Məhkəmə qərarları › İş №2(105)-1844/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1844/2022

25.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1844/2022 25.10.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1931/2022 nömrəli, 07 iyun 2022-ci il tarixli qətnaməsindən iş üzrə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında apelyasiya qaydasında baxaraq MÜƏYYƏNETDİ: Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1931/2022 nömrəli, 07 iyun 2022-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh ödəniş günü Azərbaycan manatına olan məzənnə ilə 3000 (üç min) ABŞ dolları və ödənilmiş 71 (yetmiş bir) manat dövlət rüsumunun əvəzinin tutularaq İddiaçı ödənilməsi, ödənilmiş dövlət rüsumunun 30 manatının iddiaçıya aid edilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir (hakim Elmir Hüsyenov). Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1931/2022 nömrəli, 07 iyun 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İŞİNHALLARİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ödəniş günü Azərbaycan manatına olan məzənnə ilə 3000 (üç min) ABŞ dollarının, aparılmış tikinti işlərinin dəyərinə görə 3000 (üç min) manatın və ödənilmiş 101 (yüz bir) manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. A P E L L Y A S İ Y A Ş İ K A Y Ə T İ N İ N D Ə L İ L L Ə R İ və PROSESİŞTİRAKÇİLARİNİNİZAHATLARİ: Məhkəmə kollegiyasının iclasında iştirak edərkən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək göstərmişdir ki, iddianın ona heç bir aidiyyəti yoxdur. İddiaçıya 0,06 ha torpaq sahəsi olan bağ satmışdır. Bağı ona “Şirvan” Nasosnu Bağçılıq Cəmiyyəti Yaşma qəsəbəsi ərazisində vermişdi. O, torpaq sahəsini iddiaçıya 2200 manata satmışdı, amma iddiaçı qeyd edir ki, guya o, bağın əvəzində onlardan 3000 ABŞ dolları almışdır. X6 iddiaçının qonşusudur. Bu barədə o da birinci instansiya məhkəməsində ifadə verib. Onun 105 nömrəli bağ sahəsinə dair sənədi də var, iddiaçı isə 106 nömrəli bağı zəbt edib. O bağın ona aidiyyəti yoxdur. Onun satdığı bağ sahəsi yerindədir. Bağı satdıqdan sonra iddiaçının ona bağ sahəsinə görə ödədiyi vəsaiti ona qaytaracaq. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməsini, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1931/2022 nömrəli, 07 iyun 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında iştirak edərkən İddiaçı apellyasiya şikayətinə etiraz edərək göstərmişdir ki, bağı 2200 manata almışdır. Cavabdeh pulunu qaytarsa razılaşmağa etirazı yoxdur. Əks təqdirdə apellyasiya şikayətinin təmin edilməməsini, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1931/2022 nömrəli, 07 iyun 2022-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. HÜQUQİMƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan ləğv edilərək qətnamənin ləğv edilməsini xahiş etsə ə apellyasiya şikayətinin dəlillərindən görünür ki, o, qətnamənin idianın təmin olunmuş hissəsindən narazıdır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası qətnamənin həmin hissədə yoxlayır. Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1931/2022 nömrəli, 07 iyun 2022-ci il tarixli qətnaməsi Cavabdeh ödəniş günü Azərbaycan manatına olan məzənnə ilə 3000 (üç min) ABŞ dollarının tutularaq İddiaçı ödənilməsi hissəsində dəyişdirilməli, cavabdehdən 2200 manat pul tutularaq iddiaçıya ödənilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə iclasında şahid qismində dindirilən X3 ifadə verərək bildirmişdir ki, tərəfləri tanıyır. İddiaçı onun əvvəlki qonşusu olmuşdur. Cavabdehlə eyni iş yerində uzun müddət çalışmışdır. Cavabdeh bir gün ona maddi vəziyyətinin yaxşı olmaması ilə əlaqədar ona məxsus bağ sahəsini satmaq istədiyini bildirmişdir. O da qonşusu İddiaçı bağ almaq istəməsi ilə əlaqədar Mustafa ilə Yanvarı tanış etmişdir. 2008-ci ildə cavabdehə məxsus olan bağ sahəsi notariusda etibarnamə ilə iddiaçıya verilmişdir. Həmin bağ sahəsi üçün Yanvar Mustafaya 1200 ABŞ dolları vermişdir. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 2 saylı Ərazi İdarəsindən İddiaçı ünvanlanmış 20 sentyabr 2016-cı il tarixli daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildirişdən görünür ki, faktiki istifadəsində olan torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində “Şirvan Yaşma KBY 106” nömrəsi ilə başqa fiziki şəxsin adına qeydiyyata alındığı müəyyən edilmişdir. İş materiallarında olan Bağçılıq kitabçasından görünür ki, “Şirvan” Nasosnu bağçılıq cəmiyyəti bağından sahəsi 600 kv.m olan 105/210 №-li bağ sahəsi, xx.xx.1990-cı il tarixdə qeydə alınmış qərarına əsasən daimi istifadə etmək üçün Cavabdeh verilmişdir. İş materiallarında olan xx.xx.2016-cı il tarixli etibarnamədən görünür ki, Qasımov X2 Yanvar İsa oğluna xx.xx.1990-cı ildə verilmiş Bağçının üzvlük kitabçasına əsasən Cavabdeh məxsus olan Şirvan Nasosnu ərazisində yerləşən 105 nömrəli 600 kv.m torpaq sahəsini özəlləşdirməyi, sərəncam verməyi, satmağı, sənədləşdirməyi, bununla əlaqədar lazımi sənədlər almağı, tikinti işləri aparmağı, bank əməliyyatları aparmağı, notariat kontorunda müqaviləni rəsmiləşdirməyi, adından ərizə yazmağı, AR ƏMDK yanında DƏDRX-nin Müvafiq İdarəsindən müqaviləni qeydiyyatdan keçirib reyestrdən çıxarış və digər sənədləri almağı, adından müvafiq ərizələri yazmağı, imzalamağı və bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar bütün hərəkətlət etməyi etibar etmişdir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3894/2018 saylı, 22 may 2018-ci il tarixli qətnamədən gorünür ki, iddiaçılar İddiaçı və Cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsinə, Sumqayıt şəhər “Şirvan” Bağçılıq Cəmiyyətinə və X1 qarşı “Sumqayıt şəhəri Yaşma bağ massivində yerləşən 105/210 və 106/211 nömrəli torpaq sahələrinin ərazi sərhədlərini müəyyən edərək X1 məxsus “Şirvan Yaşma KBY 106” nömrəli torpaq sahəsinə verilmiş çıxarışın və texniki pasportun ləğv edilməsi barədə iddia tələbi təmin edilməmişdir. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 2(105)-22/2021 sayı, 10 mart 2021-ci il tarixli qətnaməsi ilə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3894/2021 saylı, 22 may 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan fotoşəkillərdən görünür ki, torpaq sahəsi üzərində yarımçıq tikili və hasar mövcuddur. Məhkəmə qeyd etmişdir ki, Cavabdeh xx.xx.1990-cı ildə Bağçılıq Cəmiyyətinə üzv qəbul edilərək ona Bağçılıq Cəmiyyəti üzvlərinin 1991-ci il tarixli, 02 nömrəli Protokoluna əsasən “Şirvan” Nasosnu Bağçılıq Cəmiyyəti bağlarında sahəsi 600 kv.m olan 105/210 №li bağ sahəsi verilmişdir. Cavabdeh həmin bağ sahəsini pul müqabilində iddiaçıya vermişdir. İddiaçı həmin pul məbləğinin 3000 ABŞ dolları, cavabdeh etirazlarında məbləğin 2200 ABŞ dolları olduğunu, şahid isə 1200 ABŞ dolları olduğunu qeyd edir. Məhkəmə hesab etmişdir ki, həmin məbləğ 3000 ABŞ dolları təşkil edir, belə ki, hazırki iş üzrə iddiaçı və cavabdeh 2(060)3894/2018 saylı mülki iş üzrə birgə iddiaçı olaraq X1 qarşı iddia qaldırarkən, İddiaçı iddia tələbində mübahisəli torpağa dair Cavabdeh 3000 ABŞ dolları verdiyini qeyd etmiş, həmçinin mülki işin gedişatında da qeyd edilən məzmunda izahat vermişdir. Həmin mülki işin gedişatında Cavabdeh İddiaçı izahatına uyğun izahat vermişdir. Ona görə də məhkəmə hesab etmişdir ki, verilmiş pulun məbləği 3000 ABŞ dolları təşkil etmişdir. Cavabdeh özünə məxsus 105 saylı torpaq sahəsinin əvəzinə iddiaçıya 106 saylı sahəni təqdim etmiş və iddiaçı da məhz həmin sahəni bəyənmişdir. Hazırda cavabdeh iddiaçıya 105 saylı sahəni digər yerləşmədə təqdim etmək istədiyini qeyd etsə də iddiaçı həmin sahənin tamam kənarda olduğunu və bəyənmədiyini qeyd etmişdir. Göründüyü kimi cavabdeh iddiaçıya özünə məxsus olmayan sahəni verməklə bunun müqabilində iddiaçıdan 3000 ABŞ dolları pul almış, iddiaçı həmin sahənin artıq özününki bilərək oraya qapı qoyaraq qismən hasarlamışdır. Sonradan iddiaçı həmin sahənin başqa şəxsə məxsus olduğunu bildikdə həmin sahəyə getməmiş və nəticədə iddiaçıya məlum olmayan şəxslər tərəfindən hasar qismən uçurulmuş, qapı isə götürülmüşdür. Hasarın uçurulması və qapının məhz cavahbeh tərəfindən görürülərək iddiaçıya ziyan vurulması araşdırma zamanı müəyyən edilmir. Məhkəmə iddianı qismən təmin etmiş və gəldiyi nəticəni əsaslandırmaq üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3, 14.2.7, 386.1, 1091.1, 1091.2, 1092.1,1093.1-ci maddəsinə istinad etmişdi. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə iddianı qismən təmin etməkdə haqlı olsa da cavabehdən tutulacaq pulun məbləği ilə razılaşmır. Belə ki, iddiaçı məhkəmə kollegiyasının iclasında izahat verərək göstərmişdir ki, bağı 2200 manata almışdır. Pulunu qaytarsa razılaşmağa etirazı yoxdur. Cavabdeh apellyasiya şikayətində və məhkəmə kollegiyasının iclasında torpağını iddiaçıya 2200 manat müqabilində satdığını bildirmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, qətnamə dəyişdirilməli, cavabdehdən 2200 manat pul tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti qalan hissədə təmin oluna bilməz. Belə ki, cavabdeh apellyasiya şikayətində qətnamənin ləğv olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, qeyd edilən bağ sahəsininə görə iddiaçıdan 2200 manat aldığını etiraf etmişdir. Bundan əlavə məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbi qismən təmin edildiyi üçün məhkəmə ödənilmiş dövlət rüsumunun əvəzi 31 manatın tutulması barədə gəldiyi nəticədə haqlı olmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarına əsasən - Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2.-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1931/2022 nömrəli, 07 iyun 2022-ci il tarixli qətnaməsi Cavabdeh ödəniş günü Azərbaycan manatına olan məzənnə ilə 3000 (üç min) ABŞ dollarının tutularaq İddiaçı ödənilməsi hissəsində dəyişdirilməli, cavabdehdən 2200 manat pul tutularaq iddiaçıya ödənilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 393 və 405ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏTETDİ: Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1931/2022 nömrəli, 07 iyun 2022-ci il tarixli qətnaməsi Cavabdeh ödəniş günü Azərbaycan manatına olan məzənnə ilə 3000 (üç min) ABŞ dollarının tutularaq İddiaçı ödənilməsi hissəsində dəyişdirilsin. Cavabdeh 2200 (iki min iki yüz) manat pul tutularaq İddiaçı ödənilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar