Məhkəmə qərarları › İş №2(105)-1824/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1824/2024

18.12.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1824/2024 18.12.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki iş üzrə (Açar sözlər: alimentin artırılması) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X10 (sədrlik edən və məruzəçi), X2 və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, İddiaçı iştirakı ilə, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-5795/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları

1. Cavabdeh ilə İddiaçı 07 yanvar 2008-ci il tarixdə rəsmi nikaha daxil olmuş, bu nikahdan xx.xx.2008-ci il təvəllüdlü X7 və xx.xx.2010-cu il təvəllüdlü X5 adlı iki övladları doğulmuşdur. Nikahları Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi əsasında pozulmuşdur.

2. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1937/2021 nömrəli mülki iş üzrə 14 iyun 2021-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 02 aprel 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, xx.xx.2008-ci il təvəllüdlü X7 və xx.xx.2010-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatana qədər saxlanmaları üçün Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(060)-4377/2019 saylı qətnaməsi ilə Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarının artırılaraq hər ay qazancının və digər gəlirlərinin 1/3 hissəsi miqdarında və əlavə olaraq hər ay hər uşaq üçün 100 manat olmaqla, cəmi 200 manat sabit pul məbləğində müəyyən edilməsi, iddianın qalan hissədə təmin edilməməsi, Cavabdeh 15 manat dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. İddiaçı apellyasiya şikayəti təmin edilərək, Cavabdeh apellyasiya şikayəti təmin edilməyərək, Sumqayıt Şəhər Məhkəməsinin bu iş üzrə 02 aprel 2021-ci il tarixli 2(060)-1189/2021 saylı qətnaməsi ləğv edilərək, xx.xx.2008ci il təvəllüdlü X7 və xx.xx.2010-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatana qədər saxlanmaları üçün Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(060)- 4377/2019 saylı qətnaməsi ilə Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı artırılaraq hər ay hər uşağa 175 manat olmaqla, cəmi 350 (üç yüz əlli) manat sabit pul məbləğində müəyyən edilməsi qət edilmişdir.

3. Şəxs haqqında elektron məlumatdan görünür ki, Cavabdeh "xxxx" MMC-də və F.X1 avtobus sürücüsü vəzifəsində çalışır, aylıq əmək haqqısı ümumilikdə 673 (altı yüz yetmiş üç) manat təşkil edir.

4. İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, iddiaçı və cavabdeh Sumqayıt 1 saylı Mediasiya Təşkilatının mediatoru X3 xx.xx.2023-cü il tarixində təşkil etdiyi ilkin mediasiya sessiyasında iştirak etmişlər. Lakin tərəflər ilkin mediasiya sessiyasından sonra prosesi davam etdirmək barədə qərar qəbul etmədilər.

Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1937/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarını dəyişərək, Cavabdeh hər ay bir uşaq üçün 235 manat olmaqla ümumilikdə iki uşağa görə 470 manat sabit pul məbləğində aliment tutulub, birgə nikahlarından olan xx.xx.2008-ci il təvəllüdlü X7 və xx.xx.2010-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı 07 yanvar 2008-ci ildə Cavabdeh ilə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. Birgə nikahlarından iki övladları var: xx.xx.2008ci il təvəllüdlü Əzizov MətinTey mur oğlu və xx.xx.2010-cu il təvəllüdlü X8. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 4377/2019 saylı 16 avqust 2019-cu il tarixli qətnaməsi ilə aralarında olan rəsmi nikahın pozulması, birgə nikahlarından olan xx.xx.2008-ci il təvəllüdlü X7 və xx.xx.2010-cu il təvəllüdlü X5 onun yanında qalmasının müəyyən olunması və həmin uşaqların yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabehdən hər ay xx.xx.2019-cu il tarixdən başlayaraq qazancı və digər gəlirlərinin 1/3 hissəsi miqdarında və əlavə olaraq 130 manat aliment tutulub ona verilməsi qət edilmişdir. 2021-ci ildə o, alimentin artırılması ilə bağlı Sumqayıt Şəhər Məhkəməsinə müraciət etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 1189/2021 saylı 02 aprel 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, birgə nikahlarından olan xx.xx.2008-ci il təvəllüdlü X7 və xx.xx.2010-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanması üçün Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 4377/2019 saylı 16 avqust 2019-cu il tarixli qətnaməsi ilə cavabehdən onun xeyrinə tutulan alimentin miqdarı artırılaraq xx.xx.2019-cu il tarixdən başlayaraq qazancı və digər gəlirlərinin 1/3 hissəsi miqdarında və əlavə olaraq hər ay hər uşaq üçün 100 manat olmaqla, cəmi 200 manat sabit pul məbləğində aliment tutulub ona verilməsi qət edilmişdir. O, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1189/2021 saylı 02 aprel 2021-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti vermişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1937/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1189/2021 saylı 02 aprel 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş, birgə nikahlarından olan xx.xx.2008-ci il təvəllüdlü X7 və xx.xx.2010-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanması üçün Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4377/2019 saylı 16 avqust 2019-cu il tarixli qətnaməsi ilə cavabdehdən onun xeyrinə tutulan alimentin miqdarı artırılaraq hər ay hər uşağa görə 175 manat olmaqla cəmi 350 manat sabit pul məbləğində müəyyən edilmişdir. Qeyd edir ki, o, 350 manat məbləğində alimentlə uşaqları saxlamaqda çətinlik çəkir. Cavabdeh isə ona əlavə olaraq heç bir köməklik etmir. Uşaqların böyüməsi ilə əlaqədar olaraq onların təlabatları da günü gündən artır. Hesab edir ki, uşaqların mənafeyi, onların normal, yəni qida rasionlarına uyğun şəkildə qidalanması, fiziki cəhətdən inkişafı məhkəmə tərəfindən nəzərə alınmalıdır. Ona görə də hazırkı ərizə ilə məhkəməyə müraciət edir. Hesab edir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)1937/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilməli və cavabdehdən hər ay bir uşaq üçün 235 manat olmaqla cəmi iki uşağa görə 470 manat sabit pul məbləğində aliment tutulub, birgə nikahlarından uşaqların yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün ona verilməlidir. Həmçinin qeyd edir ki, o, alimentin artırılması ilə bağlı ilk olaraq mediasiyaya müraciət etmiş və cavabdehə bu barədə təklif məktubu göndərmişdir. Lakin cavabdeh mediasiyada iştirak etmədiyindən o, ilkin mediasiya sesiyasından sonra prosessin davam etdirilə bilməməsi barədə arayışı alıb məhkəməyə müraciət edir. Bildirir ki, o, mediasiya zamanı 60 manat rüsum ödəmişdir. Hesab edir ki, həmin rüsum da cavabdehə aid olunmalıdır.

7. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-5795/2024 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Sumqayıt Apellyasiya Məhkəməsinin qəbul etdiyi 2(105)-1937/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək xx.xx.2008-ci il təvəllüdlü X7 və xx.xx.2010-cu il təvəllüdlü X5 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün Cavabdeh hər ay hər uşağa 200 (iki yüz) manat olmaqla, ümumilikdə 400 (dörd yüz) manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı verilməsi, Cavabdeh 30 (otuz) manat dövlət rüsumunun alınıb dövlət nəfinə ödənilməsi, dəyişdirilən aliment məbləğinin tutulmasının qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablanması qət edilmişdir (hakim Gülnarə Tağızadə).

8. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsi, 34-cü maddəsi, Ailə Məcəlləsinin 56.1, 75.1, 78.1, 112.1-ci maddələri, “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli qərarındakı hüquqi mövqeyi, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli 8-2/16 N-li Qərarındakı hüquqi mövqeyi, “Uşaq hüquqları haqqında” AR Qanununun 19-cu, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 233.4-cü maddələri ilə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri

9. İddiaçı apellyasiya şikayəti verib, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 5795/2024 cü il tarixli qərarının ləğv edilməsi, ədalətli qərar çıxarılmasını və Sumqayıt Şəhər Məhkəməsinin hakimi X4 barəsində qanunsuz qərar qəbul etdiyi üçün xüsusi qərardad çıxarılmasını xahiş etmişdir.

10. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5795/2024-cü il tarixli qərarı qanunsuzdur və bu, uşaq hüquqlarının pozulmasıdır. Qərar ləğv edilməli, daha ədalətli qərar çıxarılmalıdır. Qeyd edir ki, 07 yanvar 2008-ci ildə Cavabdeh ilə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşlar. Birgə nikahdan iki övladları vardır: xx.xx.2008-ci il təvəllüdlü X7 və xx.xx.2010-cu il təvəllüdlü X8. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4377/2019 saylı 16 avqust 2019-cu il tarixli qətnaməsi ilə nikahın pozulması, birgə nikahdan olan xx.xx.2008-ci il təvəllüdlü X7 və xx.xx.2010-cu il təvəllüdlü X5 onun yanında qalmasının müəyyən olunması və həmin uşaqların yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabehdən hər ay xx.xx.2019-cu il tarixdən başlayaraq qazancı və digər gəlirlərinin 1/3 hissəsi miqdarında və əlavə olaraq 130 manat aliment tutulub ona verilməsi qət edilmişdir. 2021-ci ildə o alimentin artırılması ilə bağlı Sumqayıt Şəhər Məhkəməsinə müraciət etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1189/2021 saylı 02 aprel 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, birgə nikahdan olan xx.xx.2008-ci il təvəllüdlü X7 və xx.xx.2010-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanması üçün Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 4377/2019 saylı 16 avqust 2019-cu il tarixli qətnaməsi ilə cavabehdən onun xeyrinə tutulan alimentin miqdarının artırılaraq xx.xx.2019-cu il tarixdən başlayaraq qazancı və digər gəlirlərinin 1/3 hissəsi miqdarında və əlavə olaraq hər ay hər uşaq üçün 100 manat olmaqla, cəmi 200 manat sabit pul məbləğində aliment tutulub ona verilməsi qət edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1189/2021 saylı 02 aprel 2021-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti vermişdir, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1937/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1189/2021 saylı 02 aprel 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş, birgə nikahdan olan xx.xx.2008-ci il təvəllüdlü X7 və xx.xx.2010-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanması üçün Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4377/2019 saylı 16 avqust 2019-cu il tarixli qətnaməsi ilə cavabdehdən onun xeyrinə tutulan alimentin miqdarının artırılaraq, hər ay hər uşağa görə 175 manat olmaqla cəmi 350 manat sabit pul məbləğində müəyyən edilmişdir. Qeyd edir ki, 350 manat məbləğində alimentlə uşaqları saxlamaqda çətinlik çəkir. Cavabdeh isə ona əlavə olaraq heç bir köməklik etmir. Uşaqların böyüməsi ilə əlaqədar olaraq onların təlabatları da günü gündən artır. Hesab edir ki, uşaqların mənafeyi, onların normal, yəni qida rasionlarına uyğun şəkildə qidalanması, fiziki cəhətdən inkişafı məhkəmə tərəfindən nəzərə alınmalıdır. Ölkədə 2024-cü il üçün uşaqların saxlanılmasının minumum hesabalanması 235 manata qaldırılmışdır. Uşaqlarının ehtiyaclarını özü qarşılayır. Uşaqlar böyüdükcə ehtiyacları da artır. Məhkəmələr tərəfindən alimentin təyin edilməsi ilə bağlı işlərə baxılarkən ailə qanunvericiliyinin tələbinə görə alimentin miqdarının müəyyən edilməsi üçün tərəflərin maddi və ailə vəziyyəti deyil, məhz “Yaşayış minimumu haqqında” Qanunun normaları nəzərə alınır. Qanunverici bu maddədə alimentin miqdarı müəyyən olunarkən məhkəmənin üzərinə bir sıra məsələlərin araşdırılması vəzifəsini qoymuşdur: tərəflərin maddi və ailə vəziyyəti; diqqətəlayiq digər hallar; uşağın əvvəlki təminatının səviyyəsi. Məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olubolmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir. Məhkəmə hesab etmişdir ki, hər uşaq üçün 25 manat artırılma lazımi səviyyədə təsir edən bir məbləğdi. Lakin onu da nəzərə almaq lazımdır ki, 2024-cü il ücün yaşayış minimumu 235 manat olmaqla hesablanmalıdır.

11. Birinci instansiya məhkəməsi cavabdehin əmək haqqını əsas goturməklə təyin etdiyi məbləği minimum səviyyədə qaldırmamış, bu da cavabdehin maraqlarına xidmət edən amil kimi qiymətləndirilməlidir. Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

12. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Apellyasiya icraatı iştirakçılarının izahatları

13. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətini müdafiə edib orada göstərilənlərə uyğun izahat verərək şikayətin təmin olunmasını xahiş etdi.

14. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir.

15. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır.

16. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsini əsas götürərək işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

17. Maddə 17. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.

18. Maddə 34. Analıq, atalıq, uşaqlıq qanunla qorunur. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də vəzifəsidir.

“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu

19. Maddə 3. Uşaqlar barəsində dövlət siyəsəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir.

20. Maddə 5. Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir.

21. Maddə 13. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.

22. Maddə 19.1. Uşağın maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.

Azərbaycan Respublikasının Ailə Məcəlləsi

23. Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar.

24. Maddə 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.

25. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərin birinin marağını əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.

26. Maddə 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.

27. Maddə 112.1. Alimentin ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəflərdən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər.

Mülki Prosessual Məcəllə

28. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

29. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

30. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

31. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

32. Maddə 384.0.3. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər.

33. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

34. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

35. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

36. Apellyasiya şikayətindən görünür ki, İddiaçı Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-5795/2024 nömrəli qətnaməsinin iddianın təmin edilməyən hissəsini mübahisələndirmişdir. Ona görə də kollegiya birinci instansiya məhkəməsinin qətnaməsinin həmin hissədə yoxlanılmasını zəruri hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

37. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, işdə iştirak edən şəxsin izahatlarını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli və birinci instansiya məhkəməsinin qətnaməsi alimentin məbləği hissəsində dəyişdirilməlidir.

38. Belə ki, istinad olunan qanunvericilik aktlarının əsas istiqaməti ona yönəlmişdir ki, heç bir əsas valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Alimentin ödənilməsi onlara öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin hər ikisinin mənəvi borcu olmaqla yanaşı, həm də vacib hüquqi vəzifələridir. Mahiyyət etibarı ilə valideynlərlə uşaqların münasibətlərində aliment institutunun mövcudluğunun qanunverici tərəfindən tanınması ilk növbədə və birmənalı olaraq uşaqların mənafelərinin qorunmasına yönəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, aliment təyin olunarkən tərəflərin hər ikisinin maddi vəziyyəti, uşaqların əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılması nəzərə alınmalı, alimentin tutulması barədə tərəflərin hər birinə münasibətdə balanslaşdırılmış qətnamə çıxarılmalıdır.

39. İddiaçı apellyasiya şikayətində məhkəmə qətnaməsi ilə müəyyən edilən alimentin uşaqın saxlanılması üçün kifayət etmədiyini, ölkə üzrə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu məbləğinin nəzərə alınmadığını qeyd etmişdir.

40. Apellyasiya şikayətinin dəlilləri ilə qismən razılaşaraq alimentin məbləğinin hər ay hər uşaq üçün 220 manat məbləğində müəyyən edilməsi qənaətinə gələn kollegiya vurğulayır ki, qanunvericlikdə “Yaşayış minimumu haqqında” Qanun üzrə müəyyən edilmiş məbləğin aliment məbləğinin müəyyən edilməsində əsas meyar kimi nəzərə alınmasına dair imperativ norma müəyyən edilməmişdir.

41. Bununla belə, məhkəmə kollegiyası, tərəflərin maddi və ailə vəziyyətlərini, yetkinlik yaşına çatmayan xx.xx.2008-ci il təvəllüdlü X7 və xx.xx.2010-cu il təvəllüdlü X5 yaşlarını, qida və digər zəruri xərclərə tələbatını, qanunvericiliyin tələbinə görə hər iki valideynin uşaqları saxlamağa borclu olduqlarını və cavabdehin aylıq gəlirini nəzərə alaraq hesab etmişdir ki, uşaqların yetkinlik yaşlarına çatanadək saxlanılması üçün müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsi barədə iddiaçının tələbi qismən təmin edilməklə, uşaqların yetkinlik yaşlarına çatanadək saxlanılması üçün hər ay hər uşağa 220 manat olmaqla, ümumilikdə 440 manat sabit pul məbləğində aliment cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

42. Məhkəmə kollegiyası həmçinin onu qeyd edir ki, hər hansı bir məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır.

43. Avropa İnsan Hüquqları Məhkəməsinin bir çox qərarlarında da (“Delcourt Belçikaya qarşı” iş üzrə xx.xx.1970-ci il tarixli, “Piersack Belçikaya qarşı” iş üzrə xx.xx.1982-ci il tarixli, “X12rşı” iş üzrə xx.xx.1984-cü il tarixli qərarları) ifadə olunmuş mövqeyinə görə “ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”.

44. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi “xx.xx.2008-ci il təvəllüdlü X7 və xx.xx.2010-cu il təvəllüdlü X5 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün Cavabdeh hər ay hər uşağa 200 manat olmaqla, ümumilikdə 400 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı verilməsi” hissəsində dəyişdirilməli, sabit pul məbləğində alimentin miqdarı hər ay hər uşağa görə 220 manat olmaqla ümumilikdə 440 manat müəyyən edilməlidir.

45. Apellyasiya şikayətinin qismən təmin edilməsi qənaətinə gələn kollegiya həm də qeyd edir ki, hazırkı halda iddiaçının tələb etdiyi məbləğdə, yəni hər uşaq üçün 235 manat sabit pul məbləğində alimentin müəyyən edilməsi cavabdehin maddi vəziyyəti baxımından ədalətli deyil. Məhkəmə kollegiyası alimentin məbləğini dəyişdirərək təyin etdiyi aliment məbləğinin uşaqlarının tələbatının ödənilməsi, onların saxlanılması və hər iki tərəfin maddi vəziyyəti baxımından ağlabatan hesab edir.

46. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, hazırkı iş üzrə qətnamənin mübahisələndirilən hissəsi 5000 manatdan az olduğundan, qanunvericiliyin yuxarıda qeyd olunan tələbi baxımından bu iş üzrə məhkəmə aktından kassasiya şikayəti verilə bilməz.

47. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.3, 392 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-5795/2024 nömrəli qətnaməsi aliment məbləği hissəsində dəyişdirilsin. xx.xx.2008-ci il təvəllüdlü X7 və xx.xx.2010-cu il təvəllüdlü X5 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün Cavabdeh hər ay hər uşağa 220 (iki yüz iyirmi) manat olmaqla, ümumilikdə 440 (dörd yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar