Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1836/2024 17.12.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Məmmədov Fuad Əli oğlu (sədrlik edən və məruzəçi), X4 və X1 ibarət tərkibdə, Əliyev Rəşad Ayıl oğlunun katibliyi ilə, İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun qaytarılması tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(060)-1482/2024 saylı qətnaməsindən iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, müəyyən etdi: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi borcu 18518.56 (on səkkiz min beş yüz on səkkiz manat 56 qəpik) manat - bundan 6087.05 (altı min səksən yeddi manat 05 qəpik) manat əsas, 8878.63 (səkkiz min səkkiz yüz yetmiş səkkiz manat 63 qəpik) manat faiz, 3325.93 (üç min üç yüz iyirmi beş manat 93 qəpik) manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 226.95 (iki yüz iyirmi altı Manat 95 qəpik) manat faiz borcu və iş üzrə ödənilmiş 145.56 (bir yüz qırx beş manat 56 qəpik) manat dövlət rüsumunun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq, ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul etməyi xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(060)-1482/2024 nömrəli qətnaməsi ilə (hakim Gülnarə Tağızadə) iddia tələbi qismən təmin edilmiş, Cavabdeh2 5837 (beş min səkkiz yüz otuz yeddi) manat 08 (səkkiz) qəpik məbləğində əsas borc, 7727 (yeddi min yeddi yüz iyirmi yeddi) manat 89 (səksən doqquz) qəpik məbləğində faiz borcu, 100 (bir yüz) manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 226 (iki yüz iyirmi altı) manat 95 (doxsan beş) qəpik faiz borcu olmaqla, ümumilikdə 13891 (on üç min səkkiz yüz doxsan bir) manat 92 (doxsan iki) qəpik və 145 (bir yüz qırx beş) manat 56 (əlli altı) qəpik ödənilmiş dövlət rüsumunun ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulması, iddia tələbinin Cavabdeh1 qarşı hissədə təmin edilməməsi, ekspertiza tədqiqatının dəyərləri 100 (bir yüz) manatın Cavabdeh2 alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM, VÖEN **********, AZ34CTRE**********0002088501, X2, KOD 210005, VÖEN 140155071, m/h AZ 41 NABZ 013601**********3944 SWİFT Bik: CTREAZ22 hesabına ödənilməsi qət edilmişdir. Qətnamədən iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən apellyasiya şikayəti verilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(105)-1836/2024 nömrəli qərardadı ilə apellyasiya şikayəti mümkün hesab edilmiş və məhkəmə baxışına təyin edilmişdir. İşə apellyasiya qaydasında baxılarkən Sumqayıt Şəhər Məhkəməsinin 27 noyabr 2024-cü tarixli məktubu məhkəməyə daxil olmuşdur. Məktubun məzmunundan görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(060)-1482/2024 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən xx.xx.2024-cü il tarixdə apellyasiya şikayəti verilmişdir və bu səbəbdən mülki iş geri tələb olunur. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Mülki Prosessual Məcəllənin 384.0.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(060)-1482/2024 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin mümkün hesab edilməsi barədə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(105)-1836/2024 nömrəli qərardadı ləğv edilməli və Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(060)-1482/2024 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün iş Sumqayıt Şəhər Məhkəməsinin 27 noyabr 2024-cü tarixli sorğusu əsasında məhkəmə baxışından çıxarılaraq birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 263, 264, 269 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(060)-1482/2024 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin mümkün hesab edilməsi barədə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(105)-1836/2024 nömrəli qərardadı ləğv edilsin və mülki iş məhkəmə baxışından çıxarılaraq Sumqayıt Şəhər Məhkəməsinə qaytarılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-1836/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1836/2024
17.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver