Məhkəmə qərarları › İş №2(105)-1839/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1839/2023

02.10.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1839/2023 02.10.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı aliment məbləğinin artırılması tələbinə dair (Açar sözlər: aliment məbləğinin artırılması) X2 (sədrlik edən və məruzəçi), Əhmədov Elman Məmməd oğlu və Məmmədova Lətifə Məhyəddin qızından ibarət tərkibdə, məhkəmə iclas katibi X3, İddiaçı, Cavabdeh, onun vəkili X8 iştirakı ilə İddiaçı Cavabdeh qarşı aliment məbləğinin artırılması tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3918/2023 nömrəli, 12 iyul 2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. AZ-İİ seriyalı, №029807 saylı, xx.xx.2007-ci il tarixli “doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, X9 xx.xx.2007-ci il tarixdə Sumqayıt şəhərində doğulmuşdur.

2. AZ-İİ seriyalı, №600717 saylı, xx.xx.2011-ci il tarixli “doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, X10 xx.xx.2011-ci il tarixdə Sumqayıt şəhərində doğulmuşdur.

3. Xaçmaz Rayon Məhkəməsinin 2(067)-2197/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsinin surətindən görünür ki, ilkin iddia və qarşılıqlı iddia tələbləri təmin edilərək, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə Cavabdeh ilə ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı X7 arasında 18 dekabr 2007-ci il tarixdə Sumqayıt şəhər Nikah evində 2191 sayla qeydə alınmış nikah akt qeydi pozulmuş, tərəflərin birgə nikahlarından olan uşaqları- 24 may 2007-ci ildə anadan olmuş Nicat və 12 oktyabr 2009-ci ldə andan olmuş Nihad anaları-ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı X1 himayəsində saxlanılması, xx xxx 1978-ci ildə Sumqayıt şəhərində anadan olmuş, daimi qeydiyyat və yaşayış ünvanı ünvan 2qlı iddia üzrə Cavabdeh 24 may 2007-ci ildə anadan olmuş Nicatın və 12 oktyabr 2009-cu ildə anadan olmuş Nihadın yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün ərizənin verildiyi tarixdən yəni 21 avqust 2015-ci il tarixdən hesablanmaqla hər ay sabit pul məbləğində hər uşaq üçün 80 (səksən) manat olmaqla cəmi 160 (bir yüz altmış) manat miqdarında aliment tutularaq ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı X1 xeyrinə verilməsi qət edilmişdir.

4. AZ-İ № 426891 saylı, xx.xx.2022-ci il tarixli “Nikahın pozulması haqqında şəhadətnamə”nin surətindən görünür ki, Cavabdeh ilə X7 arasında olan nikah Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsinə əsasən pozulmuşdur.

5. İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, iddiaçı və cavabdehin nümayəndələri Sumqayıt 1 saylı Mediasiya Təşkilatının mediatoru X4 xx.xx.2023-cü il tarixində təşkil etdiyi ilkin mediasiya sessiyasında iştirak etmişlər. Lakin tərəflər ilkin mediasiya sessiyasından sonra prosesi davam etdirmək barədə qərar qəbul etmədilər. İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 (əlli) manat məbləğində mediasiyaya dair xərci ödəmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, rəsmi nikahlarından anadan olmuş 24 may 2007-ci il təvəllüdlü X5 və 12 oktyabr 2009-cu il təvəllüdlü X6 yetkinlik yaşlarına çatana kimi saxlanılması üçün Xaçmaz Rayon Məhkəməsinin 28 avqust 2015-ci il tarixli, 2(067)-2197/2015 saylı qətnaməsi ilə təyin edilmiş hər ay hər uşağa görə 80 (səksən) manat, cəmi 160 (yüz altmış) manat sabit pul məbləğində alimentin artırılaraq, hər ay hər uşağa görə 220 (iki yüz iyirmi) manat, cəmi 440 (dörd yüz qırx) manat sabit pul məbləğində alimentin və mediasiya xərcinin əvəzi olaraq 25 (iyirmi beş) manatın Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. İddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 18 dekabr 2007-ci ildə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşlar. Rəsmi nikahlarından 24 may 2007-ci il təvəllüdlü X9 və 12 oktyabr 2009-cıı il təvəllüdlü X10 anadan olmuşdur. Xaçmaz Rayon Məhkəməsinin 28 avqust 2015-ci il tarixli, 2(067)-2197/201 5 saylı qətnaməsi ilə rəsmi nikahlarından anadan olmuş 24 may 2007-ci il təvəllüdlü X5 və 12 oktyabr 2009-cu il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanması üçün xx.xx.2015-ci il tarixdən başlayaraq hər ay hər uşağa görə 80 (səksən) manat, cəmi 160 (yüz altmış) manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq ona yəni, Xəkiyeva (Xocamanova) Gülnar Sərkar qızına ödənilməsi qət edilmişdir. Övladlarından 24 may 2007-ci il təvəllüdlü X9 halhazırda Sumqayıt Texniki Kollecdə, digər övladı 12 oktyabr 2009-cu il təvəllüdlü X10 isə orta məktəbin 8-ci sinif şagirdidirlər. O, bir ana kimi övladlarının ali təhsilli və sağlam böyüməsini arzu edir. Lakin maddi imkanı buna imkan vermir. Onların tələbatı günügündən artır. Övladlarının məktəb, yeyib-içmək və digər xərclərini uşaqların istəklərinə uyğun ödəyə bilmir. Şəxsi mənzilinin olmaması səbəbindən Sumqayıt şəhəri, 5-ci məhəllə ünvanında yerləşən, ev 28/19, mənzil 18-də övladları ilə birlikdə kirayədə yaşamağa məcbur olmuşdur. Hal-hazırda uşaqlar üçün minimum dolanışıq xərci Azərbaycan Respublikasında 220 (iki yüz iyirmi) manat müəyyən edilmişdir. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini xahiş edir.

8. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3918/2023 nömrəli, 12 iyul 2023-cü il tarixli qətnaməsi ilə (hakim G.Tağızadə) iddia tələbi təmin edilərək, Xaçmaz Rayon Məhkəməsinin 2(067)-2197/2015 saylı iş üzrə qəbul etdiyi 28 avqust 2015-ci il tarixli qətnaməsinə əsasən müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək 24 may 2007-ci il təvəllüdlü X9 və 12 oktyabr 2009-cu il təvəllüdlü X6 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün Cavabdeh hər ay hər uşağa 220 (iki yüz iyirmi) manat olmaqla, ümumilikdə 440 (dörd yüz qırx) manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı verilməsi, Cavabdeh 30 (otuz) manat dövlət rüsumunun alınıb dövlət nəfinə ödənilməsi, iş üzrə mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş 25 (iyirmi) manatın Cavabdeh alınaraq İddiaçı ödənilməsi, dəyişdirilən aliment məbləğinin tutulmasının qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablanması qət edilmişdir.

9. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, hazırkı halda tərəflərin maddi və ailə vəziyyətlərini, yetkinlik yaşına çatmayan 24 may 2007-ci il təvəllüdlü X9 və 12 oktyabr 2009-cu il təvəllüdlü X6 yaşlarını, qida və digər zəruri xərclərə tələbatlarını, qanunvericiliyin tələbinə görə hər iki valideynin uşaqları saxlamağa borclu olduqlarını nəzərə alaraq məhkəmə hesab etmişdir ki, azyaşlı uşaqların yetkinlik yaşlarına çatanadək saxlanılması üçün müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsi barədə iddiaçının tələbi təmin edilməklə, Xaçmaz Rayon Məhkəməsinin 2(067)-2197/2015 saylı iş üzrə qəbul etdiyi 28 avqust 2015-ci il tarixli qətnaməsinə əsasən müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək 24 may 2007-ci il təvəllüdlü X9 və 12 oktyabr 2009-cu il təvəllüdlü X6 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün hər ay hər uşağa 220 (iki yüz iyirmi) manat olmaqla, ümumilikdə 440 (dörd yüz qırx) manat sabit pul məbləğində aliment cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 17, 34-cü maddələri, Birləşmiş Millətlər Təşkilatının "Uşaq Hüquqları haqqında" Konvensiyasının 3cü maddəsi, "Uşaq hüquqları" haqqında Qanunun 19-cu maddəsi, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 56.1, 75.1, 78.1, 112.1-ci maddələri, “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli qərarı, Azərbaycan Respublikasında 2023-cü il üçün “X11” Azərbaycan Respublikasının Qanununa, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il, 8-2/2016 saylı qərarı və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat a) Apellyasiya şikayətlərinin dəlilləri

11. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermiş və Sumqayıt şəhər Məhkəməsinin 12 iyul 2023-cü il tarixli, 2(060)-3918/2023 saylı qətnaməsinin ləğv edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. Cavabdehin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normaları pozulmaqla, tətbiq edilən ailə qanunverciliyinə aid hüquq normalarını səhv təfsir edilməklə, habelə məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmadan qəbul edildiyindən qanuni və əsaslı sayıla bilməz. O iddianı ümumiyyətlə qəbul etmir. Onun maddi imkanı aliment ödəməyə imkan vermir. Bundan başqa əvvəlki aliment məbləğini müəyyən edən məhkəmə qətnaməsinin qəbul edildiyi vaxtdan bəri onun maddi imkanında heç bir dəyişiklik olmamışdır. AR Ailə Məcəlləsinin 112.1-ci maddəsinin tələbindən görünür ki, alimentin miqdarı müəyyən edildikdən sonra tərəflərin ailə və maddi vəziyyətində dəyişiklik olarsa alimentin miqdarı dəyişə bilər. O heç yerdə işləmir, hər hansı maddi qazancı yoxdur. Təsadüfi qazanclar hesabına dolanır. Valideynləri onun himayəsindədir. Belə olan halda məhkəmənin qət etdiyi aliment məbləğini ödəyə bilməyəcəyi aşkardır. Göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməlidir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

14. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, rəsmi olaraq heç bir yerdə işləmir. Məhkəmə qətnaməsi ilə müəyyən edilən aliment məbləği yüksək həddədir. O həmin məbləğdə alimenti ödəyə bilməz. Lakin hər uşaq üçün ayda 150 manat, cəmi 300 manat məbləğində aliment ödəyə bilər.

15. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin vəkili X12 apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, ilbəil yaşayış minimumunun, dolanışıq xərclərinin artması təbii və hər kəsə bəlli olan haldır. Hazırkı iş üzrə Xaçmaz Rayon Məhkəməsinin 2(067)-2197/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsinə əsasən tərəflərin birgə nikahdan olan övladlarının yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün cavabdehdən iddiaçının xeyrinə hər ay hər uşaq üçün 80 manat olmaqla cəmi 160 manat aliment tutulması qət edilmişdir. Cavabdeh sözügedən aliment məbləğini çətinliklə də olsa ödəyir. Aliment məbləğinin artırılması ilə bağlı isə bildirir ki, onun maddi imkanı yaxşı deyildir. Maddi vəziyyətində heç bir ciddi müsbət dəyişiklik olmamışdır. Bununla belə alimentin artırılaraq hər ay hər uşaq üçün 150 manat olmaqla cəmi 300 manat məbləğində müəyyən edilməsinə etiraz etmir. Lakin işə baxan məhkəmənin qəbul etdiyi qətnamə ilə aliment məbləği yüksək həddə müəyyən edilmişdir. Cavabdeh həmin məbləği ödəmək iqtidarında deyildir. Uşaqları saxlamağın hər iki valideynin borcu olduğunu nəzərə alaraq, hazırkı aliment məbləğinin hər uşaq üçün hər ay 150 manat olmaqla cəmi 300 manat məbləğində müəyyən edilməsini xahiş etdi.

16. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, iddia tələbi əsaslıdır. 2015-ci ilin məhkəmə qətnaməsi ilə müəyyən edilmiş aliment məbləği uşaqların maddi ehtiyaclarını lazımi qaydada təmin etməyə kifayət etmədiyindən o hazırkı tələblə məhkəməyə müraciət etmişdir. İşə baxan məhkəmə əsaslı və qanuni qətnamə qəbul etmişdir. O, uşaqları ilə birlikdə kirayə yaşayır. Aylıq gəliri 370 manat təşkil edir. Uşaqların bütün maddi və mənəvi ehtiyaclarını iddiaçı ödəyir. Cavabdeh əvvəlki aliment məbləğini belə vaxtı-vaxtında ödəmir. O maşın ustasıdır, normal gəliri vardır. O, cavabdehin maddi vəziyyətini nəzərə alaraq hər uşaq üçün 200 manat, ümumilikdə 400 manat məbləğində alimentin müəyyən edilməsinə etiraz etmir. Lakin həmin məbləğdən daha aşağı həddə aliment müəyyən edilməsini qəbul etmir. Tətbiq edilən hüquq

17. Azərbaycan Respublikası Konstitusiyası: Maddə 17. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.

18. Azərbaycan Respublikası Ailə Məcəlləsi: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün aliment valideynlərdən məhkəmə qaydasında tutulur. 76.1.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən 1 uşağa görəqazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarda aliment tutulur. Məhkəmə cavabdehin hərbi qulluqçu kimi aylıq sabit qazanc əldə etməsini nəzərə alaraq hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə aylıq qazancının və başqa gəlirlərinin ¼ hissəsi miqdarında aliment müəyyən edilməlidir. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəlirləri yoxdursa, habelə alimentin valideynin qazancından müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76cı maddəsinə uyğun olaraq qazancın müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəfindən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli qərarındakı hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.

19. “Azərbaycan Respublikasının “Uşaq Hüquqları” haqqında Qanunun: 3-cü maddəsinə görə, uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəratində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir

20. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayırKassasiya baxışının hədləri 384.0.3. maddəsinə görə, apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişdirə bilər. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

21. Apellyasiya şikayətlərindən görünür ki, apellyator birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnaməni tam həcmdə mübahisələndirmişdir.

22. Ona görə də kollegiya Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3918/2023 nömrəli, 12 iyul 2023-cü il tarixli qətnaməsini mübahisələndirilən hissələrdə yoxlanılmasını vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

23. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, tərəflərin izahatı və iş materialları ilə birlikdə əlaqəli şəkildə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməklə, alimentin məbləği dəyişdirilməlidir.

24. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə tam razılaşmır və bununla bağlı aşağıdakıları qeyd edir.

25. Qeyd edilməlidir ki, hər bir valideyn övladını saxlamağa, onun maddi və mənəvi tələbatının ödənilməsini təmin etməyə borcludur. Cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər onu uşaqları ilə bağlı hər hansı bir vəzifəsindən, o cümlədən uşaqları saxlamaq, saxlamadıqda isə uşağın saxlanması üçün məhkəmə qaydasında müəyən edilmiş aliment ödəmək vəzifəsindən azad etmir. Cavabdehin apellyasiya şikayətində göstərdiyi, o cümlədən rəsmi olaraq heç bir yerdə işləməməsi kimi dəlillər onu həm mənəvi, həm də hüquqi cəhətdən borclu olduğu uşaqlarının saxlanılmasına görə müəyyən edilmiş aliment ödəmək öhdəliyindən azad edilməsi üçün əsas ola bilməz. Çünki, uşağın ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə edilməsi, müstəqil həyata hazırlanması, qabiliyyətinin inkişaf etdirilməsi, maddi və mənəvi tələbatlarının layiqli şəkildə təmin edilməsi, həmçinin digər hüquq və mənafelərinin mühafizəsinin zəruriliyi atanın da valideyn kimi borcu və vəzifəsi olduğundan onun da həmin proseslərdə bu və ya digər formada iştirak etməsini tələb edir.

26. Bundan əlavə qanunverici alimentin miqdarı müəyyən olunarkən məhkəmənin üzərinə bir sıra məsələlərin araşdırılması vəzifəsini qoymuşdur: tərəflərin maddi və ailə vəziyyəti; diqqətəlayiq digər hallar; uşağın əvvəlki təminatının səviyyəsi.

27. Məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olubolmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir.

28. Diqqətəlayiq digər halların araşdırılması zamanı məhkəmə, tərəflərin əmək qabiliyyətini və sağlamlıq vəziyyətini, öhdəsində digər şəxslərin (əmək qabiliyyəti olmayan valideynlər və s.) olub-olmamasını və s. məsələləri nəzərə almalıdır.

29. Bu baxımdan kollegiya hesab edir ki, qeyd olunanlarla yanaşı, işin faktiki halını da nəzərə almaq lazımdır. Birinci instansiya məhkəməsi qeyd olunan halları nəzərə almamış, maddi hüquq normalarını düzgün tətbiq etməmiş, qətnaməni iş üzrə müəyyən edilmiş həqiqi hallarına və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırmamışdır.

30. Belə ki, iddiaçının dediyi kimi cavabdehin yüksək qazanca malik olması iş materialları ilə sübut olunmur. Bundan əlavə iddiaçı özü alimentin məbləğinin azaldılaraq hər ay hər uşaq üçün 200 manat, cəmi 400 manat məbləğində müəyyən olunmasına dair qətnamə qəbul edilməsinə etiraz etməmişdir.

31. Ona görə də məhkəmə kollegiyası bütün yuxarıda qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, 24 may 2007-ci il təvəllüdlü X5 və 12 oktyabr 2009-cu il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh alınmalı olan alimentin məbləği dəyişdirilərək, hər ay hər uşaq üçün 200 mаnаt, cəmi 400 manat məbləğində müəyyən edilməlidir.

32. Hazırki işdən görünür ki, iddiaçı alimentin artırılması tələbi ilə məhkəməyə müraciət etmişdir. İş materiallarından müəyyən edilir ki, iddiaçı üçün hər ay, hər uşaq üçün 80 manat, cəmi 160 manat aliment tutulması barədə məhkəmə qətnaməsi mövcud idi və hazırda o, həmin alimentin hər uşaq üçün 220 manat, cəmi 440 manat məbləğində artırılmasını tələb edir, cavabdeh hər uşaq üçün 150 manat, cəmi 300 manat müəyyən edilməsini xahiş edir. Məhkəmə kollegiyası tərəfindən də bu məbləğ 400 manat məbləğində müəyyən edilmişdir.

33. Deməli, mübahisələndirilən məbləğ iddiaçıya münasibətdə 40 manat, cavabdehə münasibətdə isə 100 manat təşkil edir.

34. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Hazırkı işdə mübahisələndirilən hissənin illik qiyməti 5000 manatdan az qətnamədən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır.

35. Kollegiya həmçinin MPM-in 402.1-ci maddəsinə əsasən belə qənaətə gəlir ki, qətnamənin mübahisələndirilən hissəsi-bir illik ödəməsinin məcmusu 5000 manatdan az olduğundan hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz.

36. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3918/2023 nömrəli, 12 iyul 2023-cü il tarixli qətnaməsi “24 may 2007-ci il təvəllüdlü X9 və 12 oktyabr 2009-cu il təvəllüdlü X6 yetkinlik yaşlarına çatana kimi saxlanılması üçün Cavabdeh alınmalı (tutulmalı) olan аlimentin məbləği ilə bаğlı hissədə dəyişdirilsin və həmin аlimentin məbləği hər ay bir uşaq üçün 200 (iki yüz) manat, olmaqla cəmi 400 (dörd yüz) manat məbləğində müəyyən edilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar