq etməsi ilə bağlı Sumqayıt şəhər Polis İdarəsinə müraciət etmişdir. Tərəfindən daxil olmuş məlumat Sumqayıt şəhər Polis İdarəsində “HK-1” kitabında 1260 sayla qeydiyyata alınaraq araşdırılması Sumqayıt şəhər Pİ-nə həvalə edilmişdir. Yekunda cavabdehin əməlində cinayət hadisəsi müəyyən edilmədiyindən və əməln mülki xarakter daşıdığından barəsində cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmiş və mülki qaydada məhkəməyə müraciət etməyi tövsiyə edilmişdir. Aparılan araşdırma zamanı Cavabdeh izahatında ona qaytarmalı olduğu 10100 manat məbləği ondan aldığını etiraf etmişdir. Lakin hal-hazırki vaxtadək cavabdeh borclu olduğu məbləği qaytarmamışdır. Cavabdeh bu hərəkəti ilə ona maddi ziyan vurmuşdur.
3. İddia ərizəsinə qarşı etiraz daxil olmamışdır.
4. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-1545/2023 saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir (hakim Elmir Hüsyenov).
5. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Cavabdehn hər hansı hərəkət və ya hərəkətsizliyi ilə iddiaçıya zərər vurmamış, iddiaçı qarşısında hər hansı bir öhdəliyi olmamışdır.
6. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 21, 567, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə istinad edərək əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
7. İddiaçı apellyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-1545/2023 saylı qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
Şikayətin dəlilləri
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı “turbo.az” saytı vasitəsi ilə “Mercedes Benz S Class” Markalı, **-LX-*** dövlət qeydiyyat nişanlı maşını bəyənmiş və həmin avtomobilin sahibi ilə əlaqə saxlamaq üçün saytda nömrəsi qeyd edilmiş Namiq adlı şəxslə əlaqə saxlamışdır. Namiq adlı şəxs bildirmişdir ki, avtomobil onun özünündür və şərtləri danışmaq üçün üzbəüz görüşülməlidir. Görüş əsnasında cavabdeh bildirmişdir ki, avtomobilin faizlə birlikdə toplam qiyməti 13700 manatdır və həmin məbləğin 5000 manatı ilkin olaraq ödənilməlidir. İddiaçı bununla razılaşmış və cavabdeh tərəfindən onun sürücülük vəsiqəsi olmadığı üçün iddiaçının bibisi oğlu Abidə etibarnamə verilmişdir. İddiaçı sürücülük vəsiqəsi aldıqdan sonra isə xx.xx.2020-ci il tarixində 4 saylı notariat kontorunda onun adına etibarnamə verilmişdir. Daha sonra cavabdeh iddiaçıya bildirmişdir ki, faiz məbləğinin azalması üçün aylıq daha çox məbləğ ödəməlidir. İddiaçı da məhz bu səbəbdən bankdan kredit götürmüş və 3000 manat cavabdehə vermişdir. Həmçinin həmin məbləğ cavabdehə verilərkən iddiaçı borcunun bağlandığını hesab etmişdir. Nəticə etibarilə iddiaçı cavabdehə 5000 manat ilkin, 5 ay 420 manat və sonra isə 3000 manat pul verərək, toplamda 10100 manat pul vermişdir. Lakin 2022-ci ilin ortalarında Gəncə şəhərinə gedərkən DYP əməkdaşları tərəfindən saxlanılmış və məlum olmuşdur ki, ona verilmiş etibarnamə avtomobilin yeni sahibi X9 tərəfindən ləğv edilmişdir. Yaranmış bu haldan dolayı iddiaçı cavabdehi onun etibarından sui-istifadə edərək aldatdığı, avtomobili satmaq, daha sonra isə faizi azaltmaq bəhanələri ilə toplamda 10100 manat məbləğində pulu alaraq aldatdığı və faktiki olaraq dələduzluq etməsi ilə bağlı Sumqayıt şəhər polis idarəsinə müraciət etmişdir. Cavabdeh polis idarəsində verdiyi izahatla da iddiaçıdan 10100 manat pulu aldığını etiraf etmişdir. Lakin iş mülki tələblə bağlı olduğu üçün cavabdeh barəsində cinayət işi açılmamış və mülki qaydada məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir. Hazırki vəziyyətdə də cavabdehin sözügedən avtomobili satmaq üçün sayta yerləşdirməsi, əvvəlcə faizlə birlikdə bütün məbləğ üzərindən razılığa gəlinməsi, daha sonra iddiaçını düşünürmüş kimi davranıb öz faizindən imtina edirək əsas borcun tam şəkildə ödənilməsini istəməsi, lakin əsas borc tam ödənildikdən sonra belə mülkiyyət hüququnun hələ də iddiaçıya verilməməsi, daha sonra iddiaçıya verilmiş etibarnamənin ləğv edilməsi və əslində avtomobilin bir başqasına alğı-satqı yolu ilə verildiyinin məlum olması tam şəkildə cavabdehin çox peşəkar şəkildə iddiaçı ilə oynadığını, onun açıq şəkildə iddiaçını aldatdığını və iddiaçıya qarşı dələduzluq faktına yol verdiyini bariz şəkildə əks etdirməkdədir. Hazırda iddiaçı tərəfindən cavabdehə verilmiş pul vəsaitinin verilməsi üçün heç bir əsas olmadığına görə iddiaçı tərəfindən cavabdehə verilmiş 10100 manat həcmində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Cavabdehin aldatma əsasında əldə etdiyi pul vəsaitini geri qaytarmaması onun əsassız varlanması hesab olunur. AR Mülki Məcəlləsinin yuxarıda qeyd edilmiş normasına əsasən isə əsassız varlanmış şəxs, yəni cavabdeh iddiaçının sözügedən avtomobil vasitəsinə görə vermiş olduğu pul vəsaitinin tamamını ona geri qaytarmalıdırlar. Lakin Sumqayıt Şəhər Məhkəməsinin sözügedən qətnaməsinə əsasən hətta məhkəmə belə cavabdehin qeyri-qanuni maraqlarını müdafiə etməyə davam etmişdir Yaranmış bu haldan dolayı iddiaçı cavabdehi onun etibarından sui-istifadə edərək aldatdığı, avtomobili satmaq, daha sonra isə faizi azaltmaq bəhanələri ilə toplamda 10100 manat məbləğində pulu alaraq aldatdığı və faktiki olaraq dələduzluq etməsi ilə bağlı Sumqayıt şəhər Polis İdarəsinə müraciət etmişdir. Şikayət Sumqayıt şəhər Polis İdarəsində “HK-1 kitabında 1260 sayla qeydiyyata alınmış və araşdırılmaq üçün Sumqayıt şəhər Polis İdarəsinin baş tədqiqatçısı, polis kapitanı X7 icraatına verilmişdir. Araşdırılma zamanı Cavabdeh polis idarəsində verdiyi izahatla o, iddiaçıdan 10100 manat pulu aldığını etiraf etmişdir. Cavabdeh tərəfindən həmin məbləğin iddiaçıdan alınması faktı bu məhkəmə işi üzrə preyudisial əhəmiyyət daşısa belə müvafiq məhkəmə bu hissəyə tamamilə əhəmiyyət verməmiş, qəbul edilmiş qərar isə cavabdehin məhkəməyə vermiş olduğu izahatlar nəticəsində qəbul edilmişdir.
b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
9. İddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
b) Apellyasiya icraatı iştirakçılarının izahatları
10. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətini müdafiə edərək iddia tələbinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-1545/2023 saylı qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etdi.
11. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndə və vəkili Nümayəndə apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, cavabdehlə iddiaçı 9500 manat olmaqla maşının qiymətini razılaşdırıblar. İddiaçı 5000 manatı maşını təhvil alarkən dərhal ödəyib. Yerdə qalan 4500 manatlıq hissə ayda 420 manat olmaqla ödənilməli idi. İddiaçı 4 ay bu formada ödənişlər edib. Sonra iddiaçı bankdan kredit götürərək cavabdehə 3000 manatı da bir dəfəyə ödəyib. Bununla tərəflər arasında ödəniş öhdəliyi başa çatmış olmalı idi. Amma cavabdeh bununla razılaşmayaraq iddiaçıdan əsassız olaraq əlavə 5000 manat ödəməsini istəmiş və maşını yalnız bundan sonra onun mülkiyyətinə keçirəcəyini bildirmişdir. İddiaçı bununla razılaşmadıqda onun maşınla hərəkətinə mane olmuş və bildirmişlər ki, maşını lombarda qoysun və 5000 manat kredit götürsün. Yalnız həmin 5000 manatın ödənişi bitdiyi halda maşını təhvil ala və mülkiyyətçi kimi hüquqlarını realizə edə bilər. Cavabdeh iddiaçıdan 10100 manat pulu aldığını polisdə verdiyi izahatında etiraf edir. Məhkəmə isə iddianı rədd edərkən mövqeyini belə əsaslandırır ki, cari iddia tələbi üzrə cavabdehin heç bir öhdəliyi yoxdur. X18 mülkiyyətində olub. İndi də Asiman adlı bir xanımın mülkiyyətindədir. Amma bildirir ki, maşının başqasının adında olması müqavilə mübasibətlərinin tərəfinin Cavabdeh olması faktını təkzib etmir. Şiraslanın sürücülük vəsiqəsi olmadığı üçün X11 bibisinin oğlunun adına baş etibarnamə verir. Bundan 3-4 ay sonra Şiraslan sürücülük vəsiqəsi alır. Bundan sonra da öz adına etibarnamə alır. Yəni faktiki gedişat başqa cür rəsmiləşdirilmiş görünsə də müqavilənin bir tərəfi İddiaçı, digər tərəfi Cavabdehdir. İddiaçını aldadırlar, yeni müqaviləyə qol çəkdirirlər və yeni etibarnamə verirlər. 4-5 gün sonra da etibarnaməni ləğv edirlər və maşının üzərinə həbs qoydururlar və 102 xidmətinə şikayət edirlər ki, maşın oğurlanıb. Pul Cavabdeh verilib. Maşın indi lombard işlədən bir xanımın adınadır. Maşını iddiaçının əlindən polis alıb. Çünki etibarnamə verilən gündən bir gün sonra ləğv edilib. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməsini, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-1545/2023 saylı qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş edirəm
12. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə Cavabdeh və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs X9 məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir.
13. Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsinə əsasən işə qeyd edlən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
14. Azərbaycan Respublikası Mülki Məcəlləsi 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakdan məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adı mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 385-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər. 386-cı maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. 777.2-ci maddəsinə görə tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. 779.1-ci maddəsinə əsasən vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. 531-ci maddəsinə əsasən öhdəliyə tərəflər arasında mövcud olmuş ilkin öhdəliyin eyni şəxslər arasında digər predmet və ya icra üsulu (novasiya) nəzərdə tutan başqa öhdəliklə əvəz edilməsi haqqında tərəflərin razılaşması ilə xitam verilir. Həyata və ya sağlamlığa vurulmuş zərərin əvəzinin və alimentlərin ödənilməsi üzrə öhdəliklər barəsində novasiyaya yol verilmir. Əgər ayrı qayda nəzərdə tutulmayıbsa, novasiya ilkin öhdəliklə bağlı olan əlavə öhdəliklərə xitam verir. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 1096.1 mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir. 1097.1 mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.
15. Mülki Prosessual Məcəllə Maddə 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 119.1. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
Apellyasiya baxışının hədləri Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
16. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını, şikayətin dəlillərini yoxlayaraq qeyd edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-1545/2023 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi qismən təmin edilməlidir.
17. xx.xx.2022-ci il tarixli Sumqayıt Şəhər Polis İdarəsinin cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, İddiaçı müraciəti əsasında toplanmış material üzrə Cavabdeh əməlində cinayət tərkibi olmadığından, barəsində cinayət işinin başlanması rədd edilmiş, tərəflərə aralarında yaranmış mübahisə ilə bağlı mülki qaydada məhkəməyə müraciət edilməli olduğu izah edilmişdir.
18. X8 ilə İddiaçı arasında xx.xx.2020-ci il tarixdə bağlanmış borc müqaviləsinin surətindən görünür ki, onlar mübahisəli avtomobilin qiymətinin 13700 manat olacağını, iddiaçının ilkin olaraq 5000 manat pul verməsini, sonra isə 21 ay üçün aylıq 420 manatdan olmaqla ödəniş etməklə avtomobili ala biləcəyi barədə şərtlərlə razılaşaraq aralarında yazılı borc müqaviləsi bağlamışdırlar.
19. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Sumqayıt Şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsinin xx.xx.2022-ci il tarixli məktubunun surətindən görünür ki, İddiaçı yaranmış mübahisə ilə bağlı məhkəməyə müraciət etməli olduğu bildirilmişdir.
20. xx.xx.2020-ci il tarixli, 182381 saylı etibarnamənin surətindən görünür ki, X8 “Mercedes Benz 320” minik markalı, **-LX-*** dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2022-ci il tarixədək idarə etməyi X16 etibar etmişdir.
21. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin məhkəmənin göndərilən soruğusuna əsasən ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, “Mercedes Benz 320” minik markalı, **-LX-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair X16 (iddiaçının bibisi oğlu) xx.xx.2020-ci il tarixdə xx.xx.2022-ci il tarixədək etibarnamə verilmiş, sonuncunun sözügedən avtomobilə dair hüquqları xx.xx.2022-ci ildə təsdiq edilmişdir. Sözügedən avtomobil barədə xx.xx.2021-ci ildə X5 adına alğı-satqı müqaviləsi əsasında şəhadətnamə verilmişdir.
22. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Cavabdeh hər hansı hərəkət və ya hərəkətsizliyi ilə iddiaçı zərər vurmamış, iddiaçı qarşısında hər hansı bir öhdəliyi olmamışdır.
23. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab etmir.
24. Belə ki, iş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, Cavabdeh izahatında bildirmişdir ki, mübahisəli nəqliyyat vasitəsinin satılması ilə əlaqədar razılıq əldə edilmiş, qardaşına məxsus nəqliyyat vasitəsinin 13000 manat satılması barədə iddiaçı ilə razılaşdığını qeyd edərək iddiaçının ilkin olaraq 5000 manat ödəniş etdiyini, qalan 8000 manatı isə aylıq 420 manat olmaqla ödənilməsinə razılaşdıqlarını, qardaşı Nadirin adından iddiaçının sürücülük vəsiqəsi olmadığından onun qohumu Abit adlı şəxsin adına etibarnamə verdiyini, daha sonra iddiaçının adına etibarnamə verildiyini, qalan 8000 manat puldan 4300 manat ödənildiyini, qalan 3700 manat pulu ödəmədiyini, daha sonra iddiaçının nəqliyyat vasitəsini lombarda girov qoyaraq pul götürdüyünü, qalan 3700 manat borcunu da ödədiyini bildirmişdir.
25. İş materiallarından görünür ki, cavabdeh birinci instansiya məhkəməsində verdiyi izahatında bildirmişdir ki, avtomobilə görə iddiaçı ilkin olaraq 5000 manat ödəmiş, bundan sonra müəyyən məbləğdə də bütöv şəkildə ödəniş etmişdir. Lakin məbləğ yadında deyildir. İddiaçının avtomobilə görə 3700 manat borcu qalmışdır. O, avtomobilin lombarda satılması ilə bağlı qeyd etdi ki, iddiaçı xalası oğlu Vasiflə birlikdə lombarda getmiş, lombardda bütün şərtlər ona izah olunmuş və lombarddan iddiaçının özünə etibarnamə verilmişdir. O, lombarddan öz pulunu götürmüşdür. İddiaçı lombarda 3-4 ay pul ödəmədiyi üçün lombard ödəniş etməsi ilə bağlı iddiaçıya xəbərdarlıq etsə də iddiaçı ödəniş etmədiyindən iddiaçıya verilən etibarnamə lombard tərəfindən ləğv olunmuşdur. Ona olan borc bağlanmışdır. Avtomobil üçüncü şəxsdədir, onda deyildir. İddiaçı dəfələrlə xəbərdar edilməsinə baxmayaraq, lombarda olan pulu ödəmədiyi üçün ona verilən etibarnamə ləğv edilmişdir. O, iddia tələbinin rədd edilməsini xahiş etdi.
26. Məhkəmə kollegiyası qeyd edir ki, bununla da müəyyən edilir ki, mübahisəli nəqliyyat vasitəsi cavabdehin qardaşı X3 adına qeydiyyata alınsa da avtomobilə dair münasibətlər iddiaçı ilə cavabdeh arasında olmuş, nəqliyyat vasitəsinin satışı ilə əlaqədar cavabdeh iddiaçıdan ilkin olaraq 5000 manat, sonradan isə 4300 manat, ümumilikdə 9300 manat məbləğində pul almışdır.
27. İş materiallarından görünür ki, nəqliyyat vasitəsinin sahibi X4 adından ilkin olaraq X13 adına etibarnamə verilmiş, etibarnamədə yalnız nəqliyyat vasitəsini idarə etmək səlahiyyəti verilmişdir.
28. Birinci instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli iclas protokolundan görünür ki, cavabdeh suallara cavab olaraq qeyd etmişdir ki, iddiaçıdan ümumi 10000 manat yaxın pul almış, 3700 manat borcu qalmışdır. İddiaçı pulu ödəyə bilməyəndə ona təklif etmişdir ki, avtomobili lombarda qoyub pul götürsün, avtomobili lombarda qoyub 3700 manat pul götürmüşlər.
29. İşə əlavə edilmiş cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, X20 izahatında qeyd etmişdir ki, nəqliyyat vasitəsini girov qoyulması üçün Şiraslan ilə lombarda getmiş, avtomobili girov qoymuş, lmbarda ona avtomobilin Asiman adlı şəxsin adına sənədləşməli olduğu, bundan sonra Şiraslana həmin şəxs tərəfindən etibarnamə veriləcəyi bildirilmiş, Şiraslan ilə Nadir bir yerdə qeydiyyat –İmtahan Şöbəsinə getmiş, Nadir imza edərək avtomobili öz sahibliyindən Asiman adlı şəxsin sahibliyinə keçirmiş, bundan sonra Şiraslanla lombarda qayıtmışlar, Şiraslana avtomobili idarə etmələri üçün etibarnamə və 3700 manat pul verilmişdir.
30. Həmin qərardan görünür ki, lombarın sahibi X10 bildirmişdir ki, avtomobil girov qoyularaq Şiraslana 8000 manat pul verilmiş, avtomobil lombardın işçisi Asımanın adına sənədləşdirilmiş, Şiraslana idarə edilməsi üçün etibarnamə verilmişdir.
31. Həmin qərardan görünür ki, X8 izahatında qeyd etmişdir ki, sürücülük bacarığı yoxdur, lakin qardaşı Namiq onun adına Mercedes Benz markalı, **-LX-*** dövlət qeydiyyat nişanlı avtomobil almış, hər hansı proseslərdən məlumatı olmamış, avtomobil sadəcə onun adına olmuş, avtomobili heç vaxt idarə etməmiş, avtomobilə dair hərəkətlər etibarnamə verdiyi qardaşı Namiq tərəfindən həyata keçirilmişdir.
32. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, mübahisəli nəqliyyat vasitəsi iddiaçının mülkiyyətində olmamış, ona nəqliyyat vasitəsi üzərində sərəncam vermək, satmaq, eləcə də girova qoymaq səlahiyyətini verilməsinə dair hər hansı etibarnamə verilməmiş, yalnız avtomibili idarə edilməsi üçün etibarnamə verilmişdir. Həmin avtomobilin lombarda girov qoyulmasında X20 iştirak etmiş, avtomobilin alğı-satqı müqaviləsi əsasında X6 adına sənədləşdirilməsi üçün BDYPİ Sumqayıt şəhəri Qeydiyyat- İmtahan X1 getmişdir.
33. Belə olan halda məhkəmə kollegiyası qeyd edir ki, mübahisəli nəqliyyat vasitəsi üzərində hər hansı sərəncam vermək hüququ olmayan iddiaçının, eləcə də avtomobilin lombardın işçisinin adına sənədləşdirilməsi üçün səlahiyyətli olmadığından onun həmin avtomobili girov qoyaraq lombarddan hər hansı məbləğdə pul götürməsini ağlabatan hesab etmir.
34. Həmçinin lombard sahibi Rüstəm Səmədovun izahatında lombarda Şiraslana 8000 manat pul verilməsini bildirsə də, Vasif Şıxıyev isə lombarddan Şiraslana 3700 manat pul verildiyini bildirmişlər ki, bunu da məhkəmə kollegiyası əsaslı hesab etmir. Eyni zamanda iddiaçıya lombard tərəfindən hər hansı məbləğdə pul verilməsinə dair hər hansı sübut təqdim edilməmişdir. Bundan başqa cavabdeh birinci instansiya məhkəməsinin iclasında suallara cavab verərkən avtomobili lombarda girov qoyub 3700 manat pul götürdüklərini bildirmişdir.
35. Qeyd edilənlərdən müəyyən edilir ki, nəqliyyat vasitəsi lombarda iddiaçı tərəfindən deyil, cavabdeh tərəfindən qoyulmuş, həmin nəqliyyat vasitəsi cavabdehin qardaşı Nadir tərəfindən alğı-satqı müqaviləsi əsasında Asiman adlı şəxsin adına rəsmiləşdirilmiş, bununla da nəqliyyat vasitəsinin girov qoyulması müqabilində lombarddan iddiaçı tərəfindən pul götürülməsi təkzib edilmişdir.
36. İş materiallarından görünür ki, X9 tərəfindən iddiaçıya nəqliyyat vasitəsinin idarə edilməsi üçün xx.xx.2022-ci il tarixdə etibarnamə verilmiş, daha sonra isə etibarnamə ləğv edilmişdir.
37. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən nəqliyyat vasitəsinə görə cavabdehə 9300 manat pul verilməsi cavabdehin izahatı ilə təsdiq edilmiş, həmin pulun əvəzində iddiaçıya verilmiş nəqliyyat vasitəsini idarə etmək səlahiyyəti verən etibarnamə ləğv edildiyindən nəqliyyat vasitəsi iddiaçıdan alınmış, bununla da cavabdeh iddiaçının hesabına əsassız varlanmışdır.
38. Qeyd edilən pulun müqabilində alınmış nəqliyyat vasitəsi iddiaçıdan alındığından iddiaçı cavabdehə verdiyi 9300 manat pulla yanaşı aldığı nəqliyyat vasitəsindən də məhrum olunmuşdur. Belə olan halda iddiaçı tərəfindən cavavdehə verilmiş 9300 manat məbləğində pul iddiaçıya geri qaytarılmalıdır.
39. Məhkəmə kollegiyası onu da qeyd edir ki, hazırki mübahisə ilə əlaqədar münasibətlər iddiaçı ilə cavabdeh arasında aparıldığından, avtomobilin qarşılığından 9300 manat məbləğində pul iddiaçı tərəfindən cavabdehə verildiyindən birinci instansiya məhkəməsinin Cavabdeh hər hansı hərəkət və ya hərəkətsizliyi ilə iddiaçı zərər vurmaması, iddiaçı qarşısında hər hansı bir öhdəliyi olmaması barədə mövqeyini əsaslı hesab etmir.
40. Məhkəmə kollegiyası MPM-nin 119-cu maddəsinə istinadən qeyd edir ki, iddia tələbi qismən əsaslı olduğundan ödənilmiş tələbin təmin edilmiş hissəsinə uyğun olaraq 120 manat dövlət rüsumunun 110 manat hissəsə cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
41. Beləliklə, məhkəmə kollegiyası iş üzrə iddiaçının apellyasiya şikayətində göstərilmiş dəlilləri qiymətləndirərək hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin qismən ləğvi üçün əsasdır.
42. Bununla da məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-1545/2023 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 9300 (doqquz min üç yüz) manat pul və ödənilmiş 110 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ:
Apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-1545/2023 saylı qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi qismən təmin edilsin. Cavabdeh 9300 (doqquz min üç yüz) manat pul və ödənilmiş 110 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.