Məhkəmə qərarları › İş №2(105)-1834/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1834/2022

30.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1834/2022 30.08.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Məmmədova Ramilə Camaləddin qızının katibliyi, İddiaçı, Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair ilk, Cavabdeh2 İddiaçı qarşı pul tələbinə dair qarşılıqlı iddiası üzrə Abşeron Rayon Məhkəməsinin 2(012)- 1705/2022 nömrəli, 23 may 2022-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ Abşeron Rayon Məhkəməsinin 2(012)-1705/2022 nömrəli, 23 may 2022-ci il tarixli qətnaməsi ilə (hakim C.Səfiyeva) ilk iddia tələbi təmin edilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 buraxılış ili 2012-ci il olan, ‘'Nissan Sanny” markalı, qara rəngli, **-ON-*** dövlət nişanlı avtonəqliyyat vasitəsinə görə 13000 (on üç min) manat və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 130 manat məbləğində pulun alınaraq İddiaçı verilməsi, qarşılıqlı iddianın təmin edilməməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh2 apellyasiya şikayəti verərək Abşeron Rayon Məhkəməsinin 2(012)-1705/2022 nömrəli, 23 may 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsini, ilk iddia tələbinin rədd, qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İŞİNHALLARİ İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən buraxılış ili 2012-ci il olan, ‘'Nissan Sanny” markalı, qara rəngli, **-ON-*** dövlət nişanlı avtonəqliyyat vasitəsinin bazar dəyəri olan 13000 (on üç min) manatın və ödənilmiş 130 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırılmışdır ki, X13 onun həyat yoldaşı olmuş, o, xx.xx.2016-cı il tarixdə vəfat etmiş və o, onun hüquqi varisidir. Onun tərəfindən həyat yoldaşına məxsus əmlaklarla bağlı Abşeron Rayon məhkəməsində cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Sumqayıt “Asan Xidmət” mərkəzində fəaliyət göstərən Notariat kontoruna qarşı Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0,10 ha topaq sahəsi və “Nissan Sanny” markalı **-CR-*** dövlət nişanlı avtomaşın üzrə cavabdehlərin Sumqayıt “Asan Xidmət” mərkəzində fəaliyət göstərən Notariat kontorunda apardıqları sənədləşmənin etibarsız hesab edilməsi, həmin əmlakların əvvəlki vəziyyətinə qaytarılmasına, cavabdehlərdən 30000 manat maddi və 2000 manat mənəvi ziyanın tutularaq ona ödənilməsinə dair iddia tələbi qaldırılmışdır. Abşeron Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(012)- 2892/2018 saylı qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Qətnamədən apellyasiya şikayəti vermiş, Sumqayıt Apellyasiya Məhkəməsinin 02 may 2019-cu il tarixli, 2(105)-1532/2019 saylı qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilməklə Abşeron Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(012)-2892/2018 saylı qətnaməsi "Nissan Sanny” markalı, **-CR-*** dövlət nişanlı avtomaşının alqı-satqısına dair müqavilələrin etibarsız sayılması barədə iddianın təmin edilməyən hissəsində ləğv edilmiş, həmin hissədə yeni qətnamə qəbul edilməklə iddia tələbi təmin edilərək “Nissan Sanny” markalı, **-CR-*** dövlət nişanlı avtomaşının alqı-satqısına dair X13 ilə Cavabdeh2 arasında bağlanılmış 08 fevral 2016-cı il, Cavabdeh2 ilə X10 arasında bağlanılmış 07 yanvar 2017-ci il və X10 ilə X11 arasında bağlanılmış 20 fevral 2018-ci il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqavilələri etibarsız hesab edilmişdir. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Qətnamə qanuni qüvvəsini almış və icraya yönəldilmişdir. Abşeron Rayon İcra Şöbəsi tərəfındən qeyd olunan alqı-satqı müqavilələrinin ləğv edilməsi üçün Azərbaycan Respublikası DİN-nin BDYP idarəsinə müraciət edilmiş və alqısatqı müqavilələri ləğv edilməklə həmin avtomaşının tapılması üçün axtarış verilmişdir. Bütün bunlara baxmayaraq xx.xx.2019-cu il tarixdə mübahisəli avtomaşının nömrəsi yeni özgəninkiləşdirmə nəticəsində dəyişdirilərək ** ON *** dövlət nişan nömrəsi ilə əvəz edilərək avtomobilə sonuncu etibarnamə verilmiş X11 məhkəmə qərarları ilə etibarsız hesab edilmiş etibarnamə ilə həmin nəqliyyat vasitəsini vətəndaş X3. Belə olduğu halda tərəfindən məhkəmədə cavabdeh X6 qarşı nəqliyyat vasitəsinə dair alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və nəqliyyat vasitəsinin cavabdehdən alınaraq ona qaytarılması barədə iddia tələbi qaldırılmış, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(060)-5654/2021 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir. Hesab edir ki, hazırda sözügedən avtomobilin bazar dəyər qiyməti mərhum həyat yoldaşının etibarnaməsi əsasında ilk dəfə satışını həyata keçirmiş iş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutulmalıdır. Belə ki, ‘"Nissan Sanny” markalı, **-CR-*** dövlət nişanlı avtomobil X7 adına qeydə alınmışdır. Faiq Xudiyev xx.xx.2016-cı il tarixdə vəfat etmiş, Cavabdeh1 isə Faiq Xudiyevin adından etibarnamə əsasında həmin avtomobili xx.xx.2016-cı ildə Cavabdeh2 14000 (on dörd) manata satmışdır. “Məhkəmə Ekspertizası Xidmətləri’' MMC-nin xx.xx.2022-ci il tarixli, 02-03/22 saylı mütəxəssis rəyinə əsasən, buraxılış ili 2012-ci il olan, “Nissan Sanny“ markalı, qara rəngli, **-ON-*** dövlət nişanlı avtonəqliyyat vasitəsinin təqdim edilən sənədlərə əsasən bazar dəyəri 13000 (on üç) manat təşkil etməkdədir. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. Cavabdeh2 İddiaçı qarşı pul tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddia ərizəsi üzrə iddiaçı, qarşılıqlı iddia ərizəsi üzrə cavabdeh İddiaçı buraxılış ili 2012-ci il olan “Nissan Sanyy” markalı, qara rəngli, **-ON-*** dövlət nişanlı avtonəqliyyat vasitəsinin bazar dəyəri olan 13.000 (on üç min) manat məbləğində pulun və məhkəmə xərclərinə görə ödənilmiş 130 manat məbləğində dövlət rüsumunun cavabdeh olaraq ondan və digər Cavabdeh1 tələb edilməsinə dair iddia ərizəsinin rədd edilməsini, qarşlıqlı iddia ərizəsinin təmin edərək ilkin iddia ərizəsi üzrə iddiaçı, qarşılıqlı iddia ərizəsi üzrə cavabdeh İddiaçı verdiyi 30097 (otuz min doxsan yeddi) manat məbləğində pulun və məhkəmə xərclərinə görə tərəfindən ödənilmiş 181 (bir yüz səksən bir) manat məbləğində pulun ondan alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh2 qarşılıqlı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh İddiaçı hazırkı iddia tələbinə dair eyni əsaslarla qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi mövcuddur, bu səbəbdən iddia rədd edilməlidir. İddiaçının tələb etdiyi Nissan Sanny markalı əvvəlki dövlət qeydiyyat nişanı **-CR-***, yeni nömrə ilə **-ON-*** olan avtomobilin mərhum X4na heç bir aidiyyəti olmamışdır. Sadəcə olaraq həmin avtomobil “NBC Bank” KB-dan kredit yolu ilə, kredit müqaviləsində göstərilən məbləği o ödəmək şərti ilə formal olaraq X4nun adına rəsmiləşdirilmişdir. Həmin avtomobili mərhum X4 bütün səlahiyyətlər əsasında baş etibarnamə əsasında ilkin iddia ərizəsi üzrə digər cavabdeh qardaşı Cavabdeh1 verilmişdir. X15 öldükdən sonra avtomobil onlar tərəfindən dövlət qeydiyyatından keçirilərək başqa bir şəxsə satılmışdır. Bundan əlavə həmin avtomobilin kredit borcunu tam olaraq “NBC Bank” KB-na şəxsən ödəmişdir və ödəniş qəbzlərində olan imzaların hamısı ona məxsusdur. Eyni zamanda mərhum X4 narkomaniya xəstəliyindən əziyyət çəkirdi və bu səbəbdən o, ailəsinin maddi ehtiyyaclarını qarşılaya bilmirdi. Mərhum X4 narkomaniya xəstəliyi səbəbindən onun müayinəsi və müalicəsinə külli miqdarda maliyyə vəsaitinə ehtiyac yaranmışdır. Qardaşı və onun ailəsinin maddi imkanı olmadığından onun xəstəlik müddəti ərzində, yəni xx.xx.2010-cu ildən ölüm günü xx.xx.2016-cı tarixədək onun müalicəsinə və ailəsinin dolanışıq xərci olaraq onların ailəsinə 106.180 (yüz altı min yüz səksən) manat pul xərcləmişdir. X4 xx.xx.2016-cı ildə öldükdən sonra onun ailəsi, yəni hazırki qarşılıqlı iddia ərizəsi üzrə cavabdeh İddiaçı və onun ailə üzvlərinin maddi cəhətdən vəziyyətləri daha da çətinləşməyə başlamış və o, onun ailəsinin maddi ehtiyyacının qarşılığı olaraq ərizəyə əlavə etdiyi cədvəldə göstərilən əsaslarla cavabdehə xx.xx.2016-cı il tarixdən xx.xx.2018-ci il tarixədək ümumilikdə 30097 (otuz min doxsan yeddi) manat pul vermişdir. Bunu cavabdeh də özü təsdiq edə bilər. Qardaşı mərhum X13 xx.xx.2016-cı il tarixinədək onun narkomaniya xəstəliyi ilə əlaqədar müayinəsinə və müalicəsinə çəkilən xərclərlərdən əlavə, onun ailəsinədə maddi yardım göstərmək onun mənəvi borcu idi. Çünki qardaşı yataq xəstəsi olduğu üçün cavabdeh onun məişət problemləri ilə bağlı bütün ehtiyaclarını ödəyirdi və bu səbəbdən o, işləyə bilmirdi. Amma xx.xx.2016-cı il tarixdə qardaşı öldükdən sonra cavabdehin ailəsinin maddi sıxıntısı səbəbindən ondan 30097 manat pulu alması və buna qarşılıq olaraq əsassız iddia ərizəsi ilə ondan 13.000 manat pul tələb etməsi, onun da ona verdiyi 30097 manat pulu ondan tələb etməyi üçün ona mənəvi haqq verir. Qeyd olunanlara qarşılıqlı iddia təmin edilməlidir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ Cavabdeh2 qarşılıqlı iddia ərizəsi ilə oxşar məzmun daşıyan apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçının əri X13 xx.xx.2016-cı il tarixdə vəfat etmişdir. Onun tərəfindən həyat yoldaşına məxsus əmlaklarla bağlı məhkəmə mübahisələri zamanı müəyyən edilmişdir ki, X7 adına qeydə alınan ‘"Nissan Sanny” markalı, **-CR-*** dövlət nişanlı avtomobil Faiq Xudiyev xx.xx.2016-cı il tarixdə vəfat etməsinə baxmayaraq Cavabdeh1 Faiq Xudiyevin adından etibarnamə əsasında həmin avtomobili xx.xx.2016-cı ildə Cavabdeh2 14000 (on dörd) manata satmış, avtomobilin alqı-satqısından əldə edilmiş pul vəsaiti isə iddiaçıya verilməmişdir. Bunu cavabdehin vəkili-nümayəndəsi də etiraf etmiş və qeyd etmişdir ki, avtomobil əslində Cavabdeh2 məxsus olmuş, lakin Faiqin adına rəsmiləşdirilmişdir. Lakin işin məhkəmə baxışında bu hal yuxarıda qeyd edilən məhkəmə qətnamələri və işin digər materialları ilə təkzib olunmuşdur. Məhkəmə “Məhkəmə Ekspertizası Xidmətləri’’ MMC-nin xx.xx.2022-ci il tarixli, 02-03/22 saylı mütəxəssis rəyinə əsasən, buraxılış ili 2012-ci il olan, “Nissan Sanny“ markalı, qara rəngli, **-ON-*** dövlət nişanlı avtonəqliyyat vasitəsinin təqdim edilən sənədlərə əsasən bazar dəyəri 13000 (on üç min) manat təşkil edir. Sadalanan hallara istinad edən birinci instansiya məhkəməsi əsassız olaraq ilkin iddia tələbini təmin etmişdir. Məhkəmə qarşılıqlı iddia tələbinə münasibətdə qeyd edir ki, qarşılıqlı iddia tələbinin hüquqi əsası müəyyən edilməmişdir. Tərəflər arasında hər hansı hüquq münasibəti mövcud olmamış, cavabdeh mərhum X15in ailə üzvlərinə, ayrı- ayrı vaxtlarda əvəzsiz olaraq maddi yardımlar etmişdir. Qarşılıqlı iddia tələbi, ilkin iddia tələbinin rədd edilməsi məqsədi ilə verilmişdir. Göründüyü kimi işə baxan məhkəmə qanunsuz və əsassız ilk iddia ərizəsi üzrə dəlilləri təhrif edərək bu hisssəyə qiymət versə də, lakin qarşılıqlı tələblə bağlı sübutlara qərəzli olaraq hüquqi qiymət verməmişdir. Odur ki, sadalanan hallar apellyasiya kollegiyası tərəfindən nəzərə alınmalı, şikayət təmin edilməlidir. Apellyasiya baxışı zamanı iş üzrə Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Əlavə etdi ki, onlar nəqliyyat vasitəsinin dəyərini qaytarmağa razıdırlar. Lakin bu məbləğ iddia edilən mücərrəd məbləğ yox, rəsmi alqı-satqı müqviləsində göstərilən məbləğdir. Qeyd olunan maşın vuruq olmuş, istismara yararsız vəziyyətdə olduğundan ucuz satılmışdır. Apellyasiya baxışı zamanı iş üzrə İddiaçı apellyasiya şikayətinə etiraz etdi və onun rədd edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İş üzrə digər Cavabdeh1 məhkəmə iclasının yeri və vaxtı barədə vaxtında və lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə Cavabdeh1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə kollegiyası işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 2(012)-2892/2018 saylı, 27 noyabr 2018-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1, Sumqayıt “Asan Xidmət” Mərkəzində Notariat kontoruna qarşı alqı-satqı müqaviləsinin və çıxarışın etibarsız hesab edilməsi tələbinə dair iddiası rədd edilmişdir. Yenə iş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(105)-1532/2019 saylı qətnaməsindən görünür ki, apellyasiya şikayəti qismən təmin edilərək, Abşeron Rayon Məhkəməsinin 2(012)-2892/2018 saylı 27 noyabr 2018-ci il tarixli qətnaməsi “Nissan Sunny” markalı. AZ-**-GB-*** dövlət qeydiyyat nişanlı avtomaşının alqısatqısı müqavilələrin etibarsız sayılması barədə iddianın təmin edilməyən hissəsində ləğv edilməsi, həmin hissədə yeni qətnamə qəbul edilməsi, iddia tələbinin həmin hissədə təmin edilməsi, “Nissan Sunny” markalı, **-CR-*** dövlət (AZ 90- GB-668)dövlət qeydiyyat nişanlı avtomaşının alqı-satqısına dair X13 ilə Cavabdeh2 arasında bağlanmış 08 fevral 2016-cı il, Cavabdeh2 ilə X10 arasında bağlanmış 07 yanar 2017-ci il və X12 ilə X11 arasında bağlanmış 20 fevral 2018-ci il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqavilələrinin etibarsız sayılması qət edilmişdir. Mülki işdə olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(102)-6125/2019 saylı qərarından görünür ki, kassasiya şikayətləri təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 02 may 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Yenə mülki işin materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(060)-5654/2021 saylı qətnaməsindən görünür ki, İddiaçı cavabdeh X6 qarşı ona məxsus “Nissan Sunny” markalı, **-ON-*** dövlət qeydiyyat nömrə nişanlı avtonəqliyyat vasitəsinin cavabdeh X1 dair alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin nəqliyyat vasitəsinin cavabdehdən alınaraq ona qaytarılması barədə iddiası təmin edilməmişdir. İşə əlavə edilmiş "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli, 02-03/22 saylı mütəxəssis rəyindən görünür ki, aparılan araşdırmalar və təhlillərə əsasən buraxılış ili 2012-ci il olan “Nissan Sunny” minik markalı, qara rəngli, **-DN-*** dövlət qeydiyyat nömrə nişanlı avtonəqliyyat vasitəsinin təqdim edilən sənədlərə əsasən hazırkı tarixə bazar dəyəri : 13 000,0 (on üç min) manat təşkil edir. Yenə işə əlavə edilmiş xx.xx.2015-ci il tarixdə verilmiş Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, buraxılış ili 2012-ci il, mühərrik 757831A, BAN MDHBBAN17Z0001663 olan “Nissan Sunny” minik markalı, qara rəngli, **-BT-*** dövlət qeydiyyat nömrə nişanlı avtonəqliyyat vasitəsinin sahibi X8r. Mülki iş materiallarına əlavə olunan xx.xx.2016-cı il tarixli Nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsindən görünür ki, X13 (nümayəndəsi Cavabdeh1) özünə məxsus olan buraxılış ili 2012-ci il, mühərrik 757831A, BAN MDHBBAN17Z0001663 olan “Nissan Sunny” minik markalı, qara rəngli, **-BT-*** dövlət qeydiyyat nömrə nişanlı avtonəqliyyat vasitəsini 14 000 manata Cavabdeh2 satmışdır. İşə əlavə edilmiş xx.xx.2019-cu il tarixli Nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsindən görünür ki, X11 özünə məxsus olan buraxılış ili 2012-ci il, mühərrik 757831A, BAN MDHBBAN17Z0001663 olan “Nissan Sunny” minik markalı, qara rəngli, **-GB-*** dövlət qeydiyyat nömrə nişanlı avtonəqliyyat vasitəsini 7000 manata X3. İşdə olan xx.xx.2018-ci il tarixdə verilmiş Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, buraxılış ili 2012-ci il, mühərrik 757831A, BAN MDHBBAN17Z0001663 olan “Nissan Sunny” minik markalı, qara rəngli, **-GB-*** dövlət qeydiyyat nömrə nişanlı avtonəqliyyat vasitəsinin sahibi X8r. MƏHKƏMƏNİNMÖVQEYİ Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Yenə həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçinin məruzəsini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti qismən təmin edilməli, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ilk iddia tələbinin təmin edilmiş hissəsində dəyişdirilərək, bu hissədə iddia qismən təmin olunmalı, qalan hissədə isə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən edildi ki, İddiaçı X7 arvadı olmuş, onun əri xx.xx.2016-cı il tarixdə vəfat etmiş və iddiaçı onun hüquqi varisidir. Onun tərəfindən həyat yoldaşına məxsus əmlaklarla bağlı Abşeron Rayon Məhkəməsində cavabdehlər Cavabdeh2 və qeyrilərinə “Nissan Sanny” markalı, **-CR-*** dövlət nişanlı avtomaşın üzrə cavabdehlərin Sumqayıt “Asan Xidmət” mərkəzində fəaliyət göstərən Notariat kontorunda apardıqları sənədləşmənin etibarsız hesab edilməsi ilə bağlı iddia qaldırılmışdır. Abşeron Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(012)- 2892/2018 saylı qətnaməsi ilə iddia tələbi rədd edilmiş, həmin qətnamədən apellyasiya şikayəti vermiş, Sumqayıt Apellyasiya Məhkəməsinin 02 may 2019-cu il tarixli 2(105)-1532/2019 saylı qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilməklə Abşeron Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(012)-2892/2018 saylı qətnaməsi "Nissan Sanny” markalı, **-CR-*** dövlət nişanlı avtomaşının alqı-satqısına dair müqavilələrin etibarsız sayılması barədə iddianın təmin edilməyən hissəsində ləğv edilmiş, həmin hissədə yeni qətnamə qəbul edilməklə iddia tələbi təmin edilərək “Nissan Sanny” markalı, **-CR-*** dövlət nişanlı avtomaşının alqı-satqısına dair X13 ilə Cavabdeh2 arasında bağlanılmış 08 fevral 2016-cı il, Cavabdeh2 ilə X10 arasında bağlanılmış 07 yanvar 2017-ci il və X10 ilə X11 arasında bağlanılmış 20 fevral 2018-ci il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqavilələri etibarsız hesab edilmişdir. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Qətnamə qanuni qüvvəsini almış və icraya yönəldilmişdir. Lakin daha sonra xx.xx.2019-cu il tarixdə mübahisəli avtomaşının nömrəsi yeni özgəninkiləşdirmə nəticəsində dəyişdirilərək ** ON *** dövlət nişan nömrəsi ilə əvəz edilərək avtomobilə sonuncu etibarnamə verilmiş X11 məhkəmə qərarları ilə etibarsız hesab edilmiş etibarnamə ilə həmin nəqliyyat vasitəsini vətəndaş X3. Belə olduğu halda onun tərəfindən məhkəmədə cavabdeh X6 qarşı nəqliyyat vasitəsinə dair alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və nəqliyyat vasitəsinin cavabdehdən alınaraq ona qaytarılması barədə iddia tələbi qaldırılmış, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(060)- 5654/2021 saylı qətnaməsi ilə iddia təmin edilməmiş, nəticədə iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməli olmuşdur. Mülki işin məhkəmə icraatı zamanı cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tərəflər arasında yaranmış mübahisə məhkəmə tərəfindən yuxarıda qeyd olunan formada həll edilmişdir. Mübahisə ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Hər şeydən əvvəl, məhkəmə kollegiyası nəzərə alır ki, mövcud məhkəmə qətnaməsi ilə iddiaçının mərhum əri X9 mülkiyyət hüququ ilə məxsus olmuş “Nissan Sanny” markalı, **-CR-*** dövlət nişanlı avtomaşının alqı-satqısına dair müqavilələr etibarsız hesab edilmişdir. Həmin məhkəmə qətnaməsilə müəyyən edilmişdir ki, mübahisəli nəqliyyat vasitəsinin alqı-satqısı formal olmuş, heç bir alıcı tərəfindən hər hansı məbləğ ödənilməmişdir. Bununla belə həmin nəqliyyat vasitəsi məhkəmə gedişində üçüncü bir şəxsə özgəninkiləşdirilmiş və sonuncu vicanlı alıcı olduğundan iddiaçının ona qarşı iddiası təmin olunmamışdır. Bu səbəbdən də o, hazırda həmin nəqliyyat vasitəsinin dəyərini tələb edir. AR MPM-nin 82.3-cü maddəsinə görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Daha öncə qeyd olunduğu kimi qanuni qüvvəsini almış məhkəmə qətnaməsilə iddiaçının mərhum ərinə məxsus mübahisəli nəqliyyat vasitəsinin cavabdehlər tərəfindən qanunsuz yolla özgəninkiləşdirməsi fakti təsdiq edlmişdir. Mülki Məcəllənin 1091.1-ci maddəsinə görə, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Yenə həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Mülki Məcəllənin 1092.1-ci maddəsinin tələblərinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Məhkəmə kollegiyasının qənaətinə görə, cavabdehlər hazırki mübahisəli iş üzrə əsassız varlanmış şəxslərdir. Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür Yenə həmin Məcəllənin 1096-cı maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 3-cü hissəsindən və 71-ci maddəsinin 2-ci hissəsindən irəli gələn və Mülki Məcəllənin 16-cı maddəsində təsbit olunmuş mülki qanunvericiliyin mühüm prinsiplərindən biri olan hüquqdan sui-istifadənin yolverilməzliyi prinsipi hüququn digər sahələrində olduğu kimi ilk növbədə iki əsas cəhəti nəzərdə tutur: zərərin vurulması və qanunvericiliyin müəyyən etdiyi məqsədlərə zidd şəkildə hüququdan istifadə edilməsi. Bu mənada Mülki Məcəllənin 560.3.4-cü maddəsi xüsusi önəm kəsb edir. Bu normaya əsasən hüquqdan sui-istifadə, o cümlədən digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsidir. Sadalanan maddi hüquq normalarını hazırkı işə tətbiq edərək, işin faktiki hallarına hüquqi qiymət verən apellyasiya kollegiyası qeyd edir ki, ilk iddia tələbi qismən əsaslıdır və sözügedən avtonəqliyyat vasitəsinin dəyərinin cavabdehlərdən tutularaq, iddiaçıya ödənilməsi barədə mövqe düzgündür. Lakin birinci instansiya məhkəməsi mübahisə predmetini təşkil edən avtonəqliyyat vasitəsinin dəyərini müəyyən edərkən iş materiallarında olan "xxxx" MMC-nin xx.xx.2022ci il tarixli, 02-03/22 saylı mütəxəssis rəyinə istinad etmişdir ki, kollegiya bu mövqeylə razılaşmır. Belə ki, iş materiallarında olan xx.xx.2019-cu il tarixli Nəqliyyat vasitəsinin alqısatqı müqaviləsindən görünür ki, mübahisə predmeti olan avtonəqliyyat vasitəsi 7000 manata X2. Apellyasiya kollegiyası hazırkı işə tətbiq edilməsi baxımından real sübut kimi məhz həmin alqı-satqı müqaviləsinə istinad edilməsini düzgün mövqe hesab edir. Belə ki, yuxarıda istinad edilən rəydən görünür ki, nəqliyyat vasitəsini qiymətləndirən mütəxəssislər ona baxmadan, həmin maşının hazırki şəraitdə real istismar vəziyyətini müəyyən etmədən, nəzərə hesablama yolu ilə nəqliyyat vasitəsini dəyərini müəyyən etmişlər. Ona görə də, məhkəmə kollegiyası mübahisəli nəqliyyat vasitəsinin dəyərini müəyyən edərkən daha legitim və mötəbər sübut hesab edilən alqı-satqı müqaviləsindəki məbləğə istinad etməyi düzgün yanaşma hesab edir. Apellyasiya şikayətinin qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə dəlilləri ilə razılaşmayan kollegiya nəzərə alır ki, məhkəmə haqlı olaraq, qeyd edir ki, qarşılıqlı iddia tələbinin hüquqi əsası müəyyən deyil. Qarşılıqlı iddia tələbi ilə bağlı tərəflər arasında hər hansı hüquq münasibəti mövcud olmamış, cavabdeh mərhum X15in ailə üzvlərinə, ayrıayrı vaxtlarda əvəzsiz olaraq maddi yardımlar etmişdir və hazırkı tələbində həmin pulun ona qaytarılmasını tələb edir ki, kollegiya həmin tələbi əsaslı hesab etmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. İşin tədqiq olunan faktiki hallarından göründüyü kimi qarşılıqlı iddia tələbi tərəflər arasında istinad olunan maddənin dispozisiyasına uyğun hər hansı öhdəlik münasibətlərindən yaranmamışdır, bu səbəbdən qarşılıqlı iddia tələbi təmin edilə bilməz. Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edilən hissədə birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə ilə tam razılaşır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı” qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir (bax, Makhmudov v. Russia, No. 35082/04, 26 iyul 2007-ci il, § 68). Eyni zamanda "Qavazov Bolqarıstana qarşı" iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir (bax, Gavazov v. Bulgaria, No. 54659/00, 06 mart 2008-ci il, § 93). Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsipləri, habelə mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından görünür ki, Cavabdeh2 apellyasiya şikayətinin dəlillərini ilkin iddia tələbi ilə bağlı hissədə qismən sübut edə bilsə də, qarşılıqlı iddianı sübutetmə yükü onun üzərinə düşməsinə baxmayaraq, öz dəlillərinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir və əsaslı şübhələrdən kənar hər hansı mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.3-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin verilməsi üçün Cavabdeh2 tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.3, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Q Ə T E T D İ: Apellyasiya şikayəti qismən təmin edilsin. Hazırkı iş üzrə Abşeron Rayon Məhkəməsinin 2(012)-1705/2022 nömrəli, 23 may 2022-ci il tarixli qətnaməsi ilk iddia tələbinin təmin edilmiş hissəsində dəyişdirilərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada, buraxılış ili 2012-ci il olan, ‘'Nissan Sanny” markalı, qara rəngli, **-ON-*** dövlət nişanlı avtonəqliyyat vasitəsinə görə, 7000 (yeddi min) manat pul tutularaq İddiaçı ödənilsin. Qətnamə qalan hissələrdə, yəni iddia ərizəsinin verilməsinə görə ödənilmiş 130 manat məbləğində pulun cavabdehlərdən müştərək qaydada alınaraq İddiaçı verilməsi və qarşılıqlı iddianın təmin edilməməsi hissələrində dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün Cavabdeh2 tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar