Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1823/2023 26.10.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Fuad Əli oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədzadə Səbinə Məhəmməd qızının katibliyi, İddiaçı, Cavabdeh, Cavabdehin vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin 14 iyul 2023-cü il tarixli, e-2(027)-1254/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 20 800 (iyirmi min səkkiz yüz) manat əsas borcun və 1456 (min dörd yüz əlli altı) manat gecikməyə görə faiz borcunun və 157 (yüz əlli yeddi) manat ödənilmiş dövlət rüsumunun, cəmi 22 413 (iyirmi iki min dörd yüz on üç) manat pulun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh 2021-ci il ərzində ondan ümumi dəyəri 51000 (əlli bir min) manat olan meyvə-tərəvəz daşınması və saxlanılması məqsədilə hazırlanmış müxtəlif çeşiddə (ölçüdə) plastmas yeşik (səbət) alaraq həmin yeşikləri satıb pulunu qaytarmağı öhdəsinə götürmüşdür. Cavabdeh yeşiklərin dəyərindən ona 30200 (otuz min iki yüz) manat qaytarsa da, qalan 20800 (iyirmi min səkkiz yüz) manat pulu 2021-ci ilin dekabr ayından bu günədək qaytarmaqdan imtina etmişdir. Pulun qaytarılması cavabdehdən dəfələrlə şifahi və yazılı formada tələb edilməsinə baxmayaraq, cavabdeh qalıq 20800 (iyirmi min səkkiz yüz) manat pulu bu günədək qaytarmamışdır. İşin faktiki hallarından və iş üzrə toplanmış sübutlardan göründüyü kimi, cavabdehlə aralarında işgüzar münasibət olmuşdur. Bununla əlaqədar olaraq Cavabdeh qanunsuz hərəkətləri barədə şikayət ərizəsi ilə Quba rayon Polis Şöbəsinə müraciət etmişdir. Cavabdeh Quba rayon Polis Şöbəsində verdiyi 07 mart 2022-ci il tarixli izahatında onun cavabdehə verdiyi 51 000 (əlli bir min) manatlıq əmlakının satılaraq 37 300 (otuz yedi min üç yüz) manatını ona qaytardığını, 13700 (on üç min yeddi yüz) manat isə borcunun qaldığını, həmin məbləği də 2022-ci ilin iyul və avqust ayında qaytaracağını bildirmişdir. Göründüyü kimi, Cavabdeh ondan dəyəri 51000 manat olan əmlak aldığını etiraf etmişdir. Lakin cavabdeh ona 30200 (otuz min iki yüz) manat qaytardığı halda, izahatında 37300 (otuz yeddi min üç yüz) manat pul qaytardığını bildirmişdir. Cavabdeh onun etirafından kənar qalıq 7100 (yeddi min yüz) manat pulu ona qaytarmasına dair hər hansı sübut təqdim etməyib. Göründüyü kimi, cavabdeh ona 37300 (otuz yedi min üç yüz) manat deyil, 30 200 (otuz min iki yüz) manat qaytarmışdır. Odur ki, cavabdehin ona 20800 (iyirmi min səkkiz yüz) manat (51000 AZN-30200 AZN=20800 AZN) borcu vardır. Lakin cavabdeh ondan nisyə aldığı və yuxarıda qeyd edilən əmlakın dəyəri olan 20800 manat pulu 2021-ci ilin dekabr ayından bu günədək qaytarmamışdır. Bununla əlaqədar olaraq cavabdehə dəfələrlə şifahi və yazılı müraciət edərək pulun qaytarılmasını tələb etsə də, heç bir müsbət nəticə olmamışdır. Sonuncu dəfə iddiaçıya hüquqi xidmət göstərən "xxxx" Hüquq və Konsaltınq Şirkəti MMC tərəfindən cavabdehə yazılı xəbərdarlıq (pretenziya) edilmiş, lakin cavabdeh borcunu ödəməkdən yenə də imtina etmişdir. Quba Rayon Məhkəməsinin 14 iyul 2023-cü il tarixli, e-2(027)-12564/2023 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh 20 800 (iyirmi min səkkiz yüz) manat və 157 (yüz əlli yeddi) manat ödənilmiş dövlət rüsumunun alınaraq İddiaçı xeyrinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim Aydın Babayev). Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək Quba Rayon Məhkəməsinin 14 iyul 2023-cü il tarixli, e-2(027)-12564/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddianın təmin edilməsi barədə qətnamə qəbul edərkən məhkəmənin istinad etdiyi yeganə sübut Quba rayon Polis Şöbəsində verilmiş izahatdır. Halbuki, həmin izahat təhrif edilmiş formada yazılmış və İddiaçı tərəfindən aldadılaraq o formada izahat yazdırılmışdır. Quba Rayon Məhkəməsində isə mübahisə üzrə işin faktiki halları tam, hərtərfli və obyektiv araşdırılmadan qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. İşin faktiki halını təhlil etdikləri zaman görünür ki, iddiaçı – Müseyibov X2 Aqşin Faiq oğlu ilə işgüzar münasibətlərində aralarında yaranmış öhdəliyi layiqincə yerinə yetirməmişdir. İşin faktiki hallarından və iddiaçının izahatından görünür ki, onunla Cavabdeh Əhməd oğlu arasında meyvə-tərəvəz daşınması və saxlanması məqsədilə hazırlanmış müxtəlif çeşiddə (ölçüdə) plastmas yeşik (səbət) alaraq həmin yeşikləri satıb pulunu qaytarmağı öhədəsinə götürmüşdür. İddiaçı ona satmaq üçün göndərdiyi yeşikləri lazımi keyfiyyətdə göndərməmişdir. Belə ki, Cavabdeh iddiaçının ona göndərdiyi yeşikləri qəbul edəndən sonra görmüşdür ki, yeşiklər lazımi keyfiyyətdə olmadığı üçün alıcı tapmaq mümkün deyildir. Yəni, iddiaçının göndərdiyi yeşiklər standarta cavab vermir, meyvətərəvəz daşınması zamanı yükgötürmə qabiliyyəti aşağı olduğu üçün daşınması zamanı mənzil başına çatmadan yeşiklər sındığı üçün altda qalan yeşiklərdə olan meyvə-tərəvzlər əzilərək yararsız hala düşmüşdür. Cavabdeh meyvə-tərəvəzləri xarici ölkələrə göndərmək üçün İddiaçı həmin yeşikləri istəmişdir. İddiaçı isə ona keyfiyyətsiz yeşiklər göndərib. Ona görə də Cavabdeh yeşikləri alan müştərilərin bir neçəsi yeşiklərin standarta cavab vermədiyi üçün xeyli məbləğdə ziyan etmiş, hətta Aqşinlə aralarında ciddi narazılıqlar yaranmışdır. Bunu bilən digər müştərilər də həmin yeşikləri almaqdan imtina etmişlər. İddiaçının göndərdiyi yeşiklər standarta cavab vermədiyi üçün o məhsulu ixrac edən müştərilərə sata bilməmişdir. Hətta, Cavabdeh yeşiklərin keyfiyyətsiz olmasını dəfələrlə İddiaçı bildirmiş, o da onun bu iradı ilə razılaşmışdır. Həmçinin, Aqşin İddiaçı bildirmişdir ki, ya gəlib yeşikləri geri aparsın, ya da onun qiyməti keyfiyyətsiz olduğu üçün aşağı qiymətə, daxili bazar üçün, yaxın məsafəyə yükdaşıma zamanı istifadə edən müştərilərə satıla bilər. Yeşiklər keyfiyyətsiz olduğu üçün, İddiaçı Cavabdeh iradları ilə razılaşıb və onu aşağı qiymətə müştəri tapdıqca satmasını xahiş etmişdir. Belə olan halda iddiaçı – ona iddia etdiyi məbləğdə 51.000 manat dəyərində deyil, çox aşağı dəyərə malik yeşik göndərdiyi ilə razılaşmışdır. Aqşin isə İddiaçı razılığı ilə yeşikləri ilkin olaraq razılaşdırılmış 51.000 manata deyil, daha aşağı qiymətə qəbul etdiyi barədə razılaşmışdır. Məhkəmə sübutlara obyektiv və hərtərəfli qiymət verməmiş və araşdırmamışdır. X3 rayon Polis Şöbəsində verdiyi izahatla razılaşmamasına bamayaraq, hətta həmin izahata da düzgün hüquqi qiymət verməmiş və Akşin Aydəmirovun izahatı təhrif edilmiş formada qeyd edilmişdir. Halbuki, Akşin Aydəmirov məhkəmədə verdiyi izahatında qeyd etmişdir ki, onun iddiaçıya borcu yoxdur, əgər iddiaçı Akşinlə arasındakı razılığı təkzib etsə belə, yenə də onun ən çox halda 2-3 min manat arası borcu qala bilər. Ona görə ki, məhkəmənin istinad etdiyi Quba rayon Polis Şöbəsindəki izahatı xx.xx.2022-ci il tarixdə tərtib edilmiş və həmin tarixdə öz izahatında 13700 manat borcunun qaldığını bildirmişdir. Halbuki, həmin tarixdən sonra o iddiaçıya dəfələrlə hissə-hissə qalan borcunu qaytarmışdır. Lakin, iddiaçı bu gün cavabdehlə aralarındakı razılığı təkzib etməklə, məhkəməni aldatmış, Akşinin hesabına daha çox pul qazanmağa çalışır. Halbuki, ona verdiyi malların keyfiyyətsiz olması barədə, cavabdehin ona pullardan qaytarmağı barədə kifayət qədər şahidlər və sübutlar mövcuddur. Düzdür o, iddiaçı ilə bir yerdə işlədiyini nəzərə alıb ona verdiyi bütün pulları rəsmiləşdirməmişdir, qaytardığı pulların çox hissəsini aralarındakı inama və etibara əsaslanıb, arxayın olub rəsmiləşdirmədən vermişdir. Ancaq iddiaçının ona göndərdiyi məhsulların keyfiyyətsiz olması, həmin məhsulların əvvəl xarici bazara satmaq niyyətilə almağına baxmayaraq, sonradan məcbur olub daxili bazara satmağını təsdiq edən kifayət qədər şahidlər var. İddiaçı bu halları təkzib etməyinə, məhkəməni və onu aldatmağa çalışmasına baxmayaraq obyektiv araşdırma zamanı iddiaçının iddiasının əsassız olması öz təsdiqini tapacaqdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh, onun vəkili və nümayəndəsi Vəkil hazırkı işin aidiyyatı üzrə kommersiya məhkəməsində baxılmalı olması məsələsinə münasibət bildirərək işin aidiyyatı üzrə kommersiya məhkəməsinə göndərilməsinə etiraz etmədiklərini bildirdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı hazırkı işin aidiyyatı üzrə kommersiya məhkəməsində baxılmalı olması məsələsinin məhkəmə kollegiyasının mülahizəsi əsasında həll edilməsini xahiş etdi. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, mübahisənin mahiyyətinə qiymət verilmədən, məhkəmə aidiyyəti qaydalarının pozuntusu ilə qəbul edildiyi nəzərə alınmaqla Quba Rayon Məhkəməsinin 14 iyul 2023-cü il tarixli, e-2(027)-12564/2023 nömrəli qətnaməsi ləğv edilərək, iş aidiyyatı üzrə baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 26.1-ci maddəsinə görə isə, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Həmin Məcəllənin 26.2-ci maddəsinə əsasən, kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. Həmin Məcəllənin 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli, 10 saylı qərarının 11-ci bəndində qeyd olunur ki, nəzərə alınmalıdır ki, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. “Elektron məhkəmə” informasiya sistemindən əldə olunmuş məlumata əsasən müəyyən olunur ki, İddiaçı oğlu, həmçinin Cavabdeh hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olurlar. Kollegiya hesab edir ki, hazırkı mübahisə iddiaçı ilə cavabdehin sahibkarlıq fəaliyyətindən irəli gəlməklə kommersiya xarakterlidir; birinci instansiya məhkəməsi isə bunu nəzərə almayaraq iddia ərizəsini məhkəmə aidiyyəti qaydalarını pozmaqla icraatına götürmüş və işə mahiyyəti üzrə baxaraq qətnamə qəbul etmişdir. Halbuki, iddia ərizəsi işdə iştirak edən şəxslərin subyektiv tərkibinə, mübahisənin predmetinə və hüquq münasibətlərinin xarakterinə görə ixtisaslaşdırılmış, yəni kommersiya məhkəməsinə aiddir. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsində isə təsbit edilmişdir ki, hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. Nəzərə alınmalıdır ki, məhkəmə aidiyyəti ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəxsin hüquqlarının və qanuni maraqlarının prosessual təminatlarına zəmanət verən şərtlərdən biri olduğuna görə qanunla dəqiq müəyyən edilmişdir. Əks təqdirdə bu və ya digər işin hansı məhkəmə tərəfindən ağlabatan müddətdə baxılmasında çətinlik yarana, son nəticədə şəxsin pozulmuş hüquqlarının bərpa edilməsi qeyri-mümkün ola bilər. Hüquq və azadlıqların məhkəmə təminatı hüququ ilk növbədə, qanunla müəyyən edilmiş müvafiq yurisdiksiyalı məhkəmələr tərəfindən işə baxılmasını nəzərdə tutur. Məhkəmənin qanunla müəyyən edilməsi isə baxılan iş üzrə onun aidiyyətinin qabaqcadan aydın şəkildə şərtləndirilməsini və ikili anlam daşımamasını tələb edir. Məhkəmə aidiyyətinə dəqiq riayət edilməsi mübahisənin müvafiq məhkəmə icraatı qaydasında hərtərəfli araşdırılmasına zəmanət yaradır, eyni zamanda, məhkəmə icraatı növündən asılı olaraq məhkəmə prosesi xüsusi prinsiplər və prosessual qaydalara müvafiq aparılır. Bu prinsip və prosessual normalara riayət edilməsi mübahisənin ixtisaslaşdırılmış qaydada ədalətli həll edilməsinə şərait yaradır. Məhz ona görə mübahisəyə müvafiq məhkəmə aidiyyəti qaydasında baxılması konstitusion baxımdan əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 387.2.9-cu maddəsinə əsasən işə ərazi və ya məhkəmə aidiyyəti qaydalarının pozulması ilə baxılmışdırsa birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, mülki iş aidiyyət qaydalarının pozulması ilə icraata götürülməklə baxılmışdır ki, bu da iş üzrə tərəflərin, eləcə də işdə iştirak edən digər şəxslərin hüquqlarının pozulması ilə nəticələnmişdir. Belə olan halda birinci instansiya məhkəməsinin qətnaməsi qanuni sayıla bilməz. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iddia ərizəsi məhkəmə aidiyyəti üzrə düzgün verilmədiyindən, birinci instansiya məhkəməsi tərəfindən iş məhkəmə aidiyyəti qaydaları pozulmaqla icraata qəbul edildiyindən və baxıldığından, apellyasiya şikayəti qismən təmin edilməklə, iş üzrə qəbul edilmiş qətnamə ləğv edilməli və işə aidiyyəti üzrə baxılması üçün iş məhkəmə aidiyyəti üzrə Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.4-cü maddəsinə əsasən işə məhkəmə və ya ərazi aidiyyəti qaydalarının pozulması ilə baxıldığını müəyyən etdikdə, qətnaməni ləğv edib, işi aidiyyəti üzrə birinci instansiya məhkəməsinə göndərə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 387, 402.2.5 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunsun. Quba Rayon Məhkəməsinin 14 iyul 2023-cü il tarixli, e-2(027)-1254/2023 nömrəli qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(105)-1823/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1823/2023
26.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver