Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1845/2020 27.11.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X3 və X2 ibarət tərkibdə, Dadaşova Aynur Asif qızının katibliyi, cavabdeh X4, müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh, Məlikzadə Rəhman Rövşən oğluna, X6 qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə Zəngilan rayon məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(034)-52/2019 saylı qətnaməsindən İddiaçı və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X5 tərəfindən verilmiş apellyasiya şikayətlərinə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Zəngilan rayon məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim G.İmanova) İddiaçı cavabdehlər Cavabdeh, Məlikzadə Rəhman Rövşən oğluna və X6 qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinin təmin edilməməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(105)-2825/2019 saylı qətnaməsi ilə (hakimlər T.O.Quliyev (sədrlik edən və məruzəçi), G.F.Tağızadə və E.G.Rəhimov) İddiaçı və müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X.S.Qasımov tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməyərək Zəngilan rayon məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(034)-52/2019 saylı qətnaməsinin İddiaçı və müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X.S.Qasımova münasibətdə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli 2(102)-1120/2020 saylı qərarı ilə İddiaçı kassasiya şikayətinin qismən təmin edilməsi, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-2825/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi və işə yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. İŞİN HALLARİ İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun mülkiyyətində olan VAZ-21723 markalı, **-VH-*** dövlət qeydiyyat nişanlı avtomobilin Cavabdeh alınaraq ona qaytarılması, 3.000 manat maddi ziyan (əldən çıxmış fayda), 10.000 manat mənəvi ziyanın cavabdehdən tutulub, ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, onun qanuni mülkiyyətində olmuş VAZ-21723 markalı, **-VH-*** dövlət qeydiyyat nişanlı avtomobilin qanunsuz olaraq Məlikzadə Rəhman Rövşən oğlunun və onun adından isə X4 adlarına keçirilməsi barədə alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, avtomobilin alınaraq ona qaytarılması, 3.000 manat maddi ziyanın (əldən çıxmış fayda), 10.000 manat mənəvi ziyanın Cavabdeh tutulub, ona ödənilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, VAZ-21723 markalı **-VH-*** qeydiyyat nişanlı avtomobil 2013-cü ildən onun mülkiyyətində olmuşdur. Həmin avtomobil "xxxx" Bankda girovda olmaqla yanaşı sonuncu dəfə 2018-ci ilin fevral ayından X1 faktiki sahibliyində olub, etibarnamə əsasında idarə etmiş və razılıq əsasında həmin avtomobili satın almaq istəmişdir. "xxxx" Bankın Badamdar qəsəbəsi ərazisində yerləşən maşın bazarının içərisində fəaliyyət göstərən 6 saylı filialının əməkdaşı Ramin adlı şəxs Xəyyamı qəbul etmiş və avtomobili ona satmaq üçün mülkiyyətçinin razılığının olduğunu göstərmişdir. Həmin vaxt maşının cəmi 800 manat banka ödənilməmiş borcu qaldığı halda, bankın işçisi Ramin adlı şəxs Xəyyamdan 3910 manat maşının ödənilməmiş borcu olduğunu və həmin məbləğdə pul ödənilməklə maşının ona veriləcəyini bildirmişdir. Daha sonra “xxxx” Bankın əməkdaşı Ramin onu da həmin filiala dəvət edərək avtomobilin sənədləşməsi işində iştirakının lazım olduğunu qeyd etmişdir. O, Bankın filialında olan zaman Xəyyam Qasımovla görüşüb VAZ-21723 markalı, **-VH-*** qeydiyyat nişanlı avtomobilin onun adına rəsmiləşdirilməsinə heç bir etirazının olmadığını, lakin işlədiyinə görə tez-tez işdən çıxıb gələ bilmədiyindən, sonrakı sənədləşmə işlərinin onun adından başqa bir şəxs tərəfindən aparılması üçün etibarnamə vermək istədiyini bildirmişdir. Ramin həmin məsələdə heç bir problemin olmadığını bildirmiş və özünün köməkçisi Cavabdeh bu işlə məşğul olacağını, ona etibarnamə verdikdən sonra avtomobilin Xəyyam Qasımovun adına sənədləşdiriləcəyini və onu narahat etməyəcəklərini qeyd etmişdir. O, razılaşaraq xx xxxxxx 2018-ci il tarixdə Vüqara etibarnamə vermişdir. Bir müddət sonra Xəyyam Qasımov ona zəng edərək həmin avtomobilin onun adına rəsmiləşdirilməməsini bildirmişdir. Belə olduğu halda o, Xəyyamla birlikdə xx xxxxxx 2018-ci il tarixdə Bakı şəhəri 5 saylı notariat kontoruna gedərək xx xxxxxx 2018-ci il tarixdə Cavabdeh adlı şəxsə verdiyi etibarnaməni ləğv etdirib, maşını ondan tələb etmişdir. Həmin vaxt ona məlum olmuşdur ki, Vüqar onun etibarından sui-istifadə edib maşını Xəyyamın adına rəsmiləşdirməmiş, başqa bir şəxsə sataraq pulunu mənimsəmişdir. Baş Dövlət X13 verilmiş sorğu əsasında məlum olmuşdur ki, mübahisəli avtomobil qanunsuz olaraq alqı-satqı yolu ilə Cavabdeh dostu və yaxın qohumu olan Məlikzadə Rəhman Rövşən oğlunun adına və 3 gün sonra isə X4 adına qeydiyyatdan keçirilmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı apellyasiya şikayəti verərək Zəngilan rayon məhkəməsinin xx xxxx 2019cu il tarixli qətnaməsinin ləğv edilib, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Zəngilan rayon məhkəməsi xx xxxx 2019-cu il tarixli, 2(034)-52/2019 saylı qətnaməni qəbul edərkən Azərbaycan Respublikası MM-nin 157.5, 157.8, 337-ci maddələrinin və prosessual hüquq normalarının tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, birinci instansiya məhkəməsi bütövlükdə cavabdehin maraqlarını müdafiə edib, qanunun tələbini pozmaqla saxrtakarlığa yol vermişdir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X5 apelyasiya şikayəti verərək Zəngilan rayon məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilib, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Zəngilan rayon məhkəməsi xx xxxx 2019-cu il tarixli, 2(034)-52/2019 saylı qətnaməni qəbul edərkən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, onun dəfələrlə iddianı müdafiə edib iddiaçı tərəfindən çıxış etməsinə baxmayaraq, adından cavabdehin mənafeyi naminə iddianın rədd edilməsini xahiş etməsi kimi saxta izahatlar yazılmışdır. Borcun kimin tərəfindən ödənilməsi barədə qətnamədə heç bir şərh verilməmişdir. Halbuki, o, yanvar ayında 8000 manat ödəniş edərək avtomobili aldığını və 8 ay həmin avtomobilə faktiki sahiblik etdiyini qeyd etmişdir. Həmin müddətdə banka əlavə olaraq 800 manat ödənişlər etmişdir. Lakin məhkəmə qətnaməsində və protokolunda bu barədə heç bir qeyd yoxdur. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən cavabdeh X7 apellyasiya şikayətlərini qəbul etməyərək, apellyasiya şikayətlərinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X5 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə İddiaçı, digər cavabdehlər Cavabdeh, Məlikzadə Rəhman Rövşən oğluna məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmiş, iştirak etməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPMnin 376.2. maddəsinə əsasən qeyd edilən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdırıb, məruzəçini və işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətlərinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası MPM-nin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia tələbini təmin edilməməsini iddiaçının tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməməsi ilə əsaslandırmış, gəldiyi nəticənin maddi hüquqi əsası kimi Mülki Məcəllənin 21.1, 21.2, 1096, 1097, 80, 88-ci maddələrinə istinad etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticəni apellyasiya instansiya məhkəməsi qüvvədə saxlamışdır. Bu nəticədən narazı qalan İddiaçı qətnamədən kassasiya şikayəti vermiş və işə kassasiya qaydasında baxan kassasiya instansiya məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qətnaməni ləğv etmiş, işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərmiş və yeni apellyasiya baxışı zamanı əlavə edilmiş sənədlər nəzərə alınmaqla avtomobil satılarkən onun faktiki olaraq kimin sahibliyində olmasını və üzərində həbsin olub-olmamasını, onun üzərində həbsin götürülməsinə dair məhkəmə qərardadının nə vaxt icra edilməsi üçün göndərilməsini və icra edilməsini, mübahisəli avtomobilin iddiaçı tərəfindən faktiki olaraq cavabdehlərə satılması faktının olub-olmamasını, iddiaçının 3-cü şəxslə avtomobillə bağlı hansı münasibətdə olmasını, sonuncunun avtomobilə dair hansı hüquqlarının olmasını, avtomaşına dair banka olan borcun kim tərəfindən nə vaxt ödənilərək borcun tam bağlanması kimi mühüm və diqqətəlayiq halların araşdırılmasını, avtomobilin hazırki mülkiyyətçisi Aydın Rəhimovun vicdanlı əldə edən olub-olmamasına, atomobilin qanunvericiliyin tələblərinə uyğun olaraq alqısatqı müqaviləsi bağlandığını mötəbər və tutarlı sübutlarla təsdiq olunduğu halda iddiaçının hazırki iddia ilə müraciət etməsi üçün subyektiv hüquqa malik olubolmamasına hüquqi qiymət verilməli olmasını göstərmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, kassasiya instansiya məhkəməsi qərarında şərh edilən məcburi göstərişin tam, hərtərəfli və obyektiv araşdırılmaqla birinci instansiya məhkəmənin qəbul etdiyi qətnamənin qanuniliyi və əsaslılığı məsələsinə apellyasiya şikayətlərinin dəlilləri nəzərə alınmaqla hüquqi qiymət verilməlidir. Hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir (Azərbaycan Respublikası Konstitusiyasının 26 və 60-cı maddələrinin İ hissələri). Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır (Mülki Prosessual Məcəllənin 2.1. maddəsi) İşdən göründüyü kimi iddia predmeti alqı-satqı müqavilələrinin etibarsızlığı, avtomobilin iddiaçıya qaytarılması, 3000 manat maddi və 10000 manat mənəvi ziyanın ödənilməsindən ibarətdir. Məhkəmə kollegiyası iddianın bir neçə tələbdən ibarət olduğunu nəzərə alaraq qeyd edir ki, alqı-satqı müqavilələrinin etibarsızlığı tələbi digər tələbləri (avtomobilin ona qaytarılması, 3000 manat maddi və 10000 manat mənəvi ziyanın tutulması) özündən asılı etdiyindən, ilkin olaraq bu tələb üzrə hüquqi dəyərləndirilmə aparılmaqla mübahisəyə qiymət verilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «N.Manafovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxxxxx 2008-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx xxxx 2009-cu il tarixli qərarında bildirilir ki, məhkəmə məsələnin zahiri mənzərəsini adlayaraq dərinə nəzər salmalı və şikayət edilən vəziyyətin reallıqlarını araşdırmalıdır. Hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə xx xxxxxx 2011-ci il tarixli Qərarı). Məhkəmə kollegiyası tərəflərin ədalətli məhkəmə araşdırılması hüququnun təmin edilməsindən ötrü “xxxx” ASC-yə (“xxxx” ASC) və Azərbaycan Respublikası DİN-nin Baş Dövlət X13 sorğular göndərmiş və “xxxx” ASC-nin məhkəmə kollegiyasına ünvanladığı xx xxxxxxxx 2020-ci il tarixli məktubdan müəyyən edilir ki, İddiaçı xx xxxxxx 2018-ci il tarixdə müvafiq məhkəmə aktına əsasən banka olan borcunu ödəmiş və iş üzrə icraat xitam verilməsi, avtomobilin üzərinə qoyulmuş məhdudiyyətin götürülməsi üçün aidiyyəti orqanlara ünvanlanmış ərizələr təqdim olunması üçün İddiaçı verilmişdir. İpoteka predmeti olan “VAZ-21723” markalı, **-VH-*** dövlət nişanlı avtomobil isə xx xxxxxx 2018-ci il tarixdə girovdan azad edilmişdir. Həmçinin qeyd olunmuşdur ki, 2014-cü ilin sonuna qədər olan arxiv sənədləri məhv olunduğundan yalnız 2015-ci ilin əvvəlindən olan qəbzlərin surəti təqdim olunmuşdur. xx.xx.2018-ci il tarixdə ödənilmiş 200 manat və xx.xx.2018-ci il tarixdə ödənilmiş 900 manat “MilliÖn” terminalı vasitəsilə aparıldığından həmin ödənişlərin kim tərəfindən aparıldığı haqqında onlarda heç bir məlumat yoxdur. Göründüyü kimi borc məbləği iddiaçı tərəfindən ödənildikdən sonra iş üzrə icraata xitam verilməsi, avtomobilin üzərinə qoyulmuş məhdudiyyətin götürülməsi üçün aidiyyəti orqanlara ünvanlanmış ərizələr təqdim olunması üçün məhz İddiaçı verilmiş, mübahisəli avtomobil ipotekadan xx.xx.2018-ci il tarixdə azad olunmuş elə həmin tarixdə də məhkəmə aktına əsasən avtomobilin üzərindən həbs götürülmüş və avtomobilin üzərində hər hansı bir həbs olmadığından, Cavabdeh iddiaçının adından etibarnamə əsasında hərəkət edərək həmin avtomobili alqı-satqı müqaviləsi ilə xx.xx.2018-ci il tarixdə cavabdeh Məlikzadə Rəhman Rövşən oğluna 8000 min manata satmışdır. Avtomobilin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BDYPİ-nin xx.xx.2018-ci il tarixli 118208-1218 saylı arayışına əsasən mülkiyyətçisi xx xxxxxx 2018-ci il tarixdə VAZ-21723 markalı nəqliyyat vasitəsi **-RA-*** qeydiyyat nişanlı AD313312 nömrəli şəhadətnamə ilə alqı-satqı müqaviləsinə əsasən Rəhman Məlikzadə olmuşdur. Daha sonra xx.xx.2018-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən mübahisəli avtomobil sonuncu tərəfindən Aydın Rəhimova 9000 min manata satılmış və xx.xx.2018-ci il tarixdə qeydiyyatdan çıxarılaraq hazırda Aydın Rəhimovun mülkiyyətindədir. Həmçinin qeyd edilməlidir ki, iddiaçı əvvəlcə Cavabdeh mübahisə predmeti təşkil edən avtomobil üzərində sərəncam verilməsi barədə xx.xx.2018-ci il tarixdə etibarnamə vermiş, elə həmin ilin avqust ayında “xxxx” ASC-yə olan borc tam ödənildikdən sonra mübahisəli avtomobil xx xxxxxx 2018-ci il tarixli təhvil-təslim aktı ilə iddiaçıya təhvil verilmişdir (iş vərəqə 128). Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (Mülki Məcəllənin 324.1, 324.2, 342.4 və 324.5-ci maddələri). Hər hansı əqdin (o cümlədən alqı-satqı müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir (Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxx 2004-cü il tarixli qərarı). Alqı-satqı müqaviləsi tərəflər üçün konkret hüquq və vəzifələr yaradır. Alqı-satqı müqaviləsi satıcının müəyyən əşyanı alıcının mülkiyyətinə verəcəyi, alıcının isə həmin əşyanı qəbul edərək, əvəzində müəyyənləşdirilmiş pul məbləğini, yəni əşyanın qiymətini satıcıya ödəyəcəyi haqqında razılaşmadır. Belə müqavilə üzrə satıcı müqavilənin predmeti olan əşyanı alıcının mülkiyyətinə verməlidir. Satıcının üzərinə müqavilədən irəli gələn borcunu real olaraq icra etmək vəzifəsi qoyulur. Bunun nəticəsində həmin əşya üzərində satıcının mülkiyyət hüququna xitam verilir və onun üzərində alıcının mülkiyyət hüququ yaranır (Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli qərarı). Mülki Məcəllənin 359.1. maddəsinə əsasən əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Təmsilçinin bu hüquqlarını özündə əks etdirən sənədin anlayışı Mülki Məcəllənin 362.1. maddəsində göstərilmişdir. Həmin normaya əsasən bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Notarial forma tələb edən əqdlərin bağlanması üçün etibarnamə notariat qaydasında təsdiqlənməlidir (Mülki Məcəllənin 362.2. maddəsi). Qeyd etmək lazımdır ki, mülki qanunvericilik əqdin təmsilçi vasitəsilə bağlanmasını istisna etmir. Lakin qanunverici bunun üçün müvafiq qaydalar müəyyən etmişdir. Həmin qaydalara görə təmsil olunan təmsilçilikdə ən üstün müdafiəyə malik olduğundan onun qanuni maraqları təmin edilməlidir. Məhkəmə kollegiyasının fikrincə, müqavilə bağlanarkən tərəflərin iradə ifadəsi həmin müqavilənin bağlanmasının zəruri şərtidir. Eyni zamanda hər hansı əqdin, o cümlədən alqı-satqı müqaviləsinin etibarlılığı üçün onun bağlanmasında lazımı subyektlərinin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Əqdin etibarsızlığı dedikdə, müqavilə bağlanarkən mülki qanunvericilikdə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülki hüquq münasibətlərini yaratmayan, yalnız özünun etibarsızlığı ilə bağlı nəticələrə səbəb olan əqd anlaşılır. Əqdin etibarlı olması üçün Mülki Məcəllə ilə müəyyənləşdirilmiş formaya riayət edilməsi zəruridir. Məhkəmə kollegiya qeyd edir ki, alqı-satqı müqaviləsi (İddiaçı ilə R.Məlikzadə arasında) bağlanarkən mübahisəli avtomobilin mülkiyyətçisi kimi iddiaçı müstəsna səlahiyyəti olan sərəncam vermək səlahiyyətindən istifadə edərək, təmsilçi (Cavabdeh) vasitəsilə avtomobili özgəninkiləşdirilməsinə dair müqaviləni bağlamış və həmin müqavilə ilə avtomobilin qiyməti müəyyən edilmişdir. Bu müqavilə ilə Rəhman Məlikzadənin həmin avtomobil üzərində mülkiyyət hüququ yaranmış, iddiaçının isə mülkiyyət hüququna xitam verilmişdir. Bundan sonra həmin avtomobil alqı-satqı müqaviləsinə əsasən digər şəxs Aydın Rəhimova satılmış və sonuncu da öz növbəsində mübahisəli avtomobil üzərində mülkiyyət hüququ əldə etmiş, Rəhman Məlikzadənin isə həmin avtomobil üzərində mülkiyyət hüququna xitam verilmişdir. Məhkəmə kollegiyası avtomobilin Xəyyam Qasımova satdığını və bu məqsədlə Cavabdeh etibarnamə verdiyi barədə dəlilinə gəldikdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. X15 Avropa Məhkəməsi “X10rşı” üş üzrə xx xxxxxx 1994-cü il tarixli qərarında göstərmişdir ki, milli məhkəmələr hər təqdim olunan sübutu cavablandırmaq vəzifəsini daşımasalar da, məhkəmə tərəfindən mühüm arqumentlər cavabsız qaldıqda məhkəmə baxışı ədalətli hesab edilə bilməz. Ərizəçinin arqumentinin apellyasiya məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın deyil. Hər halda, həmin məhkəmə bu arqumenti rədd etsəydi, bunu öz qərarında əsaslandırmalı idi. Bu mənada məhkəmə kollegiyası iddiaçının bu hüququndan məhrum etməmək məqsədilə istər iddiasında istərsə də apellyasiya şikayətində göstərdiyi (avtomobili Xəyyam Qasımova satdığı və bu məqsədlə Cavabdeh etibarnamə verdiyi barədə) dəlilinə münasibət bildirməyi zəruri hesab edir. Qeyd etmək lazımdır ki, iddiaçının avtomobili müstəqil tələb irəli sürməyən üçüncü şəxs Xəyyam Qasımova satdığını və bu məqsədlə Cavabdeh etibarnamə verdiyini, sonuncu avtomobilin ona satılmadığını bildirdikdən sonra etibarnaməni ləğv etdirməsi barədə dəlili iş materialları ilə öz təsdiqini tapmır. Belə ki, iddiaçı Şamaxı rayon 1-ci Çaylı kəndində yaşayan Xəyyam Qasımov və onun atası Seyidxan Qasımova ümumi etibarnamə vermişdir. Məhkəmə kollegiyası qeyd edir ki. iddiaçının həmin avtomobili X.Qasımova satılmasını həyata keçirməsi üçün heç bir maneə olmamış, başqa sözlə desək avtomobilin X.Qasımovun adına rəsmiləşdirilməsi üçün digər Cavabdeh etbarnamə vermək zərurəti yoxdur. Mülkiyyətçi olaraq özü X.Qasımovla birbaşa alqı-satqı müqaviləsi bağlaya bilərdi. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, istər iddiaçının və istərsə də müstəqil tələb irəli sürməyən üçüncü şəxs Xəyyam Qasımova apellyasiya şikayətində istinad etdiyi halları, yəni həmin avtomobilin məhz Xəyyam Qasımova satılması və bunu üçün Cavabdeh etibarnamə verməsi onların izahatlarından başqa digər sübutlarla öz təsdiqini tapmadığından, apellyasiya şikayətlərinin dəlillərinin əsassız olması qənaətini qaçılmaz edir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirilən alqı-satqı müqaviləsi tərəflərin iradə ifadəsi ilə bağlandığından və mövcud əqdin etibarsızlığı üçün əsaslar müəyyən edilmədiyindən, müqavilələrin etibarsız hesab edilməsi barədə iddia tələbi təmin edilə bilməz. Bununla yanaşı, məhkəmə kollegiyası həmçinin qeyd edir ki, ilkin olaraq R.Məlikzadə mübahisəli avtomobili alarkən İddiaçı öz iradə ifadəsini nümayiş etdirməsi, bunun üçün adından hərəkət etmək üçün Cavabdeh etibarnamə verməsi və həmin etibarnamədə məhz sərəncam vermə səlahiyyəti göstərməsi, bunun müqabilində sonuncu avtomobili R.Məlikzadəyə satması, sonuncu öz növbəsində A.Rəhimova satması və avtomobilin qeydiyyatdan çıxarılaraq onun mülkiyyətində olması, eləcə də iddiaçı Cavabdeh verdiyi xx.xx.2018-ci il tarixli AR-İ 646512 nömrəli etibarnaməni xx.xx.2018-ci il tarixdə, yəni alqı-satqı müqavilələri həyata keçirildikdən sonra ləğv etdirməsi nəzərə alınarsa, cavabdeh A.Rəhimov vicdanlı alıcı kimi qəbul edilməlidir. Azərbaycan Respublikasında mülkiyyət hüququ müxtəlif üsullar, o cümlədən əqd (müqavilə) üzrə əldə edilir. Dövlət yalnız qanunvericiliklə müəyyən olunmuş qaydada və hallarda daşınar və daşınmaz əmlak üzərində əldə edilmiş mülkiyyət hüquqlarının tanınmasına və qorunmasına təminat verir. Mübahisəli əşya üzərində qanuni əsaslarla yaranmış əmlak hüquqları mülkiyyətçi ilə yanaşı digər şəxslərə də mənsub olduqda mülkiyyət hüquqlarının dövlət müdafiəsinə verilmiş konstitusiya təminatı həmin şəxslərin əmlak hüquqlarına da şamil olunur. Bu cür əmlak hüquqları sırasına vicdanlı əldə edənin hüquqları da aiddir (Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2004-cü il tarixli qərarı). “S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxxx 2004-cü il tarixli qərarında qeyd edilmişdir ki, əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir. Həmçinin vurğulanmalıdır ki, mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir. Həmçinin həmin qərarda göstərilmişdir ki, əqdlərin etibarsızlığı ilə bağlı mübahisələrin həllində həm mülkiyyət hüququ müdafiə olunmalı, həm də vicdanlı alıcıların əmlak hüquqları təmin olunmalıdır. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması məqsədlərinə nail olmaq, habelə MM-in 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək üçün şərait yaradır. “H.Cəfərovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının x xxxxxx 2012-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Republikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxxxx 2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, insan hüquq və azadlıqlarının qorunması və müdafiəsi məhkəmələr tərəfindən hər hansı mübahisənin qanuni həllinə yönəlmiş müvafiq maddi hüquq normalarının elə tərzdə tətbiqini şərtləndirir ki, nəticədə konstitusiya əhəmiyyətli digər dəyərlərə xələl gətirilməsin, ictimai və xüsusi maraqlar arasında tarazlığa riayət olunsun. Mübahisəli əşya üzərində qanuni əsaslarla yaranmış əmlak hüquqları mülkiyyətçi ilə yanaşı digər şəxslərə də mənsub olduqda mülkiyyət hüquqlarının dövlət müdafiəsinə verilmiş konstitusiya təminatı həmin şəxslərin əmlak hüquqlarına da şamil olunur. Bu cür əmlak hüquqları sırasına vicdanlı əldə edənin hüquqları da aiddir. Həmçinin həmin qərarda göstərilmişdir ki, mövcud mülki qanunvericiliyə əsasən, əgər mülkiyyətçi tərəfindən alqı-satqı müqaviləsinin və onun alıcıya verilmiş əmlakının geri qaytarılması formasında doğurduğu nəticələrin etibarsız sayılması haqqında iddia irəli sürüldükdə və bu cür mübahisəyə baxılan zaman məhkəmə tərəfindən alıcının vicdanlı sahib olduğu müəyyən edildikdə, onda MM-in 337.5-ci maddəsi ilə müəyyən edilmiş qaydada iddianın təmin olunmasından imtina edilməlidir. Bu baxımdan da məhkəmə kollegiyası hesab edir ki, vicdanlı alıcı kimi A.Rəhimovun qeyd olunan əmlak üzərində mülkiyyət hüququ müdafiə edilməlidir. İddia tələbinin avtomobilin iddiaçıya qaytarılması hissəsinə gəldikdə məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirilən avtomobil alqı-satqı müqaviləsi əsasında əldə edildiyindən və həmin alqı-satqı müqaviləsinin etibarsızlığı barədə tələb təmin edilmədiyindən, o cümlədən də başqa şəxs A.Rəhimovun mülkiyyətində olduğundan, iddia tələbi qeyd edilən hissədə də təmin edilə bilməz. Məhkəmə kollegiyası həmçinin iddia tələbinin maddi və mənəvi zərərin ödənilməsi hissəsində də birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, iddiaçı maddi və mənəvi zərərə məruz qalmasını, yəni tərəflərdən birinin digərinə qarşı əməli törətməsi, əməlinin hüquqa zidd olması və əməli törədən şəxsin təqsirli olmasını sübut etməlidir. Lakin hazırkı işdə tərəflərdən birinin digərinə təqsirli hərəkəti nəticəsində mənəvi zərər dəyməsi müəyyən edilməmişdir. «Mahmudov Rusiyaya qarşı iş üzrə» xx xxxx 2007-ci il tarixli qərarında X15 Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§68). Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddia tələbini bu hissədə də təmin etməməklə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2006-cı il tarixli qərarı). Azərbaycan Respublikası MPM-nin 385.2. maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından, apellyasiya şikayətləri təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (Mülki Prosessual Məcəllənin 119.1. maddəsi). Məhkəmə kollegiyası həmçinin hesab edir ki, apellyasiya şikayətləri təmin edilmədiyindən, apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu tərəflərin özlərinə aid edilmədir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ İddiaçı və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1 apellyasiya şikayətləri təmin edilməsin. Zəngilan rayon məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səyyad Qafari Hakimlər Şəmsəddin Abasov Telman Məmmədov
Məhkəmə qərarları › İş №2(105)-1845/2020
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1845/2020
27.11.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver