Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1825/2022 19.09.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X4 Tağızadənin sədrliyi və məruzəsi, X2 Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Zərifə Cəbrayıl qızı Kərimovanın katibliyi, İddiaçı: İddiaçı, Cavabdeh: Cavabdeh1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı axıdılan suyun qarşısının alınması və vurulan maddi ziyan tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 17 iyun 2022-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin 17 iyun 2022-ci il tarixli qətnaməsi ilə (hakim R.N.Qoşqarlı) iddianın qismən təmin edilməsi, Cavabdeh1 tərəfindən axıdılan suyun iddiaçının mənzilinə axıdılmasının qadağan edilməsi, Cavabdeh1 1165 (bir min yüz altmış beş) manat 30 (otuz) qəpik mənzilə dəymiş ziyanın və iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun alınaraq İddiaçı ödənilməsi, ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manatın Cavabdeh1 alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005, VÖEN 140155071, m/h AZ 41 NABZ 013601**********3944 SWİFT Bik: CTREAZ22 hesabına ödənilməsi, iddia tələbinin Cavabdeh2 aid hissədə təmin edilməməsi qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt şəhəri, 8-ci mikrorayon ünvanında yerləşən, 17/29 saylı evin, 5-ci mənzilinin mülkiyyətçisi Cavabdeh1 tərəfindən mənzilinə axıdılan suyun qarşısının alınması və vurduğu maddi ziyana görə 1500 (bir min beş yüz) manatın və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun, cəmi 1530 (bir min beş yüz otuz) manat pulun Cavabdeh1 tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İddiaçı iddia tələbinə dəqiqləşmə verərək, Sumqayıt şəhəri, 8- ci mikrorayon ünvanında yerləşən, 17/29 saylı evin, 5-ci mənzilinin mülkiyyətçisi Cavabdeh1 tərəfindən mənzilinə axıdılan suyun qarşısının alınması və vurduğu maddi ziyana görə 1500 (bir min beş yüz) manatın və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun, cəmi 1530 (bir min beş yüz otuz) manat pulun Cavabdeh2 tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbinə dəqiqləşmə verərək, Sumqayıt şəhəri, 8- ci mikrorayon ünvanında yerləşən, 17/29 saylı evin, 5-ci mənzilinin mülkiyyətçisi Cavabdeh1 tərəfindən mənzilinə axıdılan suyun qarşısının alınması və vurduğu maddi ziyana görə 1500 (bir min beş yüz) manatın və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun, cəmi 1530 (bir min beş yüz otuz) manat pulun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, 8-ci mikrorayon ünvanında yerləşən, 17/29 saylı evin, 1-ci mənzili mülkiyyət hüququ ilə ona məxsusdur. Həmin mənzilin üstündə, yəni Sumqayıt şəhəri, 8- ci mikrorayon ünvanında yerləşən, 17/29 saylı evin, 5-ci mənzili mülkiyyət hüququ ilə cavabdeh S.İ.Mikayılova məxsusdur. Mənzil Cavabdeh2 məxsus olsa da həmin mənzil onun tərəfindən bir neçə ildir ki, kirayəyə verilmişdir. Cavabdeh1 5 N-li mənzildən uzun müddətdir ki, onun mətbəxinin, dəhlizinin, vanna otağının və sanitar qovşağının tavanına su axıdılır. Bunu 8 saylı Mənzil Kommunal Sahəsi tərəfindən verilən 58 N-li Akt da təsdiq edir. Bu vəziyyət neçə illərdir ki, təkrar olunur. Suyun axıdılması nəticəsində evdə daima nəmişlik yaranır. Nəmişlikdən tez-tez o, və ailə üzvləri xəstələnirlər. Mənzilinə cavabdehlərin günahı üzündən 1500 (min beş yüz) manat maddi ziyan dəymişdir. Məsuliyyətsizlik səbəbindən cavabdehə məxsus mənzilin su krantları açıq qalır. Bu səbəbdən də dəfələrlə su axaraq mənzilinə ciddi ziyan vurmuşdur. Məsələ ilə əlaqədar olaraq 8 saylı Mənzil Kommunal Sahəsinə müraciət etmişdir. Bir daha bildirir ki, qonşunun yaratdığı narahatlıq səbəbindən xəstəlik tapmışdır. Mənzilinin daima nəmişlik olması səbəbindən evdə yaşamaq qeyri-mümkündür. Həmçinin qonşunun təqsiri üzündən əsəb və stress keçirməyə məcbur olmuşdur. Məsələ ilə əlaqədar Sumqayıt şəhər 1 saylı Polis Bölməsinə ərizə ilə 3 dələ müraciət etmişdir. Oradan ona bildirmişlər ki, məsələ mülki xarakterli olduğuna görə "məhkəməyə müraciət edə bilər. Hesab edir ki, Sumqayıt şəhəri. 8-ci mikrorayon ünvanında yerləşən, 17/29 saylı evin, 5-ci mənzilinin mülkiyyətçisi Cavabdeh1 tərəfindən mənzilinə axıdılan suyun qarşısının alınması və vurduğu maddi ziyana görə 1500 (min beş yüz) manatın və ödənilmiş 30 manat dövlət rüsumunun, cəmi 1530 (min beş yüz otuz) manat pulun cavabdehlərdən müştərək qaydada tutularaq ona ödənilməlidir. Cavabdeh2 tərəfindən dəymiş ziyandan 300 manat ödəniş etmişdir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdeh1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, təsadüf nəticəsində mənzilində içməli su krantı açıq qalmış və su axaraq iddiaçının mənzilinin dəhlizini islatmışdır. Növbəti dəfə binaya xidmət göstərən kanalizasiya xətdində olan nasazlıq səbəbindən kanalizasiya xətti tutulmuş və çirkab su onun yaşadığı mənzilində olan trapdan axaraq iddiaçının mənzilinə keçmişdir. Çirkab suyun axıdılmasına onun heç bir təqsiri yoxdur. Beləki əraziyə xidmət göstərən Mənzil İstismar Sahəsi və qonşular təsdiq edə bilər ki, iddiaçının mənzilinə axıdılan çirkab su onun günahı üzündən əmələ gəlməmiişdir. Bir daha bildirir ki, binaya xidmət göstərən kanalizasiya xətti 1-ci mərtəbə ilə 2-ci mərtəbə arasında tutulmuş, çirkab su onun mənzilində olan trapdan axaraq iddiaçının mənzilinə keçmişdir. Həmin çirkab suyun təsiri nəticəsində iddiaçının dəhlizinin kiçik hissəsi islanmışdır. İddia tələbini təmin edən məhkəmə AR MM-nin 21,1096,1097,1111-ci maddələrinə istinad etmiş və belə qənaətə gəlmişdir ki, iddiaçıya zərər onun təqsirli hərəkətim nəticəsində dəymişdir. AR Mülki Məcəlləsinin 21-ci maddəsində göstərilir ki, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi, habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda)başa düşülür. AR MM-nin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu hüquqla və qanunla müdafiə olunan başqa şəxsə birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Məhkəmə ekspert qarşısında yalnız dəymiş ziyanın məbləğini qiymətləndirmək vəzifəsini qoymaqla yanaşı, iddiaçıya dəymiş ziyanın kanalizasiya xəttinin tutulması səbəbindən dəyib- dəyməməsi məsələsini də aydınlaşdırmaqla bağlı sual qoymamış, onun təqsiri olmadan iddiaçının mənzilinə çirkab suyun axıdılması ilə əlaqədar ona dəymiş ziyanın da ondan tutulmasına qərar vermişdir. Bu isə ona dəlalət edir ki, məhkəmə birtərəfli və qeyriobyektiv araşdırma aparmış, iş üzrə bütün halları nəzərə almamış və nəticədə onun hüquqları pozularaq etmədiyi bir əmələ görə əlavə öhdəliklərə cəlb edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 17 iyun 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin bütünlüklə təmin edilməməsi barədə qətnamə qəbul olunmasını məhkəmə kollegiyasından xahş etmişdir. Cavabdeh1 apellyasiya şikayətinin dəlillərini müdafiə etdi, şikayətə oxşar izahat verdi və apellyasiya şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. İddiaçı apellyasiya şikayətinin dəlillərini qəbul etmədi, iddia ərizəsinə uyğun izahat verdi və qətnamənin dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzrsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə kollegiyası işdə iştirak edən tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara görə iş üzrə məhkəmə qətnaməsi dəyişdirilməməlidir, apellyasiya şikayəti isə təmin edilməməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddia ərizəsini qismən təmin edərkən, cavabdeh tərəfindən iddiaçıya məxsus olan mənzilinə su axıdılması ekspert rəyi ilə sübuta yetirilməsinə istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına tam uyğundur. Belə ki, Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh1 apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH seriyalı, N ******* saylı “Çıxarış”ın surətindən görünür ki, ünvan 4, mənzil 5 tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 4 nömrəli reyestrkitabının 188 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşdə olan Sumqayıt Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 8 saylı Mənzil Kommunal Sahəsinin xx.xx.2021-ci il tarixli aktından görünür ki, 8 saylı MKS-nin sahə ustaları R.Məmmədova və E.Əliyeva 8-ci mikrorayon, ev 17/29, mənzil 1-də yaşayan İ.F.Yəhyayevin şikayət ərizəsi əsasında mənzilə baxış keçirilən zaman aşkar olunmuşdur ki. Həmin binanın üst mərtəbəsində yəni 5-ci mənzildə yaşayan Cavabdeh1 mənzildə su axıdılması nəticəsində şikayətçinin mənzilinin mətbəx, dəhliz, vanna otağının tavanı yararsız hala düşmüşdür. Bundan əlavə Cavabdeh1 ilə onlar telefon əlaqəsi saxlayaraq qonşu ilə razılığa gəlməsini ya da akt tərtib ediləcəyi bildirmişdirlər. O, isə bildirmişdir ki, yaxın günlərdə əmək haqqını alıb təmir etdirəcəkdir. Şikayətçi İ.F.Yəhyayev isə ona inanmadığını bildirdi. Əlavə olaraq bildirilir ki, Cavabdeh1 mənzili kirayə vermişdir. İşdə olan Cavabdeh2 xx.xx.2021-ci il tarixli etiraz ərizəsindən görünür ki, o, iddiaçı ilə qarşılıqlı razılıq əsasında mənzilə dəymiş ziyana görə 300 manat ödəniş etmişdir. İş materiallarında olan Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinin İ.F.Yəhyayevə ünvanladıqları məktubdan görünür ki, onun xx.xx.2021-ci il tarixdə ünvanladığı ərizəyə baxılmış, göstərilən xüsusatlar mülki xarakterli olduğundan mülki mühakimə qaydasında məhkəmə orqanlarına müraciət etmək məqsədə müvafiqdir. İşdə olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, aparılan hesablamalar nəticəsində Sumqayıt şəhəri, 8-ci mikrorayon ünvanında yerləşən 17/29 saylı evin, 1 saylı mənzildə su sızması nəticəsində yaranan qüsurların aradan qaldırılması üçün yerinə yetiriləcək təmir tikinti işlərinin orta bazar qiymətlərinə uyğun dəyəri təqribən 1465,3 manat məbləğində müəyyən olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər(əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında qeyd edilmişdir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri- əmlak xarakterli olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 1096.1-ci maddəsinə əsasən «mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarına pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1111.2-ci maddəsinə əsasən əgər zərər binadan nəyinsə atılması və ya düşməsi, yaxud axıdılması nəticəsində vurulmuşdursa, məsuliyyəti müvafiq otağı tutan şəxs daşıyır, amma zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri üzündən baş verdiyi hallar istisna təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Məhkəmə bu normaya istinad edərək hesab edir ki, cavabdeh tərəfindən axıdılan çirkab kanalizasiya suyunun mənzilinin hamamına və dəhlizinə axıdılmasının qarşısının alınması mülki məcəllədə göstərilən kimi öhdəlik deyil, qadağan olunmalıdır. Məhkəmə belə qənaətə gəlir ki, nəzərə alaraq ki, mülki işin materiallarında olan sübutlarla, eyni zamanda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18 avqust 2021-ci il tarixli 10/1877 nömrəli rəyi ilə iddiaçının mülkiyyətində olan, Sumqayıt şəhəri, 8-ci mikrorayon ünvanında yerləşən, 17/29 saylı evin, 1-ci mənzilinə həmin binada yerləşən 5 saylı mənzildən suyun sızması və bunun nəticəsində dəymiş zərərin bərpa olunması üçün sərf olunan vəsaitin məbləğinin 1465,3 manat olduğu müəyyən edilməlidir. Lakin Cavabdeh2 tərəfindən dəymiş ziyandan 300 manat ödənilməsi nəzərə alınaraq, bu məbləğ 1165,3 manat müəyyən edilməlidir. Bundan əlavə məhkəmə hesab edir ki, iş üzrə cavabdeh qismində işə cəlb olunmuş Cavabdeh2 ünvan 4 ünvanında yerləşən 5 saylı mənzilin sahibi olsada, həmin mənzil faktiki Cavabdeh1 istifadəsindədir və yaşayır. Bu səbəbdən məhkəmə kollegiyası iddiaçıya dəymiş ziyan Cavabdeh1 tərəfindən ödənilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni düzgün hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124.1. maddəsinə görə, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Yenə də həmin Məcəllənin 217.4-cü maddəsində nəzərdə tutulur ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsində göstərilir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Beləliklə, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərilən digər dəlilləri də araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan və işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh1 apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin iş üzrə 17 iyun 2022-ci il tarixli 2(060)-211/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-1825/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1825/2022
19.09.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver