Məhkəmə qərarları › İş №2(105)-1834/2020

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1834/2020

24.08.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1834/2020 24.08.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), X5 və X2 ibarət tərkibdə, məhkəmə katibi X6, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh nümayəndəsi və vəkili X4 iştirakı ilə Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(012)-342/2020 saylı qətnaməsindən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə verdiyi apelyasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(012)-342/2020 saylı qətnaməsi ilə (hakim C.İ.Səfiyeva) İddiaçı Cavabdeh qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi təmin edilməmişdir. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə apelyasiya şikayəti verib, Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(012)-342/2020 saylı qətnaməsininin ləğv edilib, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tələbini onunla əsaslandımışdır ki, o, 2006-2007-ci illərdə Abşeron rayonu, Masazır kəndində fərdi yaşayış evi tikmək üçün torpaq sahəsi almaq istəsə də, həmin kəndin bələdiyyəsi tərəfindən ona 6 sot torpaq sahəsi almağa icazə verilmədiyindən etibarlı bir şəxsin adına torpaq sahəsi almaq qərarına gəlmişdir. O, Cavabdeh ilə tanış olduqdan sonra sonuncu ilə Abşeron rayonu, Masazır bələdiyyəsi arasında müqavilə bağlanmış və torpaq sahəsinə dair ödəniş onun vəsaiti hesabına həyata keçirilmişdir. xx xxxxxxx 2006-cı il tarixdə Abşeron rayonu, Masazır kəndində yerləşən 0,06 ha torpaq sahəsinin Cavabdeh mülkiyyətində olması barədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Daşınmaz Əmlakin Dövlət Reyestrindən Çıxarış verilmişdir. O, rəsmiləşdirmə dövründə ölkədə olmadığından Cavabdeh tərəfindən xx.xx.2011-ci il tarixində onun qohumu Mədinəyev İlqar Möylə oğluna 50 illik etibarnamə verilmişdir. Abşeron rayonu, Masazır kəndində yerləşən 0,06 ha torpaq sahəsinin onun vəsaiti hesabına alınmasını göstərən hallardan biri də, sonuncunun yaxınları tərəfindən kredit götürülməsi üçün həmin torpağın girov qoymaq məqsədi ilə banka müraciət edilməsidir. Belə ki, Mədinəyev İlqar Möylə oğlunun şəriki Zəfər adlı şəxsin adına bankdan kredit götürmək üçün Cavabdeh arvadı həmin torpaq sahəsinin ipoteka ilə yüklü edilməsinə notarial qaydada razılıq ərizəsi vermişdir. Abşeron rayonu, Masazır kəndində yerləşən 0,06 ha torpaq sahəsi hazırda da onun istifadəsindədir. Onunla Cavabdeh arasındakı razılığa əsasən Abşeron rayonu, Masazır kəndində yerləşən 0,06 ha torpaq sahəsi Mədinəyev İlqar Möylə oğluna etibarnamə ilə verildikdən sonra onun adına keçirilməli olsa da Cavabdeh sonradan bu razılaşmadan imtina etmiş, sonuncunun sözügedən torpaq sahəsini öz mülkiyyətində saxlamaqla ona 40000 manat maddi ziyan vurmuşdur. Ona görə də, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Daşınmaz Əmlakin Dövlət Reyestrindən Çıxarışa əsasən Cavabdeh xüsusi mülkiyyətində olan Abşeron rayonu, Masazır kəndində yerləşən 0,06 ha torpaq sahəsinin Cavabdeh alınaraq onun mülkiyyətinə qaytarılması, hazırki iddianın qaldırılması ilə əlaqədar vəkilə ödənilmiş 110 manat xidmət haqqı, 31 manat dövlət rüsumu, 13 manat etibarnamənin alınması üçün ödənilmiş rüsum, cəmi 154 manat pulun Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə, Cavabdeh əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş cinayətin əlamətləri olduğundan bu barədə xüsusi qəradadın qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia əriəsinin dəqiqləşdirilməsi barədə ərizə verərək Cavabdeh tərəfindən vurulan ziyana görə 36.000 manat, hazırki iddianın qaldırılması ilə əlaqədar vəkilə ödənilmiş 110 manat xidmət haqqı, 31 manat dövlət rüsumu, 13 manat etibarnamənin alınması üçün ödənilmiş rüsum, cəmi 154 manat pulun onun xeyrinə tutulması barədə qətnamə, Cavabdeh əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş cinayətin əlamətləri olduğundan bu barədə xüsusi qəradadın qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELYASİYA ŞİKAYƏTİNİNDƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN İZAHATİ: İddiaçı nümayəndəsi və vəkili Nümayəndə verdiyi apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Abşeron Rayon Məhkəməsi xx xxxxxx 2020-ci il tarixli qətnaməni qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3, 21, 425.1, 442-ci maddələrinin və Azərbaycan Respublikası MPM-nin 14.2, 217.3, 217.4-cü maddələrinin tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddianın təmin ediməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə apelyasiya şikayətinin dəlillərini mürafiə edərək iddia ərizəsində göstərilən xüsusatları təsdiq edib, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi və vəkili G.B.Sultanova apelyasiya şikayətinə etiraz edib, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədə saxlanılmasını xahiş etdilər. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-ha¬ki¬min məruzəsini, işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddiaçının verdiyi apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi ona münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakin Dövlət Reyestrindən MH seriyalı ******* saylı çıxarışdan müəyyən edilir ki, Abşeron rayonu, Masazır kəndində yerləşən 0,06 ha torpaq sahəsi Cavabdeh adına daşınmaz əmlakin dövlət reyestrində 10 nömrəli reyestr kitabının 76 nömrəli vərəqində **********13 reyestr nömrəsi ilə xx.xx.2006-ci il tarixdə qeydiyyata alınmışdır. xx xxxxxx 2011-ci il tarixli, ƏN-İ seriyalı 143654 saylı etibarnamə ilə Əliyev X9 rayonu, Masazır kəndində yerləşən 0,06 ha torpaq sahəsinə dair arayış almağı, sərəncam verməyi, bağışlamağı, dəyişməyi, ipoteka (girov) qoymağı, pulunu almağı, buna dair müqaviləni imzalamağı, bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar adından ərizə yazmağı və digər hərəkətləri etməyi 50 il müddətinə Mədinəyev İlqar Möylə oğluna etibar etmişdir. xx.xx.2019-cu il tarixli ******* saylı daşınmaz əmlakın alqı-satqısı müqaviləsindən görünür ki, Cavabdeh özünə məxsus olan Abşeron rayonu, Masazır kəndində yerləşən 0,06 ha torpaq sahəsini X1. Abşeron Rayon Polis İdarəsinin xx xxxxxxx 2019-cu il tarixli qərarı ilə İddiaçı Cavabdeh barəsində verdiyi şikayət üzrə sonuncunun əməlində cinayət işinin tərkib hissəsi olmadığından cinayət işinin başlanılması rədd edilmişdir. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş X11 ifadəsində bildirmişdir ki, İddiaçı onun dostudur. İddiaçı Cavabdeh adına torpaq sahəsi almışdır. Sonradan İddiaçı torpaq sahəsini öz adına rəsmiləşdirmək istədikdə Cavabdeh bundan imtina etmişdir. Səbəb kimi Cavabdeh Abşeron rayonu, Masazır kəndində yerləşən 0,06 ha torpaq sahəsinin onun mülkiyyətində olmasını əsas gətirərək sosial yardım ala bilməməsi səbəbindən 6000 manat ziyana düşməsi olmuşdur. O, İddiaçı ilə birlikdə Cavabdeh sosial yardım məsələsini həll etmək üçün müvafiq orqana getmiş, oradan bildirmişlər ki Cavabdeh sosial yardımı kəsilməyib, sadəcə torpaq sahəsinin onun adında olması faktı aşkar olunduğundan gələcəkdə sosial yardım ala bilməyəcəkdir. Şahid X3 ifadəsində bildirmişdir ki, onda olan məlumata görə İddiaçı Cavabdeh adına torpaq sahəsi almışdır. Sonradan İddiaçı torpaq sahəsini öz adına rəsmiləşdirmək istədikdə Cavabdeh bundan imtina etmişdir. Belə ki, o məsələ ilə bağlı Cavabdeh ilə bir neçə dəfə görüşmüşdür. Musayev X8 İlqar Möylə oğluna torpaq sahəsi alması üçün pul vermiş, lakin hərrac yolu ilə bir dəfəyə 0,06 ha torpaq sahəsindən artıq satılmadığı üçün bir neçə şəxin adına torpaq sahəsi alınmışdır. Onun da adına İddiaçı məxsus torpaq sahəsi var. O Bakı Dövlət Universitetinin yanında Cavabdeh işlədiyi kafedə sonuncu ilə görüşən zaman, nə səbəbə Abşeron rayonu, Masazır kəndində yerləşən 0,06 ha torpaq sahəsini İddiaçı qaytarmamasının səbəbini soruşduqda sonuncu ondan 10000 manat pul verdikdən sonra torpaq sahəsini qaytaracağını, həmçinin həmin torpaq sahəsinin arvadının adına olduğunu bildirmişdir. X16 Möylə oğlu ifadəsində bildirmişdir ki, İddiaçı onun arvadının xalası oğludur. 2006-cı il tarixdə Abşeron rayonu Masazır kəndində hərracla torpaq sahəsi satılan zaman İddiaçı xaricdə olduğundan anası da onun adına torpaq sahəsi almaq istədiyini bildirmişdir. Beləliklə, onun tərəfindən bir neçə şəxsin adına torpaq sahələri alınmış və həmin şəxslərin hər biri İddiaçı adına etibarnamə vermişlər. Həmin torpaq sahəsinin alındığı şəxslərdən biri də Cavabdeh olmuşdur. Həmin dövrdə İddiaçı xaricdə olması səbəbindən 2011-ci il tarixdə etibarnamə onun adına verilmişdir. Hətta torpaq sahələrinin ipotekaya qoyulması ilə əlaqədar razılıq ərizələri də olmuşdur. 2017-ci il tarixdə Cavabdeh işdən ayrılmış, lakin onların münasibətləri normal olaraq qalmışdır. 2019-cu ilin əvvəlində Cavabdeh Elvin adlı işçiyə zəng edərək onun sosial yardımla bağlı pulunun kəsilməsini bildirəndən sonra o, Cavabdeh ilə görüşüb işi aydınlaşdırmaq üçün zəng etsə də, sonuncu onun telefon zənglərinə cavab verməmiş və işlədiyi yerində tapa bilməmişdir. Sonradan Cavabdeh arvadı ilə əlaqə saxladıqda sonuncu telefon danışığı zamanı 6000 manat pul istəmişdir. İş materialları ilə müəyyən edilir ki, Abşeron rayonu, Masazır kəndində yerləşən 0,06 ha torpaq sahəsi Cavabdeh adına daşınmaz əmlakin dövlət reyestrində xx.xx.2006-ci il tarixdə qeydiyyata alınmışdır. İddiaçı iddia edir ki, həmin torpaq sahəsi əslində ona məxsus olmuş, lakin formal olaraq cavabdehin adına qeydə alınmışdır. İddiaçı bunu onunla əsaslandırır ki, mübahisəli torpaq sahəsinin cavabdeh İddiaçı tərəfindən rəsmiləşdirmə dövründə ölkədə olmadığından onun tərəfindən xx.xx.2011-ci il tarixdə İddiaçı qohumu İ.M.Mədinəyevə 50 illik etibarnamə verilmişdir. Abşeron rayonu, Masazır kəndində yerləşən 0,06 ha torpaq sahəsinin İddiaçı vəsaiti hesabına alınmasını göstərən hallardan biri də, sonuncunun yaxınları tərəfindən kredit götürülməsi üçün həmin torpağın girov qoymaq məqsədi ilə banka müraciət edilməsidir. İ.M.Mədinəyevin şəriki Zəfər adlı şəxsin adına bankdan kredit götürmək üçün Cavabdeh arvadı həmin torpaq sahəsinin ipoteka ilə yüklü edilməsinə notarial qaydada razılıq ərizəsi vermişdir. Abşeron rayonu, Masazır kəndində yerləşən 0,06 ha torpaq sahəsi hazırda da İddiaçı istifadəsindədir. İddiaçı və Cavabdeh arasındakı razılığa əsasən Abşeron rayonu, Masazır kəndində yerləşən 0,06 ha torpaq sahəsi İ.M.Mədinəyevə etibarnamə ilə verildikdən sonra İddiaçı adına keçirilməli olsa da Cavabdeh sonradan bu razılaşmadan imtina etmişdir. İddiaçının bu dəlilləri onun tərəfindən məhkəmə prosesində dindirilən şahidləri tərəfindən də təsdiq edilmişdir. Lakin, cavabdeh tərəf iddiaçının bu dəlillərini qəbul etməmiş və izahatında bildirmişdir ki, cavabdeh İ.M.Mədinəyevdən torpaq alınan zaman aldığı 2000 manat borc pulu maddi imkansızlığı səbəbindən qaytara bilməmişdir. O səbəbdən 2011-ci ildə Abşeron rayonu, Masazır kəndində yerləşən 0,06 ha torpaq sahəsini borcun təminatı olaraq Mədinəyev İlqar Möylə oğluna etibarnamə vermişdir. Sonradan İlqarın borcunu qaytarmasına baxmayaraq, İlqar torpağın sənədlərini ona qaytarmamışdır.İş materiallarından göründüyü kimi torpaq sahəsi Cavabdeh adına daşınmaz əmlakin dövlət reyestrində xx.xx.2006- ci il tarixdə qeydiyyata alınsa da, cavabdeh tərəfindən həmin torpaq sahəsi barəsində etibarnamə İ.M.Mədinəyevin adına 2011-ci il tarixdə verilmişdir. Cavabdeh arvadı Reyhanə Əliyeva tərəfindən həmin torpaq sahəsinin ipoteka ilə yüklü edilməsinə notarial qaydada razılıq ərizəsi verməsini, iddiaçı tərəf ona pul lazım olması ilə izah etsə də, göründüyü kimi həqiqətən də, iddiaçının dəlilləri əsaslı idisə,həmin vaxt mübahisəli torpaq sahəsinin iddiaçının öz adına keçirməsi üçün də hər hansı bir maneçilik olmamışdır. İddia ərizəsini təmin etməkdən imtina etdikdə birinci instansiya məhkəməsi hesab etmişdir ki, Abşeron rayonu, Masazır kəndində yerləşən 0,06 ha torpaq sahəsinin həqiqətən də iddiaçıya məxsus olması barədə iddiaçının dəlilləri mötəbər sübutlarla təsdiq olunmadığından, habelə iddiaçının dəlilləri işin müəyyən edilən faktiki halları ilə ziddiyyət təşkil etdiyindən iddia tələbi maddi ziyan olaraq pul tələbi və bundan törəyən digər tələbləri üzrə əsassız hesab edilməklə iddia rədd edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın 71-ci maddəsinə əsasən insan, vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə əsasən «hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərərsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir». Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də, maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1 və 1091.2-ci maddələrinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. İddiaçı apelyasiya şikayətinin dəlillərini təsdiq edən və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın təmin olunmasına dair başqa mötəbər sübut təqdim edə bilməmiş və həmin halları sübuta yetirə bilməmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apelyasiya şikayətinin dəlilləri əsassız olub, başqa sübutlarla öz təsdiqini tapmamış və toplanmış sübutlarla təkzib olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Tərəflər arasında yaranmış mübahisə üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə görə məhkəmə qətnaməsinin İddiaçı münasibətdə apelyasiya qaydasında dəyişdirilmədən, apelyasiya şikayətinin isə təmin edilmədən saxlanması üçün əsasdır. Ona görə də, apelyasiya şikayəti təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392-393, 402- 403 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı verdiyi apelyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(012)-342/2020 saylı qətnaməsi İddiaçı münasibətdə dəyişdirilmədən saxlansın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Telman Quliyev Hakimlər: Gülnarə Tağızadə Lətifə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar