Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1818/2021 01.06.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin 21 yanvar 2016-cı il tarixli, 2(027)-141/2016 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Quba Rayon Məhkəməsinin 21 yanvar 2016-cı il tarixli, 2(027)-141/2016 saylı qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh oğlundan Xaçmaz rayonu notariat kontorunda bağlanmış 05 aprel 2015-ci il tarixli kredit müqaviləsi üzrə yaranmış 6200 manat borc pul və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 manat dövlət rüsumu, ümumilikdə 6230 (altı min iki yüz otuz) manat məbləğində pulun alınaraq İddiaçı verilməsi qət edilmişdir (hakim Elman Əhmədov). Qətnamədən Cavabdeh oğlu apelyasiya şikayəti verərək Quba Rayon Məhkəməsinin 21 yanvar 2016-cı il tarixli, 2(027)-141/2016 saylı qətnaməsinin ləğv edilməsi,iddianın rədd edilməsini xahiş etmişdir. İŞİN H A L L A R İ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 05 aprel 2015-ci il tarixli kredit müqaviləsi üzrə yaranmış 6200 manat borc pulun və tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ və PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ : Məhkəmə kollegiaysının iclasında Cavabdeh apelyasiya şikayətinin dəlillərini müdafiə edərək göstərdi ki, məhkəmə iclasları barədə ona məlumat verilməmiş, onun iştirakı ilə məhkəmə iclası keçirilmiş və qərar qəbul edilmişdir. 5 il qabaq Əkbərin qardaşı ilə toyuq satmışlar, qızına toy edən zaman iddiaçının qardaşından borc pul almışdır, buna gprə notariusda 6200 manat borc almağına dair müqavilə bağlamışdır. 2700 manat ödəmişdir, lakin ödəməsi barədə qəbzi yoxdur. 3500 manat borcu qalıb həmin borcu da hissə hissə ödəməyə hazırdır. Odur ki, apelyasiya şikayətinin təmin edilməsi, Quba Rayon Məhkəməsinin 21 yanvar 2016-cı il tarixli, 2(027)-141/2016 saylı qətnaməsinin ləğv edilməsi,iddianın rədd edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında İddiaçı apelyasiya şikayətinə etiraz edib göstərdi ki, Cavabdeh ilə aralarında səmimi münasibət olduğundan, cavabdeh ondan 6200 manat borc pul istəmişdir. O, da notariatda təsdiq olunmuş borc müqaviləsinə əsasən cavabdehə 6200 manat borc vermiş, cavabdeh isə hər ay ödəmək şərtilə 01.07.2016-cı il tarixədək pulu qaytaracağını öhdəsinə götürmüşdür. Lakin cavabdeh pulu aldıqdan sonra heç bir ödəniş etməmişdir. Cavabdehə dəfələrlə şifahi xəbərdarlıq etsə də, cavabdeh müxtəlif bəhanələrlə pulu ödəməkdən yayınır. Cavabdeh kredit müqaviləsi üzrə üzərinə düşən öhdəliyi yerinə yetirmədiyinə görə, məcbur qalıb məhkəməyə müraciət etmişdir. Cavabdeh borcundan ona hər hansı məbləğdə pul qaytarmamışdır. Məhkəmə haqlı olaraq iddiasını təmin etmişdir. Odur ki, apelyasiya şikayətinin təmin edilməməsi, Quba Rayon Məhkəməsinin 21 yanvar 2016-cı il tarixli, 2(027)-141/2016 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını, apelyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməməli, Quba Rayon Məhkəməsinin 21 yanvar 2016-cı il tarixli, 2(027)-141/2016 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş Xaçmaz rayonu notariat kontorunda bağlanmış 05 aprel 2015-ci il tarixli kredit müqaviləsindən görünür ki, «borc verən» İddiaçı «borc alan» Cavabdeh 6200 (altı min iki yüz) manat məbləğində borc vermiş, borcalan bu Müqavilə üzrə 01.07.2016-cı il tarixədək ödənişləri həyata keçirməyi öhdəsinə götürmüşdür. Birinci instansiya məhkəməsi qeyd edilən müqaviləyə istinad edərək iddia tələbini yuxarıda göstərilən qaydada təmin etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hallarına uyğundur. İş materiallarında olan 05 aprel 2015-ci il tarixli müqavilədən görünür ki, İddiaçı 6200 manat pulu Cavabdeh borc kimi vermiş, cavabdeh borcu 01.07.2016-cı ilədək qaytarmağı öhdəsinə götürmüşdür. Göründüyü kimi cavabdehin iddiaçıdan 6200 manat alması iş materiallarında olan müqavilə ilə sübuta yetirilir. Müəyyən edilmişdir ki, kredit müqavisi əsasında iddiaçının cavabdehə qarşı borcun geri tələb edilməsi ilə bağlı müvafiq tələb (subyektiv) hüququ mövcud olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Həmin Məcəllənin 331.1-ci maddəsinə əsasən yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Həmin Məcəllənin 334.1-ci maddəsinə əsasən əqdin notariat qaydasında təsdiqlənməsi bu Məcəllənin 331-ci maddəsinin tələblərinə uyğun gələn sənəddə notariusun və ya bu cür notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, iddia tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. Məhkəmə qətnaməsinin əsaslılığı və qanuniliyi baxımından bu institut xüsusi əhəmiyyət kəsb edir. Mülki mühakimə icraatında da sübutetmə yükü bir qayda olaraq, inkar edənin deyil, iddia edənin üzərinə düşür. Avropa İnsan Hüquqları Məhkəməsinin «Mahmudov Rusiya Federasiyasına qarşı” 26 iyul 2007-ci il tarixli qərarında Məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, injumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı öz tələbini tərəflər arasında bağlanmış mövcud borcun etirafi haqqında müqavilə ilə sübuta yetirmişlər. Bundan başqa, iddiaçının istinad etdiyi müqavilə hazırda qüvvədədir. Hər hansı şəxs tərəfindən mübahisələndirilməmiş, müqavilənin ləğvinə dair hər hansı məhkəmə qərarı qəbul edilməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 135.1-ci maddəsinə əsasən pullar və qiymətli kağızlar da əşyadır. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740-cı maddəsinə əsasən borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməmişdirsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Beləliklə mülki qanunvericiliyin tələblərinə görə borc müqaviləsinə əsasən iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Borc müqaviləsi həm şifahi, həm də yazılı bağlanıla bilər. Borc müqaviləsində borc verən borc vermək üzrə öhdəliyini yerinə yetirdikdən sonra onun üzərində yalnız hüquqlar qalır ki, bu da verilmiş borcun qaytarılmasını tələb etməkdən ibarətdir. Borc alan isə borc predmetini aldıqdan sonra onu qaytarmaq vəzifəsini daşıyır. Bundan əlavə iddia ərizəsi verilərkən iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun da cavadbehdən tutulması barədə gəldiyi nəticədə məhkəmə haqlı olmuşdur. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələb təmin edildiyi üçün iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi gəldiyi nəticədə haqlı olmuşdur. Məhkəmə kollegiaysı cavabdehin apelyasiya şikayətinin dəlillərinə, məhkəmə iclası barədə məlumatı olmamasına qiymət verərək qeyd edir ki, iş materiallarından görünür ki,cavabdehin rəsmi qeydiyyat ünvanı Quba şəhəri, C.Cabbarlı küçəsi 72A, mənzil 10 ünvanıdır. İş materiallarından görünür ki, məhkəmə iclasları barədə cavabdehin rəsmi qeydiyyatda olduğu ünvana rəsmi qaydada məhkəmə bildirişləri göndərilmiş, lakin göndərilmiş məktublar “bu ünvanda yaşamır” qeydi ilə geri qaytarılmışdır. Göründüyü kimi, məhkəmə iclasları barədə cavabdehin rəsmi qeydiyyatda olduğu ünvana rəsmi bildirişlər göndərilsə də, cavabdehin həmin ünvanda yaşamaması səbəbi ilə geri qaytarılmışdır. Bundan əlavə cavabdeh borcundan 2700 manat qaytarmasını bildirsə də, buna dair hər hansı sübut, qəbz təqdim etməmişdir. Halbuki Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırki işdən görünür ki, cavabdeh borcundan 2700 manat qaytarmasını sübuta yetirə bilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini formal mülahizələr kimi qiymətləndirirək hesab edir ki, qətnamənin apelyasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər. Həmin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki,apelyasiya şikayəti təmin edilməməli, Quba Rayon Məhkəməsinin 21 yanvar 2016-cı il tarixli, 2(027)-141/2016 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392 və 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Quba Rayon Məhkəməsinin 21 yanvar 2016-cı il tarixli, 2(027)-141/2016 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Cavabdeh apelyasiya şikayəti təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-1818/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1818/2021
01.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver